Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 499,77 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix22.07.2018
ölçüsü499,77 Kb.
#58404
1   2   3   4   5   6   7   8   9   ...   12

 

10 


coğrafiyasında  Hicaz  da  var,  Berlin  də...  Qısası,  Akif  bizə  böyük 

düşünməyi və çətin şərtlərdə təslim olmamağı öyrədəndir

1



M.A.Ersoyun  “Asım”  əsəri  “Safahat”  toplusunun  ən  önəmli  kitabı 



sırasında  olmaqla  yanaşı,  Mehmet  Akif  Ersoyun  milli-mənəvi  ideal 

konsepsiyasının  açıqlandığı  dəyərli  bir  əsərdir.  Əsərdəki  Asım  obrazı 

gələcək nəsillərin xilaskarı kimi təsvir olunur. Asım sanki qaranlıqda yanan 

bir işıqdır, sönməkdə olan bir ocağın közərmiş odudur və məhz Asım kimi 

təhsilli gənclər cəmiyyəti nurlu sabaha, işıqlı gələcəyə apara bilər. 

“Asım”  əsərində  Asım  ideal  qəhrəman  kimi  diqqəti  çəkir.  Müəllif 

görmək  istədiyi  türk  gəncliyini  Asımın  simasında  xarakterizə  etməyə  nail 

olmuşdur.  Asım  əsərin  ideya  yükünü  təcəssüm  etdirən  və  eyni  zamanda 

Ersoyun  ideallaşdırdığı  bir  obrazdır.  M.A.Ersoyun  canlandırdığı  bu  obraz 

cəmiyyətin  xilaskarı  kimi  xarakterizə  olunmaqla  yanaşı,  müəllifin  görmək 

istədiyi türk gəncliyinin rəmzidir. Bu baxımdan əsərin ideya yükü və bədii 

çəkisi  olduqca  dəyərlidir  və  insanları  düzgün  mövqedə  olmağa  səsləyən 

qüdrətli əsərlər sırasındadır.  

Dissertasiyanın  I  fəslinin  “Mehmet  Akif  Ersoy  poeziyasında 



millətçilik və milli-mənəvi həmrəylik problemləri” adlı II yarımfəslində 

şairin  millətçilik  düşüncələrinin  inikas  olunduğu  əsərlər  təhlilə  cəlb 

edilmiş, milli-mənəvi həmrəylik məsələləri araşdırılmışdır. 

Görkəmli türk şairi, vətənpərvər insan Mehmet Akif Ersoy baş verən 

ictimai-siyasi  proseslərə  biganə  qalmamışdır.  O  dövrki  türk  cəmiyyətində 

baş  verən  bütün  prosesləri  izləyən  və  şahidinə  çevrilən  şair  bütün  bunları 

bədii  şəkildə  əks  etdirməklə  yanaşı,  bu  problemlərdən  qurtuluş  yolunu  da 

axtarırdı. Bu baxımdan onun “Tövhid yaxut fəryad”, “Seyfi baba”, “Küfə”, 

“Xəstə”,  “Həsir”  əsərlərində  yoxsulların,  kimsəsizlərin  acı  güzəranı, 

“Meyxana”,  “Məhəllə  çayxanası”  əsərlərində  isə  ailə-məişət  problemləri, 

qadın  hüquqsuzluğu,  cəhalətin  gətirdiyi  bəlalar,  və  s.  problemlər  öz  bədii 

əksini  tapmışdır.  Eləcə  də  şairin  “Xatirələr”,  “Fateh  kürsüsündə” 

əsərlərində  ictimai-siyasi  problemlər  fonunda  cəmiyyətdəki  nöqsanlar, 

təhsilin  vəziyyəti,  milli-mənəvi  dəyərlər  kimi  anlayışlara  münasibət 

bildirilmişdir. Şair bütün bunları gah iki şəxsin mükaliməsi şəklində nəzərə 

çatdırır,  gah  özü  ulu  tanrıya  müraciətlə  problemləri  təsvir  edərək  ondan 

nicat  yolu  istəyir,  gah  özü  bilavasitə  hadisələrin  iştirakçısı  kimi  təqdim 

edilir.   

                                                 

1

 Erdoğan  R.T.  T.C.  Başbakanı  Sayın  Recep  Tayyip  Erdoğanın  konuşmaları  /  Uluslararası 



Mehmet  Akif  Ersoy  Milli  Birlik  ve  Bütünlük  Sempozyumu  bildiriler  kitabı.  İstanbul: 

İstanbul Sabahattin Zaim Üniversitesi. Yayın № 3, 2011, s.26 




 

11 


M.A.Ersoyun  “Küfə”,  “Meyxana”,  “Xəstə”,  “Səlma”,  “Amin  alayı”, 

“Dirvas”, “Körpə, yaxud haqqı qərar”, “Bayram”, “Məzarlıq”, “Qoca qarı 

ilə  Ömər”  adlı  əsərlərində  uşaq  qəhrəmanlar  və  onların  problemləri 

canlandırılmışdır.  Onun  əsərlərində  müxtəlif  uşaq  qəhrəmanlarının  parlaq 

obrazı  canlandırılmışdır.  M.A.Ersoyun  uşaq  qəhrəmanlarının  hamısı 

yoxsuldur,  məzlumdur,  çarəsizdir,  təhsil  almaq  üçün  mübarizə  aparandır, 

çətinliklə qarşılaşandır.  

Mehmet Akif Ersoy bəzi şeirlərində milləti ilə bağlı bədbinliyə qapılsa 

da, sonradan özündə mənəvi güc taparaq xalqının parlaq gələcəyinə inamı 

olduğunu  bildirir.  Onun  “Şərq”,  “Hüsran”,  “Bülbül”  və  digər  şeirləri  bu 

baxımdan  çox  maraqlıdır.  Ersoyun  bu  şeirlərində  ənənəvi  olaraq  Şərq  və 

Qərb qarşıdurması hökm sürür. 

“Süleymaniyyə kürsüsündə” əsəri Mehmet Akifin millətçilik mövqeyi 

nümayiş  etdirdiyi  ən  dəyərli  əsərlər  sırasındadır.  Bu  əsərdə  Mehmet  Akif 

Ersoy  çox  narahatdır.  Azadlığın  gözlənilən  nəticə  vermədiyini  görən, 

əksinə  xalqın  güzəranının  gündən-günə  pisləşdiyinin  şahidi  olan  şair  bu 

şeirində narahatlığını qabarıq şəkildə büruzə vermişdir. Fatih Xocaya ithaf 

olunan  bu  şeirdə  şair  öz  hiss  və  düşüncələri  ilə  birlikdə  bir  daha 

vətənpərvər  olduğunu  sübuta  yetirmişdir.  M.A.Ersoy  bu  əsərdə  demək 

istədiyi  fikirləri  Əbdürrəşid  İbrahim  Əfəndi  obrazı  vasitəsilə  dilə 

gətirmişdir.  Əbdürrəşid  İbrahim  Əfəndi  əvvəlcə  müsəlman  ölkələrini 

gəzmiş,  sonra  isə  Rusiya,  Hindistan  və  Yaponiyaya  səyahət  etmişdir.  Bu 

obraz  əslində  böyük  türk  mütəfəkkiri,  səyyah  və  ədibi,  həyatda 

M.A.Ersoyun  dostu  olan  Əbdürrəşid  İbrahim  Əfəndi  adlı  şəxsin 

prototipidir. 

Ersoyun  milli  məfkurəsinin  qabarıq  şəkildə  əks  olunan  əsərləri 

sırasında  “Fateh  kürsüsündə”,  “Xatirələr”,  “Haqqın  səsləri”,  “Kölgələr” 

toplularını vurğulamaq mümkündür. Bu kitabların hər birinə daxil olan şeir 

nümunələrində  ictimai-siyasi  motivlər  geniş  yer  almış,  böyük  şairin 

tərəddüd və narahatlıqları öz bədii inikasını tapmışdır. M.A.Ersoyu narahat 

edən  mühüm  məqamlardan  biri  Qərb  dövlətlərinin  təzyiqi  altında  Şərqin 

məhkum  bir  vəziyyətə  düçar  olması  və  məhvə  doğru  sürüklənməsi 

problemidir.  Şair  üsyankarcasına  bu  vəziyyətə  münasibət  bildirməkdən 

çəkinmir  və  müsəlmanların  birləşərək  bu  vəziyyətdən  xilas  olacağına 

inamını bildirirdi. 

Dissertasiyanın 



“Səməd 

Vurğunun 

poeziyasında 

milli 

vətənpərvərlik mövqeyinin milli-tarixi kontekstdə dərki” adlı II fəslinin 

I  fəsli  “1920-50-ci  illər  Azərbaycan  poeziyasında  vətənpərvərlik 



mövzusu  və  Səməd  Vurğunun  lirikası”  adlanır.  Bu  yarımfəsildə 


Yüklə 499,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə