Azərbaycan miLLİ elmlər akademiyasi nizami GƏNCƏVİ adına ƏDƏBİyyat institutu



Yüklə 470,44 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix21.07.2018
ölçüsü470,44 Kb.
#57448
1   2   3   4   5   6   7   8   9   10

21 

“Pianoçu”(1983) romanları ilə müqayisədə tədqiq edilmiş, əsərlərdə azadlıq 

hissinin  boğulması  nəticəsində  cəmiyyətdə  təklənən, tənhalaşan  insanların 

bədii obrazlarının xüsusiyyətləri araşdırılmışdır.   

  III  fəslin  “Azərbaycan  və  alman  romanlarında  yaddaş  bədii 

diskurs  kimi”  adlı  üçüncü  yarımfəslində  yaddaş  məsələsi  romanın  əsas 

bədii  diskursu  kimi  öyrənilmişdir.  Azərbaycan  və  Almaniyanın  siyasi  və 

ictimai  tarixindəki  oxşar  hadisələr,  ikiyə  parçalanması,  XX  əsrin  90-cı 

illərində  Almaniyanın  birləşməsi  və  Azərbaycanın  müstəqillik  qazanması, 

eyni  zamanda,  Qarabağ  müharibəsinin  başlanması,  hər  iki  xalqın 

ədəbiyyatında,  xüsusilə  də  roman  janrında  yazılmış  əsərlərdə  yaddaş 

problemini ön plana çıxarmışdır.  

  Müstəqillik  illərindən  sonra  Azərbaycan  ədəbiyyatında  yeniliklər 

nəzərə  çarpır.  Bu  yenilik  əsərlərin  həm  mövzusunda,  həm  məzmununda, 

həm  də  ideyasında  özünü  nəzərə  çarpdıracaq  dərəcədə  biruzə  vermişdir. 

Yeni yaranan ədəbiyyat təkcə bu günün yox, dünənin, arxada qalmış, lakin, 

bu günümüzü təqib edən keçmişin ifadəsidir.  1990-cı  illərindən  sonra 

yaranan “yeni ədəbiyyat” yaradıcı şəxslər üçün iflasa uğramış müharibənin, 

bu  günlə  dünən  arasında  çabalayan  tarixi  yaddaşın,  dərin  mənəvi  böhran 

keçirən  insanların  təsvirini  yaratmaq  cəhdləri  ilə  xarakterizə  olunur.Bu 

yarımfəsildə  M.Maronun 

“Animal  triste”, 

S.Lagerin  “Fosfor”, 

P.Mersiyenin  “Lissabona  gedən  gecə  qatarı”  romanları  İ.Əfəndiyevin 

“Geriyə baxma qoca”, İ.Şıxlının “Ölən dünyam”, Elçinin “Ölüm hökmü”, 

E.Hüseynbəylinin  “Yovşan  qağayılar”,  K.Abdullanın “Yarımçıq  əlyazma” 

əsərləri ilə müqayisəli şəkildə araşdırılmışdır. Bütün bu romanlarda ictimai 

mövzular  məhəbbət  süjetləri  ilə  vəhdətdə  verilmiş,  müxtəlif  konflikt  və 

qarşıdurmalar təsvir olunmuş, insan mənəviyyatı ilə bağlı məsələlər ortaya 

gətirilmiş,  yaddaş  və  unutqanlıq  diqqətə  çatdırılmış,  gerçək  tarixi 

hadisələrin  bədii  təfəkkürə  köçürülməsi  məsələsinə  nəzər  salınmış,  mənən 

“şikəst” olan insanların dramı tədqiqata cəlb olunmuşdur.  

  Tədqiqatın  yekunu  olaraq  əldə  edilmiş  elmi-nəzəri  qənaətlər 

dissertasiya işinin “Nəticə” hissəsində ümumiləşdirilmişdir. 

 

  Azərbaycan  və  alman  romanlarının  tədqiqat  işində  araşdırılan 



mərhələsi ilə bağlı aşağıdakı nəticələr əldə olunmuşdur: 

  1.  1980-2005-ci  illərdə  Azərbaycan  və  alman  ədəbiyyatının  roman 

yaradıcılığında  özgələşmə,  tənhalıq  mövzusunun  başlıca  yer  tutduğunu 

söyləmək  mümkündür.  Sözügedən  mövzu  alman  ədəbiyyatında  müəyyən 

tarixi  ənənəyə  mailk  olmuşdursa,  Azərbaycan  roman  yaradıcılığında  yeni 

hadisə  kimi  müşahidə  olunurdu.  Milli  romançılığımızın  yeni  keyfiyyəti 

təkmilləşərək onu dünya ədəbi prosesinə daha da yaxınlaşdırir. 



22 

  2.  İkinci  dünya  müharibəsindən  sonra  alman  nəsrinin  roman 

yaradıcılığında  yaranan  fasilə  Berlin  divarının  uçurulmasından, 

Almaniyanın  birləşməsindən  sonra  yeni  bir  mərhələyə  daxil  olmuşdur. 

Ölkədə  siyasi  sitiuasiyaların  dəyişməsi  ədəbi  mühitə  də  öz  təsirini 

göstərirdi. 90-cı illərin sonlarına doğru alman nəsrində “Berlin romanları” 

yaranmağa başlamışdır. Şəxsiyyət və cəmiyyət problemi sözügedən dövrdə 

meydana gələn romanların əsasını təşkil edirdi. 

  3.  XX  əsrin  II  yarısından  başlayaraq  baş  verən  köklü  dəyişikliklər 

təkcə Almaniyada deyil, bütövlükdə Qərbdə ictimai-siyasi hadisələrin yeni 

istiqamət  almasını  şərtləndirirdi.  Cəmiyyətdə  olduğu  kimi,  ədəbiyyatda  da 

nasional-sosializmin  törətdiyi  cinayətlər  ilə  birbaşa  bağlı  olan  “ataların 

susmağı”  səbəbi  araşdırılır,  tənqid  olunur  və  ədəbiyyatın  başlıca 

mövzusuna  çevrilirdi.  Çağdaş  alman  ədəbiyyatında  G.Qrass,  İ.Şulç, 

H.Krausser,  B.Şlink,  S.Lager,  M.Maron,  U.Timm,  M.Beyerin  və  digər 

yazıçıların yaradıcılığında sözügedən problemə birbaşa, ya da dolayı yolla 

müraciət  edilmiş,  bir  çox  ictimai-siyasi,  sosial  problemlərə  aydınlıq 

gətirilmişdir. 

  4.  Azərbaycan  ədəbiyyatında  da  roman  janrı  yenə  mərhələdə 

şəxsiyyət  və  cəmiyyət  probleminin  əksi  baxımından  xeyli  dərəcədə 

zənginləşmişdir.  Əgər  əvvəlki  dövrlərdə  yazılmış  romanlarda  cəmiyyət  və 

şəxsiyyət  probleminə  epizodik  şəkildə  toxunulurdusa,  80-ci  illərin 

ortalarından  başlayaraq  yazıçılara  məsələ  ilə  əlaqədar  məhdudiyyətlər 

qoyulmur.  S.Azərinin  “Dalanda”,  S.Əhmədlinin  “Azığa  doğru”,  “Yasamal 

gölündə qayıqlar üzürdü”, “Toğana”, Elçinin “Ölüm hökmü”, S.Səxavətin 

“Nekroloq”  kimi  romanlarında  şəxsiyyət  və  cəmiyyət  problemi  əvvəlki 

illərə nisbətən bir qədər də şərtiliklə təsvir edilmişdir. 

  5. 80-ci illərdə Azərbaycan və alman romanlarında sənətkar və sənət 

məsələsinə  geniş  yer  verilmişdir.  Bu  mövzuda  yazılan  romanları bir ideya 

birləşdirir: 

Sənət  və  sənətkar  həyatın  gündəlik  tələblərindən, 

məhdudiyyətlərdən uzaq olmalıdır. Təbiətin, varlığın mahiyyətini anlamaq, 

dünyanı və özünü dərketmək cəhdi “Sənətkar haqqında roman”ların əsasını 

təşkil  edir,  hər  iki  xalqın  sənət  haqqında  düşüncələrini  eyni  müstəvidə 

birləşdirirdi. 

  6.  Alman  ədəbiyyatında  olduğu  kimi,  Azərbaycan  roman 

yaradıcılığında da II Dünya müharibəsi mövzusuna zaman-zaman müraciət 

olunmuş  və  müharibə  meydanından  daha  çox,  onun  arxa  cəbhədə, 

insanların  həyatındakı  təzahürünə  diqqət  göstərilmişdir.  Bu  mövzuda 

işlənmiş dünya ədəbiyyatı nümunələrini, o cümlədən, alman və Azərbaycan 




23 

ədəbiyyatı  örnəklərini  “müharibə  olmasın”  kimi  ümumi  bir  arzu 

birləşdirmişdir.  

  7. XX əsrin sonu XXI əsrin əvvəllərində Azərbaycan romançılığında 

bir canlanma müşahidə olunur. Azərbaycanda müstəqilliyin əldə olunması 

ədəbiyyatın inkişafına  təsir  göstərmişdir.  Məhz  bu  mərhələdə  Azərbaycan 

və  alman  ədəbiyyatında  çoxsaylı  romanlar  yazılır.  Bu  dövr  romanlarda 

mövzu,  problematika,  obraz,  süjet  xətti  baxımından  yeni  meyilləri  ortaya 

çıxarır. 

  8. Alman ədəbiyyatında da kəmiyyət və yeni meyllərin formalaşması 

baxımından 1980-2005-ci illər məhsuldar dövrdür. K.Kraxtın “Faserland”,  

“1979”,  K.Duvenin  “Yağışın  romanı”,  M.Maronun  “Animal  triste”, 

F.Xenninqin  “Hər  şey  oğurlanmışdı”,  M.Kurubyunun  “İnsan  və  şəhər”, 

B.Ştrausun  “Gənc  adam”  və  s.  romanlarında  dünya  və  insan  problemi 

ətrafındakı  düşüncələr  şərh  olunmuşdur.  Yeni  dövrün  əsas  ədəbi 

axınlarından biri kimi postmodernist ədəbiyyat təşəkkülü tapmışdır. 

 

  Tədqiqatın  əsas  məzmunu  aşağıdakı  nəşrlərdə  öz  əksini 



tapmışdır: 

 

 

1.

 



Dənizdən bir damla // “Dil və ədəbiyyat” jurnalı, 2006, № 2 (50), s. 98-

99. 

2.

 

Sənətkar və zaman // Elmi axtarışlar, 2006, IX, s. 104-107. 



3.

 

Tarixin sınaq meydanında // “Dil və ədəbiyyat” jurnalı, 2006, № 3 (51), 



s. 87-89

4.

 



Nazilən və üzülən haqq... // Filologiya məsələləri, 2009, №3, s.386-394

5.

 



Müasir  roman  janrının  xüsusiyyətlərinə  dair  //  “Filologiya  məsələləri” 

jurnalı. 2010, №9, s.329-336. 

6.

 

Roman  janrı:  tipoloji  yanaşma  /  Azərbaycan  Dillər  Universiteti 



“Mədəniyyətlərarası  dioloq:  linqvstik,  pedaqoji  və  ədəbi  aspektlər” 

Beynəlxalq  Elmi  Konfransın  Materialları.  Bakı  şəh.  (25-26  noyabr 

2010-cu il), Bakı: Azərbaycan Dillər Universiteti, 2010, s.300-302

7.

 



A.Abbasın  “Batmanqılınc”  romanında  tarix  və  şəxsiyyət  problemi  // 

Elmi axtarışlar, 2010, XIX, s.187-191. 

8.

 

Müasir  Azərbaycan  və  alman  romanı:  müqayisələr,  paralellər  // 



Azərbaycan  Dillər  Universitetinin  Elmi  Xəbərləri,  2011,  №1,  s.  239-

246




24 

9.

 



 Müasir  Azərbaycan  və  alman  romanında  insan  problemi  /  AMEA-nın 

doktorantlarının  elmi  konfransının  materialları  (Məcmuə),  Bakı  şəh. 

may 2011, Bakı: Elm, 2011, s. 288-291

10.


 

 Çağdaş  alman romanında mənəvi-əxlaqi  axtarışlar // Dil və ədəbiyyat, 

Bakı: ADU, 2011, №1, s. 231-240

11.


 

 Elçinin  “Ölüm  hökmü”  romanında  sosial-mənəvi  problemlərin  bədii 

inikası //  Filologiya məsələləri, 2011, №12, s.374-386

12.


 

 Çağdaş  roman  yaradıcılığında  şəxsiyyətin  özgələşməsi  problemi  // 

Filologiya məsələləri,  2012, №10, s. 402-412

13.


 

 Çağdaş roman yaradıcılığında insan mövcudluğunun mahiyyəti və onun 

dərk  edilməsi  problemi  //  Azərbaycan  Dillər  Universitetinin    Elmi 

Xəbərləri, 2013, №4, s.223-230

14.

 

 Milli-tarixi  yaddaş  və  Çağdaş  Azərbaycan  romanı  /  Bakı  Beynəlxalq 



Humanitar  Forumu  çərçivəsində  Azərbaycan  Dillər  Universitetinə 

həvalə  olunmuş  “Postmodern  dövrdə  milli  özünüdərk”  bölməsinin 

Materialları. Bakı şəh. (31oktyabr-1 noyabr  2013-cü il).  2013, s. 236-

250

15.

 

 Müasir  romanlarda  dəyişən  zaman  və  başqalaşan  dünya  modeli  // 



Filologiya məsələləri, 2014, №3, s. 272-279

16.


 

 K.Kraxtın “1979” adlı romanı: postmodernist tendensiya / Azərbaycan 

Dillər  Universiteti  “XXI  əsr  Mədəni  Paradiqması  Multimədəni 

Aspektdə”    Respublika  Elmi-Praktik  Konfransının  Materialları  (Bakı, 

25-26 noyabr  2014-cü il) Bakı: ADU, 2014, s. 45-46

17.


 

 Художественное  выражение  социальных  и  политических  проблем 

в  современном  романе  как  реинтерпретация    личности  //  Вıсник 

Днıпропетровського  унıверситету  iменi  Альфреда  Нобеля  Серıя 

«Фıлологıчнı науки». 2014,  №1 (7), ст.104-108. 

18.


 

 Müasir  Azərbaycan  və  alman  romanlarında  müharibə  mövzusunun 

bədii inikası // Ədəbi əlaqələr, Bakı: Elm və təhsil, 2015, IX, s.75-80

19.


 

 Müasir  romanlarda  yaradıcı  insanın  bədii  obrazı  //  “Dil  və  ədəbiyyat” 

jurnalı, Bakı: 2015, № 2 (94), s.235-238

20.


 

 Azərbaycan    və    alman    romanı:  keçmiş    və    bu    gün  /  Azərbaycan 

Dillər  Universiteti  “Xarici  dillərin  tədrisinin  aktual  problemləri” 

Respublika  elmi-praktiki  konfransının  materialları.  Bakı  şəh.  5-6  may 

2016 - Bakı: “Mütərcim”, 2016, s. 504-506

21.


 

 Azərbaycan  və  alman  romanlarında  oxşar  tendensiya  /  Bakı  Dövlət 

Universiteti  Birinci  Türkoloji  Qurultayın  90  illik  yubileyinə  həsr 

olunmuş  Müasir  Türkologiya:  dünən,  bu  gün  və  sabah  (problemlər  və 




25 

perspektivlər)  Respublika  elmi  konfransının  materialları.  Bakı  şəh.  28 

dekabr  2016-ci il. Bakı: Elm və Təhsil, 2016, s.377-380. 

22.


 

 Müasir  roman  yaradıcılığında  intellektual  qəhrəmanın  özünütəsdiq 

problemi  //  “Dil və ədəbiyyat” jurnalı, Bakı:2017, №2 (102), 230-233 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 


26 

РОЙА МЕФТУН кызы МУРШУДОВА 

ЖАНР РОМАНА В СОВРЕМЕННОЙ АЗЕРБАЙДЖАНСКОЙ И 

НЕМЕЦКОЙ ЛИТЕРАТУРЕ (1980-2005 гг) 

РЕЗЮМЕ 

В  ХХ  веке  в  азербайджанской  и  в  немецкой  литературе 

развитию  жанра  романа  характерно  отражение  общественно-

политических событий, происходивших в жизни двух народов, которые 

со  всей  своей  реальностью  были  отражены  в  литературе.  Диссертация 

состоит из введения, трех глав, заключения и списка литературы. 

“Введение”  обосновывает  актуальность  темы,  где  показаны 

основные  цели  и  задачи,  уровень  изучения  темы,  научная  новизна, 

объясняются теоретико-методологические основы и апробация. 

Первый  раздел  диссертации  под  названием  “Характерные 

особенности жанра романа в современной азербайджанской и немецкой 

литературе”  состоит  из  двух  подразделов.  Первый  подраздел  назван 

“Из истории развития азербайджанского и немецкого жанров романа”, 

где изучены этапы исторического развития романического творчества в 

вышеназванных  литературах.  Во  втором  подразделе  под  названием 

«Азербайджанские  и  немецкие  романы  в  новом  этапе»,  были  изучены 

азербайджанские  и  немецкие  романы  периода  после  80-х  годов  и 

выявлены общие и отличительные черты. 

Вторая  глава  диссертации  называется  “Проблема  личности  и 

общества  в  современных  азербайджанских  и  немецких  романах”.  В 

этой  главе,  состоящей  из  двух  подразделов  изучена  проблема 

отчуждения  личности  в  обществе  и  вопросы  художественного  образа 

творческого человека в современных романах. 

Третья  глава  диссертации  называется  “Реальность  жизни  и 

художественная  правдивость  в  современных  азербайджанских  и 

немецких  романах”.  Эта  глава  состоит  из  трех  подразделов.  Первый 

подраздел  “Тема  войны  в  романе:  индивидуальные  и  отличительные 

подходы”  посвящен  исследованию  темы  войны  в  азербайджанских  и 

немецких  романах.  Во  втором  подразделе  под  названием  “Понятие 

социально-духовной  жизни  в  современном  романическом  творчестве” 

была  изучена  социальная  жизнь  и  духовный  мир  человека  в 

Азербайджанском и немецком романе, а в третьем подразделе “Память, 

как основной художественный дискурс в азербайджанском и немецком 

романе”,  вопрос  памяти  исследуется  как  основной  художественный 

дискурс романа.  Научно-практические выводы, полученные по итогам 

исследования диссертации были изложены в разделе “Заключение”. 




27 

 

ROYA MEFTUN gizi MURSHUDOVA 



GENRE OF THE NOVEL IN THE MODERN AZERBAIJAN AND 

GERMAN LITERATURE (1980-2005). 

In  the  20th  century,  the  development  of  the  genre  of  the  novel  in 

Azerbaijani and German literature is characterized by a reflection of socio-

political events taking place in the life of two nations, which, with all their 

reality,  have  been  reflected  in  literature.  The  dissertation  consists  of  an 

introduction, three chapters, a conclusion and a list of literature. 

“Introduction” justifies the relevance of the topic, which shows the 

main goals and objectives, the level of study of the topic, scientific novelty, 

explains the theoretical and methodological foundations and approbation. 

The first section of the dissertation, entitled “Characteristic features 

of  the  genre  of  the  novel  in  modern  Azerbaijani  and  German  literature”, 

consists  of  two  subsections.  The  first  subsection  is  entitled  “From  the 

History of the Development of the Azerbaijani and German Genres of the 

Novel”,  where  the  stages  of  the  historical  development  of  novelistic 

creativity  in  the  above-mentioned  literatures  have  been  studied.  In  the 

second  subsection,  entitled  “Azerbaijani  and  German  novels  in  a  new 

stage,” Azerbaijani and German novels of the period after the 1980s were 

studied and common and distinctive features were revealed. 

The  second  chapter  of  the  thesis  is  called  "The  problem  of  the 

individual and society in modern Azerbaijani and German novels." In this 

chapter, consisting of two subsections, the problem of the alienation of the 

individual in society and the questions of the artistic image of the creative 

person in contemporary novels are studied. 

The  third  chapter  of  the  thesis  is  called  "The  reality  of  life  and 

artistic  truthfulness  in  modern  Azerbaijani  and  German  novels."  This 

chapter consists of three subsections. The first subsection "The theme of the 

war  in  the  novel:  individual  and  distinctive  approaches"  is  devoted  to  the 

study of the topic of war in Azerbaijani and German novels. In the second 

sub-section entitled "The concept of social and spiritual life in the modern 

novelistic  creativity",  the  social  life  and  spiritual  world  of  a  person  were 

studied in the Azerbaijani and German novels, and in the third subsection 

"Memory  as  the  main  artistic  discourse  in  the  Azerbaijani  and  German 

novel" Is studied as the main artistic discourse of the novel. 

The scientific and practical conclusions obtained on the basis of the 

research  results  of  the  dissertation  were  presented  in  the  section 

"Conclusion". 




28 

 

НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА 



ИНСТИТУТ ЛИТЕРАТУРЫ им. НИЗАМИ 

 

 

На правах рукописи 

 

 

 



 

РОЙА МЕФТУН кызы МУРШУДОВА 

 

 

 

ЖАНР РОМАНА В СОВРЕМЕННОЙ АЗЕРБАЙДЖАНСКОЙ И 

НЕМЕЦКОЙ ЛИТЕРАТУРЕ (1980-2005 гг) 

 

 

 

                 5716.01-Азербайджанская литература 

 

5718.01 -Миравая литература (Немецкая литература) 



 

 

 

А В Т О Р Е Ф Е Р А Т 

 

 

 

диссертации на соискание ученой степени 

доктора философии по филологии

 

 



 

 

 

 

 

БАКУ - 2017 

Yüklə 470,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə