Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 499,77 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix22.07.2018
ölçüsü499,77 Kb.
#58404
1   ...   4   5   6   7   8   9   10   11   12

 

18 


Vurğun  yaradıcılığı  hansı  ideologiyaya  xidmət  etməsinə  rəğmən,  onun 

kökündə millilik, milli özünəməxsusluq, mənəvi dəyərlər dayanır. 

Dissertasiyanın  III  fəsli  “Səməd  Vurğun  və  Mehmet  Akif  Ersoy 

poeziyası  sosial-siyasi,  milli-mənəvi  ideallar  kontekstində”  adlanır.  Bu 

fəslin “Milli  özünəməxsusluğun  təzahür  formaları”  adlı birinci fəslində 

hər  iki  şairin  yaradıcılığı  müqayisəli  şəkildə  araşdırılmış,  milli 

özünəməxsusluğun təzahür şəkilləri müəyyənləşdirilmişdir. 

Səməd  Vurğun  və  Mehmet  Akif  Ersoy  yaşadığı  illərdə  xalqının  milli 

varlığını  layiqincə  qiymətləndirən,  onun  inkişafı  naminə  mübarizə  aparan 

şəxsiyyətlər  olmuşlar.  Hər  iki  sənətkarın  yaradıcılığına  nəzər  saldıqda 

onların  əslində  eyni  qayəyə,  eyni  amala  xidmət  etdiyini  görmək 

mümkündür.  Doğrudur,  hər  iki  ədibin  yaşadığı  siyasi-inzibati  ərazi  və 

ictimai-siyasi mühit fərqli olsa da, türk məfkurə və düşüncə anlamında hər 

ikisinin həyata baxışı, məqsəd və amalları eyni olmuşdur. Türk dünyasının  

bu  böyük  ədibləri  hər  zaman  millətçilik  mövqeyi  nümayiş  etdirmişlər. 

Ümumilikdə  hər  iki  sənətkarın  yaradıcılığı  üçün  milli  ruh  hakimdir. 

Humanizm  və  patriotizm  duyğularından  yoğrulmuş  Səməd  Vurğun  və 

Mehmet Akif Ersoy poeziyası özlüyündə dəyərli bir mənbədir.  Bu ədibləri 

düşündürən  problemlər  əslində  bütün  Şərq  dünyası  üçün  xarakterikdir. 

Qadın  hüquqsuzluğu,  baş  verən  amansız  müharibələr,  vətən  uğrunda 

vuruşan  igidlərin  vəsfi,  xalqın  mənəviyyatına  zərbə  vuran  yad  ünsürlərlə 

mübarizə hər bir vətənpərvər şairin, yazıçının yaradıcılığının “şah damarı” 

sayılır.  Bu  o  deməkdir  ki,  Səməd  Vurğun  və  Mehmet  Akif  Ersoy  kimi 

vətənpərvər  şairlər  bu  problemlərdən  yan  keçə  bilməzdi.  Lakin  hər  iki 

sənətkarın şahidi və iştirakçısı olduğu ictimai-siyasi proseslər tam fərqlidir. 

Səməd  Vurğun  sovet  şairi  olaraq,  sosialist  mövqedən  yazıb  yaradırdısa, 

müvafiq olaraq, Mehmet Akif Ersoy dağılan Osmanlı imperiyasının və yeni 

yaranan  Türkiyə  Cümhuriyyətinin  ictimai-siyasi  problematikasını 

işıqlandırmağa  çalışırdı.  Tarixdən  bəllidir  ki,  həm  Azərbaycan,  həm  də 

qardaş  ölkə  olan  Türkiyə  amansız  müharibələrlə,  qətliyamlarla, 

vuruşmalarla üz-üzə qalmışdır. Hər iki ölkə öz müstəqilliyini məşəqqətli və 

çətin  mübarizə  şəraitində  əldə  etmişdir.  Vətəndaşı  olduğu  ölkəsinin, 

mənsub  olduğu  millətin  keçmişi  və  bu  gününü,  mübarizələrlə  dolu 

qəhrəmanlıq  tarixini  yaradıcılığında  tərənnüm  etmək,  tarixi  həqiqət 

müstəvisində  dəyərləndirmək  hər  iki  sənətkarı  eyni  baxış  bucağında 

birləşdirir.  Səməd  Vurğun  və  Mehmet  Akif  Ersoy  kimi  dahi  sənətkarların 

ənənəvi  problemlərə  yanaşmada  eyni  müstəvidə  dayanmalarının  kökü 

bilavasitə bunlara bağlanır.  



 

19 


Böyük  şairimiz  Səməd  Vurğun  İkinci  Dünya  müharibəsi  illərində 

müharibəni  qətiyyətlə  pisləyən  şeirlər  qələmə  almışdır.  Eləcə  də 

müharibəyə  yola  düşən  əsgərlərimizi  tərənnüm  etmək  də  şairimizin  bu 

illərdəki  yaradıcılığının  əsasını  təşkil  edir.  Səməd  Vurğun  İkinci  Dünya 

müharibəsi  illərində  qələmə  aldığı  şeirlərdə  vətənin  çətin  günündə  onun 

müdafiəsinə  qalxan  ayrı-ayrı  igidlərimizi  vəsf  etməyi  unutmamışdır.  Bu 

baxımdan, şair Kamal Qasımov, Məzahir Abbasov, İsrafil Məmmədov kimi 

igid  azərbaycanlı  övladlarının  şücaətindən  bəhs  edən  şeirlər  qələmə 

almışdır. Səməd Vurğun igidlərimizi tərənnüm etməkdən əsla yorulmamış, 

əksinə böyük bir fəxarətlə bu işi davam etdirmişdir. “Partizan Babaş” şeiri 

Babaş Dadaşova, “Bayraqdar” şeiri isə Hüseyn Əjdərova ithaf olunmuşdur. 

Bu  şeirlərin  də  hər  birində  qəhrəmanların  hünəri  təqdir  olunur,  onların 

igidlikləri yüksək qiymətləndirilir. 

Mehmet  Akif  Ersoy  poeziyasında  Türkiyə  tarixində  baş  verən  başqa 

müharibə və qətliyamlar pislənilirdi. O dövrdə baş verən müharibələr şairi 

düşündürən  məsələlər  sırasında  olmuşdur.  Bu  mövzuda  yazılmış  Mehmet 

Akif Ersoyun ən məşhur şeirlərindən biri “Çanaqqala şəhidlərinə” şeiridir. 

Başdan-başa  vətənpərəvərlik  və  millətpərəstlik  duyğuları  ilə  rövnəqlənən 

bu  şeirdə  şair  alovlu  bir  natiq  kimi  çıxış  edir.  Bu  şeir  Türkiyə  tarixində 

silinməz iz buraxan məşhur Çanaqqala zəfərinə həsr olunmuşdur. Tarixdən 

bəllidir  ki,  türk  millətinin  yurd  sevgisi,  iradəsi  və  qətiyyəti  sayəsində 

Çanaqqala  döyüşündə  qələbə  qazanılmışdır.  Şanlı  türk  ordusu  bütün 

çətinliklərə  baxmayaraq,  1915-ci  ildə  baş  vermiş  qanlı  müharibə 

nəticəsində  qələbə  əldə  etmişdi.  Osmanlı  ordusu  təchizat  və  say 

baxımından az  olmasına  baxmayaraq,  bütün  hücumları  dəf  etmiş  və  zəfər 

qazanmışdı. Türk igidlərinin göstərdiyi şücaət və hünəri tərənnüm etməklə 

yanaşı,  şairin  bu  şeirində  müharibəni  pisləyən  məqamlar  öz  əksini 

tapmışdır.  Mehmet  Akif  Ersoyun  bu  şeirində  döyüşün  ağrı  və  acılarını 

aydın şəkildə duymaq mümkündür. 

Düşmən  ordusunun  güclü  ordu  və  silahla  təchiz  olunmasına 

baxmayaraq,  heç  nədən  çəkinməyən  igid  türk  əsgərlərinin  dönməzliyini, 

məğrurluğunu və mərdliyini xüsusi vurğulayan Mehmet Akif Ersoy heç bir 

vəchlə  geri  çəkilmədən  son  damla  qanına  qədər  vuruşan  türk  igidlərinin 

mübarizliyini  alqışlayır.  Şairi  yeganə  təsəlli  edən  məqam  məhz  bu  igid 

əsgərlərin  mətanətidir.  Heç  bir  möcüzənin  onların  bu  qəhrəmanlığı  ilə 

müqayisə  oluna  bilməyəcəyini  bildirən  şair  bu  igidlərin  vətən  uğrunda 

şəhid olmasını da şərəfli hesab edir. Sonda vətən uğrunda canlarını qurban 

verən şəhidlərə müraciətlə Mehmet Akif yazır: 



Sen ki, asara gömülsen taşacaksın… Heyhat, 


Yüklə 499,77 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə