Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 436,97 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix08.07.2018
ölçüsü436,97 Kb.
#53814
1   2   3   4   5   6   7   8   9   10

14 

xalqın  maariflənməsi  üçün  istifadə  etdiyi  qələmi  ilə  Azərbaycan  ədəbi 

fikrinin  inkişafına  güclü  təsir  göstərmişdir.  Şairin  belə  bir  əsər  qələmə 

almasının  əsas  səbəbi  öz  doğma  yurdunun,  vətəninin  qarşısında  duyduğu 

bir  mənəvi  borc  olmuşdur.  Şirvani  təzkirəsində  türk  və  Azərbaycan,  o 

cümlədən,  cağatay  türkcəsində  yazıb-yaratmış  söz  ustalarının  həyat  və 

yaradıcılığı əhatə olunmuşdur. Bu da müəllifin vətəninə, doğma dilinə olan 

sonsuz məhəbbət və ehtiramının məntiqi nəticəsidir. 

XIX əsr təzkirəçilik  ənənəsinin zənginləşməsində özünəməxsus çəkisi 

olan  əsərlərdən  biri  də  Mir  Möhsün  Nəvvabın  analoji  məzmunlu 

“Təzkireyi-Nəvvab”  adlı  əsəridir.  Nəvvab  təzkirəsi  zaman  və  məkan 

nöqteyi  baxımından  XIX  əsr  təzkirələrindən  fərqlənir.  Belə  ki,  bu  əsər 

məhəlli  səciyyə  daşıyır.  Buna  görə  də  təzkirəni  milli  söz  xəzinəmizi  tam 

işıqlandıran  ədəbi  nümunə  kimi  qiymətləndirmək  düzgün  olmazdı. 

“Təzkireyi-Nəvvab”da 

Qarabağ 


ədəbi 

mühitinin 

mənzərəsi 

əks 


olunmuşdur.  

XIX əsr təzkirələri zaman  və  məkan baxımından  məhduddur. Belə ki, 

Nəvvab  təzkirəsi  Qarabağ  sənətkarları,  Ziyai  təzkirəsi  əsasən  Ərdəbil 

şairləri  haqqında  məlumatı  əks  etdirir.  Bu  baxımdan  Seyid  Əzim  Şirvani 

təzkirəsi  istisnadır.  Belə  ki,  əvvəldə  qeyd  etdiyimiz  kimi,  S.Ə.Şirvani 

əsərində  müəyyən  məkan  daxilində  yaşamış  sənətkarları  deyil,  söz 

sənətinin  qüdrətini  nəzərə  alaraq  sərhədləri  aşıb  daha  geniş  ərazinin  söz 

ustadlarını  kitabına  daxil  etmişdir.  XIX  əsr  təzkirələrinin  özəlliklərindən 

danışarkən  əsərlərin  dilini  də  qeyd  etmək  lazımdır.  Bu  dövr  təzkirələrinin 

yazı  dili  də  özünəməxsusdur.  Qeyd  etdiyimiz  kimi,  bu  dövr  təzkirələrinin 

çoxu fars dilində yazılsa da, doğma  dilimizdə də bu cür analoji  məzmunlu 

sənət  nümunələri  mövcuddur.  Lakin  bu  nümunələrin  Azərbaycan  dilində 

yazılmasına  baxmayaraq  fars  və  ərəb  sözlərinin,  ifadələrinin,  tərkiblərinin 

bəzən  də  Osmanlı  türkcəsinin  çox  işlədilməsi  yazılmış  əsərlərin  dilini 

ağırlaşdırmış  və  onların  hamı  tərəfindən  başa  düşülməsini  əngəlləmişdir. 

Məsələn, S.Ə.Şirvani təzkirəsı  Azərbaycan  dilində  yazılsa  da, fars və ərəb 

ifadələrinin  ifrat  dərəcədə  çox  işlədilməsi  əsərin  geniş  oxucu  kütlələri 

tərəfindən  anlaşılmasına  mane  olur.  Müctəhidzadə  təzkirəsi,  eləcə  də  XX 

əsrin  digər  təzkirələri  bu  baxımdan  çox  da  fərqli  deyildir.  Belə  ki,  Cənubi 

Azərbaycan  alimlərinin  qələmə  aldıqları  təzkirələrin  sırf  fars  dilində 

yazılması  təəccüb  doğurmur.  Məhəmmədəli  Tərbiyətin  “Danişməndani-

Azərbaycan”, Əli Nəzminin “Devist süxənvər” kimi əsərləri buna misaldır. 

Belə  ki,  hər  iki  əsərdə  Azərbaycan  şairləri  haqqında  məlumat  verilsə  də, 

ədəbi dil kimi fars dili götürülmüşdür. Və yaxud İbrahim Tahir Musayevin 

tərtib  etdiyi  “Riyazül-arifin”  əsəri  fars  dilindən  tərcümə  olsa  da,  müəllif 



15 

əsəri  klassik  Osmanlı  türkcəsinə  çevirmiş,  ərəb  və  fars  tərkiblərindən  də 

çox  istifadə  etmişdir.  Azərbaycan  təzkirəçilik  ənənəsində  yaranmış 

durğunluğu  pozan  Qulam  Məmmədli  1954-cü  ildə  tamamladığı 

“Azərbaycanın  alim,  yazıçı,  şair  və  başqa  görkəmli  xadimləri  haqqında 

bioqrafik  materiallar”  əsərini  Azərbaycan  dilində  qələmə  alsa  da,  qrafik 

xətt kimi ərəb əlifbasını seçmişdir. 

Klassik  təzkirəçilik  ənənələrindən  bəhrələnən  XX  əsr  təzkirələri 

zamanın  axarı  ilə  daha  da  təkmilləşmişdir.  Təzkirə  müəllifləri,  təkcə 

yaşadıqları  mühitin  ədiblərinin  yaradıcılığı  haqqında  məlumatları  deyil, 

daha  geniş  arealı  əhatə  edən  söz  xiridarlarının  bioqrafiyasını,  əsərlərini 

toplayıb  bir  araya  gətirmişlər.  Müasir  təzkirəçi  alimlər  qədim  dövrdən 

əsrimizə qədər yaşayıb yaratmış şairləri həm məkan, həm də zaman prinsipi 

əsasında sistemləşdirmişlər.  

Məhəmmədəli  Tərbiyətin  “Danişməndani-Azərbaycan”  əsərində 

dünyanın  müxtəlif  yerlərində-Hindistanda,  İranda,  Azərbaycanda  yaşamış 

Azərbaycanın  söz  ustaları  haqqında  məlumat  öz  əksini  tapmışdır.  Təzkirə 

ərazi prinsipi üzrə sistemləşdirilməsə də, əlifba sırası ilə tərtib olunması ilə 

diqqəti çəkir. Yeri gəlmişkən qeyd edək ki, XIX əsr təzkirələrinin səciyyəvi 

cəhətlərindən  biri  onların  sistemsiz  tərtib  olunmalarıdır.  Təhlil  etdiyimiz 

təzkirələrdə  olan  nizamsızlıq  XX  əsr  təzkirələrində  özünü  büruzə  vermir. 

XIX  əsr  təzkirələrində  əvvəlcə  vəfat  etmiş  şairlər,  sonra  isə  hələ  sağ  olan 

müəlliflər haqqında məlumat verilməsi ən nizamlı tərtib prinsipi sayılırdısa, 

XX  əsr  təzkirələrində  müasir  ənənələrə  uyğun  olan  həm  ərazi,  həm 

xronoloji ardıcıllığı, həm də əlifba sırasını təqib edən yeni tərtib prinsipləri 

əsas götürülmüşdür. 

Klassik  və  orta  əsr  təzkirələrindən  bəhrələnərək  onlardan  müsbət 

cəhətləri əxz edən XX əsr təzkirələri bu ənənəyə bir çox yeniliklər gətirərək 

daha  özəl  yanaşma  üsulu  sərgiləmişlər.  Belə  ki,  XX  əsr  təzkirələrində  ilk 

dəfə olaraq istinad edilmiş mənbələr göstərilmişdir.  

“XIX-XX  əsrlərdə  təzkirə  yazan  Azərbaycan  müəlliflərinin  orta  əsr 

təzkirəçilərindən  o  qədər  irəli  gedə  bilməməsi”

1

  fikri  artıq  bugünkü 



dövrümüzdə 

əhəmiyyətini 

itirməyə 

başlamış, 

müasir 

təzkirələr 



ədəbiyyatşünaslıq elminin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. 

“Ə.Dövlətabadinin  dövrü,  ədəbi  və  elmi  yaradıcılığı  bölməsində 

ədibin  həyatı  və  bədii  yaradıcılığı,  o  cümlədən  yaşadığı  dövrün  ictimai-

siyasi mühitindən söhbət açılıb. 

                                                

1

 Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyat tarixi, Bakı, AU nəşr, 1956, s.6 




Yüklə 436,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə