Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə14/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   10   11   12   13   14   15   16   17   ...   131

 

45 


Azərbaycan Respublikasının “Xalq şairi”  fəxri adlarını almışdır. 

Böyük sənətkar 22 iyun 1994-cü ildə vəfat etmişdir qəbri fəxri 

xiyabandadır. Qəbrinin üstündə heykəli ucaldılmışdır. O, 

vəfatından sonra, 1995-ci ildə  “İstiqlal ordeni” və Türkiyə 

Respublikasının milli şairi adına layiq görülmüşdur. 2002-cı ildə 

şairin xatirəsinin əbədiləşdirilməsi haqqında Respublika Rrezidenti 

sərancam vermiş, 2004-cü ildə H.Əliyev adına Sarayda 70 illik 

yubileyi keçirilmişdir. 

“XX  əsr Azərbaycan  ədəbi-bədii fikrində milli ideal və xalq 

taleyi problemi (Xəlil Rza Ulutürkün yaradıcılığı  əsasında)” 

ədəbiyyatda millilik və xəlqiliyi bir şairin yaradıcılığı əsasında əks 

etdirən elmi tədqiqat  əsəridir. Milli ideal və xalq taleyi problemi 

ədəbiyyatşünaslıq tarixində  ədəbi-bədii materiallar əsasında 

tədqiqata cəlb olunmuş və X.R.Ulutürk yaradıcılığı əsas tədqiqat - 

araşdırma obyekti götürülmüşdür. 

  

 



  

 

  



  

 

 



  

 

 



 

 

 



 

 

 



 

 



 

46 


I   FƏSİL 

 

XƏLİL RZA ÜLUTÜRKÜN YARADICILIĞINDA 

MİLLİ ÖZÜNÜDƏRKİN MƏNBƏ VƏ 

QAYNAQLARI 

 

 1.1. 


Şairin milli mənlik şüur və məfkurəsi 

 

Milli özünüdərk tarixən mövcud olmuş mənbələr: ictimai-siyasi 



reallıq, dil, din, etnoqrafiya, arxeologiya və başqaları ilə əlaqəlidir. 

Yeni tarixi şərait XX əsrin 80-ci illərindən başlayaraq milli 

köklərimizə qayıdışı sürətləndirmişdir. Milli özünüdərk milliliyin 

(qismən bəşəriliyin) sintez olunmuş qavrayışıdır. Müasir dünyada 

Azərbaycanın yeri və rolu yeni tarixi dəyər kəsb etməkdə, milliliyi 

və  bəşəriliyi zənginləşdirməkdədir. H.Əliyev özünüdərkin ideya-

nəzəri əsaslarından danışarkən demişdir: “Biz tarixi köklərimizdən 

heç vaxt ayrıla bilmərik. Biz tarixi köklərimizi həmişə iftixar hissi 

ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya 

bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr 

etməliyik. Eyni zamanda öz milli-mənəvi dəyərlərimizi 

ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan 

xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq. Yenə 

də deyirəm, bunun içərisində  həm demokratiya, həm hüquq 

normaları, həm dünyəvi dövlət, həm insan azadlığı, insan 

haqlarının qorunması, plüralizm, sərbəst ticarət, insan sərbəstliyi, 

sərbəst bazar ticarəti, sərbəst bazar iqtisadiyyatı var - bunlar hamısı 

ümumbəşəri dəyərlərin bizim milli-mənəvi dəyərlərlə vəhdətindən 

meydana gələn müddəalardır. Bunlar bizim milli ideologiyanın 

böyük bir hissəsini təşkil edir” [55]. 

Milli istiqlal uğrunda mübarizə üçün tarixi şərait yetişdikcə 

milli özünüdərk hissi də  məntiqi olaraq güclənmişdir. “Bu gün 

milli özünüdərk problemi həm də ona 

  

 




 

47 


görə aktualdır ki, Azərbaycan müstəqillik  əldə etdikdən sonra, 

xalqımız öz milli-mənəvi köklərinə qayıtmağa, öz milli 

mentalitetinə adekvat olan həyat tərzi qurmağa çalışır. Lakin buna 

nail olmaq üçün ilk növbədə  əsrlərdən və  nəsillərdən bizə miras 

qalmış milli sərvətimizi qoruyub saxlamağı  və onları 

dəyərləndirməyi bacarmalıyıq” [105, s.104]. 

H.Əliyev Dünya Azərbaycanlılarının 9-10 noyabr 2001-ci il 

tarixli I qurultayında demişdir: “Millətin gücünü təkcə onun birliyi 

və monolitliyi deyil, həm də milli özünüdərki və mentallığı 

yenidən yaratmaq və qorumaq səyləri müəyyən edir” [55]. 

Milli özünüdərkin yığcam müasir nəzəri təfsirindən sonra qeyd 

edək ki, onun yetişməsi və dərinləşməsində mədəniyyət xadimləri 

mühüm rol oynayır, tarixən yaradılan mənəvi sərvət, xüsusilə, milli 

ruhun, milli mənlik  şüurunun yetişməsi və inkişafında güclü təsir 

göstərir. “İnsanın özünü seçib ayırması, özünə müəyyən münasibət 

bəsləməsi, öz imkanlarını obyektivcəsinə qiymətləndirməyi 

bacarması insan xarakteristikasının spesifik formasını  təşkil edib 

mənlik şüuru və ya özünüdərk adlanır” [85, s. 193-194]. Lakin hər 

bir yaradıcı  sənətkar güclü fərd olaraq meydana çıxsa da, milli 

ideallar, ideya və baxışlar sistemi, milli xarakter keyfiyyətləri və 

geniş  mənada mövcud milli “Mən” onların hamısına müyəssər 

olmur. 


Müasir zəmanəmizdə istər  ədəbiyyat, istərsə  də ictimai-siyasi 

həyatda milli və milli mənlik  şüurunun güclənməsində 

X.R.UIutürkün tarixi rolu böyükdür. 

Ümummilli lider Heydər  Əlirza oğlu  Əliyev təsadüfi 

deməmişdir: “XX əsrdə Azərbaycanın görkəmli simalarından biri - 

şair, yazıçı, filosof, alim, xalq azadlığı  uğrunda fədakar mübariz, 

böyük vətəndaş  Xəlil Rzanı itirmişik. Xəlil Rzanın Azərbaycan 

xalqı qarşısında xidmətləri  əvəzsizdir. Xəlil Rza xalqımıza böyük 

ədəbi irs qoymuş, mədəniyyətimizi, 

ədəbiyyatımızı 

zənginləşdirmişdir. 

 

  




 

48 


Xəlil Rza Azərbaycan xalqının milli azadlıq uğrunda 

mübarizəsinin ön cərgəsində getmiş, bu mübarizəyə qalxmış 

gənclərimizə  həm alim, həm şair kimi, həm də hörmətli bir insan 

kimi örnək olmuşdur. O, daim Azərbaycanın müstəqilliyi duyğuları 

ilə yaşamış, həyatının şüurlu hissəsini buna nail olmağa sərf etmiş, 

böyük xidmətlər göstərmişdir. 

Xəlil Rza bir vətəndaş, bir insan kimi bütün xüsusiyyətləri ilə 

həmişə sevilmişdir. Mən daim onun yaradıcılığına, insanlığına, 

vətəndaşlığına, 

ən çox cəsurluğuna, 

əyilməzliyinə, öz 

ideyalarından dönməzliyinə hörmət et-mişəm, onu yüksək 

qiymətləndirmişəm. Güman edirəm ki, Xəlil Rzanın parlaq həyatı, 

onun böyük vətəndaşlığı, milli azadlıq uğrunda mübarizliyi bütün 

azərbaycanlılar üçün nümunə olacaqdır” [53, s.218-219]. 

Xəlil Rza Ulutürk özünüdərkinə, onun mənlik  şüurunun 

yetişməsinə  təsir göstərmiş mühüm amillər  əsasən aşağıdakılarla 

izah olunmalıdır: 

l.Xəlil Rzanın babası Rüstəm kişi 1918-ci ildə geniş  əkin 

sahələri üstündə bolşeviklər tərəfindən güllələnmişdi. 20-30-cu 

illərdə babasından qalma torpaqlar əllərindən alınıb pambıq 

sahələri üçün verilmişdir (Məlumat nənəsinin xatırlamalarındandır. 

Mənbə: “Nənəm Güllər”  şeirinin ideya-məzmunu. Xəlil Rzanın 

dostu akad.B.Nəbiyevə söylədikləri. Bax:B.Nəbiyev “İstiqlal şairi” 

monoqrafiyası. B., Elm, 2001, s.18). 

2.Ata babası Xəlil kişi 1933-cu ildə həbs edilib öldürülmüşdür. 

Əkin yerləri, öküz və kotanları  əllərindən alınmışdır (Mənbə: 

“Türkan məktubları”, “Eldənizə ikinci cavabım” poemasından. 

Bax: akad.B.Nəbiyev. “İstiqlal şairi” monoqrafiyası. Yenə orada, s. 

17). 


3.Xəlil Rzanın atası Rza kişi 1941-1942-ci illərdə Böyük Vətən 

müharibəsində, Moskvaaltı döyüşlərdə iştirak etmiş, 17 yara almış, 

47 yaşında vəfat etmişdir (Mənbə. Bax: “Kimliyim” adlı 

avtobioqrafiyası. Arxiv əlyaz- 

  

 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə