Azərbaycan miLLİ elmlər akademiyasi nizami GƏNCƏVİ adına ƏDƏBİyyat institutu



Yüklə 289,74 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix02.01.2018
ölçüsü289,74 Kb.
#19468
1   ...   4   5   6   7   8   9   10   11   12

           

 

19 



c)

 

yazıçı  nağıl  mövzusuna  müraciət  etməklə  öz  fikir  və  mülahi-



zələrinin  dolayı  şəkildə,  mətnaltı  yazı  manerası  ilə  çatdırılmasına  nail  ola 

bilir. 


Beləliklə,    60-80-  cı  illər  ədəbiyyatında  qələm  sahiblərinin    nağıl 

mövzusuna  müraciət  əsasında  qələmə  aldığı  əsərlər  həm  folkordan  gələn 

keyfiyyətləri,  həm  də  yazıçının  öz  bədii  təxəyyül  imkanlarını  yüksək 

səviyyədə təqdim edə bilən unikal epik örnəklər kimi səciyyələnir. 

Dissertasiya işinin II fəslində “Nağıl mövzusuna müraciətin forma 

və  üsulları” təhlilə cəlb edilmişdir. Bu fəslin I bölməsi “Nağıl mövzusu-

nun  ənənəvi-maarifçi  təqdimatındakı  sənətkarlıq  axtarışları”  adlanır. 

Nağıl  mövzusuna  müraciətin  ilkin  mərhələsi    kimi  səciyyələnən    əsrin  

əvvəllərində        yazıçı  və  şairlər    məhz    maarifçilik    mövqeyindən    çıxış 

edərək tez-tez nağıl mövzu, süjet və motivlərinə üz tuturdular.  Maraqlıdır 

ki, həm bu dönəmdə, həm də bütün sonrakı mərhələlərdə nağıl  mövzusunu 

yazılı ədəbiyyatla sintezə girmiş şəkildə, nağıl-hekayə, nağıl-povest, nağıl-

roman,  nağıl-poema,  nağıl-təmsil,  nağıl-dram  müstəvisində  izləmək  lazım 

gəlir. 


Keçən  əsrin  əvvəllərində  bu  tip  əsərlərin  yazılması  maariflənmə 

ehtiyacından  doğan  zərurət  kimi  ədəbiyyatın  qarşısında  dururdu.  Çünki 

təhsil,  xalqın  maariflənməsi,  məktəbdarlıq  ictimai-mədəni  mühitdə  əsas 

məsələlərdən biri olaraq aktuallıq kəsb edirdi. S.M.Qənizadə, R.Əfəndiyev, 

H.Zərdabi,  A.Şaiq,  Y.V.Çəmənzəminli,  M.Ə.Sabir,  A.Səhhət,    Yusif 

Əfəndizadə,  Əlisəttar  İbrahimov,  Əlabbas  Müznib,  Əlimişan  Hüseynzadə, 

Əli Ülvi, Hacı Mirağa Mirmöhsünzadə Haceh, Camo bəy Aciz Şirvani,  Əli 

Nəzmi, Məhəmmədağa Sidqi,  Cabbar Əsgərzadə, İsmayıl Həqqi, Abdulla 

bəy  Əfəndizadə,  Məhəmməd  Qarayev,  Ağabəy  İsrafilbəyov,  Şəfiqə 

Əfəndizadə    və  başqaları  bu  istiqamətdə  əsərlər  yaratmağa  xüsusi  önəm 

verirdilər.  Bu  tip  əsərlərin  yaranmasında  ən  çox  nağıl,  hekayət,  əhvalat, 

rəvayət  mövzularından  bəhrələnilirdi.  Burada  əsas  olan  təsirlilik,  aydınlıq 

və  hamının  başa  düşəcəyi  anlaqlı  dil  idi.  Maariflənmənin  prinsipləri 

əsasında qələmə alınan bu nümunələr eyni zamanda mövzu və  mündəricə 

baxımından da fərqlənirdi. 

Nağıllara  müraciətin  özündəki  forma  və  üsulların  rəngarəngliyi 

bütün  tərəfləri  ilə  yazıçının  məqsədini  işarələyir.  Mətn  təsvir  tipi  kimi 

cəmiyyətdə  baş  verənlərin,  olanların  təsvir,  təqdim  və  yaşam  hadisəsinə 

çevrilir.  Ona  görə  də  nağıl  formullarında  zaman  və  məkanın  hər  birinin 

özünün bədiiliyə, hadisə tipinə, məzmuna və yazıçı məqsədinə hesablanmış 

ayrıca  funksiyası  və  mətn  çəkisi  vardır.  Zaman  formulunda  bunlar 

ümumilikdə bir neçə istiqamətdə aydınlaşmanı aktuallaşdırır: 




           

 

20 



a)

 

zaman formulunda yazıçı idealının müəyyənləşməsi; 



b)

 

mətnin işarələdiyi zaman problematikası; 



c)

 

nağıl zamanının hekayə-nağıl, təmsil-nağıl,poema-nağıl zamanına 



gətirilməsinin məqsəd və səbəbləri;  

d)

 



nağıl formulunda nağılın ehtiva etdiyi zamanla yazıçının yaşadığı 

zaman arasında bağlantılar; 

Məkan  formulunda  da  bütün  təsvirlər  yazıçının  məqsədini,  təsvir 

etmək  istədiyi  hadisənin  cəmiyyətin  problemlərinin  bir  hissəsi  olaraq 

görünüşünü və onun həllini çevrələyir. Çünki sənətkarın məqsədində olan 

hər  şeyin  gətirilməsi  dayanmır.  Burada  problem  aktuallığından  əlavə,  baş 

verənlərin çatdırılması zərurəti kimi ciddi bir məsələ də dayanır. Ona görə 

də  bütün  sənətkarlar  təqdim  üçün  forma  aktuallığını,  onun  seçiminin 

münasibliyini  diqqət  mərkəzində  saxlayırdılar.  Nağıl  formullarından 

gətirilən struktur, təsvir və ifadə formullarının hər biri yazıçı məqsədindən 

keçir,  eyni  zamanda  həmin  məqsədin  ifadəsinə  çevrilirdi.  Məhz  yazıçı 

məqsədində  bu  formulların  hər  birinin  yeri  və  işarələdiyi  funksiya  yükü 

vardır.  Məkan  formulunda  bunlar  aşağıdakı  istiqamətdə  müəyyənləşməni 

və təhlilləri aktuallaşdırır: 

a) məkan formulunda yazıçı idealının müəyyənləşməsi; 

b)

 



mətnin işarələdiyi məkanın (mühitin) problematikası; 

c)

 



yazıçının yaşadığı məkanın informasiyası; 

ç) nağıllarda məkan formulunun mahiyyəti

d)  nağıl-hekayə,  nağıl-təmsil,  nağıl-povest,  nağıl-poema,  nağıl-

dramda məkan formulu

e) nağıl məkan formulunun yazılı ədəbiyyatdakı semantikası; 

ə) məkan formulu son olaraq poetik fiqur kimi və s. 

XX  əsrin  ayrı-ayrı  sənətkarlarının  yaradıcılığından  verdiyimiz 

nümunələr  məsələnin  təkcə  məzmun  anlamında  əhəmiyyət  kəsb  etdiyini 

müəyyənləşdirmir.  Burada  mövzunun,  problemin  ifadəlilik  tərəfinin  də 

xüsusi dəyər qazandığını və əsərin (nağıl-hekayə, nağıl-povest, nağıl-roman, 

nağıl-  təmsil,  nağıl  -poema  və  s.)  bütövlüyünə  xidmət  etdiyini  gəstərir. 

Məsələyə  dövrün,  mühitin  zərurəti  və  ehtiyacı  müstəvisində    diqqət 

yetirilməsi  aktuallığını  da  əlavə  etdikdə  həmin  fiqurların  əhəmiyyət 

dərəcəsi  bir  qədər  də  artır.  Keçən  əsrin  əvvəllərində  yaşayıb-yaradan 

sənətkarların  nağıl  strukturuna  müraciəti  cəmiyyətin  sosial  vəziyyətinin 

hadisəsi idi. 

Xalq  yaradıcılığından  ustalıqla  bəhrələnmənin    əsas  keyfiyyət-

lərindən  biri  dilin  poetik  imkanlarından  bacarıqla  istifadə  etməkdir.  Bu 

səbəbdən də yazıçı və şairlərimiz xalq yaradıcılığının bütün imkanlarından 



Yüklə 289,74 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə