Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 436,97 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix08.07.2018
ölçüsü436,97 Kb.
#53814
1   2   3   4   5   6   7   8   9   10

16 

Ötən  əsrin  əvvəllərində  dünyaya  göz  açan  Əziz  Dövlətabadi 

Azərbaycan  tarixinin  ən  keşməkeşli  dövrlərinin  şahidi  olmuş,  ən  mühüm 

tarixi  hadisələrin  canlı  iştirakçısına  çevrilmişdir.  Əziz  Dövlətabadinin 

yaşadığı dövr İran tarixinin ən maraqlı dönəmlərini əhatə etmişdir. 

Ədəbiyyatşünas  alimin  dünyaya  gəlməsi  Təbriz  üsyanından  sonrakı 

dönəmə  təsadüf  etmişdir.  Belə  ki,  1917-1919-cu  illərdə  Cənubi 

Azərbaycanda  İngiltərənin  müstəmləkəçilik  siyasətinə  qarşı  güclü  xalq 

hərəkatı başlamışdır. Şeyx Xiyabaninin rəhbərliyi altında Təbriz üsyançıları 

valini  şəhərdən  qovmuşdular.  1920-ci  il  iyunun  23-də  yaranan  Milli 

Hökumət  sentyabr  ayında  Cənubi  Azərbaycanda  milli  azadlıq  hərəkatının 

yatırılması  ilə  süquta  uğramışdır.  Baş  verən  bütün  bu  hadisələr  Cənubi 

Azərbaycanda  yaşayan  xalqların  tarixinə  və  gələcək  həyatına  təsirsiz 

ötüşməmiş,  o  cümlədən  Əziz  Dövlətabadinin  gələcək  yaradıcılığına  öz 

təsirini müəyyən dərəcədə göstərmişdir.  

“1921-ci il çevrilişindən sonra siyasi arenaya çıxan Rza xan və yüksək 

rütbəli  zabitlər  tərəfindən  təqdim  olunan  yeni  qüvvə  israrlı  şəkildə  öz 

mövqelərini  möhkəmləndirmək  üçün  səy  göstəriridilər.”

1

  Elə  bu  səyin 



nəticəsi  kimi  də  Rza  xanın  siyasi  arenaya  gəlməsi  milli-demokratik 

hərəkatın boğulmasını təmin etmiş oldu. Belə bir şəraitdə siyasi təzyiqlərin 

artması  yeni  demokratik  hərəkatın  II  mərhələsinin  başlanmasına  təkan 

vermişdi.  1941-ci  ildən  etibarən  güclənən  etiraz  dalğası  Seyid  Cəfər 

Pişəvərinin  şah  zindanindan  azad  olması  ilə  daha  da  güclənmişdir.  Bu 

ərəfələr  İran  Azərbaycanında  baş  verən  hadisələr  obyektiv  sosial-siyasi  və 

tarixi şəraitə malik idi. Azərbaycan türkləri arasında müxalifətşilərin olması 

bu  etirazların  intensivləşməsinə  səbəb  olmuşdur.  Fikrimizcə,  Əziz 

Dövlətabadinin  də bir şəxsiyyət  kimi formalaşmasında, bir ədəbiyyatşünas 

kimi  yetişməsində  onun  yaşadığı  mühiti  və  dövrün  həlledici rolunu  istisna 

etmək səhv olardı. Əziz Dövlətabadinin Təbriz Universitetini bitirərək fars 

dili və ədəbiyyatı üzrə bakalavr dərəcəsini, 1943-cü ildən etibarən təhsilini 

davam  etdirmək  məqsədilə  magistr  dərəcəsini  alması  bu  dövrlərə  təsadüf 

etmişdir. Məhz bu dövrdə şah rejimi xalqın  milli  özünüdərk  meyllərini  elə 

beşikdəcə  boğaraq  regionda  hadisələrin  inkişafını  öz  xeyirlərinə 

yönləndirməyə  və  baş  verə  biləcək  bütün  olayların  qarşısını  almağa 

çalışırdılar.  Baş  verənləri  öz  məqsədləri  üçün  istifadə  edən  “Pəhləvi 

qüdrətinə arxalanan farslar azərbaycanlılarla yola getməyib, özlərini onlara 

                                                

1

 Алиев С.М., История Ирана. ХХ век, Москва-2004, 152 с. 




17 

hakim  sayırdılar”

1

.  Fars  şovinizminin  cəngindən  yaxa  qurtarmaq  istəyən 



xalqın  tərəqqipərvər  simaları  milli  zülm  siyasətinə  qarşı  çıxaraq  öz 

etirazlarını  bu  və  ya  digər  şəkildə  nümayiş  etdirirdilər.  Xırda  burjua 

xarakteri  daşıyan  milli  hərəkat  Məhəmmədəli  Tərbiyətin  “Danişməndani-

Azərbaycan”  əsərini  yazması  ilə  başlamışdır,  desək  yanılmarıq. 

Məhəmmədəli  Tərbiyət  ikiyə  bölünmüş  Azərbaycanın  parçalanmasına  bir 

növ  etiraz  edərək  onun  bütövlüyünü  “bərpa”  etmək  üçün  əsərində  hər  iki 

tərəfdən  olan  sənətkarlar  haqqında  məlumatlar  verməklə,  həm  dilimizin, 

həm  tariximizin,  həm  də  mədəniyyətimizin  vahidliyini  simvolizə  etməyə 

çalışmışdır.  

Əziz  Dövlətabadi  1922-ci  il  sentyabr  ayının  1-də  Təbrizin  Mənsur 

xiyabanında dünyaya göz açmışdır. Atası Musa Sərab yaxınlığında yerləşən 

Dövlətabad  kəndindəndir.  Təbriz  bələdiyyəsində  hesabdar  işləyən  Musa 

kişinin  ilk  övladı  olan  Əziz  kiçik  yaşlarından  elmə  həvəsi  ilə  seçilirdi. 

Evdar  qadın  olan  anası  Qəmər  xanım  övladlarının  tərbiyəsi  ilə  xüsusi 

maraqlanmış, onları biliyə və elmə daha da həvəsləndirmişdir.  

Əziz  Dövlətabadi  1955-ci  ildə  Hacı  Məhəmməd  Naxçıvani  və  Hacı 

Hüseyn  Naxçıvani  kimi  xeyriyyəçilərin  qiymətli  kitablarını  bağışladığı  və 

Təbriz  əhalisinin  yardımı  ilə  təsis  edilmiş  Milli  kitabxananın  ilk  başçısı 

olmuşdur.  

1961-ci  ildə  Razi  və  Nümunə  məktəblərinə  rəhbərlik  edən  Əziz 

Dövlətabadi  eyni  zamanda  Təbriz  və  Azad  İslam  Universitetlərində 

ədəbiyyat  tarixini  tədris  etmişdir.  1974-cü  ildən  təqaüdə  çıxaraq  sırf 

yaradıcılıqla  məşğul  olmağa başlayan alimin  indiyə  qədər  on üç əsəri  nəşr 

olunmuşdur.  Bundan  əlavə,  Əziz  Dövlətabadi  Kamal  Xocəndinin,  Məlik 

Mahmud Təbrizinin divanlarını redaktə etmiş, iki təzkirədən əlavə, “Müasir 

fars nəsrinin inkişaf tarixi”, “Azərbaycan kitabxanaları”, “Fars mətnlərində 

türk və monqol sözlərinin lüğəti” əsərlərinin müəllifidir.  

2009-cu il aprel ayının 30-da ağciyər xərçəngindən  dünyasını  dəyişən 

alim Təbrizdə Məqbərətüş-şüərada torpağa tapşırılmışdır. 

Əziz  Dövlətabadi  ədəbiyyat  sahəsində  göstərdiyi  böyük  xidmətlərlə 

yanaşı,  incə,  kövrək  qəlbinin  səsini  Dərviş  təxəllüsü  ilə  yazdığı  şeirlərə 

köçürmüşdür.  Fars  və  Azərbaycan  türkcəsində  yazan  ədibin  3  min  beytə 

yaxın  şeiri  vardır.  Bu  şeirlər  arasında  qəsidə,  minacat,  məsnəvi,  tərcibənd 

və  rübailər  mövcud  olsa  da,  şair  üstünlüyü  qəzəl  janrına  vermişdir.  Şairin 

Azərbaycan  türkcəsində  yazdığı  qəzəlləri  sadə  bir  dildə,  şirin  Təbriz 

                                                

1

 Mustafayev V. Cənubi Azərbaycan. Milli şüur. (XX əsrin I yarısında) III bölüm, 



s.9 


Yüklə 436,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə