Azərbaycan miLLİ elmlər akademiyasi nizami GƏNCƏVİ adına ƏDƏBİyyat institutu



Yüklə 289,74 Kb.

səhifə1/12
tarix02.01.2018
ölçüsü289,74 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   12


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

NİZAMİ GƏNCƏVİ adına ƏDƏBİYYAT İNSTİTUTU 

  

                                                   



 

                                                                               Əlyazması hüququnda 

 

 

 

SƏADƏT MƏMMƏD qızı  BAYRAMOVA 



 

 

 

 

XX ƏSR AZƏRBAYCAN YAZILI ƏDƏBİYYATINDA  

NAĞIL MÖVZUSUNUN BƏDİİ İNİKASI 

 

 

5716. 01  – Azərbaycan ədəbiyyatı 



 

 

 

Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq 



üçün təqdim edilmiş dissertasiyanın 

 

              



 

 

 



 

A V T O R E F E R A T I 

 

 



 

 

 



 

 

                                      



BAKI – 2017 


           

 



         Dissertasiya  işi  Azərbaycan  Milli  Elmlər  Akademiyası  Nizami 

Gəncəvi  adına    Ədəbiyyat  İnstitutunun  Azərbaycan  şifahi  xalq  ədəbiyyatı 

və ədəbi abidələr şöbəsində yerinə yetirilmişdir 

 

 



Elmi rəhbər: 

Məhərrəm Paşa oğlu Qasımlı 

Əməkdar elm xadimi, 

filologiya üzrə elmlər doktoru

professor 

 

 

Rəsmi opponentlər: 



Mustafayev Tehran Əlişan oğlu 

AMEA-nın müxbir üzvü, filologiya 

üzrə elmlər doktoru 

 

Maarifə Hüseyn qızı Hacıyeva  

filologiya üzrə elmlər doktoru, 

professor 

 

 

Aparıcı təşkilat:                 Azərbaycan Dövlət  Pedaqoji Universitetinin       



                                            Azərbaycan   və dünya ədəbiyyatı kafedrası                

 

        Müdafiə    “____”  ________  2017  –cı  il  saat    “____”-da  Azərbaycan 

Milli  Elmlər  Akademiyası  Nizami  Gəncəvi  adına  Ədəbiyyat  İnstitutunun 

nəzdində  filologiya  üzrə  elmlər  doktoru  və  filologiya  üzrə  fəlsəfə  doktoru 

elmi  dərəcəsi  almaq  üçün  təqdim  olunan  dissertasiyaların  müdafiəsini 

keçirən D.01.131- Dissertasiya Şurasının iclasında keçiriləcəkdir. 

        

 

           Ünvan:  Az-1143,  Bakı  şəhəri,  H.Cavid  prospekti  115,  AMEA 

Nizami  Gəncəvi  adına  Ədəbiyyat  İnstitutunun  Elektron  Akt  zalı,  IV 

mərtəbə. 

 

Dissertasiya  ilə    AMEA-nın  Mərkəzi  Elmi  Kitabxanasında  tanış 



olmaq mümkündür. 

       

           Avtoreferat   “_____” ________ 2017-ci ildə göndərilmişdir. 

 

 



Dissertasiya Şurasının 

elmi katibi,  filologiya  

üzrə fəlsəfə doktoru:                       İsmixan Məhəmməd oğlu Osmanlı  


           

 



TƏDQİQATIN ÜMUMİ SƏCİYYƏSİ 

 

Mövzunun  aktuallığı.  XX  əsr  Azərbaycan  ədəbiyyatında  nağıl 

mövzusunun  fəallığı  cəmiyyətin  sosial-mənəvi  həyatındakı  tarixi 

proseslərlə sıx bağlıdır. Milli varlığın əsas mövcudluq qaynaqlarından olan 

xalq  yaradıcılığı  təkanverici  mənəvi  sistem  kimi  daim  yazılı  düşüncəni 

qidalandırmış,  ənənə  ilə  əlaqənin  təminatçısına  çevrilmişdir.  Cəmiyyətin 

ictimai, siyasi, mədəni həyatında baş verənlər, yüzilliyin özünün doğurduğu 

problemlər  bütünlükdə  milli  ictimai-bədii  təfəkkürü  məşğul  edən  əsas 

məsələlərdən  idi.  Azərbaycan  ədəbiyyatı  həmişə  ideya-estetik  düşüncənin 

tərkib  hissəsi  kimi  mövcud  mənzərəni  müxtəlif  səpkili  bədii  axtarışlarda, 

çeşidli forma və üsullarda inikas etmək məharəti ilə seçilmişdir. Çarizmin 

müstəmləkəçilik  siyasəti,  sovet  rejimi,  onun  formalaşdırdığı  və  forma-

laşdırmaq  istədiyi  “sovet  insanı”,  “sovet  cəmiyyəti”  təsəvvürləri  və  s. 

əslində  milli-mənəvi  sistemi  zədələməyə  və  tədricən  aşındırıb  dağıtmağa 

yönəlmişdi.  Milli  varlığın  qoruyucusu  olan  bədii  ədəbiyyat  bütün 

zamanlarda olduğu kimi, sözügedən tarixi mərhələdə də ağırlığı öz üzərinə 

götürərək  nağıl,  rəvayət,  əfsanə,  epos  ənənəsinə  müraciəti  aktuallaş-

dırmaqla  tarixi  yaddaşın  bərpasına,  etnosun  mifdən,  genetik  düşüncədən 

gələn təsəvvürlərinin möhkəmləndirilməsinə üstünlük verdi.  

XX  əsr  Azərbaycan  bədii  düşüncəsi  üçün  xarakterik  xüsusiy-

yətlərdən biri  nağıl mövzusundan bəhrələnməklə  mühiti inkişaf etdirmək, 

bu  janrın  imkanlarından  istifadə  yolu  ilə  sətiraltı  şəkildə  ictimai-mədəni 

mühitə  müəyyən  işarələr  verməkdir.  Milli-mənəvi  yaddaşın  qorunması, 

möhkəmləndirilməsi    və  müxtəlif  formalarda  gələcəyə  daşınması  bədii-

estetik düşüncəni bütün əsr boyu məşğul edən əsas məsələlərdən olmuşdur. 

Ona görə də əsrin əvvəllərindən, daha doğrusu, XIX yüzilliyin sonlarından 

başlayaraq  nağıl  mövzularında  yazılmış  bədii  əsərlərlə  cəmiyyəti  ifadə 

etmək  bir  istiqamət  olaraq  bütünlükdə  ədəbiyyatın  diqqət  mərkəzində  idi. 

Nağıllardakı  poetik  sistem,  mətnin  daxili  aləmi,  kanonik  quruluş,  üslubi 

formullar  yazıçı    məqsəd-məramının  ifadəsi  üçün  vasitə  və  manera  funk-

siyası  rolunu  oynayır.  Burada  maarifləndirmə,  uşaq  ədəbiyyatının  prinsip 

və texnalogiyalarından istifadə ilə uşaqlar üçün nümunələr yaratmaq, siyasi 

mühitin  ifadəsi  və  s.  məsələlər  çoxşaxəli  şəkildə  özünə  yer  alır.  Nağıl-

poema, nağıl-hekayə, nağıl-povest, nağıl-roman, nağıl-dram, nağıl-oçerk və 

s.  formalar  sənətkar  axtarışlarında  yeni  tipologiyanı  və  yeni  janr 

texnalogiyalarını  müəyyənləşdirir.  Əsrin  bədii  zənginliyində  milli  düşün-

cənin ifadə və yaşam hadisəsi kimi bunların mahiyyətinin müəyyənləşməsi 

aktual məsələlərdən biri kimi filoloji fikrin diqqət mərkəzində dayanır.  






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə