Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 436,97 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix08.07.2018
ölçüsü436,97 Kb.
#53814
1   2   3   4   5   6   7   8   9   10

20 

cünglərindən  istifadə  edilmişdir. Onu da qeyd  edək  ki, M.Tərbiyət istifadə 

etdiyi  mənbələr  içində  həm  Azərbaycan  təzkirələrinə,  həm  də  Azərbaycan 

müəlliflərinin  yazdığı  əsərlərə  müraciət  etmişdir.  (Məsələn;  F.Köçərlinin 

“Azərbaycan ədəbiyyat tarixi”)  

II  fəsil  “Süxənvərani-Azərbaycan”  təzkirəsi  və  Azərbaycan 

ədəbiyyatı” adlanır və üç yarımfəsildən ibarətdir. 

I  yarımfəsil  “Ə.Dövlətabadinin  “Süxənvərani-Azərbaycan”  təzkirə-

sinin tərtib prinsipləri adlanır.  

Yaradıcılığında  qədim  təzkirəçilik  ənənələri  sezilən  Əziz  Dövləta-

badinin  öz  torpağına,  kökünə,  əcdadlarına  olan  sonsuz  məhəbbəti  fars 

dilində  yazan  Azərbaycan  şairlərini  toplayaraq,  bir  çox  unudulmuş,  az 

tanınan şairlərin əsərlərini bir araya gətirib iki cildlik kitab halına salmasına 

səbəb  olmuşdur.  Belə  ki,  ədəbiyyatşünas  alim  1966-cı  ildən  etibarən  bu 

əsərin  üzərində  işləməyə  başlamış,  Xalxal,  Marağa,  Ənzab,  Miyanə, 

Arazbaran,  Ərdəbil  şairləri  başlıqlı  məqalələrini  Təbriz  şəhərindəki 

Ədəbiyyat  İnstitutunun  nəşriyyatında  çap  etdirmişdir.  On  ilə  yaxın  bu 

təzkirənin üzərində çalışan müəllif iki cilddən ibarət sanballı bir əsər ortaya 

qoymuş və bu təzkirəni  yazmaqla Azərbaycan ədəbiyyat tarixində  mühüm 

addım atmışdır. 

Əsərin    cildində  Ərdəbil,  Arazbaran,  Urmiya,  Ərvənəq  və  Ənzab, 

Təbriz şəhərlərindən  olan 368 söz ustadı,   cilddə  isə Xalxal, Xoy, Sərab, 

Səlmas,  Maku,  Marağa,  Mərənd,  Mehabad,  Miyandəab,  Miyanə  və 

Gərmərud, Nəqdədən olan 332 sənətkar haqqında məlumat yer almışdır.  

Əsərin  hər  iki  cildində  haqqında  bioqrafik  bilgi  verilən  sənətkarların 

ən qədimi X əsrə, ən müasiri isə XX əsrə aiddir. Təzkirə ilk dəfə 1976-78-

ci illərdə Təbrizin Ədəbiyyat İnstitutunun nəşriyyatında çap olunmuş, daha 

sonra 1998-ci ildə təkrar nəşr edilmişdir. 

“Süxənvərani-Azərbaycan”ın  hər  iki  nüsxəsinin  müqayisəsi  əsasında 

onların fərqli xüsusiyyətlərini  görmək  mümkündür. Belə  ki,  müəllif əsərin 

üzərində  yenidən  işləmiş,  bura  əlavələr  edərək  Urmiya,  Mehabad,  Nəqdə, 

Maku  şəhərlərində  yaşamış  şairlərin  həyat  və  yaradıcılığına  müraciət 

etmişdir.  nəşrdə ədəbiyyatşünas alim X əsrdə və bundan əvvəl yaşamış 

şairlər haqqında ətraflı məlumat toplamışdır (Cüneyd Ərdəbili, Məhəmməd 

Ərdəbili,  Şəms  Əhəri,  Qütb  Əhəri,  Əbülfəzl  Təbrizi,  Həmid  Təbrizi, 

Müzəffər Təbrizi, Züheyr Xunci, Cəmal Xoyi, Rükn Xoyi, Şərəf Marağayi, 

Züheyrəddin  Marağayi,  Sayinəddin  Marağayi,  Osman  Marağayi,  Fəxr 

Marağayi) 

Əziz  Dövlətabadi  bu  əsərini  50-ci  illərdə  toplamasına  baxmayaraq, 

onun    nəşri  alimin  illər  öncə  başladığı  bu  işi  məzmun  baxımından  daha 




21 

dolğun,  bioqrafik  məlumatlar  baxımından  isə  daha  əhatəli  olması  üçün 

göstərdiyi  səylərin  nəticəsidir.  Muəllif    nəşrdə  öz  təzkirəsində  Şərqi  və 

Qərbi  Azərbaycanın  851  şairini  toplayıb  bir  araya  gətirmişdirsə,    nəşrdə 

bəzi  düzəlişlər,  o  cümlədən,  şairlər  haqqında  bioqrafik  məlumatlara  yeni 

informasiyalar  əlavə  edərək  944  söz  ustadının  yaradıcılığına  müraciət 

etmişdir.  Yeri  gəlmişkən  onu  da  qeyd  edək  ki,  alim  söz  sənətkarlarının 

hamısı  haqqında  məlumat  verməmiş,  bəzilərinin  adlarını  sadalamaqla 

kifayətlənmişdir.  Təzkirədə  müəllif  əslində  944  şair  haqqında  məlumat 

verməyi  nəzərdə  tutmuşsa  da,  bu  niyyətini  tam  həyata  keçirə  bilməmişdir. 

723 sayda şair haqqında biblioqrafik məlumat verməyə nail olmuşdusa, 221 

şairin ancaq adını qeyd etməklə kifayətlənmişdir. 

Əziz  Dövlətabadi  təzkirəni  tərtib  edərkən  əsasən  Təbriz  şairlərinin 

yaradıcılığına  üstünlük  vermiş,  burada  doğulub,  boya-başa  çatmış  394 

sənətkara  xüsusi  diqqət  yönəltmişdir.  Bu  şairlər  arasında  başqa  bölgələrdə 

doğulub  (Daniş Təbrizi Şirazda anadan  olmuş) sonradan Təbrizə köçən  və 

yaxud Təbrizdə anadan  olub başqa şəhərlərdə  məskunlaşan (Xazin Təbrizi 

İsfahanda  yaşayıb)  şairlər  də  vardır.  Müəllifin  bu  addımı  həmin  şairlərin 

əsərlərinin  tarix  səhifələrindən  itib-batmaqdan  qorumaq,  gələcək  nəsillər 

üçün hifz etmək məqsədindən xəbər verir. 

Müasir  təzkirələrlə  müqayisədə  Əziz  Dövlətabadi  təzkirəsində 

sənətkarlar  haqqında  bioqrafik  məlumatlar  daha  genişdir.  Belə  ki,  Əziz 

Dövlətabadi qədim qaynaqlardan istifadə etməklə yanaşı, xarici ölkə tarixçi 

və şərqşünasların  əsərlərindən istifadə  etməklə oxucuya dərin  və  hərtərəfli 

məlumatlar  təqdim  etmişdir.  Ədəbiyyatşünas  alim  Edvard  Braun,  Herman 

Ete,  Minorski  və  s.  bu  kimi  məşhur  tədqiqatçıların  əsərlərinə  müraciət 

etmişdir. 

“Süxənvərani-Azərbaycan”  təzkirəsində  Azərbaycan  ədəbiyyatının 

tarixi  mərhələrləri”  adlı  ikinci  yarımfəsildə  ədəbi  irsimizin  görkəmli 

yaradıcıları  Qətran  Təbrizi,  Hümam  Təbrizi,  Səfiəddin  Ərdəbili,  Mahmud 

Şəbüstəri,  Övhədi  Marağayi,  Arif  Ərdəbili,  Şah  İsmayıl  Xətai,  Şərif 

Təbrizi,  Məczub  Təbrizi,  Şəms  Təbrizi,  Saib  Təbrizi,  Qövsi  Təbrizi, 

Rəhməti  Təbrizi,  Nəbati,  Sərşar  Təbrizi,  Heyran  xanım,  Nüsrət  Ərdəbili, 

Şəhriyar haqqında təzkirənin verdiyi bilgilər tədqiq olunub.  

“Süxənvərani-Azərbaycan”  təzkirəsində  haqqında  məlumat  verilən 

şairlərdən  biri  də  XIV  əsr  Azərbaycan  ədəbiyyatında  özünəməxsus  yeri 

olan  Hümam  Təbrizidir.  Əsərdə  Hümam  Təbrizinin  XIII  əsrin  sonlarında 

XIV əsrin əvvəllərində yaşadığı qeyd olunmuşdur. İlk dəfə bu şair haqqında 

məlumat  Həmdullah  Qəzvini  tərəfindən  yazılmış  “Tarixi-qozide”  əsərində 

verilmişdir. Əziz Dövlətabadi “Rövzətül-cinan” əsərinə istinad edərək onun 




Yüklə 436,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə