Azərbaycan miLLİ elmlər akademiyasi nizami GƏNCƏVİ adına ƏDƏBİyyat institutu



Yüklə 470,44 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix21.07.2018
ölçüsü470,44 Kb.
#57448
1   2   3   4   5   6   7   8   9   10

yazılmış  və  bir  çox  monoqrafiyalar  çap  olunmuşdur.  XXəsrin  30-cu 

illərindən 

başlayaraq  ədəbiyyatşünaslardan  Ə.Şərifzadə,  M.Rəfili, 

Ə.Sultanlı, A.Ağayev, F.Vəlixanova, V.Arzumanlı, S.Tağızadə, V.Hacıyev, 

M.Həyatzadə, 

A.Bayramov, 

S.Cəbrayılova 

və 

başqaları 



ədəbi 

əlaqələrimizin  sözügedən  sahəsindəmüxtəlif  araşdırmalar  aparmışlar.  Son 

dövrlərdə  isə  O.Müslümova  “Alman  və  Azərbaycan  mühacirət 

ədəbiyyatında  tipoloji  oxşarlıqlar  (1900-1945)”,  X.Zairova  “Azərbaycan-

alman  ədəbi  əlaqələri  müasir  filoloji  kontekstdə”  mövzusunda  filologiya 

üzrə  fəlsəfə  doktorluğu  dissertasiyaları  müdafiə  etmişlər.  Lakin  bütün  bu 

araşdırmalar  ədəbi  əlaqələrin  tarixi  və  müasir  vəziyyəti  kontekstində 

aparılmış,  1980-2005-ci  illər  Azərbaycan  və  alman  romanının  inkişaf 

meyilləri və istiqamətləri tədqiqatlardan kənarda qalmışdır. Bu dissertasiya 

işində  80-ci  illərdən  günümüzə  qədər  Azərbaycan  və  alman  romanlarının 

uyğun  və  fərqli  inkişaf  yolu  təhlil  edilmiş,  elmi-nəzəri  qənaətlər 

göstərilmişdir.  



Tədqiqatın  məqsəd  və  vəzifələri.  Tədqiqat  işinin  əsas  məqsədi 

Azərbaycan  və  alman  ədəbiyyatında  roman  janrının  səciyyəvi  inkişaf 

meyillərini  öyrənmək,  onu  ortaq  problemlər  və  bədii  dəyərlər 

müstəvisindən  təhlil  etməkdən  ibarətdir.  Bu  məqsədin  reallaşması  üçün 

aşağıdakı vəzifələr müəyyənləşdirilmidir: 

  -  Azərbaycan  və  alman  romanlarının  nəsrin  önəmli  janrı  kimitarixi 

inkişaf yollarına nəzər yetirmək; 

  - 


Çağdaş  Azərbaycan  və  alman  romanlarının  spesifik 

xüsusiyyətlərini 

aşkara çıxartmaq; 

  -  Müasir  mərhələdə  Azərbaycan  və  alman  romanlarının  xarakterini, 

problemlərini, istiqamətlərini araşdırmaq; 

  - Müasir Azərbaycan və alman romanlarında şəxsiyyət və cəmiyyət, 

insan və zaman problemlərini qarşılıqlı şəkildə tədqiq etmək; 

  -  Romanlar  əsasında  hər  iki  xalqın  bədii  təfəkküründə  şəxsiyyətin 

özgələşməsi problemini öyrənmək; 

  - Romanlarda yaddaşın bədii diskurs kimi yerini müəyyənləşdirmək

  - Çağdaş Azərbaycan və alman romanlarında həyat həqiqəti və bədii 

gerçəklik problemini tədqiq etmək; 

  -  Roman  janrında  müharibə  mövzusunu  şərh  etmək,  ona  tipoloji  və 

fərqli yanaşmaları aşkara çıxartmaq; 

  -  Roman  janrında  sosial-mənəvi  həyatın  və  tarixin  dərki  problemini 

araşdırmaq. 






Tədqiqatın elmi yeniliyi. Dissertasiya işinin elmi yeniliyi, hər şeydən 

əvvəl,  Azərbaycan  və  alman  ədəbiyyatında  roman  janrının  çağdaş  filoloji 

kontekstdə araşdırılmasında ilk tədqiqat əsəri olması ilə xarakterizə olunur. 

Tədqiqat  işində  ilk  dəfə  olaraq,  Azərbaycan  və  alman  romanlarının  1980-

2005-ci illər dövrü janrın təşəkkülü və tarixi inkişaf mərhələlərinə də nəzər 

yetirməklə tədqiqata cəlb olunmuşdur. Dissertasiyada Azərbaycan və alman 

romanları  yalnız  ideya-estetik  baxımdan  deyil,  mövzu  və  problematika, 

onların  Azərbaycan  və  alman  bədii  təfəkkürünün  inkişafındakı  rolu 

istiqamətlərindən 

də 


öyrənilmişdir. 

Azərbaycan 

və 

alman 


romanlarımüharibə,  şəxsiyyətin  özgələşməsi,  yaddaş,  şəxsiyyət  və 

cəmiyyət,  tənhalıq,  özünüdərk  və  milli  kökə  bağlılıq,  həyat  həqiqətlərinin 

bədii  təxəyyüldəki  əksi  və  digər  ədəbi-fəlsəfi,  ictimai  mövzular 

konteksində ilk dəfə araşdırılaraq ortaq, ümumi və fərqli cəhətlər meydana 

çıxarılmışdır. 

Tədqiqatın 

nəzəri-metodoloji 

əsasları.Tədqiqat 

işi 


çağdaş 

ədəbiyyatşünaslığın  mühüm  elmi-nəzəri  prinsipləri  nəzərə  alınmaqla 

yazılmışdır.  Problemin  araşdırılması  zamanı  müqayisəli-tarixi  metod, 

sistemli  təhlil  üsulları,  eləcə  də  roman  janrının  inkişaf  istiqamətlərinin 

tədqiqində  tipoloji  və  fərqli  yanaşmalar  əsas  götürülmüşdür.  Tədqiqat 

işində  Azərbaycan  və  alman  romanlarından,  həmçinin  Azərbaycan,  alman 

və rus elmi-nəzəri fikrinin əsas müddəalarından istifadə edilmişdir. 

Tədqiqatın  nəzəri-təcrübi  əhəmiyyəti.  Dissertasiyada  aparılan 

araşdırmalar  və  onun  nəticələri,  irəli  sürülən  elmi-nəzəri  qənaətlər  və 

ümumiləşdirmələr  Azərbaycan  və  alman  ədəbiyyatında  roman  janrının 

müxtəlif  problemlərinin  öyrənilməsi  baxımından  əhəmiyyətli  ola  bilər. 

Eyni  zamanda,  dissertasiya  işi  gələcəkdə  bu  istiqamətdə  aparılacaq  yeni 

tədqiqatlar üçün də müəyyən imkanlar açır. Müqayisəli ədəbiyyatşünaslığın 

öyrənilməsi  baxımından  da  mövcud  tədqiqatın  nəzəri-təcrübi  əhəmiyyəti 

böyükdür.  Ali  məktəblərin  filologiya  fakültələrində  xüsusi  kurs  və 

seminarların  aparılması,  dərs  vəsaitlərinin  hazırlanmasında  da  dissertasiya 

işinin nəzəri-təcrübi imkanlarından istifadə etmək olar. 



Tədqiqat  işinin  aprobasiyası.  Dissertasiya  AMEA  Nizami  adına 

Ədəbiyyat  İntitutunun  Dünya  ədəbiyyatı  və  komparativistika  şöbəsində 

yerinə  yetirilmişdir.  Tədqiqatın  əsas  məzmunu,  müddəa  və  nəticələri  elmi 

məcmuələrdə dərc olunmuş məqalə və tezislərdə öz əksini tapmışdır. 



Tədqiqat  işinin  strukturu.  Tədqiqat  işi  giriş,  üç  fəsil,  nəticə  və 

ədəbiyyat siyahısından ibarətdir.  

 

 





TƏDQİQATIN ƏSAS MƏZMUNU 

 

  “Giriş”də mövzunun aktuallığı  əsaslandırılmış,qarşıya qoyulan  əsas 

məqsəd  və  vəzifələr,  mövzunun  öyrənilmə  səviyyəsi,  elmi  yeniliyi 

göstərlmiş, nəzəri-metodoloji əsasları, aprobasiyası açıqlanmışdır.  



  Dissertasiyanın  “Çağdaş  Azərbaycan  və  alman  ədəbiyyatında 

roman  janrının  səciyyəvi  xüsusiyyətləri”  adlı  I  fəsli  iki  yarımfəsildən 

ibarətdir.  Birinci  yarımfəsil  “Alman  və  Azərbaycan  ədəbiyyatında 



roman 

janrının 

inkişafı 

tarixindən”adlandırılmış 

və 


roman 

yaradıcılığının  sözügedən  ədəbiyyatlarda  tarixi  inkişaf  mərhələləri 

öyrənilmişdir. 

  Roman  janrı  xalqın  milli  bədii  təfəkkürünün  inikasında  əhəmiyyətli 

yer  tutur.  İctimai-siyasi  proseslərin  mövzu  və  problematika  şəklində 

romanlarda  öz  əksini  tapması  onu  sosial  problemlərinin  bədii  həllinə 

yönəltmişdir. Roman janrı orta əsrlər dövründən başlayaraq “Qarqantua və 

Pantaqruel”,  “Don  Kixot”,  “Robinzon  Kruzonun  macəraları”,  “Qulliverin 

səyahəti”,  “Gənc  Verterin  iztirabları”  kimi  dünya  ədəbiyyatının  dəyərli 

nümunələri  ilə  inkişaf  edərək  maarifçilik  dövründə  ən  yüksək  zirvəsinə 

çatmış, məlum tarixdən bu günə kimi müəyyən forma, struktur dəyişikliyə 

məruz qalmışdır.Lakin roman janrı bütün xalqların ədəbiyyatında eyni rola 

malik  olmadığı  kimi,  eyni  inkişaf  yolu  da  keçməmişdir.  Alman  və 

Azərbaycan  ədəbiyyatında  da  roman  janrının  fərqli  inkişaf  yolu  keçməsi 

janrın tarixi mərhələlərinə nəzər yetirməyi tələb edir. 

  XII əsrin əvvəllərində Henrix fon Feldikinin alman ədəbiyyatında ilk 

cəngavərlik  romanı  kimi  dəyərləndirilən  “Eney  haqqında  roman”ı  fikrin 

dərinliyi və təsvirin miqyası baxımından əhəmiyyət kəsb edirdi. Bu dövrdə 

yaşamış  alman  yazıçısı  Hartman  fon  Auenin  yazdığı  “Erek”  (“Erek”), 

“İveyn”  (“Iwein”),  “Qreqoriyus”  (“Gregorius”),  “Bədbəxt  Henrix”  (“Der 

arme Heinrich”) adlı romanları müəllifinə böyük şöhrət gətirməklə yanaşı, 

janrın  inkişafına  təkan  vermişdi.  Volfram  fon  Eşenbaxın  “Parsifal” 

(“Parzival”)  əsəri  cəngavərlik  romanlarının  keyfiyyət  etibarilə  inkişafının 

nəticəsi  kimi  üzə  çıxmışdır.  Cəngavər  Parsifalın  həyat  tarixçəsini  əks 

etdirən, mənəvi-əxlaqi problemlərlə zəngin olan bu əsər XVII əsrdə alman 

ədəbiyyatında  meydana  gələn  “tərbiyə  romanları”nın  (Bildungsroman)  

yaranmasında  və  inkişafında  əsaslı  rol  oynamışdır.XII  əsrin  sonlarında 

Qotfrid  Strasburskinin  “Tristan  və  İzolda”  romanı  meydana  çıxmış  və 

müəllifinə  şöhrət  gətirmişdir.  Lakin  bu  əsərdən  sonra  alman  roman 

yaradıcılığında durğunluq nəzərə çarpır. XVII əsrin əvvəllərində Almaniya 

digər  Avropa  dövlətləri  kimi  otuzillik  müharibənin  acısını  yaşadığı  üçün 



Yüklə 470,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə