Azərbaycan miLLİ elmlər akademiyasi riyaziyyat və mexanika institutu



Yüklə 17,03 Kb.

tarix20.10.2017
ölçüsü17,03 Kb.


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTU 

“Dalğa dinamikası” şöbəsinin 2017-ci  ilin yarımillik 

 

 HESABATI   

ELMI   FƏALIYYƏTI  HAQQINDA 

Hesabat dövründə  şöbədə  “Bütöv mühitlə  təmasda olan prizmatik 



cisimlərin və örtüklərin dinamikası” mövzusunda    elmi iş üzrə  tədqiqatlar 

aparılır. Şöbənin 11 əməkdaşı var. Onlardan 10 nəfəri elmi işlə məşğuldur. Birinci 

yarım ildə 10 məqalə çapa göndərilmiş, 5  məqalə çapdan çıxmış,  3 məqalə çapa 

qəbul olunmuşdur.  



Məqalə çapa göndərilmiş-10 

Məqalə çapdan çıxmışdır-5 

Məqalə çapa qəbul edilmişdir-3 

Elmi təşkilati fəaliyyət haqqında  

 

 Hesabat  dövründə  İnstitutun ümumi seminarında  şöbənin  əməkdaşları  



tərəfindən 1 elmi məruzə edilib. Şöbənin əməkdaşları tərəfindən hesabat dövründə 

18 elmi məqalə çapa verilmişdir. Onlardan 5 məqalə və 3 tezis çap edilmişdir. 5 

məqalə xarici jurnallarda çapdan çıxmışdır.  

Şöbənin əməkdaşı Rəsulova N.B., AAK –da ekspert şurasında çalışır. 

 

Şöbənin əməkdaşı Seyfullayev Ə.İ. - Dissertasiya Şurası nəzdindəki tematik 



seminarda fəaliyyət göstərir, eyni zamanda hesabat dövründə bir dissertasiya işinə 

opponent olmuşdur. 

 

Şöbənin əməkdaşları  Ağalarov C.H. , Rüstəmova M.A., Məmmədova G.A., 



Seyfullayev F.Ə. elmi pedaqoji fəaliyyətlə məşğuldurlar. 

 

Şöbənin  əməkdaşı  Zamanov A.D. Latviyada (Riqa) rus dilində, ABŞ-da 



(Nyu-York) ingilis dilində  nəşr olunan, impakt faktor göstəricili “Mechanics of 

Composite Materials” beynəlxalq elmi jurnalının Redaksiya Heyətinin üzvü, 




«Mexanika-maşınşünaslıq» beynəlxalq elmi jurnalının baş redaktorunun müavini

«Nəzəri və tətbiqi mexanika» beynəlxalq elmi jurnalının baş redaktorunun müavini 

olaraq fəaliyyət göstərir. 

28 avqust-1sentyabr 2017-ci il tarixlərdə Koreyanın Seul şəhərində 

keçiriləcək Beynəlxalq konqresə (ASEM17 World Congress on Advances in 

Structural Engineering and Mechanics) məqalə (A.D.Zamanov, M.İ.İsmayılov, 

S.D.Akbarov “On some particularities of the influence of the fluid viscosity on the 

frequency response of a viscoelastic plate loaded with this fluid”)  təqdim edib. 

A.D.Zamanov, M.İ.İsmayılov, S.D.Akbarov  “Some particularities of the 

influence of the fluid viscosity on the frequency response of a viscoelastic plate 

loaded with this fluid” məqaləm  impact factor göstəricili Mechanics of Composite 

Materials Beynəlxalq jurnalında çapdadır 

ADPU-nun nəzdindəki FD02.061 Dissertasiya Şurasının sədr müavini

“Mechanics of Composite Materials” beynəlxalq elmi jurnalının redaksiya 

heyətinin üzvü, Mexanika-maşınqayırma beynəlxalq elmi jurnalının, Nəzəri və 

tətbiqi mexanika, Pedaqoji Universitetin Xəbərləri (Humanitar, ictimai və 

pedaqoji-psixoloji elmlər seriyası, Riyaziyyat və  təbiət elmləri seriyası) 

jurnallarının baş redaktorunun müavini, Musiqi elmi, mədəniyyəti və  təhsilinin 

aktual problemləri, Təhsildə  İKT jurnallarının redaksiya şurasının sədr müavini, 

Tarix, insan və  cəmiyyət, Azərbaycan məktəbi jurnallarının redaksiya heyətinin 

üzvü kimi fəaliyyət göstərir. 

Azərbaycanda keçirilən 9-a qədər Beynəlxalq və respublika səviyyəli elmi 

konfransların Təşkilat Komitəsinin sədri və sədr müavini olmuşdur. 

17-19 may 2017-cil il tarixlərdə Başqırdıstan Respublikasının Ufa 

şəhərində keçirilən Rusiya Federasiya və Azərbaycan Respublikası ali təhsil 

müəssisələri Assosiasiyasının II Forumunda iştirak etmişdir. 

Hazırda iki doktorantın (E.Ağasiyev, G.Ələkbərova) dissertasiya işinə elmi 

rəhbərlik edir.  

Şöbənin əməkdaşı   Ə.İ.Seyfullayev tərəfindən “Некоторые 

задачи 


механики  разрушения  многослойных  материалов  с  трещинами” adlı 


monoqrafiyası çapdan çıxmışdır. Bundan  əlavə  Ə.İ.Seyfullayevin “Задачи 

механики  разрушения  и  динамики  неоднородных  сред”  adlı mexanika üzrə 

doktorluq dissertasiyası hazırlanıb AAK-ya  təqdim olunub.  

Şöbənin əməkdaşları Ə.İ.Seyfullayev, Məmmədova G.A.,  F.Ə.Seyfullayev 

04-05 may 2017-ci ildə  Gəncə Dövlət Universitetində Ümummilli lider Heydər 

Əliyevin anadan olmasının 94-cü ildönümünə  həsr olunmuş “Müasir təbiət 

elmlərinin aktual problemləri” mövzusunda keçirilən Beynəlxalq elmi konfransda 

iştirak etmişdilər.  

Konfransa  Ə.İ.Seyfullayev, G.A. Məmmədova “Исследование  свободных 

колебаний 

ребристой 

конической 

оболочки 

содержащего 

упруго 

подвешенную  массу  находяшего  в  упругой  среде”, F.Ə.Seyfullayev 



“Daxilindən maye axan tillər sistemi ilə  bərkidilmiş anizotrop silindrik örtüyün 

sərbəst rəqslərinin tədqiqi ” adlı tezis  təqdim ediblər. 

Bu   konfransda  F.Ə.Seyfullayev təşkilat komitəsinin tərkibinə daxil 

olub.Bundan  əlavə F.Ə.Seyfullayev Azərbaycan   Respublikasının   Prezidenti   

yanında   Elmin   İnkişafı   Fondunun kompleks   elmi-tədqiqat   proqramları   üzrə   

2015-ci   ildə   elan   edilmiş    AMEA  İqtisadiyyat  İnstitutu ilə      birgə   “Milli   

valyutanın   devalvasiya   şəraitində makroiqtisadi sabitliyinin modelləşdirilməsi “ 

qrant müsabiqəsinin iştirakçısı  olmuşdur. 

 

 Şöbənin  əməkdaşları institutun seminarlarında aktiv iştirak ediblər.  İşə 



davamiyyət qənaətbəxşdir. 

 

 



      Dalğa dinamikası 

       şöbəsinin rəhbəri:                                       f.-r.e.d., prof.Ağalarov C.H.

 

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə