Azərbaycan miLLİ elmlər akademiyasi nizami GƏNCƏVİ adına ƏDƏBİyyat institutu



Yüklə 289,74 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix02.01.2018
ölçüsü289,74 Kb.
#19468
1   2   3   4   5   6   7   8   9   ...   12

           

 

11 



problemlərin  həlli  anlamında  maariflənməyə  yönəlmişdi.  Romantiklərdən 

fərqli olaraq onlar hadisələrin həllini real həyatla bağlayırdılar. 

S.S.Axundovun  “Qorxulu  nağıllar”ı  da  məhz  həmin  ənənənin 

davamıdır.  Həmin   silsiləyə daxil olan “Əhməd və Məleykə”, “Abbas və 

Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” (beş nağıl) əsərlərinin hər biri 

özünün  ruhu,  strukturu,  motivi  və  s.  komponentləri  ilə  nağıl  ənənəsinə 

söykənir.  “Qorxulu nağıllar” silsiləsinə daxil olan “Qaraca qız”ın yarandığı 

vaxtdan təxminən yüz illik bir vaxt keçməsinə baxmayaraq, yenə də təsiri 

və dəyəri kifayət qədərdir.  

XX  əsrin  birinci  yarısında  nağıl  mövzusuna  müraciət  edən 

sənətkarlar  arasında  daha  çox  diqqəti  cəlb  edənlərdən  biri 

Y.V.Çəmənzəminlidir.  Çünki  onun    xalq  yaradıcılığının  toplanması,  nəşri 

və tədqiqi sahəsində həyata keçirdiyi elmi fəaliyyət bədii yaradıcılığına da 

öz  təsirini  göstərirdi.  Onun  “Qızlar  bulağı”,  “Qayınananın  oyunları”, 

“Fokusnik”dən”,  “Xanın  qəzəbi”  və  s  əsərlərinin  mahiyyətində  nağıl 

motivləri  durur.  “Məlik  Məhəmməd”  hekayəsi    isə  demək  olar  ki 

“Məlikməmməd” nağılının özüdür.  

M.Ə.Sabirin  yaradıcılığında    da  nağıl  motivlərinə  müraciət  az 

deyildir. Onun uşaqlar üçün yazdığı şeirlərin böyük əksəriyyəti demək olar 

məhz  bu  motivlərə,  uşaqların  duyğularını  nağıl  dili  ilə  ifadə  etməyə 

meyillidir.  “Ağacların  bəhsi”,  “Qarğa  və  tülkü”,  “Təbib  ilə  xəstə”,  “Qoca 

bağban”,  “Qarınca”,  “Molla  Nəsrəddinin  yorğanı”,  “Uşaq  və  pul”, 

“İsgəndər  və  fəqir”,  “Camışçı  və  sel”,  “Molla  Nəsrəddin  və  oğru”, 

“Hörümçək və ipək qurdu”, “Artıq alıb əskik satan tacir” kimi əsərlərində 

məhz 

müəllifin  cəmiyyətin  çatışmazlıqlarını,  insanların  xarakter 



qüsurlarını,  cahilliyini,  tamahkarlığını  müxtəlif  səpkilərdə  ifadə  edir. 

Adlarından  da  göründüyü  kimi,  bir  hissəsində  alleqorik  motivlər 

(“Ağacların  bəhsi”,  “Qarğa  və  tülkü”)  üstünlük  təşkil  edirsə,  digər  bir 

qrupunda    nağılvari  lətifə  tərzi  (“Molla  Nəsrəddinin  yorğanı”,  “Molla 

Nəsrəddin və oğru”) müşahidə olunur.  

 XX  əsrin  əvvəllərində,  daha  doğrusu,  ilk  onilliklərində  ədəbiyyatı 

haradan  başlamaq  problemi  qalxanda  məsələyə  ən  doğru  və  obyektiv  

münasibət bəsləyənlərdən biri S.Hüseyn idi. Görkəmli yazıçı bu məsələdən 

bəhs  edərək  xüsusi  olaraq  vurğulayırdı  ki,  “məlum  olduğu  üzrə,  bizim 

olduqca  zəngin  bir  el  ədəbiyyatımız  var.  “Aşıq  Kərəm”,  “Koroğlu”, 

“Qərib”,  “Tahir  və  Zöhrə”,  “Arzu  və  Qənbər”  kimi  hekayətlər  el 

ədəbiyyatımızın məhsulu olduğundan tarixi ədəbiyyatımızın ilk səhifələrini 




           

 

12 



onlardan başlamalıyıq” 

1

.  S.Hüseyn öz  əsərlərində də xalqın zəngin şifahi 



yaradıcılığından 

bəhrələnirdi. 

Onun 

müxtəlif 



illərdə 

yazdığı 


hekayələrindəki  rəvayət,  əfsanə,  dastan,  nağıl  motivlərindən  bəhrələnmə 

bunu  tam  aydınlığı  ilə  göstərir.  Məsələn,  görkəmli  ədibin  “Ağ  at  və  ağ 

çuxa”  adlı  maraqlı  nağıl-hekayəsi  var.  Əsər  özlüyündə  bizim  tarixi 

nağıllarımızı  xatırladır.  Müəllif  hadisələri    diqqəti  cəlb  edəcək  bir  tərzdə, 

nağıl  təhkiyəsində  təqdim  etmişdir.  Bu  hekayənin  mahiyyətində 

Azərbaycanın, Bakının işğalını qəbul etməyən və buna qarşı qəhrəmanlıqla 

mübarizə  aparan  mərd,  cəsur  Mahnigarla  onun  sevgilisi  Aslanın 

qəhrəmanlığı təsvir edilmişdir. Hekayənin nağıl-masal səciyyəsi daşıdığını   

elə  ilk  cümlədən  bəyan  edən  görkəmli  ədib    yazır:  “Ağ  at  ilə  ağ  çuxanın 

əhvalatı    xəyali  bir  masaldır.  Bəlkə  masal  surətində  bir  həqiqətdir  və  ya 

həqiqət şəklində bir xəyaldır. Mən bunu təhlil etməyəcəyəm, yalnız olduğu 

kimi  söyləyib keçəcəyəm. 

Qoca  kişi  və  qarı  indi  deyil,  sabiqdə  böylə  nəql  ediyordular”

2

.  Bu 



başlanğıc  epizoddur  və  müəllifin  yazıçı  üslubunu,  hadisəyə  özünəməxsus 

yanaşma    bacarığını  müəyyənləşdirir.  Hekayə  elə  bu  axarda  da  nağılvari 

təhkiyə ilə davam edir.   

Azərbaycan poeziyasına öz fitri istedadı, ağrılı taleyi ilə adını yazmış 

sənətkarlarımızdan  biri  də  M.Müşfiqdir.  Onun  zəngin  yaradıcılığı  xalq 

ədəbiyyatı  ənənlərinə  söykəndiyi  üçün  olduqca  təsirli  və  yaddaqalandır. 

“Həsrətli  qarı”  (1927),  “Yeddi  Aşıq”  (1936-1937),  “Çoban”  (1933), 

“Sındırılan  saz”  (1937),  “Şəngül,  Şüngül,  Məngül”  (1934)  və  s.  sırf  xalq 

ədəbiyyatı motivləri ilə bağlı nümunələrdir.  

Bütün  bunlar  XX  əsrin  əvvəllərində  ictimai,  siyasi  mühitdə    əks 

etdirmək, mövcud gerçəkliyi dolayı şəkildə xalqa çatdırmaq istəyindən irəli 

gəlirdi.  Göründüyü  kimi,  bu  məqsədlə  də  ədəbi  mühiti  yaradıcı  şəxslərin 

demək olar ki, hamısı məhz xalq yaradıcılığı nümunələrindən, o cümlədən 

nağıllardan  geniş  şəkildə  bəhrələnmiş,  fikir  və  düşüncələrini  çatdırmaq 

üçün, nağıl mövzusunu daha münasib bir vasitə hesab etmişlər.  

Birinci fəslin II bölməsi “Nağıl mövzusuna müraciətin keyfiyyətcə   



yeniləşməsi” adlanır. Bilindiyi kimi, sovetlər dönəmində nağıl mövzusuna 

müraciət  bir  çox  özünəməxsusluqlarla  səciyyələnir.  Əsrin  əvvəllərindəki 

nağıl 

motivlərinə 



müraciətdə 

cəmiyyətin 

mədəni 

səviyyəsinin 



yüksəldilməsi, çatışmazlıqların bir qüsur kimi ifadəsi özünü göstərirdisə və 

yanaşmalarda daha çox maarifçi realistlərin baxışlarına üstünlük verilirdisə, 

                                                 

1

 Əfəndiyev P.Ş. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Maarif, 1992, s. 477. 



2

 Hüseyn S. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2006, s. 328. 




Yüklə 289,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə