Azərbaycan miLLİ elmlər akademiyasi nizami GƏNCƏVİ adına ƏDƏBİyyat institutu



Yüklə 470,44 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix21.07.2018
ölçüsü470,44 Kb.
#57448
1   2   3   4   5   6   7   8   9   10

15 

arayan  ədəbi  qəhrəmanlarla  müqayisədə  Əkrəm  Azərbaycan  romanında 

yeni obraz idi. Əkrəmin faciəsi nə qədərdirsə, V.Sultanlının da yazıçı uğuru 

bir o qədər olmuşdur. 

  Müasir  alman  ədəbiyyatında  özünəməxsus  yer  tutan  yazıçı  Helmut 

Krausser  də  “Zəngin  dünya”  (“Fette  Welt”,  2002)  romanında  səfil  həyat 

sürən gənclərin həyatını təsvir etmişdir. Tom, Milli, Volfi, Edqar Krausser 

kimi  səfil  həyat  sürən  qəhrəmanların  həyat  tarixçəsi  gözümüz  qarşında 

canlandıqca onların zəngin mənəvi aləmi, arzu və istəkləri üzə çıxır. Yazıçı 

səfil  sifətində  hər  gün  qarşımıza  çıxan  insanların  taleyi  haqqında  bizi  bir 

daha  düşünməyə  sövq  edir.  Əgər  Əkrəmin  ən  böyük  arzusu  balalarına 

qovuşmaqdırsa,  Tomun  məqsədi  Qavayaya  getməkdir.  Digər  qəhrəman 

Xagen  isə  Mikelancelonun  evinə  gedib  onun  royalında  çalmaq  istəyi  ilə 

yaşayır.  Yazıçı  qəhrəmanının  “xəyal  edirəm  ki,  Mikelancelonun  evinə 

gedib  onun  royalında  çalardım.  Əgər  mən  uşaq  vaxtı  pianino  çalmağı 

bilsəydim,  indi  küçədə  olmazdım.  Mən  o  vaxtı  azadlıqdan  məhrum  idim. 

Pianino  insanı  evə  bağlayır,  insanın  evlə  bağlı  təfəkkürünü  təkmilləşdirir. 

Amma  divarlara  mən  heç  vaxt  dözə  bilmirəm,  tab  gətirə  bilmirəm”

1

 

sözlərinə  siyasi  don  geyindirmiş,  Almaniyanı  iki  yerə  parçalayan  Berlin 



divarını nəzərdə tutaraq insanların qəlbində “divarlara” qarşı oyanmış ikrah 

hissini  ifadə  etmişdir.  Bernxard  Şlinkin  “Qiraətçi” (“Der  Vorleser”,  1995) 

romanında da məlum problem ətrafında maraqlı məqamlar üzə çıxır. Qərb 

və Şərq təfəkkürünün müxtəlif olmasına baxmayaraq “Qiraətçi” romanının 

qəhrəmanı  Mixaellə  Anarın  “Beşmərətəbəli  evin  altıncı  mərtəbəsi” 

romanının  qəhrəmanı  Zaurun  ailələri  arasında  olan  oxşar  cəhətlər  ümumi 

hadisələrin 

fonunda  üzə  çıxır,  valideyn  münasibəti  şəxsiyyətin 

yetişməsində,  formalaşmasında  vacib  amil  kimi  qavranılır  və  insan  amili 

müxtəlif ədəbi aləmi birləşdirən səbəb kimi diqqəti çəkirdi.  

  Həm  Mixaelin  (B.Şlinkin  “Qiraətçi”),  həm  də  Zaurun  (Anar  “Beş 

mərtəbəli  evin  altıncı  mərtəbəsi)  atası  professordur.  Hər  iki  professor  az 

danışan, qaradinməz insanlardır, onların öz dünyaları vardır. “Beşmərtəbəli 

evin  altıncı  mərtəbəsi”  romanında  yazıçı  Zaurun  atasını  belə  təsvir 

etmişdir:  “Ümumiyyətlə,  az-az  danışırdılar,  atası  elmə-kitablar  aləminə 

qapılmış qaradinməz bir adam idi, arvadıyla nadir hallarda danışar, oğluyla 

demək olar ki, heç danışmazdı”

2

. Buna bənzər təsvirə “Qiraətçi” romanında 



da rast gəlirik: “Bəzən mənə elə gəlirdi ki, biz, yəni onun ailəsi, atam üçün 

                                                           

1

Krausser  H.  Fette  Welt.  Roman.  Reinbek  bei  Hamburg:  Rowohlt  Taschenbuch 



Verlag. 2002. 50 S.

 

2



Anar. Seçilmiş əsərləri. II cild. Bakı: Lider nəşriyyatı, 2004, s. 151. 


16 

nəsə ev heyvanları kimiyik. Necə ki, insanlar ev heyvanlarına qulluq edirlər 

və  bu  onlar  üçün  elə də  ağır  yük  deyil.  Amma  mən  çox  istəyirdim  ki,  biz 

onun  həyatının  mənası  olaq”

1

.  Avropa  mühitində  övladlara  olan  soyuq 



münasibət  bir  çox  romanlarda  əsas  problem  kimi  mütəmadi  olaraq 

qaldırılmışdır.  Ailənin  sadəcə  bir  model  olaraq  qalması,  onun  tərkibini 

təşkil  edən  insanların  bir-birinə  qarşı  soyuq  münasibəti  “Qiraətçi” 

romanında ciddi sosial problem kimi qoyulmuş və yazıçı tərəfindən xüsusi 

vurğu  ilə  işıqlandırılmışdır.  Bu  bölmədə  K.Kraxtın  “Faserland”  (1995), 

H.Böllün  “Bir  təlxəyin  düşüncələri”  romanları  da  Anarın  “Beşmərtəbəli 

evin altıncı mərtəbəsi" əsəri ilə müqayisə olunmuşdur.  

Qərb  və  Şərq  ailə  modelini  bu  romanların  əsasında  təhlil  edərkən 

alman  romançılığında  özgələşmə,  tənhalıq  mövzusunun  başlıca  yer 

tutduğunu söyləmək mümkündür. Alman romanlarından fərqli olaraq milli 

romançılığımızın  bu  yeni  keyfiyyəti  sonrakı  inkişaf  prosesində  daha  da 

təkmilləşmiş, onu dünya ədəbi prosesinə yaxınlaşdırmışdır. 

  II  fəslin  “Müasir  romanlarda  yaradıcı insanın  bədii  obrazı”  adlı 

ikinci  yarımfəslində  Azərbaycan  və  alman  romanları  yaradıcı  insanın-

sənətkar obrazının təsviri baxımından araşdırılmışdır.  

  Hələ XIX əsrin əvvəllərində yaşamış alman yazarları L.Tik, Novalis 

və  A.Hofmanın  yaradıcılığında  əksini  tapan  sənətkar  obrazları  dünya 

ədəbiyyatında  “sənətkar  haqqında  roman”  (Künstlerroman)  anlayışının 

meydana gəlməsinə səbəb olmuşdur. Yaradıcı insanın - şairin, musiqiçinin, 

aktyorun,  rəssamın  obrazının  yaradılması  ənənəsi  XX  əsrdə  də  alman 

ədəbiyyatında  davam  etdirilmişdir.  X.Ransmayrın  “Sonuncu  dünya”, 

P.Züskindin  “Ətriyyatçı”,  “Kontrabas”,  R.Şnayderin  “Yuxunun  qardaşı”, 

Y.Yelenikin “Pianoçu”, K.Duvenin “Yağışın romanı” adlı  əsərlərində bir-

birindən  fərqli  həyat  yolu  keçmiş  istedadlı,  qeyri-adi  qabiliyyətə  malik 

olan,  eyni  zamanda  da  yaşadıqları  mühitdə  əzab  çəkən,  əhatə  olunduqları 

insanlar  tərəfindən 

başa  düşülməyən  sənətkarların  bədii  obrazı 

yaradılmışdır.  Bu  yarımfəsildə  P.Züskindin  “Ətriyyatçı”  romanı  Elçinin 

“Mahmud və Məryəm” və Y.Səmədoğlunun “Qətl günü” əsərləri ilə mövzu 

və problematikası fonunda müqayisə edilərək tədqiq olunmuşdur. Yaradıcı 

insan  və  cəmiyyət,  insanların  yeniliyi  qəbul  etmə  məsələləri,  ölüm  və 

həyat, mövhumat, tənhalıq, təkliyə aparan yol, onun səbəbləri və nəticələri 

sözügedən romanların tədqiqində əsas götürülmüşdür. 

  Yaradıcı  insanın-  sənətkarın  bədii  obrazı  XX  əsrin  II  yarısında 

yazılan  bir  çox  Azərbaycan  romanlarında  da  öz  əksini  tapmışdır. 

                                                           

1

Şlink  B. Qiraətçi. Bakı: Qanun Nəşriyyatı, 2011, s. 34. 




Yüklə 470,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə