Azərbaycan miLLİ elmlər akademiyasi riyaziyyat və mexanika institutu



Yüklə 14,5 Kb.

tarix20.10.2017
ölçüsü14,5 Kb.


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTU 

“Dalğa dinamikası” şöbəsinin 2016-cı  ilin illik qısa 



 HESABATI   

Hesabat dövründə şöbədə “Bütöv mühitlə təmasda olan prizmatik cisimlərin və 



örtüklərin dinamikası” mövzusunda    elmi iş üzrə tədqiqatlar aparılıb. Şöbənin 

11 əməkdaşı var. Onlardan 10 nəfəri elmi işlə məşğuldur. 



 

İŞ A.: Dairəvi olmayan lövhələrin rəqslərinin tədqiqi  

 f.-r.e.d.prof. Ağalarov C.H.  

 

Elastiki nazikdivarlı lövhənin sərbəst rəqslərinə baxılır. Müxtəlif cür 

möhkəmlənmədə düzbucaqlı dairəvi və halqavari lövhədə  sərbəst rəqsləri 

məlumdur. 

Baxılan işdə    dairəvi olmayan lövhənin sərbəst rəqslərinə baxılıb. Dairəvi 

olmayan halda lövhənin hərəkət tənliyinin bir neçə xüsusi  həlləri yazılmışdır. 



İŞ B. Qalın divarlı düzbucaqlı prizmatik cismlərdə qeyri-elastiki dalğaların 

yayılması prosesinin tədqiqi 

 f.-r.e.d., baş.e.i. Rəsulova N.B.  

Hesabat işi qalın divarlı düzbucaqlı prizmatik tirlərdə elastiki və özlü-

elastiki dalgıcların yayılması prosesinin tədqiqinə həsr edilmişdir. 

Baxılan konfiqurasiyalı cisimlərdə dalğa proseslərinin analitik tədqiqi ilkin 

olaraq aparılıb.  

İŞ C: Örtüklərlə  əhatə olunmuş sonsuz elastiki matrisdə nanokompozit 

materiallardan hazırlanmış liflərin dayanıqlığı

 

f.-r.e.d. Zamanov A.D. 

Hissə-hissə bircins cisim modeli əsasında üçölçülü xəttiləşdirilmiş elastiki 

dayanıqlıq nəzəriyyəsinin köməyi ilə kiçik böhrana qədərki deformasiyalarda 

sonsuz elastiki matrisdə iki ardıcıl örtüklə təcrid olunmuş lifin dayanıqlığı məsələsi 

tədqiq edilmişdir. 



İŞ D. Maye ilə doldurulmuş qalın divarlı sferik örtuklərin sərbəst rəqslərinin 

tədqiqi.   


f.-r.e.n. Seyfullayev Ə.İ.  

Əvvəlki işlərdə daxilində  sıxılan maye olan nazikdivarlı sferik örtüyün 

sərbəst rəqslərini araşdırdıq. Indi isə sonlu qalınlıqlı  və daxilində maye olan 

sferanın rəqslərini tədqiq edirik. 



İŞ K. Çoxölçülü elasto-dinamika məsələlərinin həllinin yeni üsulunun işlənib 

hazırlanması. 

 

f.-r.e.n., a.e.i. Rəsulov M.B. 



 

Üçölçülü  elastikodinamika  məsələlərinin ümumi həllinin tapılması üçün 

sərhəd  şərti tənliklərindən 4 naməlum funksiyanın tapılma problemi həll 

edilmişdir. Bunun üçün dalğa tənliyinin yeni həllərindən istifadə olunmuşdur.  



 

İŞ E. 



Elastiki mühitlə ilə doldurulmuş sferik örtüyün sərbəst 

rəqslərinə sıxlığın və həndəsi ölçülərin təsirinin öyrənilməsi.  

 f.-r.e.n., a.e.i. Rüstəmova M.A. 

İşdə daxilndə maye olan nazikdivarlı silindrik örtüyün sərbəst, oxasimmetrik 

sərbəst rəqslərinə baxılmışdır. Məxsusi rəqslərin tapılması üçün transendent 

tənliklər gətirilmişdir. 



İş L: Elastiki mühitlə doldurulmuş silindrik örtüyün sərbəst rəqslərinin 

tədqiqi  

 f.-r.e.n.,b.e.i. Məmmədova G.A.  

Silindrik örtüyün sərbəst rəqsləri tədqiq olunmuşdur. Burada nəzərə alınır ki 

silindr  elastiki mühitlə  doldurulmuşdur.Şərt olaraq  silindr və mühitin hərəkət 

tənliklərinin, mühit ilə silindrin normal istiqamətdə sürətlərinin bərabərliyi 

ğötürülmüşdür. 

 

İŞ N. II

 

növ laylı ortotrop materiallarda yerləşən mərkəzi çat  məsələsinin 

tədqiqi    b.e.i. Əliyev İ.Y.  

İşdə kənar çata malik olan 2  laylı kompozit materialların dağılma məsələləri 

tədqiq olunur.  Bu zaman kompozitdəki materiallar  II növ  ortotrop  materiallara 

köçürülür.  




İş M: f.-r.e.n.,b.e.i.  Seyfullayev F.Ə.

 

Sıxıcı qüvvənin təsirinə  məruz 



qalan mühitlə dinamik təmasda olan silindrik örtüklərin məcburi rəqsləri.   

İşdə oxu boyu sıxıcı qüvvvənin təsirinə  məruz qalan müntəzəm paylanmış 

çubuqlarla möhkəmləndirilmiş daxili oblastı maye ilə doldurulmuş silindrik 

örtüyün qeyri - simmetrik məcburi rəqsləri haqqında məsələ tədqiq edilmişdir. 

 

 

Şöbənin əməkdaşları institutun seminarlarında aktiv iştirak ediblər. İşə davamiyyət 



qənaətbəxşdir. 

    

      Dalğa dinamikası 

       şöbəsinin rəhbəri:                                         f.-r.e.d., prof.Ağalarov C.H.

 

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə