Azərbaycan miLLİ elmlər akademiyasi nizami GƏNCƏVİ adına ƏDƏBİyyat institutu



Yüklə 289,74 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix02.01.2018
ölçüsü289,74 Kb.
#19468
1   2   3   4   5   6   7   8   9   ...   12

           

 



Əlbəttə,  bunlar  təkcə  bədiiliyə,  yaradıcının  hiss  və  düşüncələrini 

ifadəyə  xidmət  etmirdi,  burada  həm  də  mühitdən,  mühitin  özünün 

doğurduğu  problemlərdən  gələn  ədəbi-tarixi  zərurət  də  vardır.  Məsələn, 

A.Şaiqin    əsrin  ilk  onilliyində    uşaqlar  üçün  yazdığı  “Tıq-tıq  xanım”, 

“Yaxşı arxa”, “Tülkü həccə gedir”əsərləri və bir qədər sonra qələmə aldığı 

“Tapdıq  dədə”  mühitin  daxili  tələbatından  doğmuşdur.    M.Müşfiqin 

“Kəndli və ilan”, “Şəngül, Şüngül, Məngül” əsərləri məhz bu səpkidə  xalq 

nağılları əsasında yaradılmışdır. 

XX  əsr  boyu    bu    ədəbi-tarixi  proses  eyni    axarda  zənginləşmələrlə 

davam edir. Xalq şairi S.Vurğun keçən əsrin 30-cu illərində bu məqamları 

vurğulayaraq  yazırdı:  “Xalq  əfsanələri,  nağılları  sahəsində  belə,  biz 

əsrimizin  qabaqcıl  ruhu  ilə  səslənə  bilən  əsərlər  yaratmalıyıq.  Xalq 

əfsanələrinə soyuq bir nəzərlə baxan yazıçılar unudurlar ki, bütün əfsanələr 

xalq  dühasının  məhsuludur.  Hər  əfsanədə  xalqın  fəal  həyatı,  şüur  və 

zövqləri,  onun  gələcəyə  olan  inam  və  arzuları  əks  olunmuşdur  ki,  onların 

bir çoxu indi də arzu olaraq, həm də yüksəliş arzusu olaraq qalır”

1

.  Məhz  



xalq dühasının məhsulu olan bu nümunələr bütünlükdə xalqın keçib gəldiyi 

yolun  əksidir.  Ona  görə  də  bu  nümunələrə  elə  xalqın  milli-mənəvi 

varlığının ifadəsi kimi də baxmaq lazımdır.  

Bu baxımdan görkəmli nəsr ustası S.S.Axundovun nağıl mövzusunda 

qələmə  aldığı  çoxsaylı  hekayələrini  xüsusi  qeyd  etmək  lazım  gəlir. 

Görkəmli  ədibin  yazdığı  hekayələrinin  mühüm  bir  qismi  (“Kövkəbi-

hürriyyət”, “Tutu quşu”, “Qan bulağı”, “Cəhalət qurbanı”, “Molla Qasım”, 

“Qorxulu  nağıllar”)  demək  olar  ki,  tamamilə  nağıl  motivlərinə 

köklənmişdir.  Əsrin  ictimai-siyasi  mühiti  bu  sənətkarları  nağıla  müraciət 

etməyə  bir  növ  təhrik  etmişdi.  Daha  doğrusu,  əsrin  əvvəllərində  realistlər 

bunu  maariflənmənin,  mühiti  dərk  etmənin  vasitələrindən  biri  kimi 

görürdülər. 

Ədəbi-tarixi  mənzərədən  aydın  şəkildə  görünür  ki,    “Dərzi  şagirdi 

Əhməd”,  “Həsən  Qaranın  nağılı”,    “İlyasın  nağılı”,  “Baftaçı  Şah  Abbas”, 

“Padşah  və  Dəmirçi”,  “Yeddi  nar  çubuğu”,  “Bülbülün  nağılı”,  “Yoxsul 

qocaynan  vəzir”,  “Padşahla  pinəçi”,  “Padşahla  qoca”  və  s.  kimi 

nağıllarımızla  XX  əsrin  ilk  onilliklərində  yazıb-yaradan  ədiblərin 

yaradıcılığı  arasında  olduqca  güclü  bağlantılar  mövcuddur.  Alleqorik 

xarakterli “Tülkü ilə canavar”, “Tülkünün kələyi”, “Hiyləgər tülkü”, “Qoca 

Aslan”,    “Süleyman  şah  və  qarışqa”  və    başqa  nağıllar  da  keçən  əsrin 

                                                 

1

 Vurğun S. Əsərləri. 6 cilddə, VI c., Bakı: Elm, 1972, s. 461. 



 


           

 

10 



əvvəllərində  yaşayan  ədiblərimiz  üçün  bir  mövzu,  ideya,  üslub  qaynağı  

olmuşdur.  Yazıçılarımız    xalqın    zəngin    söz  sərvətinə  müraciət  etməklə 

təkcə  bədii  nümunələr  yaratmaq  yolunu  tutmamışlar,  həm  də  ondan 

cəmiyyətin  problemlərinin  həlli  üçün  bir  qaynaq  kimi  bəhrələnmişlər.  

Y.V.Çəmənzəminlinin, 

A.Şaiqin, 

S.S.Axundovun, 

R.Əfəndiyevin, 

Ü.Hacıbəyovun,  C.Məmmədquluzadənin,  M.S.Ordubadinin,  A.Divanbəy-

oğlunun,  M.Hadinin,  M.Ə.Sabirin,  H.Cavidin,  A.Səhhətin,  C.Cabbarlının, 

S.Vurğunun,  M.Müşfiqin,  S.Rəhimovun,  Ə.Vəliyevin,  İ.Əfəndiyevin, 

Ə.Cəfərzadənin,  İ.Şıxlının,  Anarın,  Elçinin,  Y.Səmədoğlunun  və 

başqalarının  yaradıcılığında  bu  cəhət  özünü  tam  aydınlığı  ilə  göstərir. 

Burada  nağıl  mövzusuna  müraciətin  eyni  zamanda  bir  üslub  hadisəsinə 

çevrilməsi də müşahidə olunur. 

XX  əsrin  əvvəlləri  Azərbaycanın  ictimai,  siyasi,  mədəni  həyatında  

problemlərin ağırlığı və gərginliyi ilə müşahidə olunur. Ona görə də  yazıçı 

və şairlərin əksəriyyəti problemin həllini maariflənmədə, insanların mədəni 

səviyyəsini  qaldırmaqda  görürdülər.   Məhz  bu  səbəbdən  də  yaranan  bədii 

nümunələrdə əsasən aşağıdakı  istiqamətlər görünürdü: 

1.

 

Siyasi mühitin özbaşınalıqlarını təqdim etmək; 



2.

 

İctimai mühit haqqında dolğun təsəvvür yaratmaq



3.

 

Xalqın maariflənməsi məsələsini bir problem kimi qaldırmaq; 



4.

 

Təhsili,  elmi  bütün  problemlərin  həlli  üçün  yeganə  çıxış  yolu 



kimi görmək; 

5.

 



İctimai  mühitin  mədəni  səviyyəsinin  yüksəldilməsini  əsas  vasitə 

kimi qəbul etmək; 

6.

 

Nağıl formullarını bədii ifadə vasitəsinə çevirmək və s.  



Bütün bunlar keçən əsrin əvvəllərində yaşayıb-yaradan sənətkarların 

yaradıcılığında əsas istiqamət  kimi  görünür. Buradan da aydınlaşır ki, “bu 

yazıçıların  məqsədi,  məfkurə  istiqaməti,  fəaliyyət  sahəsi,  hətta  mövzu 

dairəsi  eyni  idi.  Bunların  çoxu  (Süleyman  Sani  Axundov,  Abdulla  Şaiq) 

zəmanəsinin  ziyalı  ailəsindən  çıxmış  adamlar  idilər.  Bu  ədiblərin  ən  əsas 

fəaliyyət sahəsi və meydanı   məktəb idi. Özlərinin keçdiyi təlim-tərbiyədən 

fərqli olaraq bu yazıçılar “üsuli-cədid”  məktəbinin, yeni qayda ilə təhsil və 

tərbiyənin  qızğın  tərəfdarı  idilər.  Bu  yolda  əllərindən  gələni 

əsirgəmirdilər”

1

.  Məhz  ona görə  də  onların bütün  düşüncəsi,   təsəvvürləri 



                                                 

1

 Cəlal  M.,  Hüseynov  F.  XX  əsr  Azərbaycan  ədəbiyyatı.  Bakı:  Maarif,  1982,  s. 



233.  

 



Yüklə 289,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə