Azərbaycan miLLİ elmlər akademiyasi nizami GƏNCƏVİ adına ƏDƏBİyyat institutu



Yüklə 470,44 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix21.07.2018
ölçüsü470,44 Kb.
#57448
1   2   3   4   5   6   7   8   9   10

13 

“Azığa  doğru”  romanının  qəhrəmanı  Valeh  müəllimə  daha  çox  yaxındır. 

Belə  ki,  Valeh  müəllim  də  düşünür  ki,  hər  bir  kişinin  doğma  evi,  yuvası 

olmalıdır. 

Hər 

iki 


qəhrəmanın 

evinin 


olmasına 

baxmayaraq 

“yurdsuzluqları” ictimai-siyasi hadisələrin doğurduğu qlobal problem kimi 

qavranılır.  “Azığa  doğru”  romanı  yaddaşla  bağlı  yazılan  əsərlər 

silsiləsindəndir. 

  Görkəmli yazıçı İsa Hüseynovun “İdeal” romanı milli-tarixi yaddaşın 

oyanması, araşdırılması baxımdan dəyərli sənət nümunəsidir. Yazıçı dönə-

dönə  bugünkü  ictimai-siyasi  problemlərimizin  yüz  illər  öncə  buraxılan 

səhvlərə  dayanıqlı  olması  həqiqətinə  işarə  etmişdir.  Sultan  Əmirlinin 

Səməd Əmirliyə danışdıqlarından qardaşoğluna onun soyu, kökü haqqında 

çox  şeylər  bəlli  olur.  Sultanın  “dünyamızın  keçmişini  bilmir  insan. 

Həqiqətin,  yaxşının,  pisin  nə  olduğunu  qanmır”,  -deməsi  ilə  yazıçı 

xalqımızın zamanında keçmişindən xəbərsiz olmasının ciddi milli faciələrə 

gətirib 


çıxartdığını  göstərməyə  çalışmışdır.  Ölkəmizin  iki  yerə 

parçalanması,  ərazilərimizə  ermənilərin,  rusların  və  digər  millətlərin 

köçürülməsi, düşünən ziyalılarımızın öldürülməsi millətimizi məhv etməyə 

hesablanmış  addımlar  idi  ki,  Sultan  sevimli  qardaşoğluna-varisinə  tarixi 

həqiqətləri  anladırdı:  “Dərk  eləyirsənmi  ki,  qulsan  sən?!  Vətənin  parça-

parça,  rusun,  farsın,  erməninin,  gürcünün  əlində  müstəmləkə!  Millətini 

aramsız qırırlar! Aramsız! Gecələr! Səssiz-səmirsiz, doldururlar maşınlara! 

Yurdun  viran  qalır!  Sən  isə  “Yaşasın  Stalin!”-deyirsən!  Çünki  korsan! 

Korsan!..”

1

.  İ.Hüseynov  sovet  diktaturasının  yalançı  ideologiya  ilə  xalqın 



zehnini məhv etməsini millətimizin tarixi faciəsi kimi dəyərləndirmişdir. 

  80-ci illərdə Azərbaycan və alman romanlarının yeni mərhələyə daxil 

olmasını  şərtləndirən  amilləri  nəzərdən  keçirərkən  aydın  olur  ki,  bu 

mərhələdə yaranan romanlar arasında mövzu və problematika yaxınlığı ilə 

yanaşı,  ideya  yaxınlığı  da  mövcud  olmuşdur.  Həmin  illərdə  yazılan 

Azərbaycan    və  alman  romanlarında  mövcud  vəziyyətlə  barışmazlıq, 

gələcəyə  baxış  və  yeni  Azərbaycan  və  Almaniya  ilə  bağlı  fikirlər 

səslənmişdir. 



  Dissertasiyanın  II  fəsli  “Çağdaş  Azərbaycan  və  alman 

romanlarında  şəxsiyyət  və  cəmiyyət  problemi”  adlanır  və  iki 

yarımfəsildən ibarətdir.  

  “Cəmiyyətdə  şəxsiyyətin  özgələşməsi  problemi”  adlı  birinci 

yarımfəsildə  Azərbaycan  və  alman  romanlarında  öz  əksini  tapmış 

şəxsiyyətin  özgələşməsi,  onun  törədən  səbəblər  və  nəticələri 

                                                           

1

Hüseynov İ. İdeal. Bakı: Lider nəşriyyatı, 2005, s. 55. 




14 

araşdırılmışdır.  60-70-ci  illərdən  başlayaraq  ədəbiyyatımızda  həyat 

həqiqətləri və bədii gerçəklik problemi öz həllini tapmış olur, Azərbaycan 

yazıçılarının  yaradıcılığında  cəmiyyət  problemləri,  şəxsiyyətin  bütövlüyü, 

xarakterinin  səciyyəvi  xüsusiyyətləri,  onun  cəmiyyət  hadisələrinə  fərdi  və 

ictimai  baxışı  geniş  yer  tutmağa  başlamışdır.  İ.Hüseynov,  İ.Əfəndiyev, 

Anar,  Elçin,  Ç.Hüseynov,  İ.Məlikzadə,  S.Əhmədov,  Y.Səmədoğlu  və 

başqalarının  romanlarında  şəxsiyyət  və  cəmiyyətlə  bağlı  yeni  stereotiplər 

formlaşdırılmışdır. Bu mərhələdə Azərbaycan romanı hadisə və problemləri 

təsvir  etmək  nöqteyi-nəzərindən  milli  romançılıqdan  daha  çox  dünya 

romanının  çağdaş  ənənəsinə  söykənmiş  olur.  Anar,  Elçin,  S.Əhmədov, 

K.Abdulla, 

A.Məsud, 

S.Səxavət, 

A.Abbas, 

E.Hüseynbəyli, 

N.Əbdürrəhmanlı,  İ.Fəhmi  və  başqalarının  romanlarında  cəmiyyət,  sosial 

həyat  problemləri  psixoloji  aspektdə  təsvir  edilmişdir.  Bu  yazıçıların 

romanlarında mövzu və problematika ənənəvi romançılıqdan fərqli olduğu 

kimi,  cəmiyyət  və  şəxsiyyət  probleminə  də  fərqli  münasibət  diqqəti  cəlb 

edir.  Cəmiyyət  və  onun  nöqsanlarından  kənara  çıxan  kişi  və  qadın 

obrazları,  sosial  mühit  və  ierarxiya  və  s.  yeni  cəmiyyət  kontekstində  öz 

əksini tapmışdır. 

  Anarın  “Beşmərtəbəli  evin  altıncı  mərtəbəsi,  “Otel  otağı”, 

M.Süleymanlının  “Səs”,  “Günah  duası”,  S.Əhmədovun  “Toğana”,  “Azığa 

doğru",  “Dünyanın  arşını”,  “Kütlə”,  “Kef”,  S.Səxavətin  “Daş  evlər”, 

“Nekroloq”,  “Yəhudi  əlifbası,  S.Azərinin “Dalanda”,  N.Əbdülrəhmanlının 

“Yalqız”,  “Yolçu”,  A.Yeniseyin  “Cəmiyyətdə  terror  aksiyası”, 

V.Sultanlının  “İnsan  dənizi”,  H.Herisçinin  “Nekroloq”,  E.Hüseynbəylinin 

“Balıq  adam”,  “Tut  ağacı  boyunca”,  İ.Fəhminin  “Akvarium”,  “Aktrisa”, 

Ə.Əmirlinin “Ölü doğan şəhər” və başqa romanlarda cəmiyyət və şəxsiyyət 

problemi bədii təhlil obyekti olmuşdur. 

  Yazıçı  V.Sultanlının  “İnsan  dənizi”  romanında  ömrünü  başa  vuran 

sovet  cəmiyyəti  və  bu  cəmiyyətdə  insana  verilən  dəyər,  insanın 

özgələşməsi  problemi  başlıca  yer  tutur.  Yazıçı  Sovetlər  dövrünü  təsvir 

edərkən  Əkrəmin  cəmiyyətdə  özünə  yer  tapmayaraq  ağır  və  çətin  günlər 

yaşamasını  göstərmişdir.  İdarə rəhbəri  Göyüşovla  aralarında  olan  konflikt 

nəticəsində  ləyaqətini  qoruyaraq  onu  öldürən  fəhlə  Əkrəmin  həbs  günləri 

və  sonrakı  həyatı  romanda  insan  və  cəmiyyət  problemi  müstəvisində  həll 

edilmişdir.  Əsərdə  ümidlərinin  gerçəkləşməsi  naminə  keçilən  yol,  dəmir 

parçası  ilə  bıçaqlanmış  ölüm,  səfilləşmiş  həyat,  gülüş  hədəfinə  çevrilmiş 

tale,  tapdanmış  ləyaqət,  heç  kimə  lazım  olmayan,  ölümə  doğru  gedən 

qatardaca  başa  vurulmuş  ömürün  faciəsini  görürük.  Ümumiyyətlə,  dünya 

ədəbiyyatında ölümlə mübarizə aparan, ondan yaxa qurtarmaq üçün yollar 




Yüklə 470,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə