Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 436,97 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix08.07.2018
ölçüsü436,97 Kb.
#53814
1   2   3   4   5   6   7   8   9   10

12 

şeir nümunələrindən əlavə, söz ustaları haqqında tutarlı bilgi və məlumatlar 

verməklə  toplu  və  məcmuə  anlamı  çərçivəsindən  çıxaraq  daha  sanballı  və 

mötəbər mənbəyə çevrilmişdir.  

Təzkirələrin  tərtibinə  gəlincə,  onlardakı  məlumatlar  ya  xronoloji 

ardıcıllıq,  ya  da  ərazi  bölgüsü  prinsipinə  əsasən  verilmişdir.  Bu  prinsip 

əsasında tərtib  olunmuş təzkirələrdə adıçəkilən söz ustaları əlifba sırası  və 

yaxud  yaşadıqları  dövrlər  üzrə  sistemləşdirilmişdir.  Ümumiyyətlə, 

təzkirələr ümumi və xüsusi xarakter daşıyır. Yuxarıda qeyd etdiyimiz kimi, 

xüsusi  təzkirələrin  ən  mühüm  və  vacib  cəhəti  onların  müəyyən  ərazi, 

vilayət, şəhər üzrə sıralanması  ilə bərabər, ehtiva  edilən əsərlərin tematika 

və forma-janr  etibarilə  məsnəvi,  qəsidə, şeir, irfani,  məzhəbi, həmasi  və s. 

mövzular  üzrə  mənzumələrin  müəyyən  qrup  növlərə  ayrılmasıdır.  Bundan 

əlavə,  xüsusi  təzkirələr  müəyyən  zaman  çərçivəsində  eyni  əsrdə  yaşayan 

şairlərin tərcümeyi-halını və onların əsərlərini əhatə edir. Belə təzkirələrdən 

Əxtər  təxəllüslü  Əhmədbəy  Gürcinin  öz  müasirləri  olan  şairlər  haqqında 

“Əncümənara”, Səfəvi dövründə yaşayan şairlərin tərcümeyi-halından bəhs 

edən “Nəsrabadi təzkirəsi” buna bariz nümunədir. 

Xətib  Təbrizi  yaradıcılığı  ilə  başlanan  Azərbaycan  ədəbiyyatşünaslığı 

böyük  inkişaf  yolu  keçmişdir.  Azərbaycan  ədəbiyyatını,  onun  tarixini 

dərindən  öyrənmək  üçün  yalnız  Azərbaycan  türkcəsində  qələmə  alınmış 

təzkirələri  nəzərdən  keçirmək  düzgün  olmazdı.  Belə  ki,  orta  əsrlərdə 

ictimai-siyasi  münasibətlər  zəminində  baş  vermiş  dəyişikliklər  saray 

mühitində  olduğu  kimi,  dövlət  idarələrində,  o  cümlədən,  tədris 

müəssisələrində  sənətkarların,  alim  və  filosofların  əsərlərini  ərəb  və  fars 

dillərində yazmalarına rəvac vermişdir.  

Orta əsr təzkirələrində Səfəvilər dövründən əvvəl sırf təzkirə xarakterli 

və  təzkirə  sözünü  öz  adında  daşıyan  və  “şərq  ədəbiyyatı  və  şairləri 

haqqında  ilk  məlumat  verən”

1

  yeganə  kitab  Dövlətşah  Səmərqəndinin 



“Təzkirətüş-şüəra” əsəri olmuşdur. Adıçəkilən təzkirədə X əsrdən müəllifin 

öz dövrünə qədər (XV əsrin I yarısı) yazıb-yaratmış 138 nəfər fars, türk və 

10  ərəbdilli  məşhur  şairlər  toplanmışdır.  Bu  təzkirənin  tərtibində  müəllif 

orijinal  yanaşma  üsulu  sərgiləmişdir.  Belə  ki,  tərtibçi  söz  ustadlarını  göy 

təbəqələrinə  oxşadaraq  yeddi  yerə  bölərək,  əlifba  sırasına  riayət  etmədən 

onları  öz  zövqünə  görə  qruplaşdırmışdır.  Bu  isə  hər  hansı  bir  şairin  tez 

tanınmasını çətinləşdirmişdir.  

XV  əsrdən  başlayaraq  Səfəvi  dövləti  əhalinin  savadlanması, 

mədrəsələrin  açılması  işlərinə  rəvac  verdi.  Səfəvi  hökmdarları  elm  və 

                                                

1

 Makuli P. Ədəbi məlumat cədvəli, Bakı, Azər. SSR EA nəşriyyatı,1962, s.3 




13 

maarifin tərəqqisinə xüsusi fikir verirdilər. Ədəbiyyat və  incəsənətə xüsusi 

rəğbəti olan Səfəvi padşahı Şah İsmayıl Xətai öz dövründə qoca Şərqin ən 

görkəmli  sənətkarlarını,  söz  ustadlarını,  xəttat  və  rəssamlarını  bir  araya 

gətirərək  gələcək  mədəniyyətin  inkişafına  təkan  verən  zəngin  kitabxana 

yaratmışdır.  Təsadüfi  deyil  ki,  məhz  elə  bu  dövrdə  Səfəvi  şahı  Şah 

Təhmasib  tərəfindən  yazılmış  və  X/XVI  əsrin  mühüm  tarixi  hadisələrini 

özündə  əks  etdirən  “Şah  Təhmasib”  təzkirəsi  adı  ilə  tanınmış  əsər  tarixi 

mənbələr arasında ən önəmli və əhəmiyyətli yerlərdən birini tutur. 1550-ci 

ildə  Şah  İsmayılın  oğlu  Sam  Mirzə  isə  XV-XVI  əsr  ədəbiyyat  tarixi  üçün 

mühüm qaynaq hesab olunan “Töhfeyi-Sami” təzkirəsini yazmışdır.  

Türkdilli  təzkirələrə  gəlincə  isə  qeyd  edək  ki,  antoloji  məzmunda 

qələmə  alınan  ilk  əsər  Əlişir  Nəvainin  “Məcalisün-nəfais”  təzkirəsi  hesab 

olunur.  Nəvainin  1490-cı  ildə  cağatay  türkcəsində  qələmə  aldığı  bu  əsər 

quruluşuna  və üslubuna  görə Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” 

əsərinə  yaxındır.  Orta  Asiya  şairləri  haqqında  məlumat  verən  bu  təzkirə 

türk  ədəbiyyatının  inkişafında  böyük  bir  təkan  olmuşdur.  “Məcalisün-

nəfais”  əsərinin  cağatay  türkcəsində  yazılması  türkdilli  xalqların  işini 

asanlaşdırmaq baxımından da müsbət hadisə idi”

1

  



Orta  əsrlərdə  yalnız  Azərbaycanda  deyil,  ümumiyyətlə,  Şərq 

regionunda görkəmli rəssam və şair kimi tanınan Sadiq bəy Sadiqi Əfşarın 

ədəbiyyatşünaslıq  sahəsindəki  ədəbi  görüşləri  əsasən  “Məcməül-xəvas” 

təzkirəsində  mərkəzləşmişdir.  Cağatay  türkcəsində  yazılmış  bu  təzkirə 

mühüm  məziyyətlərə  malikdir.  Onu  da  qeyd  edək  ki,  Sadiq  bəyin 

“Məcməül-xəvas”  təzkirəsini  qələmə  almasında  məhz  Əlişir  Nəvainin 

bilavasitə  təsiri  olmuşdur.  Nəvainin  açdığı  bu  yolu  uğurla  davam  etdirən 

Sadiq  bəyin  öz  əsərində  türkdilli  və  o  cümlədən  Azərbaycan  şairlərinin 

həyat  və  yaradıcılığına  geniş  yer  verməsi  təzkirənin  əhəmiyyətini  daha  da 

artırır.  “Orta  əsr  təzkirəçiliyini  dövrün  mədəni-ədəbi  həyatı  ilə  bağlamağa 

cəhd  edən  müəlliflərdən  olan”

2

.  Sadiq  bəy  Əfşarın  bu  əsəri  ədəbiyyat 



tarixinin tədqiqində qiymətli mənbələrdən sayılır. 

Orta  əsr  təzkirəçilik  ənənələrindən  bəhrələnən  XIX  əsr  Azərbaycan 

təzkirələri  ədəbi  fikrin  əsas  mənbəyi  hesab  olunur.  XIX  əsr  Azərbaycan 

ədəbiyyatında  ədəbi  irsi  ilə  mühüm  yer  tutan  ədəbiyyatımızın  qabaqcıl  və 

tərəqqipərvər simalarından  olan S.Ə.Şirvani  öz təzkirəsi ilə  özündən sonra 

gələcək nəsillər üçün böyük ədəbi-mədəni irs qoyub getmişdir. S.Ə.Şirvani 

                                                

1

 Nağıyeva C. Əlişir Nəvainin “Məcalisün-nəfais” təzkirəsinin iki əlyazması, 



Əlyazmalar xəzinəsində, IV cild, Bakı, Elm, 1976, s.53 

2

 Muradova M. Sadiqinin “Məcməül-xəvas” təzkirəsi haqqında, Azər. SSR EA  



xəbərləri, 1969, №2, s.28 


Yüklə 436,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə