Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 436,97 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix08.07.2018
ölçüsü436,97 Kb.
#53814
1   2   3   4   5   6   7   8   9   10

davamçısı  kimi Əziz Dövlətabadi “Süxənvərani-Azərbaycan”  (Azərbaycan 

şairləri) əsəri ilə ədəbiyyatşünaslıq elmini bir qədər də zənginləşdirmişdir.  

Özündən  sonra  zəngin  irs  qoyub  gedən  alim  “Süxənvərani-

Azərbaycan”  (“Azərbaycan  şairləri”)  və  “Sərayəndeqani-şeri-farsi  dər 

Ğəfğaz”  (“Qafqazda  yaşayan  farsdilli  şairlər”)  adlı  təzkirələrdən  əlavə 

“Müasir  fars  nəsrinin  formalaşması”,  “Azərbaycan  kitabxanaları”,  “Fars 

mətnlərində  türk  və  monqol  sözlərinin  lüğəti”,  “Kamal  Xocəndinin 

divanının təshihi” kimi əsərlərin müəllifidir.  

XVI  əsrdə  Sam  Mirzənin  “Töhfeyi-Sami”  təzkirəsi  ilə  başlayan 

Azərbaycan  təzkirəçiliyi  Məhəmmədəli  Tərbiyətin  “Danişməndani-

Azərbaycan”  əsəri  ilə  davam  edərək  təzkirəçilik  ənənəsinə  bir  sıra 

yeniliklər  gətirmiş  və  ədəbiyyat  tarixçiliyində  yeni  bir  mərhələ  açmışdır. 

Məhz elə bu dövrdə Əziz Dövlətabadi kimi vətənpərvər və maarifçi şəxslər 

elm  aləminə  qədəm  qoymuş,  bu  istiqamətdə  elmi  zəmin  üzərində 

yaratdıqları təzkirə və digər əsərləri ilə vətən və millət qarşısında öz mənəvi 

borclarını ödəməyə çalışmışlar. 

XX  əsr  təzkirələri  arasında  özünəməxsus  yer  tutan  Əziz  Dövlət-

abadinin  “Süxənvərani-Azərbaycan”  təzkirəsi  özündən  əvvəlki  təzkirə-

lərdən  bir  sıra  fərqli  səciyyəvi  cəhətlərinə  görə  əhəmiyyət  kəsb  edir.  Adı 

çəkilən  təzkirədə  söz  ustadlarının,  şairlərin  yaradıcılığı  ətraflı  şəkildə 

işıqlandırılmaqla  yanaşı,  həm  də  ədəbiyyat  tarixinin  gedişatı  prosesinin 

inkişaf  mərhələləri  də  canlandırılmışdır.  Əgər  Məhəmmədəli  Tərbiyətin 

“Danişməndani-Azərbaycan” əsərində “Azərbaycan ədəbiyyatı tədqiqatının 

axıradək  düşünülmüş,  sistemli  bir  plan  əsasında  getmədiyini  və  pərakəndə 

səciyyə  daşıdığını  görürük”  sə,

1

  Əziz  Dövlətabadinin  “Süxənvərani-



Azərbaycan”  əsərində  bir  ardıcıllıq  və  sistemlilik  nəzərə  çarpır.  Sələfinin 

səhvləri  üzərində  öz  gördüyü  işin  sahmanını  düzənləyən  ədəbiyyatşünas, 

hətta  bəzi  təzkirələrdəki  səhvləri  də  islah  edib  düzəltməyə  müvəffəq 

olmuşdur. Belə ki, müəllif əsəri yazarkən ona qədərki təzkirələri və müasir 

tədqiqat  işlərini  müqayisəli  şəkildə  öyrənmiş  və  bu  barədə  kitabın  birinci 

cildində  ayrıca  ətraflı  olaraq  məlumat  vermişdir.  Məhz  elə  bu  cəhət 

mövzunun aktuallığını səciyyələndirən amillərdən hesab oluna bilər.  

“Süxənvərani-Azərbaycan” 

təzkirəsi 

Azərbaycan 

ədəbiyyatının 

zənginliyini  sübut  etməklə  yanaşı,  Cənubi  Azərbaycan  ədəbiyyatının 

nümayəndələri haqqında məlumat toplamaq baxımından da əhəmiyyətlidir. 

Bundan  əlavə,  bu  təzkirə  az  tanınan  söz  ustalarını  da  ədəbiyyat  dünyasına 

                                                

1

 Nəhmətova K. Məhəmmədəli Tərbiyət və “Danişməndani-Azərbaycan” əsəri, 



Bakı, Elm və Təhsil, 2012, s.6 


tanıtdırmışdır.  Bununla  da,  bir  çox  söz  ustalarının  tarix  səhifələrindən 

silinməməsini  və nəsillərdən-nəsillərə ötürülməsini təmin  etmişdir. Onu da 

qeyd  etmək  yerinə  düşər  ki,  bu  təzkirəni  ədəbiyyat  tarixçiliyi  sahəsində 

mövcud  olan  boşluqları  doldurmaq  baxımından  da  maraqlı  qaynaq  hesab 

etmək  olar.  Sadaladığımız  bu  xüsusiyyətlər  Əziz  Dövlətabadinin 

“Süxənvərani-Azərbaycan” 

təzkirəsinin 

öyrənilməsinin 

ədəbi-bədii 

irsimizin  tədqiqi  sahəsindəki  aktuallığını  şərtləndirir.  Təzkirənin  digər 

mühüm cəhəti  ondadır ki,  müəllif  onu  hazırlayıb çap  etdikdən sonra, onun 

üzərində yenidən işləyərək düzəliş və əlavələrə bir daha nəşr etdirmişdir. 

Əziz Dövlətabadi Arazın o tayında yaşayan, Azərbaycanın ən qabaqcıl 

və  ən  mütərəqqi  fikirli  ziyalılarını,  söz  sahiblərini  bir  araya  gətirən 

Məhəmmədəli  Tərbiyətdən  sonra  ikinci  vətənpərvər  alim  olmuşdur.  O,  on 

ilə  yaxın  bu  təzkirənin  üzərində  çalışaraq  900-dən  çox  söz  ustası  və  şair 

haqqında  biblioqrafik  bilgi  verməklə  məhsuldar  bir  alim  olduğunu  sübut 

etmişdir. 

“Süxənvərani-Azərbaycan”  təzkirəsini  tədqiqat  obyekti  olaraq 

seçməyin  əhəmiyyətindən  biri  də  burada  XI  əsrdən  dövrümüzə  qədər 

yaşayıb yaratmış söz ustalarının həyat və yaradıcılığının işıqlandırılmasıdır. 

Söylənilənlər  indiyədək  Azərbaycan  ədəbiyyatı  tarixinin  öyrənilməsi  üçün 

dəyərli  bir  mənbə  olan  “Süxənvərani-Azərbaycan”  təzkirəsinin  hərtərəfli 

araşdırlmasının aktuallığını göstərir.  

Mövzunun  işlənmə  dərəcəsi.  Ədəbiyyat  tarixinin  öyrənimləsi  və 

tədqiqində  təzkirələrin  danılmaz  rolu  müasir  ədəbiyyatşünaslıqda  onların 

tədqiqinə  rəvac  vermişdir.  Təzkirələr  Şərqdə,  o  cümlədən,  Azərbaycanda 

daha  geniş  vüsət  almış  elmi  qaynaq  olmaqla  yanaşı,  həm  də  ədəbiyyat 

tarixinin  öyrənilməsində  ən  mötəbər  mənbə  hesab  olunur.  Müasir 

dövrümüzdə  məhz  təzkirələrin  elmi  cəhətdən  araşdırılması  və  onalrın 

tədqiqata cəlb olunması ədəbiyyatın ayrılmaz hissəsi olan bu janrın tədqiqat 

tarixinə nəzər salmağımıza imkan verir. 

Ədəbiyyat  tarixində  təzkirələrin  müasir  tədqiqatçılarından  biri 

Nəsrəddin  Qarayev  olmuşdur.  Alimin  “Poetik  məclislər”

1

  və  “XIX  əsr 



Azərbaycan  ədəbi  məclisləri”

2

  kitabları  onun  yaradıcılığında  mühüm  rol 



oynasa  da,  təzkirələr  üzərində  apardığı  araşdırma  və  tədqiqatlar  da 

diqqətdən  kənarda  qalmamalıdır.  Belə  ki,  N.Qarayev  M.Nəvvabın 

“Təzkireyi-Nəvvab”  əsərini  Azərbaycan  dilinə  tərcümə  edərək  onu  çapa 

                                                

1

 Qarayev N. Poetik məclislər, Bakı, Yazıçı, 1987, s.525 



2

 Qarayev N.”Təzkireyi-Ziyai” və “Təzkireyi-Nəvvab” haqqında bəzi qeydlər, 

Əlyazmalar xəzinəsində, 1987, s.87-88 



Yüklə 436,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə