Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə2/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   2   3   4   5   6   7   8   9   ...   131

 

 



pambıqçılığın meydanına çevriləndə  Xəlilgilin babadan qalmış 

bağları da əllərindən alınmış, şumlanıb yerinə çiyid səpilmişdir. 

X.Rza 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin 

jurnalistika şobəsinə daxil olmuşdur. Tələbəlik illərində o, əvvəlcə 

prof. Cəfər Xəndanın, sonra isə  şair Bəxtiyar Vahabzadənin 

başçılıq etdikləri  ədəbiyyat dərnəyinin  ən fəal üzvlərindən 

olmuşdur. Şerləri dövrü mətbuatda müntəzəm çap olunan gənc şair 

1954-cü ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilmişdir, 

elə həmin ildə X.Rza ali məktəbi yüksək qiymətlərlə bitirmişdir. O, 

“Azərbaycan qadını” jurnalının redaksiyasına  ədəbi işçi 

götürülmüş, iki il orada çalışmış, jurnalın səhifələrində öz şerlərini 

də dərc etdirmişdir. 

1957-1958-ci dərs ilində  Xəlil Rza Azərbaycan Yazıçılar 

İttifaqının tövsiyəsi ilə Moskvaya, M.Qorki adına  Ədəbiyyat 

İnstitutu nəzdində  fəaliyyət göstərən Ali Ədəbiyyat kurslarına 

göndərilmişdir. N.Xəzri,  Ə.Kürçaylı, Qabil, M.Araz, S.Tahir, 

Ə.Əylisli, Fikrət Qoca, A.Mustafazadə, S.Məmmədzadə  və 

başqaları da həmin təhsil ocağında oxumuşlar. Bu kurslarda 

müxtəlif illərdə Çingiz Aytmatov, Rəsul Həmzətov, Yevgeni 

Yevtuşenko, David Kuqultinov və başqaları da təhsil almış, 

görkəmli yazıçılar Pablo Neruda, Romen Rollan, Nazim Hikmət və 

başqaları ilə kursun müdavimlərinin maraqlı görüşləri 

keçirilmişdir. X.Rza Pavel Antokolskinin sinfində oxumuşdur. 

1959-cu ildə  təhsilini bitirib Bakıya qayıdan  şair bir müddət 

Azərbaycan Dövlət Pedaqogi İnstitutunda çalışmış, oranın aspirantı 

olmuş, 1963-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 

Şair elə o vaxtdan nitqində yersiz olaraq əcnəbi (rus) sözü 

işlədənləri hər yabançı  kəlmə üçün 5 qəpik cərimə edir, 

danışığından məmnun qaldığı soydaşlarını isə bir manat 

məbləğində mükafatlandırırdı. X.Rzaya qarşı başlamış  təqib 

kompaniyasının bir səbəbi də bununla bağlı olmuşdur. Onun 

Yazıçılar İttifaqı xəttilə ke- 

 



 

çirilən görüşləri məhdudlaşdırılmış, institutdakı  dərs saatları 



azaldılmışdır. 

Türkiyədə  nəşr olunmuş “Ana dili” şerindən sonra Yazıçılar 

İttifaqının rəhbərliyində  də  şairə qarşı soyuqluq, etimadsızlıq 

yaranmışdır. Onun M.P.Vaqifin 250 illik yubileyinə  gəlmiş 

qonaqlarla öz şerlərini Türkiyəyə göndərmək təşəbbüsü də boşa 

çıxmışdı. Bütün bunlar İnstitut partiya təşkilatında müzakirə edilib 

pislənmiş, şair məlum təzyiqlər nəticəsində işdən azad olunmuşdur. 

O, “Bilik” cəmiyyəti xəttilə rayonlara gedib mühazirələr oxumaqla 

ailəsini dolandıranda da “dinc durmamış”, vətənpərvərlik, 

azərbaycanlılıq təbliğatını davam etdirmiş, bu səbəbə görə “Bilik” 

cəmiyyətindən uzaqlaşdırılmışdır. 

Uzun get-gəldən sonra Xəlil Rza Nizami adına  Ədəbiyyat 

İnstitutuna baş elmi işçi vəzifəsinə  qəbul edilmişdir. O, Mirzağa 

Quluzadə, Əziz Mirəhmədov kimi görkəmli alimlərin, demokratik 

fikirli ziyalıların direktor olduğu həmin  İnstitutda çalışarkən 

yaradıcılığını davam etdirmiş, doktorluq dissertasiyası yazmağa 

başlamış, tərcüməçiliklə məşğul olmuşdur. 1984-cü ildə X.Rzanın 

“Ömürdən uzun gecələr” və “Qardaşlıq çələngi” kitabları 

Azərbaycan SSR Dövlət mükafatı almaq üçün irəli sürülsə  də 

məlum səbəblərə görə mükafat məsələsi baş tutmamışdır. 1985-ci 

ildə X.Rza “Məqsud  Şeyxzadənin bədii yaradıcılığı  və 

Azərbaycan-özbək  ədəbi  əlaqələrinin aktual problemləri” 

mövzusunda doktorluq dissertasiyasını  uğurla müdafiə etmişdir. 

1988-ci ildə Azərbaycan milli azadlıq hərəkatı başlayanda X.Rza 

da öz ictimai-siyasi fəaliyyətini genişləndirmişdir. O, respublikanın 

bir çox bölgələrində siyasi təbliğat işi aparmış, “Azadlıq” 

radiosuna intervülər vermiş, 20 Yanvar hadisələri haqqında 

həqiqətləri dünya ictimaiyyətinə bəyan etmiş, “Qanlı cəllad Mixail 

Sergeyeviç Qorbaçova” şeri ilə Qorbaçov və  mənfur imperiyanın 

törətdiyi dəhşətli cinayətləri, onların mahiyyətini xalqa 

çatdırmışdır. 

 

 




 

26 yanvar 1990-cı ildə  Xəlir Rza hebs edilmişdir. Guya milli 



ədavəti qızışdırdığına görə Azərbaycan SSR cinayət məcəlləsinə 

əsasən ona cinayət işi açılmışdır. Şair 1990-cı ilin 26 yanvarından 

4 oktyabrına qədər Moskvanın Lefortovo zindanında 

saxlanılmışdır. Azadlığa buraxıldıqdan sonra 1991-ci il aprel 

ayının 15-də  Rəfiq Zəka Xəndanla birlikdə Türkiyəyə getmişdir. 

Ömrünün son illərində şair müalicə  məqsədilə Türkiyə, Almaniya 

və Fransada olmuş, 21 iyun 1994-cü ildə şəkər xəstəliyindən vəfat 

etmişdir. O, Bakıdakı  Fəxrı Xiyabanda dəfn olunmuş, qəbri 

üstündə  əzəmətli heykəli ucaldılmışdır.  Şair 1995-ci ildə 

(ölümündən sonra) ümummilli liderimiz Heydər Əliyev tərəfindən 

Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə təltif edilmişdir. 

 

*** 



 

Xəlil Rza Ulutürk də  qələm yoldaşları kimi gənc sovet şairi 

olaraq fəaliyyətə başlamış, bir müddət kommunist ideallarının 

tərənnümçüsü olmuşdur. “Bahar gəlir” adlı birinci kitabındakı 

(1957) bəzi  şerləri nəzərə alınmazsa,  əsərləri, o zamanın  ən çox 

dəbdə olan mövzularına həsr edilmişdi. Məlumdur ki, Oktyabr, 

Lenin, 26-lar, o vaxt təkcə Azərbaycanda yox, bütün sovetlər 

ölkəsində tanınmış qələm sahiblərinin yarış mövzularından idi. 

Xəlil Rzanın yaradıcılığında ilk məzmun dəyişiklikləri 1960-cı 

illərdən başlamış, sonra getdikcə güclənmişdir. Həmin 

dəyişiklikləri təmin edən başlıca cəhətlər özünə  və ictimai həyata 

tənqidi münasibətinin güclənməsi, lirik qəhrəmanın inadkarlığının 

artması, şairin həqiqəti tapmaq uğrunda qızğın idrakı fəaliyyəti və 

bunların nəticəsində sovet ehkamlarından qurtulması ilə bağlı 

olmuşdur. Hələ “Sevən gözlər” (1959) lirik şerlər məcmuəsinin 

əsasını  şairin daxili yaşantıları,  şəxsi fikir və duyğuları  təşkil 

etmişdir. “Şairin cavabı”, “Üç yarpaq”, “Tamam doğmayan 

 

 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə