Azərbaycan miLLİ elmlər akademiyasi nizami GƏNCƏVİ adına ƏDƏBİyyat institutu



Yüklə 470,44 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix21.07.2018
ölçüsü470,44 Kb.
#57448
1   2   3   4   5   6   7   8   9   10

araşdırılmasını  da  ədəbiyyatşünaslığımız  qarşısında  duran  aktual 

məsələlərdən  biri  kimi  qiymətləndirə  bilərik.  Danimarka  estetiki 

G.M.Brandesin  təbirincə  desək,  “ən  istedadlı  xalqın  dahisi  də  ilhamını 

ümumdünyəvi  və  bəşəri  dəyərlərdən  almalıdır.  Yalnız  başqa  millətlərin 

dahiləri  ilə  ünsiyyət  və  yaxınlıq  ona  həmişə  təravətli  qalmaq  üçün  təkan 

verir”

1

.  Ədəbiyyatımızın  çağdaş  durumunu  qiymətləndirmək,  onun  dünya 



ədəbi  prosesindəki  yeri  və  rolunu  müyyən  etmək  üçün  də  müqayisəli 

tədqiqatların mühüm əhəmiyyəti vardır. 

  XX  əsrdə  Azərbaycan  və  alman  ədəbiyyatında  roman  janrının 

inkişafı  hər  iki  xalqın  həyatında  baş  verən  ictimai-siyasi  hadisələrin 

ədəbiyyatda bütün reallığı ilə əks etdirilməsi ilə səciyyəvi olmuşdur. 1920-

ci  ildə  Azərbaycanın,  1945-ci  ildə  isə  Almaniyanın  bir  hissəsinin  sovetlər 

tərəfindən  işğalı  və  80-ci  illərin  sonlarına  qədər  bu  dövlətlərin  siyasitəsir 

altında qalması hər iki xalqın taleyini yaxınlaşdıran oxşar  hadisələrdəndir. 

Azərbaycan  və  alman  xalqının  bir  müddət  eyni  ictimai-siyasi  rejimin 

qurbanına  çevrilməsi,  müəyyən  fərqlərlə  yaşanan  oxşar  proseslər 

ədəbiyyatlarında  da  bir  sıra  ortaq  məqamların,  mövzu  və  süjetlərin 

meydana  gəlməsinə  səbəb  olmuşdur.  Totalitar  rejimə  uyğun  münasibət, 

faşizm  və  sosializmin  bənzər  funksionallığı  və  xalqların  taleyində  mənfi 

rolu, insan mənəviyyatına yönəlmiş təzyiqlər hər iki xalqın  ədəbiyyatında, 

xüsusilə də roman janrında öz əksini tapmışdır. Keçən əsrin 80-ci illərindən 

sonra  tarixi  hadisələrə  münasibətin  dəyişməsi  bədii  düşüncədə  bəşəri 

motivlərin təsvirinə geniş imkanlar yaratmaqla da bir daha Azərbaycan və 

alman nəsrində uyğun tendensiyaların formalaşmasına yol açmışdır. 

  Alman  ədəbiyyatı  digər  Avropa  ölkələrinin  ədəbiyyatları  ilə 

müqayisədə  fərqli  inkişaf  yolu  keçmişdir.  Daha  doğrusu,  bu  ölkədə  baş 

verən  ictimai-siyasi  hadisələr,  müəyyən  mənada,  onun  ədəbiyyatının  da 

inkişaf  yolunu  müəyyənləşdirmişdir.  Almaniyanın  dünyanın  böyük  bir 

hissəsi ilə müharibəyə başlaması, faşizmin insan qırğınlarına səbəb olması 

təkcə ölkənin deyil, bədii ədəbiyyatın da taleyini dəyişmişdir. 80-ci illərin 

əvvəllərindən  başlayaraq  romanın  diqqəti  məhz  sözügedən  problemlərə 

yönəlmiş, onlara münasibətdə bəşəri dəyərlərə üstünlük verilmişdir. 

  Bütövlükdə,  80-ci  illərin  ortalarından  etibarən  dünyada  baş  verən 

ictimai-siyasi  proseslər  ədəbi,  bədii  düşüncədə  də  yeni  təmayüllər 

formalaşdırmışdır.  Sovetlər  Birliyinin  dağılmağa  doğru  getməsi  və 

Almaniyanın  birləşməsi  nasional-sosializmə  yeni  baxışı  şərtləndirmişdir. 

                                                           

1

Брандес  Г.  Литература  XIX  века  в  ее  главных  течениях.  Санк-Петербург: 



1895, 370 с. 


Ölkənin  birləşməsindən  sonra  yaxın  tarixə  -  müharibə  və  onun  törətdiyi 

faciələrə  münasibətdə  fərqli  fikirlər  meydana  çıxmışdır.  Müharibə  zamanı 

törədilən  fəlakətlərin  təkcə  rasional  faşizmin  deyil,  həm  də  sosializm 

rejiminin  ayağına  yazılması  kimi  fikirlər  səsləndirilməyə  başlanılmışdır. 

80-90-cı  illərdə  Almaniyanın  daxilində  gedən  ideoloji  meylin  əsasında  da 

məhz  sözügedən  tendensiya  dayanırdı.  Ona  görə  də,  həmin  mərhələdə 

siyası  təfəkkürdə  olduğu  kimi,  bədii  düşüncədə  də  II  Dünya  müharibəsi 

zamanı  almanların  qəddarlığının  qabardılması  ilə  yanaşı,  almanların 

özlərinin də qarşlıqlı qəddarlığa uğraması haqqında fikirlər səsləndirilirdi.  

Azərbaycanın  ictimai-siyasi,  ədəbi-bədii  düşüncəsində  də  oxşar 

münasibət  və  fikirlər  özünü  göstərmişdir.  Əgər  müharibə  illərində  “Vur, 

ölən faşistdir” (M.Rahim) fikri istiqamətində çağırışlar edilirdisə, 60-70-ci 

illərdə  müharibəyə  baxış  acısı  köklü  surətdə  dəyişmişdir.  80-90-ci  illərdə 

isə  II  Dünya  müharibəsinin  “yadlaşması”  meyli  güclənmişdir.  Qarabağ 

uğrunda müharibə dərinləşdikcə II Dünya müharibəsinin ağrıları tamamilə 

unudulmağa başlanmış, mövcud müharibə haqqında əsərlər yazılmıdır. 

  Mövzunun aktuallığını şərtləndirən amillərdən biri də Azərbaycan və 

alman ədəbiyyatının roman janrında qeyd edilən problemlərə oxşar baxışın, 

uyğun tendensiyalarınolması və onların tədqiqi zərurətidir.  



Tədqiqatın  obyekti  və  predmeti.  Dissertasiya  işində  başlıca 

araşdırma obyekti 1980-2005-ci illərdə Azərbaycan və alman ədəbiyyatında 

roman janrında yazılmış bədii nümunələrdir. Roman yaradıcılığının zəngin 

olduğu sözügedən mərhələdə Azərbaycan və alman romanlarını birləşdirən 

səciyyəvi  xüsusiyyətlərə  daha  çox  diqqət  yetirilmişdir.  Tədqiqat  işində 

janrın  inkişaf  istiqamətləri,  meyilləri,  hər  iki  xalqın  üzləşdiyi  faciələri, 

mənəvi-əxlaqi problemləri əks etdirən əsərlərə üstünlük verilmişdir. 

  Tədqiqatın  predmetini  Azərbaycan  nasirlərindən  İsa  Hüseynov, 

İsmayıl  Şıxlı,  Anar,  Sabir  Əhmədli,  Elçin,  Mövlud  Süleymanlı,  Kamal 

Abdulla,  Nəriman  Əbdülrəhmanlı,  Vaqif  Sultanlı,  Nigar,  Elçin 

Hüseynbəyli,  İlqar  Fəhmi,  alman  yazıçılarından  Günter  Qrass,  Patrik 

Züskind,  Kristian  Kraxt,  İnqo  Şulç,  İnqrid  Noll,  Bernxard  Şlink,  Seven 

Lager,  Helmut  Krausser,  Monika  Maron,  Robert  Şnayder,  Xristof 

Ransmayr, Yelfride Yelenik, Marsel Bayer, Tomas Brussiq, Georq Osvald, 

Paskal Mersiye, Andreas Mayer, Vilhelm Genasiyo və digərlərinin əsərləri 

təşkil  edir.  Dissertasiyada  hər  iki  xalqın  ədəbiyyatında  roman  janrının 

inkişaf  xüsusiyyətlərinin  öyrənilməsi  ilə  bağlı  Azərbaycan,  alman  və  rus 

ədəbiyyatşünaslarının araşdırmalarına da yer verilmişdir. 

  Mövzunun işlənmə dərəcəsi. Ədəbiyyatşünaslığımızda Azərbaycan 

və  alman  ədəbi  əlaqələrinə  dair  müxtəlif  tədqiqatlar  aparılmış,  məqalələr 




Yüklə 470,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə