Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə9/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   5   6   7   8   9   10   11   12   ...   131

 

28 


lərin doğurduğu eybəcərlikləri, alçaq ehtirasları insan varlığından 

qoparıb atmaq, könülləri saflaşdırmaq uğrunda mübarizə 

vasitəsidir. 

X.Rza “Sirlər xəzinəsi”ndə  mərkəzi problemin insan problemi 

olduğunu etiraf edirdi. Nizamiyə görə pl anetləri kəşf edib ucalara 

qalxmaq iqtidarında olan insan məğmun olmamalıdır. O, məğrur, 

azad, qüdrətli ikən, miskin, aciz və müti hala salınmışdır. Bunun 

bir səbəbi ictimai quruluşla insan nəfsinin birliyindədir.  İctimai 

quruluşun yaramazlıqları haqqında fikirlərini Nizami fələk, çərx, 

qəza, tale, div, şeytan, iblis məcazları ilə xatırlatdığı kimi, insanın 

qüsurlarını da onun nəfsində, tamahında, sərvət və  şöhrət 

düşgünlüyündə görmüşdür. 

“Xəmsə”də X.Rzanı daha çox düşündürən əsər “İskəndərnamə” 

olmuşdur. Nizami ideallarının daşıyıcısı olan İskəndəri çox 

bəyənən X.Rza hesab edirdi ki, başda  Ərəstu olmaqla alimlərlə 

dostluq edən, məzlum misirliləri zahm zəngibarların  əsarətindən 

qurtaran, ciddi ixtilafları qızıl, söz, elm, nəhayət, peyğəmbərlik və 

tanrıya yalvarış gücünə  həll etməyə çalışan, yeri gələndə silah 

işlətməyə  məcbur olan, qalib gələndə öyünməyən, vuruşa-vuruşa 

düşünən, düşünə-düşünə vuruşan  İskəndər  ədalət və  zəka 

timsalıdır. O, Nizaminin bu dünya ölkələrində görmək istədiyi 

hökmdar idealıdır! 

X.Rzanın təqdimində  və  şərhində  Bəxtiyar Vahabzadənin 

lirikası dramatik özəyə malikdir... O bütün həyat hadisələrinə fəal 

şair münasibətini bildirən, yanan, yaradan sənətkar, milli ənənələrə 

söykənən novator şairdir. Bu keyfiyyət onun həm dilində, həm yazı 

və düşüncə  tərzində, həm də  əsərlərinin məzmununda aydın gözə 

çarpan məziyyətlərdir. X.Rzaya görə B.Vahabzadə öz əsərlərində 

bədii-fəlsəfi mühakiməyə üstünlük verən fikir şairidir...  Şərq 

şerinin, klassik Azərbaycan poeziyasının  ən dərin qatlarından 

süzülüb gələn bu keyfiyyət Bəxtiyar yaradıcılığında yeni 

keyfiyyətlə də üzə çıxır. 

X.Rza 60-cı illərin əvvəllərindən başlayaraq ədəbi tənqid- 

  



 

29 


lə də müntəzəm məşğul olmuş, “Müharibədən sonrakı Azərbaycan 

sovet  ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda 

namizədlik dissertasiyası yazıb müvəffəqiyyətlə müdafiə etmişdir. 

Bu  əsərində alim poema janrının inkişafı üçün təməl olan 

mənbələri göstərmiş, Xaqani Şirvani, Nizami Gəncəvi, Arif 

Ərdəbili, Füzuli, Saib Təbrizi poemalarının zəngin yaradıcılıq 

xəzinəsi olduğundan bəhs açmış, bu sahədə “Abbas və Gülgəz”, 

“Şəhriyar” və “Qaçaq Nəbi” dastanlarının rolunu xüsusi qeyd 

etmişdir. Tədqiqatda XX əsrin Azərbaycan poeziyasında ilk poema 

nümunələrinin meydana gəlməsi və inkişafı araşdırılmış, Cəfər 

Cabbarlının “Qız qalası”, Hacı  Kərim Sanılının “Köç”, Hüseyn 

Cavidin “Azər” ponmaları, xüsusən M.Müşfiqin “Qaya”, “Səhər”, 

“Sındırılan saz” əsərləri  əsaslı surətdə  bədii təhlinin predmetinə 

çevrilmiş, janrın inkişafında onların rolu obyektiv 

qiymətləndirilmişdir. X.Rza poemada lirik qəhrəman problemini 

qaldırmış, S.Vurğunun “Muğan”, “Bakının dastanı” poemalarını 

diqqət mərkəzində saxlayaraq, onların orijinal bədii forma 

xüsusiyyətləri, ideya-məzmunu və milli koloritindən danışmışdır. 

X.Rza “Məqsud  Şeyxzadə poeziyası  və Azərbaycan-özbək 

ədəbi  əlaqələrinin aktual problemləri” adlı doktorluq əsərində, 

habelə, 1980-ci ildə “Elm” nəşriyyatı  tərəfindən buraxılmış 

“Məqsud  Şeyxzadənin bədii yaradıcılığı” və daha əvvəl nəşr 

etdirdiyi “Məqsud  Şeyxzadə” (1978) kitablarında, habelə, bir sıra 

məqalələrində iki xalqın övladı, görkəmli sənətkar-alimin 

çoxcəhətli yaradıcılığı, xüsusilə, onun ədəbi  əlaqələr sahəsindəki 

müstəsna rolunu geniş elmi tədqiqat obyektinə çevrmişdir. 

1970-1980-ci illərdə X.Rza ruhən özünə yaxın sənətkarların 

bədii yaradıcılığını ciddi təhlildən keçirmiş  və  Əli Kərim, Qabil, 

Fikrət Sadıq, Hüseyn Arif, Məstan Günər, Nəriman Həsənzadə, 

Cabir Novruz və başqaları haqqında təravətli ədəbi-tənqidi məqalə 

və resenziyalar yazmışdır. Onun 2003-cü ildə çap edilmiş  “Ədəbi 

tənqid” kitabında folklor, klassik irs, müasir ədəbiyyat (lirika, nəsr, 

dramaturgiya), teatr və nəzəriyyəyə 

  



 

30 


aid məqalələri toplanmışdır. 

 

* * * 



X.R.Ulutürk çox məhsuldar tərcüməçi idi. Keçən  əsrdə 

Azərbaycanda milli ədəbi tərcümə  məktəbinin formalaşmasında 

onun tarixi xidmətləri vardır. X.Rza tərcümənin elmi-nəzəri 

problemlərinə  də diqqət yetirmiş, bu sahəyə aid “Şairlik və  bədii 

tərcümə”, “Bədii tərcümə milli mədəniyyətin ayrılmaz hissəsi 

kimi”, “Bədii tərcümə  bədii kəşf olmalıdır”, “Tərcümə  və  bədii 

dil”, “Poetik tərcümədə  şairliyin elmi filoloji əməyə arxalanması 

zərurəti” və başqa qiymətli məqalələrini yazmışdır. Tərcüməçilik 

X.Rzanın oxumaq, öyrənmək, biliklərini zənginləşdirmək, bədii 

zövqünü dünya ədəbiyyatının yüksək səviyyəli nümunələri 

əsasında tərbiyə etmək zərurətindən doğmuşdur desək yanılmarıq. 

1970-ci illərdən başlayaraq dövrü mətbuat səhifələrində səpələnmiş 

tərcümələrin  əbədi ictimaiyyətdə oyatdığı  uğurlu təəssürat 

nəticəsidir ki, onun 1982-ci ildə “Qardaşlıq çələngi”, 1984-cü ildə 

“Dünyaya pəncərə”, 1992-ci ildə “Turan çələngi”, 1994-cü ildə 

“Qutadqu-bilik”, 2000-ci ildə “Yeddi gözəl”, 2002-ci ildə isə 

“İsgəndərnamə” poeması kimi sanballı  tərcümə kitabları  nəşr 

edilmişdir. 

“Qardaşlıq çələngi”ndə şairin keçmiş SSRİ xalqlarının poeziya 

xəzinəsindən dilimizə çevirdiyi nümunələr toplanmışdır. 

Tərcüməçi Rusiya, Ukrayna, Belarus, Özbəkistan, Qazaxıstan, 

Qırğızıstan, Gürcüstan, Moldova, Tacikistan, Türkmənistan, 

Estoniya, Latviya, Litva xalqlarının yüzdən çox şairinin əsərlərini 

ana dilimizdə  səsləndirmişdir. “Dünyaya pəncərə” adlı  tərcümə 

kitabında isə yunan, macar, bolqar, çex, alman, fransız, ingilis, 

italyan,  əfqan, hind, yapon, zair və başqa xalqların (28 xalqın) 

poeziya dünyasından seçmələr tərcümə edilmişdir. Madaqaskar, 

Mozambik, Filippin, Fil Dişi Sahili kimi ölkələrin şer gülüstanı ilə 

Azərbaycan oxucuları ilk dəfə X.Rzanın tərcümələrində tanış 

olmuşlar. 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə