Azərbaycan miLLİ elmlər akademiyasi nizami GƏNCƏVİ adına ƏDƏBİyyat institutu



Yüklə 289,74 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix02.01.2018
ölçüsü289,74 Kb.
#19468
1   2   3   4   5   6   7   8   9   ...   12

           

 

15 



tarixi-ibrətamiz məzmunla  yanaşı, müasirliyi və aktuallığı  ilə də  diqqəti 

cəlb edir.  

Keçən əsrin 60-80-ci illər ədəbiyyatında  ən aktual, həm də  konsep-

tual  səviyyədə  diqqəti  cəlb  edən  cəhət  sovetlər  dönəminin  müəyyən-

ləşdirdiyi  şablon  və  sterotiplərdən  uzaqlaşma  meyli  idi.  Çünki  sovetlər 

dönəmində  ideologiyanın  özünün  müəyyənləşdirdiyi  sərhədlər  var  idi.  Bu 

istiqamətdə  çoxsaylı əsərlər də yazılmışdı.  Lakin sovet totalitar rejiminin 

müəyyənləşdirdiyi  ideologiya  sonrakı  onilliklərdə  təhlillərə,  siyasətdəki 

təhlükəli  tendensiyaların  mövcudluğuna  dolayı  etirazlara,  şərhlərə  gətirib 

çıxardı. 60-cı illər ədəbiyyatı bu mənada bütünlükdə ədəbi mühitə yeni ab-

hava ilə daxil oldu və bütünlükdə sonrakı onillikləri əhatə etdi

1

. Bu proses 



bir növ özlüyündə 80-ci illər ədəbiyyatının təkanverici qüvvəsinə çevrildi. 

Məhz 


İ.Hüseynovun, 

İ.Əfəndiyevin, 

İ.Şıxlının, 

M.Dilbazinin, 

B.Vahabzadənin,  M.Arazın,  X.R.Ulutürkün,  H.Arifin,  Y.Səmədoğlunun, 

İ.Məlikzadənin,  S.Əhmədovun,  N.Həsənzadənin,  Anarın,  Elçinin,   

M.Süleymanlının  və  başqalarının  yaradıcılığında  milli  düşüncədən  gələn 

meyllər  özlüyündə  imperiya  maraqlarına  tabe  olmadı.  Bununla  da 

ədəbiyyat  siyasi  ideologiyanı  qabaqlamaq,  onun  özünə  mövqe  nümayiş 

etdirmək yolunu tutdu. Bütün bunlar ədəbi mühitdə yanaşma və münasibət 

fərqliliklərini  ortaya  qoydu.  İ.Hüseynovun  “İdeal”,  “Saz”,  “Tütək  səsi”, 

“Kollu  Koxa”,  İ.Şıxlının  “Dəli  Kür”,  “Məni  itirməyin”,  “Ayrılan  yollar”, 

“Ölən  dünyam”,  Elçinin  “Mahmud  və  Məryəm”,  “Ağ  dəvə”,    “Ölüm 

hökmü”,  “Bülbülün  nağılı”,    Yusif  Səmədoğlunun  “Xəzri”,  “Yaddan 

çıxmış  sözlər”,    “Qətl  günü”,  M.Süleymanlının  “Köç”,  “Dəyirman”  və  s. 

kimi  əsərlərinin  yaranmasına  gətirib  çıxardı.  Beləliklə,  ədəbiyyatın  sosial-

siyasi  mühitə  münasibətində  bir  mahiyyət  dəyişiklikləri  özünü  göstərdi. 

Nağıl bir forma kimi ədəbi mühitin fikri ifadə marağında dayandı. Məsələn, 

O.Sarıvəllinin  “Qocanın  nağılları”,  İ.Şıxlının  “Həkimin  nağılı”, 

İ.Əfəndiyevin  “Valehlə  Sarжköynəyin  nağılı”,  “Qəhrəman  ilə  bülbülün 

nağılı”,  “Xan  qızı  Gülsənubərlə  tarzən  Sadıqcanın  nağılı”,  Elçinin 

“Bülbülün nağılı”, M.Süleymanlının “Armud ağacının nağılı” və s. əsərlər 

buna  nümunədir.  Əlbəttə,  bu  tip  əsərlərdə  adından  göründüyü  kimi, 

nağılçılıq, nağıl təhkiyəsi, obrazların və hadisələrin  uzaq keçmişlərə-nağıl 

zaman  və  məkanına  köçürülməsi  var.  Onun  mahiyyətində isə  yazıçının  öz 

yaşadığı zamanın və mühitin problemlərinə yönəlmiş mətləbləri  qərarlaşır.   

                                                 

1

 Hacıyeva M. Folklor poetikası. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı,  2006, s. 



111-115. 


           

 

16 



Xalqın  zəngin  yaradıcılığında,  folklor  simvolikasında  milli-mənəvi 

dəyərlərin  işarələnməsi  bütünlükdə  yazılı  ədəbiyyatın  uğurlu  inkişafına, 

bədii-estetik 

axtarışlarına  istiqamət  verir.  Xalq  yazıçısı  Yusif 

Səmədoğlunun  “Qətl  günü”  romanındakı  “Baba    Kaha”  obrazı  mifoloji 

nağıl  mənşəli  olsa  da,  simvolika  baxımından  özlüyündə  tarix  və  həyat 

anlamında  cəmiyyətin  və  insanlığın  problemlərini  əks  etdirir.  Məsələn, 

Baba  Kahanın  “gəlirəm  ki,  haqq-hesab  çəkəm,  gəlirəm  ki,  bu  ikiayaqlı, 

dəmir  libaslı,  nizəli-qalxanlı,  aylarla  su  üzü  gərməyən,  kirdən-pasdan 

sifətləri  qaralıb  mis  rənginə  çalan  bu  ikiayaqlı  şeytanlar  niyə  belə 

qudurublar?    Gəlirəm  ki,  yuxusuz  gözlərdəki  kinin,  hiddətin  səbəbindən 

agah olam, ... ikiayaqlı bəndələr bu bəlalı dünyadan nə istəyirlər? Gəlirəm 

ki,  düşərgənin  lap  yaxınlığında  meyitləri  üst-üstə  qalayıb,  çürüyən 

cəsədlərin üfunətini hiss etməyən, döyüş yoldaşlarını basdırmağa belə gücü 

qalmayan, günəş işığından gizlənən bu ikiayaqlı qanadsız yarasalar nə vaxt 

qandan doyacaqlar”

1

. Göründüyü kimi, bu suallar çox ciddi, həm də özündə 



kifayət qədər ağır məsələləri ehtiva edir. Məsələnin bu cür qoyuluşunda isə 

sovetlər  dönəminin  mahiyyətini  verməyə  və  dolayı  ciddi-cəhdlər  özünü 

göstərir. Bütün olanların əsasında da daha çox bu dayanır.  

Keçən əsrin 60-80-ci illər ədəbiyyatında diqqətçəkici cəhətlərdən biri 

düşüncə rəngarəngliyi idi ki, bu da özünü həm də xalq yaradıcılığının geniş 

və  hüdudsuz  zənginliyindən  bəhrələnmədə  göstərirdi.  İ.Şıxlının  “Namus 

qaçağı”,  “Namərd  gülləsi”,  “Ölən  dünyam”,  Y.Səmədoğlunun  “Xəzri”, 

“Yaddan çıxmış sözlər”, İ.Məlikzadənin “Gümüşgöl əfsanəsi”, Anarın “Ağ 

qoç,  qara  qoç”,  M.Süleymanlının  “Armud  ağacının  nağılı”,  “Füşkürək”, 

“Quru kəllə”  əsərləri cəmiyyətin çeşidli problemlərinin nağıl müstəvisində 

təqdimini əsas götürmüşdü. Burada isə əsas istiqamətlərdən biri sənətkarın 

qaldırdığı  problemə  nağıl  kontekstindən  yanaşma  ustalığıdır.  İ.Şıxlının 

“Ölən  dünyam”  (1995)  romanının  “Epiloq”  hissəsində  sovet  siyasi  

sisteminin  totalitar  mahiyyətini  əks  etdirən  nağılvari  yekun  var.  Orada 

deyilir:  “Dünyaya  çox  buynuzlu-buynuzlu  cahangirlər  gəldi.  Biri  özündən 

əvvəlkini bəyənmədi, o biri sonrakını. Biri dünyanı qana çalxadı. Biri bəşər 

övladının  min  illər  boyu  yaratdığı  qayda-qanunları  zor  ilə  tapdaladı  və 

ortalığa  yeni  həyat  tərzi  atdı...  Biri  o  birisinin  əleyhinə,  biri  o  birisinin 

tərsinə.  Hamısı  da  ədalətdən,  vicdandan  dəm  vurdu.  Xalqlar  tayqalara, 

Sibirə  sürgün  edildi.  Başqa  birisi  hakimiyyətə  gələrkən  bu  cəza  alanları 

                                                 

1

 Səmədoğlu Y. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2005, s. 11-12. 



 


Yüklə 289,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə