Azərbaycan miLLİ elmlər akademiyasi nizami GƏNCƏVİ adına ƏDƏBİyyat institutu



Yüklə 470,44 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix21.07.2018
ölçüsü470,44 Kb.
#57448
1   2   3   4   5   6   7   8   9   10

11 

  a)  Tarixi  mövzuda  yazılmış  Azərbaycan  romanları.  Buraya 

Y.V.Çəmənzəminlinin  “Qızlar  bulağı”,  “Qan  içində”,  M.S.Ordubadinin 

“Qılınc  və  qələm”,  A.Zöhrabbəyovun  “Odlu  diyar”  və  s.  romanlarını  aid 

etmək olar. 

  b)  Yaxın  keçmişin  ictimai-siyasi  hadisələrini  əks  etdirən  romanlar: 

M.S.Ordubadi  “Gizli  Bakı”,  “Döyüşən  şəhər”,  “Dumanlı  Təbriz”, 

M.Hüseyn “Səhər”, “Komissar”, S.Rəhman “Nina”, M.İbrahimov “Gələcək 

gün”, “Pərvanə”, A.Şaiqin “Araz”, və s. 

  c)  Yeni  quruculuq  işləri  mövzusunda  yazılmış  romanlar: 

Ə.Ələkbərzadə “Dünya qopur”, “Yoxuşlar”, S.Rəhimov “Şamo”, “ Saçlı”, 

M.Hüseyn “Abşeron”, “Qara daşlar”, və s. 

  d) Müharibə mövzusu. Bu istiqamət Azərbaycan roman janrına ötən 

əsrin  40-50-ci  illərində  daxil  olmuşdur.  İkinci  dünya  müharibəsinin 

başlanması ilə milli roman janrının mövzu və problematikasına daxil olan 

adıgedən cəhət həm də alman roman janrı ilə tipoloji oxşarlıq baxımından 

maraq doğurur.  

  3.  Azərbaycan  romanı  50-ci  illərin  ortalarından  başlayaraq  yeni  bir 

inkişaf  yolu  keçmişdir.  60-cı  illər  ədəbiyyatının  ən  səciyyəvi 

xüsusiyyətlərindən  biri  milli  romanın  süjet,  ideya,  mövzu  və  struktur 

baxımından  dünya  roman  janrına  daha  da  yaxınlaşmasından  ibarət 

olmuşdur. 60-cı illərdən başlayaraq cəmiyyətdə baş verən dərin, hərtərəfli 

dəyişikliklər  yazarların  yaradıcılığında  da  özünü  göstərirdi.  İnsanın  daxili 

dünyasına  getdikcə  daha  çox  nüfuz  edilir,  şəxsiyyət  və  mühit 

qarşıdurmasında  birincinin  rolu  və  yeri  əsas  başlanğıc  kimi 

qiymətləndirilirdi.  Yeni  Azərbaycan  nəsrinin  nümayəndələri  İ.Hüseynov, 

Anar, Elçin, S.Əhmədov, İ.Əfəndiyev və başqalarının romanlarında dünya 

ədəbiyyatında  mövcud  olan  tənhalıq  problemlərinin  izləri  görünməyə 

başlamışdı.  İ.Əfəndiyev,  İ.Şıxlı,  İ.Hüseynovun  romanları  Azərbaycan 

nəsrinə  mövzu  və  problematika  baxımından  yenilik  gətirmişdi. 

İ.Əfəndiyevin  “Körpüsalanlar”,  İ.Şıxlının  “Dəli  Kür”,  İ.Hüseynovun 

“Yanar  ürək”  romanlarındakı  müxtəliflik,  hadisələrə  yanaşma  və  təsvir 

əlvanlığı bədii düşüncədə yeni təmayüllərin gəlişindən xəbər verirdi.  

  I  fəslin  ikinci  yarımfəsli  “Azərbaycan  və  alman  romanları  yeni 



mərhələdə”  adlanır.  80-ci  illərdən  başlayaraq  Azərbaycan  romanı  özünün 

yeni  mərhələsinə  qədəm  qoymuşdu.  Bunu  şərtləndirən  cəhət,  hər  şeydən 

əvvəl,  romanın  müəyyən  inkişaf  yolu  keçərək  dünya  təcrübəsinə 

yaxınlaşmasıdır. 

Azərbaycan 

romanı 


ənənəvi 

mövzulardan 

qurtularaqmövzu,  problematika  və  poetika  cəhətdən  zənginləşir.  “80-ci 

illəri  hətta  Azərbaycan  romanının  inkişafı  tarixində  xüsusi  bir  “mərhələ” 




12 

kimi  fərqləndirmək  də  mümkündür.  Obrazlı  demiş  olsaq,  bu  onillikdə 

Azərbaycan  bədii  nəsri  özünün  “roman  dövrü”nü  yaşayır”

1

.  90-cı  illər  və 



yeni  əsrin  əvvəlləri  də  romanın  yeni  inkişaf  mərhələsi  kimi  səciyyələnə 

bilər.  Azərbaycan  özünün  müstəqilliyini  qazandıqdan  sonra  dünyaya 

inteqrasiya imkanları da genişlənirdi.  

  Yeni  mərhələ  alman  roman  yaradıcılığında  da  fərqli  xüsusiyyətləri 

ilə  meydana  çıxmışdır.  Alman  ədəbiyyatşünası  İ.  Xilşer  90-cı  illərdə 

yaranan müasir alman nəsrini müəlliflərin müraciət etdiyi mövzulara görə 

üç  qrupa  ayırmışdı:  1)  “Pop-ədəbiyyatçılar”-  K.Kraxt,  E.Natters,  fon 

Ştukrad Barred;2) “Yeni hekayəçilər”: Y.Xerman, Y.Frank, Q.Osvald. Bu 

müəlliflər  məhəbbətdən,  laqeyidlikdən,  gənclərin  dünyəvi  əhval-

ruhiyyəsindən  yazırlar;  3)Tarixi  istiqamətin  təmsilçiləri:  T.Brussiq, 

K.Şmidt, M.Kumpfüller”. 

  80-ci  illərin  əvvəllərindən  başlayaraq  Azərbaycan  bədii  nəsrində 

yaranan  “roman  bumu”  janrı  yeni  bir  mərhələyə  daşımışdır.  Anarın 

“Beşmərtəbəli  evin  altıncı  mərtəbəsi”,  Elçinin  “Ağ  Dəvə”,  “Mahmud  və 

Məryəm”,  İ.Məlikzadənin “Qırmızı yağış”, Y.Səmədoğlunun “Qətl günü”, 

M.Süleymanlının  “Köç”,  “Səs”,  “Günah  duası”,  S.Əhmədlinin  “Yasamal 

gölündə  qayıqlar  üzürdü”,  “Azığa  doğru”,  Ç.Hüseynovun  “  Fətəli  fəthi”, 

İ.Hüseynovun “İdeal”, “Əbədiyyət”, H.Abbaszadənin “General”, eləcə də, 

F.Kərimzadə, Ə.Cəfərzadə, Ə.Nicat və başqalarının tarixi romanları janrın 

inkişafını  şərtləndirmiş,  onu  mövzu,  problematika,  süjet  və  struktur 

baxımından  inkişaf  etdirmişdir.  Sözügedən  romanların  başlıca  mövzu  və 

ideyası xalqın keçmişi və müasir mərhələsində keçdiyi inkişaf yolunu bədii 

cəhətdən təsvir etmək idi. 

  Bu  yarımfəsildə  S.Əhmədlinin  “Dünyanın  arşını”,M.Süleymanlının 

“Köç”, “Səs”, “Günah duası” və “Ceviz qurdu”, R.Dünyamalının “Tərsinə 

addımlayan 

kölgələr”, 

İ.Hüseynovun 

“İdeal” 

romanlarıalman 

ədəbiyyatından  M.Maronun  “Animal  triste”,A.Mayerin  “Ruhlar  günü”, 

M.Beyerin  “Uçan  itlər”  və  digər  romanlar  ilə  müqayisəli  şəkildə 

araşdırılmışdır.  Təhlil  olunan  əsərlərdə  yaddaş,  nəsillər  arasındakı  əlaqə, 

nasizm və sosializmin törətdiyi facilər öz əksini tapmışdır.  

  M.Maronun  “Animal  triste”  romanında  sosialist  Almaniyasından 

fərqli  bir  cəmiyyətdə  böyümüş  Frans  ruhən  azad  və  fiziki  cəhətdən 

sağlamdır. Onun fikrincə, “kişi ev tikməli, kitab yazmalı və özündən sonra 

bir  oğul  övladı  qoymalıdır”.  Düşüncə  baxımından  Frans  S.Əhmədlinin 

                                                           

1

Salamoğlu T. Müasir Azərbaycan romanı: janr təkamülü (XX əsrin 80-ci illəri) // 



Bakı: “Nafta-press”, 2005, s. 11. 


Yüklə 470,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə