Azərbaycan miLLİ elmlər akademiyasi nizami GƏNCƏVİ adına ƏDƏBİyyat institutu



Yüklə 289,74 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix02.01.2018
ölçüsü289,74 Kb.
#19468
1   ...   4   5   6   7   8   9   10   11   12

           

 

17 



günahsız müqəssirlər adlandırdı”

1

. Buradakı sərt nağıl üslubunda hər sözün



hər  cümlənin  özünün  çəkisi  var.    Bu  sərt  nağıl  ittihamı  dünya  cahan-

girlərinin  mahiyyətini,  həqiqət,  vicdan  anlamı  maskası  altında  gerçək-

ləşdirdikləri  dəhşətləri  ortaya  qoyur.  Burada  birbaşa  yazıçının  öz  dövrün-

dəki  hökmdarların  pərdəarxası,  maskalı  fəaliyyətlərinə    dolayı  etiraz  da 

qərarlaşıb.  

Keçən  əsrin  50-ci  illərinin  sonu,  60-cı  illərinin  əvvəllərində 

yaradıcılığa başlayan Anarın keçdiyi sənət yolu özünün zənginliyi, həyata, 

həyat  hadisələrinə  yanaşma  tərzi  və  gerçəkliyin  bədii  ifadə  məharəti  ilə 

maraq doğurur. Onun yazıçı təfəkküründə, daha doğrusu, yazı manerasında, 

təhkiyəsində  araşdırılmalı  problemlərdən  biri  nağıl  mövzusuna  müraciətin 

forma və üsulları ilə bağlıdır. “Yaxşı padşahın nağılı”, “Ağ qoç, qara qoç”  

əsərləri  bu  baxımdan  kifayət  qədər  ciddi  araşdırmalara  yol  açır.  Bu    o 

ədəbi-tarixi  mərhələdir  ki,  “sosial  motivlərin  qüvvətlənməsi  nəsrin 

diqqətini, predmet və hədəfini İnsanın dünyəvi mahiyyəti, bilavasitə daxili 

aləminin  tədqiqində  cəmiyyət  məsələləri  üzərinə  keçirdi,  insanın  sosial 

məzmunu  ön  plana  çıxdı,  varlıq  haqqında  düçüncə  sırasını  ən  uğurlu 

nümunələrdə  “cəmiyyət  fəlsəfəsi”  əvəz  etdi,  ümumən  isə  qəti  demək  olar 

ki,  nəsrdə  inikas  planı  yenidən  düşüncə  qatını  üstələdi”



2

.  “Yaxşı  padşahın 

nağılı”,  “Vahimə”,  “Qırmızı  limuzin”,  “Gürcü  familyası”,  “Asılqanda 

işləyən qadının söhbəti”, “Ağ qoç, qara qoç”, “Mən, sən, o və telefon” və s. 

kimi müxtəlif səpkili əsərlərindəki bədii axtarış və tapıntılar  bunun  əyani 

göstəricisidir. Anar bu bünövrəni, özülü bütün sonarakı dönəm yaradıcılığı 

ilə  möhkəmləndirən  yazıçılarımızdandır.  Ona  görə  də  onun  əsərlərinin 

poetikası müxtəlif istiqamətli təhlillərə, o cümlədən də nağıl mövzusundan 

istifadə imkanlarının öyrənilməsinə geniş imkanlar açır. Burada  nağıl epik 

mətnlə  bağlı  struktur  məsələləri,  janr  spesifikası,  yazıçı  təhkiyəsi  ilə  nağıl 

üslubunun  sintezi,  mövzu  aktuallığı  və  s.  kimi  incə  yaradıcılıq  məsələləri 

var.  “Yaxşı  padşahın  nağılı”  və  “Ağ  qoç,  qara  qoç”    əsərləri  bu  mənada 

çoxqatlı  bədii  imkanları  olan  əsərlərdir.  Anar  “Yaxşı  padşahın  nağılı”nı 

ötən əsrin yetmişinci illərində qələmə almışdır. “Yaxşı padşahın nağılı” ilə  

2000-ci illərin əvvəllərində  yazıya alınmış“Ağ qoç, qara qoç”əsəri arasında 

böyük zaman məsafəsi vardır. Bu uzun  və ardıcıl yol yazıçının bir yaradıcı 

kimi  xalq  ədəbiyyatından  daimi  olaraq  bəhrələndiyini,  mühitə  və  zamana 

uyğun cəmiyyətin problemlərini təqdim etmək məharətini göstərir.  “Yaxşı 

padşahın  nağılı”nda  yazıçı  nağıl  mövzusuna  istinad  edərək  mətnaltı  yazı 

                                                 

1

 Şıxlı İ. Seçilmiş əsərləri. 2 cilddə, I c., Bakı: Şərq-Qərb, 2005, s. 363. 



 

2

 Əlişanoğlu T.  XX əsr Azərbaycan nəsrinin poetikası. Bakı: Elm , 2006, s. 287 




           

 

18 



üsulu  ilə  1970-ci  illərdəki  sovet  cəmiyyətini,  xüsusən  də  L.İ.  Brejnev 

dönəminin  mənzərəsini  canlandırmağı  qarşısına  məqsəd  qoymuş,  bu 

istəyinə  də  məharətlə  nail  ola  bilmişdi.  Əslində  əsərdəki  “yaxşı  padşah” 

obrazı  Brejnevin  özü  idi.  Onun  hərəkət  və  davranışlarındakı  həyatdan, 

gerçəklikdən  uzaqlığı,  cəmiyyətdə  hökm  sürən  yalan,  saxtakarlıq, 

rüşvətxorluq,  mənəvi  çürümə  və  sosial-siyasi  böhranı  yazıçı  məhz  nağıl 

manerasından  istifadə  üslubi  ilə  dolayı  şəkildə  oxucularının  diqqətinə 

çatdırırdı. 

“Ağ qoç, qara qoç” əsərində nağıl mövzusundan istifadə üsulu daha 

mürəkkəb  və  çoxqatlıdır.  Burada  yenə  də  hadisələrin  müxtəlif  tarixi 

istiqamətlərə – keçmişə, indiyə və gələcəyə aparılması özünü göstərir. Anar 

məşhur    “Məlikməmməd”  nağılındakı  süjet  motivlərindən  və  həmin 

mətndəki  baş  qəhrəmanın  –  Məlikməmmədin  obrazından    istifadə  edərək 

özünün  çeşidli  fikir  və  mülahizələrini  söyləmişdir.  Burada  yenə  də  nağıl 

süjet və obrazlarının arxasına çəkilərək bu günümüz və gələcəyimizlə bağlı 

ehtimal oluna biləcək hadisələr  diqqət önünə çəkilir. Əslində Azərbaycanın 

gələcəyinin  Məlikməmmədi  zülmətdən  çıxaran  Ağ  qoça  –işıqlı,  ümidli 

gələcəyəmi,  yoxsa  Qara  qoça  –  Qərbin  və  ya  Şərqin  məkrli  oyunlarınamı 

bağlı ola biləcəyi yazıçını narahat edən sualdır. O, bu suallara məhz nağıl 

mövzusundan  gələn  obraz  və  motivlərə  istinad  edərək  müxtəlif  cavablar 

axtarır. 

Maraqlıdır  ki,  Anar  bu  suallara  cavabı  həm  də  postmodern  üsulla 

axtarır. Onun nağılvari şəkildə qurduğu üç dünya (milli Azərrbaycan, Şərq-

islam  təsirinə  düşmüş  bir  mövhumat  ölkəsi  və  Qərbin  alətinə  çevrilmiş 

özündən  bixəbər  bir  məmləkət)  postmodern  üsulla  biri-birini  əvəz  edir. 

Sonda yazıçı nağıl mövzusundakı Ağ qoç və Qara qoç motivinə qayıdaraq 

çıxış  yolunu  Ağ  qoça  yetişməkdə  görür.  Bu  yol  qurtuluş  və  milli 

müstəqillik yoludur! 

 Göründüyü  kimi,  60-cılar  ədəbi  nəslinin  və  onların  sonrakı 

onilliklərindəki    davamçılarının  nağıl  mövzusunu  əks  etdirən  dərin 

məzmunlu  əsərləri  bu    istiqamətə  önəm  verilməsinin  bir  neçə  mühüm 

səbəbə söykəndiyini söyləməyə imkan  verir: 

a)

 

nağıl  mətninə  məxsus  keyfiyyətlər  –  süjet,  motiv,  obraz  və 



təhkiyə  usulları  xəlqi  koloritin,  folklor  ruhunun  əsas  ifadə  vasitələrindən 

biri kimi yazıçının dil və üslubuna zənginlik gətirir. 

b)

 

bu keyfiyyət yazıçının folklor epik ənənəsini yazılı ədəbiyyatda 



uğurla və yaradıcı şəkildə davam etdirdiyini göstərir. 


Yüklə 289,74 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə