Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 499,77 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix22.07.2018
ölçüsü499,77 Kb.
#58404
1   2   3   4   5   6   7   8   9   ...   12

 

14 


olmuş  və  yeri  gəldikcə  şair  dağların  tərənnümünə  geniş  yer  ayırmışdır. 

Səməd  Vurğun  “Bizim  dağların”  şeirində  xüsusilə  bədii  tərənnümə  geniş 

yer  ayırmış  və  dağların  əzəmətini  təsvir  etmişdir.  Ümumiyyətlə, 

Azərbaycan xalqına məxsus olan bütün nemətləri tərənnüm etmək şairin ən 

mühüm  yaradıcılıq  amalı  olmuşdur.  Şairin  “Bənövşə”,  “Gülə-gülə”, 

“Ceyran”  şeirlərində  isə  onun  təbiətə  hədsiz  vurğunluğunun  şahidi  olmaq 

mümkündür. 

Məlumdur  ki,  1938-ci  ildə  keçirilən  Azərbaycan  Aşıqlarının 

Qurultayında  Rəyasət  Heyətinin  tərkib  hissəsində  Səməd  Vurğun  da 

olmuşdur.  Bir  sıra  azərbaycanlı  aşıqların  Yazıçılar  Birliyinə  üzv  olması 

üçün  çalışan  şairimiz  bu  yolda  da  mühüm  addımlar  atmışdır.  Səməd 

Vurğunun  aşıq  dostları  sırasında  Mirzə  Səməd,  Aşıq  Mirzə,  Məzahir 

Daşqın,  Aşıq  Ədhəm,  Aşıq  Hüseyn  Cavan,  Dədə  Şəmşir  və  digərlərinin 

adlarını  çəkmək  mümkündür.  Ümumilikdə  şair  aşıq  yaradıcılığını  yüksək 

dəyərləndirmiş  və  aşıq  sənətinin  qorunub  saxlanması  üçün  əlindən  gələni 

əsirgəməmişdir.  

Keçən  əsrin  30-cu  illərin  sonu  40-cı  illərin  əvvəllərində  Səməd 

Vurğunun  yaradıcılığında  yeni  bir  dönəm  başlamışdır.  Vətən  sevgisi, 

torpağa,  doğma  vətənə  bağlılıq  hissləri  şairin  bu  illərdəki  yaradıcılığında 

vəhdət  halında  təcəssüm  olunurdu.  Birmənalı  şəkildə  sülh  carçısı  olan 

şairimiz  torpaq  uğrunda,  vətənin  bütövlüyü  uğrunda  vuruşan 

qəhrəmanlarımızı  vəsf  etməkdən  usanmamış,  əksinə  bu  işin  öhdəsindən 

qürurla  gəlmişdir.  Bu  illərdə  Səməd  Vurğunun  qələmə  aldığı  şeirlərdə 

vətənə  məhəbbət,  vətən  uğrunda  mübarizə  ideyaları  qabarıq  şəkildə  əks 

olunurdu.  Bu  səbəbdəndir  ki,  İkinci  Dünya  müharibəsi  başlayan  zaman 

vətənpərvər  şair  dərhal  və  birmənalı  şəkildə  öz  yaradıcılıq  mövqeyini  bu 

şəkildə müəyyənləşdirdi: 

Bilsin ana torpaq, eşitsin vətən, 

Müsəlləh əsgərəm mən də bu gündən  

Bu gün bir süngüdür əlimdə qələm

Mənim bayrağıma göz dikir aləm.

1

 

Səməd  Vurğun  müharibənin  başladığı  ilk  gündə  məhz  misralarından 

nümunə gətirdiyimiz “Vətənin keşiyində” adlı şeiri qələmə almışdır. Bu da 

onu göstərir ki, Səməd Vurğun ətrafında baş verən heç bir hadisəyə biganə 

qalmamış  və  xalqını,  millətini,  vətənini  narahat  edən  məsələlərə  dərhal 

münasibət bildirməyi özünə mənəvi borc bilmişdir. 

                                                 

1

 Vurğun S. Səadət uğrunda. Bakı: Azərnəşr, 1942, s. 10 




 

15 


Səməd  Vurğunun  o  illərdə  yazılmış  şeirlərinin  hər  birində  sanki 

müharibə  ab-havası  hökm  sürür,  qəhrəmanlığa,  igidliyə  səsləniş  aydın 

şəkildə duyulurdu. Şairin şeirləri vətənin çətin günündə müdafiəyə qalxmış 

əsgərlərimiz  üçün  bir  mənəvi  dəstək  olmuş,  onları  mübarizəyə  daha  da 

ruhlandırmışdır. 

Dissertasiyanın  II  fəslinin  “Səməd  Vurğunun  epik  yaradıcılığında 



milli  ideyaların  tərənnümünün  yeni  çalarları”  adlı  II  yarımfəslində 

S.Vurğunun poemalarındakı milli ideyalar araşdırılmışdır. Bu yarımfəsildə 

S.Vurğunun  əfsanəvi  və  tarixi  mövzuda  yazılmış  “Qız  qayası”,  “Aslan 

qayası”,  “Bulaq  əfsanəsi”,  “Ayın  əfsanəsi”,  alleqorik  səciyyə  daşıyan 

“Yazla  qışın  deyişməsi”,  “Hürmüz  və  Əhrimən”  poemaları  tarixilik  və  

millilik müstəvisində araşdırılmışdır.  

Səməd  Vurğunun  poemalarına  xas  olan  cəhət  milliliyin  ön  plana 

çəkilməsidir.  Şairin  qələmə  aldığı  bu  poemaların  hər  birində 

Azərbaycançılığın  ətri  duyulmaqdadır.  Bu  poemaların  demək  olar  ki, 

hamısında konkret məkan vardır və bu məkan Azərbaycanın hər hansı bir 

dilbər  guşələridir.  Şairin  “Qız  qayası”  poemasında  hadisələr  Qarabağda 

cərəyan  edirdisə,  “Aslan  qayası”  poemasında  hadisələr  Bakıda  cərəyan 

edir.  Eləcə  də  “Bulaq  əfsanəsi”  poemasında  hadisələrin  məkanı  Şirvan 

şəhəri,  “Ölən  məhəbbət”  poemasında  isə  Araz  çayının  sahilidir.  Bütün 

bunlar  bir  daha  şairin  yurd  sevgisindən  xəbər  verən  nüansdır.  Səməd 

Vurğun  bu  poemalarda  hər  hansı  bir  xəyali  məkandan  söhbət  açmır, 

konkret olaraq Azərbaycanın hər hansı bir ərazisindən bəhs edir. Bu isə öz 

növbəsində  Səməd  Vurğunun  vətəninə  bağlılığından,  xalq  və  millət 

sevgisindən  qaynaqlanır.  Səməd  Vurğunun  bu  patriotizm  coşqusu  hər 

zaman  onun  yaradıcılığını  işıqlandıran  məşəl  olmuş  və  şair  üçün 

vətənpərvərlik hissi sənət kredosunu müəyyənləşdirən meyar olmuşdur.  

Səməd Vurğunun ən məşhur poemalarından biri “Aygün” poemasıdır. 

“Aygün”  poemasında  şair  bir  sıra  məsələləri  əks  etdirmişdir.  Onun  bu 

poemasında  ailə  fonunda  milli-mənəvi  dəyərlərin  qorunması  problemləri 

müxtəlif  şəkildə  canlandırılmışdır.  Poemada  öz  arzu  və  idealları  uğrunda 

mübarizə  aparan  insan  obrazı  təsvir  olunmaqla  yanaşı,  keçdiyi  çətin  yol 

təsvir  olunmuşdur.  Burada  təkcə  ailə-məişət  problemləri  deyil,  eyni 

zamanda  milli  dəyərlər  fonunda  bir  sıra  məsələlər  də  öz  bədii  əksini 

tapmışdır. S.Vurğun bu əsərdə sətiraltı mənada qadın azadlığı məsələsini də 

özünəməxsus  şəkildə  qabartmışdır.  “Aygün”  əsəri  yazıldığı  zaman  heç  də 

birmənalı  qarşılanmamışdır.  Bəzi  oxucu  və  tənqidçilər  əsəri  lazımı  qədər 

dəyərləndirməmişlər. Bəzi tənqidçilər cəmiyyətdə Əmirxan kimi insanların 

olmadığını, bununla da yalnış bir obrazın yaradıldığını söyləmişlər. 



Yüklə 499,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə