Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə8/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   4   5   6   7   8   9   10   11   ...   131

 

25 


Öz əlim, öz darağım qoy darasın saçlarını 

Oxşayım busəm ilə kirpiyini, qaşlarını.  

“Ay aman!” şerini isə  şair təzad formasında qələmə almışdır. 

Bu az işlənən forma əsrarəngiz məhəbbət duyğularının bəkarətini, 

paklığını əks etdirməkdə şairə yaxşıca kömək etmişdir: 



Biz ikimiz çıxdıq dəniz seyrinə, 

Axdıqca axdıq. 

Suda gümüş ayın qızıl şövqünə 

Baxdıqca baxdıq. 

 

.. Göz gözü oxşadı, göz gözü duydu.  

Sözsüz sorğusuz. 

Başımı çiynindən köksünə qoydum,  

Dinmədi o qız. 

 

Dözmədim... alışdı təryanaqları,  

Elə bax, bu an 

Bircə yol açıldı gül dodaqları,  

Dedi: -ay aman! 

 

Bu səs məhəbbətin ürəyə dolan 

Öz səsiydimi? 

Yoxsa ilk busədən qəfil məst olan 

Qız səsiydimi?...  

Möhtərəm oxucu fərqinə varmamış deyil ki, bu miniatür 

müstəzadı xələldar etməmək üçün onun tam mətnini verməli olduq. 

X.Rzanın poeziyasında son dərəcə  əlvan qafiyə sistemi 

mövcuddur. “Gəlir böyük Azərbaycan”  şerindəki qafiyə bolluğu 

diqqəti xüsusilə cəlb edir: 



Zirvələrdən üzü bəri 

Gəlir məğrur Azarbaycan! 

Gəlir cəsur Azərbaycan! 

Nur və büllur Azərbaycan! 

  


 

26 


Aşağıdakı  bənddə misraların dördü də  həmqafiyə sözlərlə 

müzəyyəndir: 

 

Gəl gəzə-gəzə 

 Qalxaq 

Kəpəzə, 

 Dünya 

təptəzə, 

 Dünya 

möcüzə!  

Məna ardıcıllığı  və  təbiiliklə yanaşı qafiyənin gözəlliyi və “z” 

səsinin yaratdığı ailiterasiya da burada misraların ahəngdarlığını 

təmin etmək üçün öz işini görmüşdür. 

“Azərbaycan”  şerində  şair misrabaşı qafiyələndirmədən çox 

məharətlə istifadə etmişdir: 

 

Xəlil Rza atılsa da 

 Bucağına zindanların, 

 Azərbaycan sığa bilməz 

 Qucağına zindanların. 

 

Aman dostlar, siz gəlməyin 

 Ayağına zindanların, 

 

Lənət deyin qan-qırmızı 

 Bayrağına zindanların  

Altı misralıq bəndlərdən ibarət “Dünya gözəli” şerində bəndləri 

təşkil edən altı misranın hamısı həmqafiyədir: 

 

Hansı on beş yaşlı qız çata bilər də, sənə? 



 

Həqiqəti car çəkib özün ərzə desənəl 

 

Yüz ilimi verərəm bircə şirin busənə, 

 

Bənzətmərəm hüsnünü nə gülə, nə süsənə, 

 Çünki 

camalla 

birgə kamaldır qismət sənə. 

 

Bu iki gözüm qurban məndən umub-küsənə.  

Azərbaycan  şerinin məcazlar sistemində  təşbeh geniş yer tutur. 

Orijinal təşbehlər sistemi X.Rza şerinə  də xüsusi rövnəq və  bədiilik 

vermişdir. 

 

Qarabağ - ürəyimdir, Şuşa - gözüm giləsi, 

 Gözlərimə tuşlanıb bu gün düşmən gülləsi.  

X.Rzanın təşbeh yaratmaq üsulları son dərəcə  əlvan və  zəngindir. 

Bəzən o, real həyat hadisələrini  əks etdirən misralarla yanaşı, onların 

fonunda elə misra-təşbeh işlədir 

 



 

27 


 

ki, bu da öz növbəsində obrazlı ifadənin təsir qüvvəsini qat-qat 

artırır. Qobustan qayalarından bəhs edən “Yaşamaq üçün” şerində 

əcdadlarımızın həyat problemlərindən, məişət çətinliklərindən söz 

açan şair yazır ki, onlar: 

 

Halal bir ruzu üçün 



 Yer 

qazıb, dağ yarıblar. 

 Daşdan çörək çıxarıb, 

 Daşdan od çıxarıblar. 

 

*** 



 

Xəlil Rza Ulutürk tanınmış  ədəbiyyatşünas-alim kimi sənətə 

dair məsələlərlə  də ciddi məşğul olmuşdur.  Şairin folklor, aşıq 

yaradıcılığı, klassik və müasir ədəbiyyat, lirika, nəsr, dramaturgiya 

və teatra dair maraqlı  məqalələri vardır. O, S.Vurğun, M.Müşfiq, 

R.Rza, B.Vahabzadə, Rəfiq Zəka haqqında elmi kitabların, 

H.Cavid, R.Rza, M.Şəhriyar,  Ə.Kərim, M.Araz, S.Tahir, Ə.Tudə, 

Ə.Vahid, M.Şeyxzadə,  Ə.Cəfərzadə,  İ.Şıxlı, N.Həsənzadə, Qabil, 

C.Novruz, H.Arif, Q.Qasımzadə  və başqalarının yaradıcılığı 

haqqında ədəbi-tənqidi məqalələrin müəllifidir. 

“Bədii sözün tanrısı” (1987) X.Rzanın  ədəbiyyatşünaslıq 

sahəsində  nəşr edilmiş  ən bitkin əsərlərindən biridir. Məqalə 

Nizami Gəncəvinin 100 cildlik “Dünya ədəbiyyatı kitabxanası” 

düzümündən 1988-ci ildə “Yazıçı” nəşriyyatı tərəfindən buraxılmış 

bircildliyə müqəddimə kimi yazılmışdır. Bu cilde Nizaminin 

lirikası, “Sirlər xəzinəsi” və  “Şərəfnamə”əsərləri daxil edilmişdir. 

Həmin məqalədə Nizaminin lirik şerlərinin təhlili xüsusi yer tutur. 

X.Rza göstərir ki, Mütəfəkkir sənətkarın lirikasında sevgi dünyanı 

idrak vasitəsidir, sevgisiz həyat mənasızdır. Ən böyük fədakarlığın, 

qəhrəmanlığın  əsasında məhz məhəbbət durur. İnsanlığı sevmək 

fərdi sevməkdən başlanır. Fərdi sevə bilməyən milləti, bəşəri də 

sevə bilməz. Nizami lirikası gözələ eyb gətirən cəhətləri, yaramaz 

ictimai münasibət- 

 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə