Azərbaycan miLLİ elmlər akademiyasi nizami GƏNCƏVİ adına ƏDƏBİyyat institutu



Yüklə 470,44 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix21.07.2018
ölçüsü470,44 Kb.
#57448
1   2   3   4   5   6   7   8   9   10

müharibənin gətirdiyi kədər hissi uzun illər alman ədəbiyyatında - əsərlərin 

mövzusunda,  obrazların  taleyində  əksini tapmışdır.  1669-cu  ildə  meydana 

gələn  Y.Qrimelhauzenin  “Simplissmus”  romanında  müəllif  qəhrəmanın 

həyatını  otuzillik  müharibənin fonunda  təsvir edirdi. XVII  əsrdən  etibarən 

roman  janrı  inkişaf  edərək,  həm  kəmiyyət,  həm  də  keyfiyyət  baxımından 

zənginləşmişdir. Bu dövrdən etibarən alman romanı məzmun, ideya, mövzu 

baxımından milli sərhədləri aşaraq, dünya ədəbiyyatının tərkib hissəsi kimi 

inkişaf  edirdi.  K.M.Vilandın  “Aqatonun  tarixçəsi”  (1766)  adlı  tərbiyə 

romanının 

ardınca 

K.F.Moriçin 

“Anton 

Rayzer” 


(1972-1973), 

F.Gelderlenin  “Giperion”(  1797-1799),  Novalisin  “Henrix  fon 

Ofterdengen”  (1802),  Hötenin  “Vilhelm  Meysterin  tələbəlik  illəri” 

(“Wilhelm Meister’s Apprenticeshir”, 1795) romanları işıq üzü görmüşdür. 

  XIX  əsrin  birinci  yarısında  Friç  Reyter,  Teador  Ştorm,  Bertold 

Auerbax,  Vilhelm  Rabe  kimi  sənətkarlar  “kiçik  adam”ların  obrazlarını 

yaradan  romanlar  yazsalar  da,  bu  dövrdə  nəsrin  sözügedən  forması  daha 

çox  məhəlli  xüsusiyyət  daşıyırdı.XIX  əsrin  sonu,  XX  əsrin  əvvəlləri 

ictimai-siyasi  kataklizmlərlə  zəngin  bir  dövr  kimi  səciyyələnir. 

Arasıkəsilməyən  inqilabların,  müharibələrin  doğurduğu  əhval-ruhiyyənin 

nəticəsi  olaraq  meydana  gələn  ekzistensializm  XX  əsrin  əvvələrində 

Almaniyada  geniş  vüsət  almışdı.  Bu  ədəbi  istiqamətin  ən  məşhur 

nümayəndələrinin təsirilə alman ədəbiyyatında da roman XX əsrin aparıcı 

janrına çevrilmişdir. Ekzistensial ruhda yazıb-yaradan alman yazarlarından 

G.Kazakın  və  E.Nossakın  da  romanları  oxucular  tərəfindən  maraqla 

qarşılanırdı.  Ekzistensial  fəlsəfənin  təsiri  altında  alman  ədəbiyyatında 

modernist meyillərin inkişafı roman janrının forma və məzmununda  əsaslı 

dəyişikliklərə  səbəb  olmuşdur.  R.Remarkın  “Qərb  cəbhəsində  təbəddülat 

yoxdur”  “Üç  yoldaş”,  “Zəfər  tağı”,  “Kiçik  adam”  romanları  mənəviyyat 

məsələlərinə  üstünlük  verirdi.  Bu  dövrdə  müharibə  mövzusuna  həsr 

olunmuş  romanlar  üstünlük  təşkil  edirdi.  XX  əsrin  əvvəllərində  Fridrix 

Nitşenin  fəlsəfəsi  ölkənin  idarə  olunmasında  əsaslı  rol  oynamağa 

başlamışdır. T.Mann, H.Mann, H.Hesse kimi yazıçılar əsərlərində görkəmli 

filosofun  ideyalarını  təbliğ  edirdilər. XX  əsrin  əvvəllərində  müasir  roman 

anlayışı  “Universitet illəri”, “Viola Trikolor”, “Psixeya” əsərlərin müəllifi 

Teodor Fontane tərəfindən daha da təkmilləşdirilmişdi.  

  1946-cı  ildə  Herman  Hessenin  “Yalquzaq”  (1927)  romanı  Nobel 

mükafatına layiq görülmüşdü. Alman ədəbiyyatında “yeni sosial roman”nın 

yaradıcılarından  olan  Arnold  Şveyqin  “Ağ  adamların  böyük  müharibəsi” 

(1927),  “1914-cü  ilin  gənc  qadını”  (1931),  “Vandsbekski  baltası”  (1943) 

romanları meydana gəlmişdi. II  Dünya  müharibəsi yazıçılara böyük zərbə 



10 

vurmuş,  ziyalılar  mənəvi  aşınmaya  məruz  qalaraq  ölkəni  tərk  etmişdilər. 

Faşizm  və  müharibədən  yazan  Henrix  Böll,  Hans  Verner  Rixter,  Ziqfred 

Lenç,  Volfqanq  Kyöppen,  Günter  Qrass,  Anna  Zegers,  German  Kant  və 

başqalarının yaradıcılığında siyasi romanlar çoxluq təşkil edirdi. Bu dövrdə 

ədəbiyyat aləmində “yeni roman” adlı ədəbi istiqamət geniş vüsət almışdı. 

“Yeni  roman”dan  az  sonra  alman  ədəbiyyatında  postmodernizmə  maraq 

oyandı.  Belə  ki,  P.Züskind,  Ş.Barre,  Y.Xerman,  K.Kraxt  və  s.  yazıçılar 

alman postmodernist romanının ən yaxşı nümunələrini yaratdılar. 

  Azərbaycan 

ədəbiyyatında  ilkin  roman  nümunələri  kimi 

səciyyələndirilən 

Z.Marağayinin  “İbrahim  bəyin  səyahətnaməsi”, 

N.Nərimanovun “Bahadır və Sona”, M.S.Ordubadinin “Bədbəxt milyonçu” 

kimi əsərləri dünya ədəbiyyatında xüsusi yer tutan romanlarla müqayisədə 

sözügedən  ədəbi  janrın  tələblərini  milli  arenada  ödəyirdi.  Həmin 

əsərlərdəki  ilkin  roman  rüşeyimləri  janrın  inkişafına  zəmin  yaratmaqla 

yanaşı,  bir  janr  olaraq  formalaşmasını  da  şərtləndirirdi.  Sovet 

hakimiyyətinin  qurulması  nəticəsində  Avropa  və  rus  ədəbiyyatı  ilə 

yaxından  və  mütəmadi  tanışlıq  Azərbaycan  ədəbiyyatında  yeni  yaranan 

romanın  dünya  romançılıq  ənənəsinə  uyğun  şəkildə  inkişafına  təkan 

vermişdi.  

  Azərbaycan  ədəbiyyatında  roman  janrı  alman  romanlarından  fərqli 

bir  inkişaf  yolu  keçmişdir.  Buna  səbəb  Azərbaycanda  sözügedən  janrın 

nisbətən  sonrakı  mərhələdə  yaranması  və  fərqli  siyasi  arenada,  ictimai-

siyasi  hadisələr  kontekstində  yazılmasıdır.  Bu  mənada  Azərbaycan  roman 

janrının inkişafı mərhələlərini aşağıdakı kimi ümumiləşdirmək olar: 

  1.  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  Azərbaycanda  roman 

janrının  təşəkkülü.  N.Nərimanovun  “Bahadır  və  Sona”,  Z.Marağayinin 

“İbrahim  bəyin  səyahətnaməsi”  əsərləri  milli  bədii  təfəkkürdə  janrın  ilk  

nümunələri olmuşdur. XX əsrin əvvəllərində S.M.Qənizadənin “Məktubati 

Şeyda  bəy  Şirvani”  dilogiya  romanı  janrın  strukturunu  zənginləşdirməsi 

baxımından diqqət çəkir. İ.Musabəyovun “Neft və milyonlar səltənətində”, 

M.S.Ordubadinin  “Bədbəxt  milyonçu”  romanları  da  bu  mərhələdə 

yazılaraq  janrı  mövzu  və  problematika  baxımından  irəli  aparılmışdır. 

Bolşeviklərin hakimiyyətə gəlməsindən sonrakı ilk iki onillikdə isə roman 

janrı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 

  2.  Azərbaycan  romanının  təşəkkülündə  1930-50-ci  illəri  ayrıca  bir 

mərhələ kimi qeyd etmək lazımdır. Belə ki, həmin  mərhələdə Azərbaycan 

romanı  yalnız  mövzu,  ideya  baxımından  deyil,  struktur  baxımından  da 

inkişaf  etmiş,  dünya  romanlarına  bir  qədər  də  yaxınlaşmışdır.  Bu 

mərhələdə Azərbaycan romanı, əsasən, dörd istiqamətdə təzahür etmişdir: 




Yüklə 470,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə