Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə7/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   2   3   4   5   6   7   8   9   10   ...   131

 

21 


Kameraya sığınıram, kameramız kiçik, dar,  

Qıy vursam qəzəbimdən yer də, göy də dağılar.  

Addımlarım altında taxta, qırmızı taxta,  

Bəlkə donub, bərkiyib qızıl qan laxta-laxta.  

Şair əsərdə al qanları küçə və meydanlara axıdılmış igid oğul və 

qızlarımızı  ağuşuna alan Şəhidlər xiyabanının poetik mənzərəsini 

yaratmağa çalışmış, sanki hər bir şəhidin obraz-xatirəsini 

canlandırmaq istəmişdir. Nəfəs genişliyi - poetik cümlənin 

sanballı,  əhatə dairesinin vüsəti X.Rza yaradıcılığı üçün 

səciyyəvidir.  Şairliyin atributlarından olan özünü ötüb keçmək və 

bunu daimi, gündəlik mübarizə aktına çevirmək həmişə Xəlil Rza 

istedadının, onun lirik qəhrəmanının başlıca əlaməti olmuşdur. 

 

*** 



X.Rzanın əsərləri təkcə onların əks etdirdikləri fikir və ideyalar, 

məqsəd və arzularla deyil, sənətkarlıq baxımından da çox zəngin 

və qiymətlidir. 

Şair Azərbaycan folklorunu yaxşı bilmiş, “Kitabi-Dədə 

Qorqud”dan “Qaçaq Nəbi”yə  qədər dastanlarımızı, Xaqanidən, 

Nizamidən, Nəsimidən başlamış S.Vurğuna, M.Müşfiqə  və 

R.Rzayadək klassik şerimizə dərindən bələd olmuşdur. Onun bədii 

yaradıcılığı zəngin milli və bəşəri qaynaqlara malikdir. “Yox, mən 

qaça bilməzdim”  şerində sevgilisi şəhid olmuş  gəlinin  ərinin 

xatirəsinə müraciətlə dediyi sözlər “Kitabi-Dədə Qorqud” 

dastanında Dəli Domrulun halalının ona dediklərini xatırladır: 

Qarşı yatan şiş dağları 

Səndən sonra mən neylərəm? 

Yaylarsam, qəbrim olsun. 

Soyuq-soyuq bulaqları 

Səndən sonra mən neylərəm? 

İçərsəm zəhərim olsun! 

Tövlə-tövlə köhlənləri 

Səndən sonra mən neylərəm? 

 



 

22 


Minərsəm tabutum olsun! 

Sonuncu sükutum olsun!  

X.Rza klassik irsə yaradıcı münasibəti ilə  fərqlənən 

sənətkarlardandır. M.Füzulinin “Məni candan usandırdı, cəfadan 

yar usanmazmı?” mətləli qəzəli ilə onun “Apardı sellər Saranı” şeri 

arasındakı  səsləşmə bu baxımından çox maraqlıdır. Çar Rusiyası 

ilə  İran monarxiyası arasında bağlanmış  bədnam “Gülüstan 

müqaviləsi” (1828) nəticəsində Azərbaycan xalqının başına gəlmiş 

ağır tarixi faciənin  şiddətini ifadə etmək məqsədilə X.Rza heca 

vəznində yazdığı  şerə Füzuli eruzunun ahənginə uyuğun olaraq

səkkiz hecalı dördlüklər peyvənd etmişdir: 



“Şəbi-hicran yanar canım, 

Tökər qan çeşmi-giryanım, 

Oyadar xəlqi əfqanım” 

O sahildə, bu sahildə. 

...Nə həsrət, nə hicran olsun, 

Vahid Azərbaycan olsun! 

Qoy birləşsin, bir can olsun 

O sahil də, bu sahil də!  

Bu baxımdan digər bir nümunə S.Vurğunun “Azərbaycan” 

şerilə ilgilidir: 

“El bilir ki, sən mənimsən, 

Yurdum-yuvam məskənimsən” 

Bəs nə üçün namərdlərə 

Yer verirsən qoynunda sən?!  

X.Rza real bədii təsvirə, obrazlı düşüncəyə, ifadə vasitələrinin 

təravətinə  həmişə üstünlük verirdi. Sözün qüdrətilə  mənzərə 

yaratmaq, bədii surətin portretini çəkmək onun şerləri üçün 

səciyyəvidir. 

Ey ovcu qabarlı, başı vüqarlı, 

Alnı muncuq tərli həmvətənlərim, 

Sevincli, ümidli, qəmli, qüdrətli

Mantyor paltarlı Prometeylərim!  

“Aşıq Talıb”  şerində X.Rza 100 yaşlı Aşıq Talıbın 




 

23 


(Aşıq Ələsgərin oğlunun) canlı portretini yaratmışdır: 

Qırış-qırış sifəti  

Doğma torpağa bənzər. 

Dağ başına dırmaşıb 

Çiynindəki nəvələr 

Əlləri- kotan ağzı, 

Boyu çinardan uca 

Götürəndə sazını 

Cavanlaşır bu qoca.  

X.Rza irsinin başlıca poetik keyfiyyətlərindən biri bədii forma 

əlvanlığına malik olmasıdır. Məlumdur ki, heca vəzninin onbirlik 

bölgüsü Azərbaycan  şerinin geniş imkanlı ölçülərindəndir. Lakin 

şair bununla bərabər, heca vəzninin başqa bölgülərindən və 

əruzdan da ustalıqla faydalanmışdır. 

Onun poeziyasında vəzn baxımından maraqlı hadisələr 

müşahidə olunur. Şair sərbəst vəznə  də biganə deyil. Lakin yeri 

gələndə, buna xüsusi bədii ehtiyac olduqda, eyni mətn daxilində 

bunların üçündən də istifadə etməyi bacarır. “Hara gedir bu 

dünya?...” poemasının “İki qardaşın söhbəti” bölməsində Milli 

Hökumətin yaradılması münasibətilə çağırılmış qurultayın təsvirini 

verən hissədə belə bir parça var: 

Açılır ilk qurultay! Açılır səhər. 

Açılır arzuların yolu. 

Açılır arzulardan dügünlər. 

Açılır 

Min il nisgilli qalan könüllər. 

Açılır 

Bağlarda, çəmənlərdə, könüllərdəki güllər. 

Güllər və könüllər, 

Könlümdəki sellər. 

Buludu yarıb çıxan al qırmızı günəş tək 

İşıqladır salonu bir kəlmə söz:-Azadlıq!  

Burada sərbəstdən (ilk altı misra) əruza (onların ardınca 

 



 

24 


gələn üç misra) və  əruzdan hecaya (son iki misra uğurlu) vəzn 

keçidləri vardır. 

X.Rzanın dördlükləri arasında istər mövzusu, qaldırdığı 

problem, istərsə  də problemin poetik həlli baxımından klassik 

rübailərimiz səviyyəsində duran nümunələr var: 

İlbiz işıldayır, nur yaya bilməz, 

Rütbə düşgünləri parlaya bilməz. 

Yalnız stolunu qoruyan gəda 

Xalqın şərəfini qoruya bilməz. 

Neçin ağacları çox istəyirəm? 

Ağac əllərimə bənzəyir onlar. 

Bütün sərvətini bəsəriyyətə 

Təmənnasız verən ürəkləri var.  

Sənətkar təkcə  şerlərində deyil, bəzi poemalarında da ədəbi 

təcrübədə nisbətən az işlənən beş misralıq bəndlərdən istifadə 

etmişdir. “Türkel balam” poeması başdan-başa beşlik formasında 

yazılmışdır. 52 bənddən ibarət bu əsərin qafiyə quruluşu aaabb 

şəklindədir: 



Səsin, ünün qayaları tərpədir. 

Kim deyir ki, mənim balam körpədir? 

O, Sabahkı qasırğadan ləpədir, 

Qasırğamsan, tufanımsan Türkelim, 

Ehkamları yıxanımsan, Türkelim!  

Onun  şerlərindo a b v b b şəklində qafiyələnən beşliyin - 

Vurğun bəndlərinin də maraqlı nümunələri vardır: 

Başımın altında Savalan, Sayan: 

Fikir ver qanımda qaynar axına. 

Yerindən qaldırıb Qoşqar dağını 

Qoşmaq istəyirəm Ural dağına, 

Fikir ver qanımda qaynar axına!  

Hecanın on beşliyi ilə əruzun uyarlı bəhrinin hüdudlarına gəlib 

çıxan belə şerləri də az deyil: 

Yenə qarşıda mənəm, bircəciyim, tək gözəlim, 

Mən ata, sən ana bülbül, sarıköynək gözəlim. 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə