Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 499,77 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix22.07.2018
ölçüsü499,77 Kb.
#58404
1   2   3   4   5   6   7   8   9   ...   12

 

12 


S.Vurğunun lirikasındakı vətənpərvərlik mövqeyi tədqiq edilməklə yanaşı, 

1920-50-ci  illərdə  Azərbaycan  ədəbiyyatında  vətənpərvərlik  mövzusunda 

yazılan şeirlər təhlilə cəlb edilmişdir. 

XX  əsrdə  yaşayıb-yaratmış  sənətkarlar  sırasında  özünəməxsus 

mövqeyi  olan  Səməd  Vurğun    öz  qüdrətli  vətənpərvərliyi  ilə  seçilən  şair, 

həm  də  qüdrətli  bir  novatordur.  Səməd  Vurğunun  poeziyası  canlı  xalq 

danışıq  dilinə  söykənən  bir  poeziyadır.  Təsadüfi  deyildir  ki,  görkəmli 

şairimiz  Azərbaycan  tarixində  ilk  dəfə  olaraq  “xalq  şairi”  adına  layiq 

görülmüşdür.  Özündə  Nizaminin  epik-lirik  üslubunu,  Füzulinin  lirik-

romantik  bədii  düşüncəsini  və  Vaqifin  lirik-realist  ənənəsini  ehtiva  edən 

Səməd Vurğun poeziyası milli kökdən qidalanan, ənənə və müasirliyi bədii 

vəhdətdə inikas etdirən dəyərli bir milli bədii külliyyatdır. 

Səməd  Vurğunun  yaşadığı  ictimai-siyasi  mühitə  nəzər  salsaq,  şairin 

sovet  dönəminin  tam  bərqərar  olduğu  illərdə  yazıb-yaratdığını  görmək 

mümkündür. Səməd Vurğuna qədərki dönəmdə öz keçmişi ilə öyünənlərin, 

“düşünən  beyinlər”in  acı  aqibəti  Azərbaycan  xalqına  bəllidir.  Səməd 

Vurğunun  yaşadığı  dövrdə  müxləlif  ədəbi  təmayüllər  mövcud  olsa  da, 

sosialist  realizmi  əsas  və  aparıcı  cərəyanlar  sırasında  idi.  Həmin  dövrdə 

görkəmli  ədiblərimizin  bəzilərinin  “pantürkist”  damğası  ilə  damğalanaraq 

repressiya  edilməsi,  sürgün  edilməsi,  sözsüz  ki,  ədəbiyyat  tariximizdən 

izsiz  ötüşə  bilməzdi.  Əhməd  Cavad,  Seyid  Hüseyn,  Hüseyn  Cavid,  Yusif 

Vəzir  Çəmənzəminli,  Salman  Mümtaz,  Bəkir  Çobanzadə,  Tağı  Şahbazi 

Simürq,  Hənəfi  Zeynallı  kimi  ədiblərimiz  qanlı  repressiya  illərinin 

qurbanına  çevrilmişdi.  Milli  varlığı  ilə  öyünən  ədiblərimizin  bir  qismi 

repressiyaya,  bir  qismi  də  mühacirətə  məruz  qalmışdı.  Belə  olduğu  halda 

Səməd  Vurğunun  o  dövrdə  Azərbaycançılıq  sevgisinə,  milli  ideologiyaya 

sadiqliyi  heç  də  asan  məsələ  deyildi.  Bununla  yanaşı,  şair  nəinki  bu 

ideologiyanı  özünə  rəhbər  tutur,  hətta  keçən  əsrin  30-cu  illərində  otuz 

poemadan ibarət “Azərbaycan epopeyası” yaratmaq istəmişdir. 

Milli  fəxarət  hisslərimizin  böyük  ustalıqla  nəzmə  çəkildiyi  Səməd 

Vurğun poeziyasını başdan-başa “Azərbaycançılıq salnaməsi” adlandırsaq, 

heç  də  yanılmarıq.  Sovet  dövrünün  bərqərar  olduğu  bir  dönəmdə  milli 

ədəbiyyatı yaratmaq hər sənətkara nəsib olmamışdır. Lakin Səməd Vurğun 

kimi  əbədiyaşar  sənətkarımız  bu  çətin  missiyanın  öhdəsindən  ləyaqətlə 

gəlməyi  bacarmışdır.  Otuz  illik  yaradıcılıq  dönəmində  xalqımızın  milli 

ədəbiyyatının formalaşmasına və zənginləşməsinə xidmət göstərmiş, əmək 

sərf etmiş Səməd Vurğun bu yolda bütün çətinlik və maneələri dəf etməyə 

müvəffəq olmuşdur. Şairin yaradıcılığı onun sənətkarlıq qüdrəti ilə birlikdə 




 

13 


zirvədə  bərqərar  olması  ilə  yanaşı  milliliyindən,  xalqına  bağlılığından, 

mənəviyyatından, ülviyyətindən xəbər verir. 

Şairin  Azərbaycana  olan  sevgisində  qaynaqlanan  “Azərbaycan”  şeiri 

1935-ci  ildə  yazılmışdır.  Bu  dövrdə  sovet  poeziyasında  “SSRİ  mənim 

vətənimdir”  ideologiyasının  hökm  sürdüyü  bir  vaxtda  S.Vurğun 

“Azərbaycan  mənim  tarixi  vətənimdir”  müddəasını  irəli  sürürdü. 

S.Vurğunun  “Azərbaycan”  şeiri  vətən  haqqında  yazılan  ən  dəyərli  şeirlər 

sırasındadır.  Doğrudur,  Səməd  Vurğundan  öncə  yazılmış  Abbas  Səhhətin 

“Könlümün sevgili məhbubu mənim” misraları ilə başlayan vətən haqqında 

şeiri  dillər  əzbəri  olsa  da,  məhz  Səməd  Vurğunun  yazmış  olduğu 

“Azərbaycan”  şeiri  də  bir  o  qədər  sevildi,  dillər  əzbəri  oldu  və  zirvədə 

qərarlaşdı. “Azərbaycan” şeiri həm Səməd Vurğun yaradıcılığının, həm də 

Azərbaycan  poeziyasının  manifest  nümunəsinə  çevrildi.  Şeirin  bəyənilib 

sevilməsi  səbəbsiz  deyildi.  Bütövlükdə  Azərbaycan  adlı  bir  “qəhrəman”ın 

canlandırıldığı  bu  dəyərli  şeirdə  şairin  vətən  haqqında  olan  ən  qiymətli 

düşüncələri  bir  küll  halında  öz  bədii  əksini  tapmışdır.  “Azərbaycan”  şeiri 

onun  vətənə  məhəbbətindən  qaynaqlanır,  Azərbaycançılıq  sevgisindən 

ilhamlanırdı.  Bu  şeirdə  görkəmli  şairimiz  Səməd  Vurğun  vətənpərvərlik 

duyğularını  təzahür  etdirməklə  yanaşı,  Azərbaycanın  malik  olduğu  təbii 

gözəllikləri  incə  bir  lirizmlə  vəsf  etmişdir.  Qədim  Qarabağın  lətif  bir 

patriotizmlə  tərənnüm  olunduğu  bəndlərin  birində  şairin  vətən  sevgisi 

aşağıdakı misralarda qabarıq şəkildə nəzərə çarpır: 



Könlüm keçir Qarabağdan, 

Gah o dağdan, gah bu dağdan

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi, 

Qarabağın şikəstəsi

1

  

Göründüyü  kimi  şair  nəinki  Qarabağın  gözəlliklərindən  bəhs  edir, 

hətta xalq arasında “Xan Şuşinski” təxəllüsü ilə tanınan, görkəmli xanəndə 

İsfəndiyar Cavanşirovun da adını vurğulamağı unutmur.  

Böyük  şairimizin  qələmə  aldığı  bədii  örnəklərin  aşıq  yaradıcılığının 

mühüm  tərkib  hissəsini  təşkil  etməsi  danılmazdır.  Şair  aşıq  şeiri 

şəkillərindən  daha  çox  qoşma  və  gəraylı  janrında  müraciət  etmişdir. 

Xüsusilə “dağlar” məfhumuna xitab şairin bu janrda yazdığı şeirlərin əsas 

mündəricəsini təşkil edir. Bu baxımdan Səməd Vurğunun “Dağlar”, “Bizim 

dağların”  qoşmaları,  eləcə  də  “Dağlar”  gəraylısı  poetik  qələminin  ən 

dəyərli  nümunələri  sırasındadır.  Şair  üçün  dağlar  əzəmət  və  vüqar  rəmzi 

                                                 

1

 Vurğun S. Seçilmiş əsərləri. 5 cilddə. c.1, Bakı: Şərq-Qərb, 2005, s.178 




Yüklə 499,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə