Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 463,91 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix16.08.2018
ölçüsü463,91 Kb.
#63636
  1   2   3   4   5   6   7   8   9


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU 

 

 

 

Əlyazması hüququnda 

 

AYSEL NİZAMİ qızı QULİYEVA 

 

 

1930-cu

 

İLLƏR AZƏRBAYCAN ƏDƏBİ TƏNQİDİNİN 

POEZİYAYA ESTETİK VƏ İDEOLOJİ YANAŞMALARI 

 

5716.01 – Azərbaycan ədəbiyyatı 

 

 

Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi 

almaq üçün təqdim edilmiş dissertasiyanın 

 

 

A V T O R E F E R A T I  

 

 

 

 

 

BAKI – 2017 


 

 



Dissertasiya Azərbaycan Müəllimlər İnstitutunun (Azərbaycan 

Dövlət Pedaqoji Universiteti) Azərbaycan ədəbiyyatı və onun tədrisi 

metodikası kafedrasında yerinə yetirilmişdir.  

Elmi rəhbər:                              Təyyar Salam oğlu Cavadov 

                                               filologiya üzrə elmlər doktoru, professor 

 

Rəsmi opponentlər:                   Əliyev Rəhim Nadir oğlu 

                                                     filologiya üzrə elmlər doktoru 

 

                                                     Babayev Yaqub Məhərrəm oğlu 

                                                     filologiya üzrə elmlər doktoru 

                                                     



 

Aparıcı təşkilat:                         Bakı Slavyan Universiteti 

                                     Azərbaycan ədəbiyyatı kafedrası 

 

Müdafiə    "       "                2017-ci il tarixdə  saat        - da 



Azərbaycan  Milli  Elmlər  Akademiyası  Nizami  adına  Ədəbiyyat 

İnstitutunun  nəzdində  filologiya  üzrə  elmlər  doktoru  və  filologiya  üzrə 

fəlsəfə    doktoru  elmi  dərəcəsi  almaq  üçün  təqdim  edilən  dissertasiyaların 

müdafiəsini  keçirən  D.01.131  –  Dissertasiya  Şurasının  iclasında 

keçiriləcək. 

 

 



Ünvan:  Az-1143,  Bakı  şəhəri,  H.Cavid  prospekti  115,  AMEA 

Nizami adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalı, IV mərtəbə 

 

 

Dissertasiya  ilə  AMEA-nın  Mərkəzi  Elmi  Kitabxanasında  tanış 



olmaq mümkündür. 

 

 



Avtoreferat   "         "                     2017-ci ildə göndərilmişdir. 

 

 



 

Dissertasiya Şurasının  

elmi katibi, filologiya  

üzrə fəlsəfə doktoru:                           İsmixan Məhəmməd oğlu Osmanlı                                                            


 

              



 

İŞİN ÜMUMİ SƏCİYYƏSİ 

 

Mövzunun  aktuallığı.  Bədii  əsərlə  oxucu  arasında,  yaxud  oxucu 

ilə  müəllif  arasında  körpü  yaradan,  cəmiyyətin  estetik  zövqünün 

formalaşmasında müstəsna rolu olan ədəbi tənqidin tarixini tədqiq edərkən 

tədqiqat  mütləq  dövrün  ədəbi  prosesini  də  ehtiva  edir.  1930-cu  illər  ədəbi 

prosesinin bir çox problemlərinin, onun inzibati amirlik  rejimi şəraitindəki 

çətinliklərinin,  mürəkkəbliklərinin  kökləri  ədəbi  tənqidin  metodoloji 

istiqaməti  ilə  də  sıx  bağlıdır.  1930-cı  illər  ədəbi  tənqidimizin  çətinlikləri, 

onun hansı təzyiqlərə məruz qaldığını, ədəbi tənqidin poeziya materiallarını 

dəyərləndirərəkən  nəzəri-estetik  fikrin  hansı  yeni  tendensiya  və 

təmayüllərdən  çıxış  etməsini,  ideologiyanın  onun  üzərindəki  basqılarını 

öyrənməyə ciddi ehtiyac var. 

Müstəqillik  dövründə  ədəbi  tənqidimizin  və  milli  ədəbi  prosesin 

tarixinə  yeni  baxış  zərurəti  meydana  çıxır.  Bu  mənada  1930-cu  illər 

tənqidini,  o  dövr  poeziya  məsələlərini  yeni  təfəkkür  işığında  öyrənmək 

ədəbiyyatşünaslığın  başlıca  vəzifələrindən  birinə  çevrilir.  Əgər  biz  indiki 

zamanda  ədəbiyyatımızın  tarixinə  müasir  ədəbiyyatşünaslıq  düşüncəsi  ilə 

yeni baxış sərgiləmək istəyiriksə, ilk növbədə, bu dövrün ədəbi tənqidinin 

bütün səciyyəvi xüsusiyyətlərini, metodoloji axtarışlarını, eləcə də bu dövr 

tənqidçilərinin  poeziya  məsələlərinə  münasibətləri  kontekstində  hansı 

sosioloji  və  estetik  yanaşmaları  ortaya  qoyduqlarını  öyrənmək  lazımdır. 

Məlumdur ki, 1930-cu illərdə partiyanın, siyasi rejimin yeritdiyi siyasətin, 

ideologiyanın sənətdən tələblərini bədii yaradıcılıq sahəsində tətbiq etmək 

ədəbi  tənqidin  qarşısına  qoyulan  başlıca  vəzifə  idi.  Belə  bir  şəraitdə 

ədəbiyyatın,  ədəbi  tənqidin  müstəqilliyindən  söhbət  gedə  bilməzdi,  lakin 

bütün  bunlara  baxmayaraq,  ədəbi  tənqid  öz  varlığını  qoruyub  saxlamağa 

çalışırdı. Bu isə, ilk növbədə, bu dövrdə yaranan poeziya nümunələrinin də, 

ədəbi tənqidin də tarixi kontekstdən çıxarılmış formada yox, əksinə, məhz 

onlara  məxsus  olan  bütün  xüsusiyyətləri  ilə  birlikdə  öyrənməyi, 

araşdırmağı  zəruri  edir.  Tədqiqat  işində  öyrənilməsinə  çalışdığımız 

problemlər məhz bu baxımdan xüsusilə aktualdır. Ədəbi tənqid tariximizdə 

bu qədər zəngin bir mərhələnin elmi tədqiqata cəlb olunması dövrün fəlsəfi 

dərkində,  onun  xarakterinin  müəyyənləşməsində  də  mühüm  əhəmiyyət 

kəsb edir.  

Tədqiqatın  obyekt  və  predmeti.  Dissertasiyada  ədəbi  tənqidimi-

zin  tarixində  mürəkkəb  və  ziddiyyətli  bir  mərhələni  təşkil  edən  1930-cu 

illərdə  poeziya  məsələlərini  özündə  əks  etdirən  tənqid  mətnləri  əsas 



Yüklə 463,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə