Azərbaycan milli elmlər akademi¬yasi¬



Yüklə 2,09 Mb.
səhifə6/13
tarix25.06.2018
ölçüsü2,09 Mb.
#51443
1   2   3   4   5   6   7   8   9   ...   13

Aşıq Hüseyn

Əliabadlı Hüseynəm, habı hesabı,

Açın, tökün, siz də hesab kitabın.

Ağlı olan buna versin cavabın,

Düşməsin araya xal, bizə göndər.

Seyid

Olsa da müsəlman danışan, gülən,

Suvagüllü Seyiddir hesabı çəkən.

Birini alallar ağlı var ikən,

Ürəkdən can deyib, can verən olsun (78).

Aşıq Hüseyn ustad-şagird ənənəsini yaşadan, qoruyan sənət­kar­lardan olmuşdur. Zaqatala aşıq mü­hi­tin­də varxiyanlı Aşıq Mə­həm­məddən sonra qoy­du­ğu us­­tad-şagird ənənəsi bu gün də onun şagirdləri tərəfindən davam etdirilməkdədir. De­yilənlərə görə, ustadın 14-ə yaxın şagirdi olmuş­dur. Bunlardan Aşıq Ab­­dullanın, Aşıq Herovun, Aşıq Darçının, Aşıq Bədi­rin, Aşıq Cəlilin, Aşıq Ca­ma­­lın və başqalarının adını çəkmək olar. Bu aşıqlar el arasında hörmətlə, sev­giy­lə qarşı­lan­mışlar. Prof. H.İsmayılov qeyd etmiş­dir ki, əsl sənətkar ustad yanın­da aşıq­lı­ğın ədəb-ərkanını, saz ça­lıb-oxu­ma­ğı, məclis aparmağı layi­qincə mənim­sə­məyi ba­caran kəslər­dir (56, 16).

Adları çəkilən aşıqlar günümüzə kimi ustad­larının yolunu layiqincə davam et­­dirmiş, dövrünün kamil sənətkarı səviyyəsinə kimi yüksələ bilmişlər.

XIX əsrin 50-60-cı illərini əhatə edən və Çar Rusiyasını təlaşa salan Şeyx Şa­mil hərəkatının da Zaqatala folklor mühitində özünəməxsus yeri olub. Bu hə­rə­kat Çar üsul-ida­rə­si­nə­ və bu ida­rəçi­liyə xid­mət edənlərə yönəlmiş, 20 il müd­də­tin­də da­vam etmiş­dir. Şamil hərəkatı ilə, onun qəhrə­manlığı ilə əlaqəli onlarla əf­sa­nə, rə­va­yət, dastan yaransa da təəssüf ki, uzun müddət yaşama­mışdır. Çünki yüz ilə qə­dər keçən bu zaman kəsiyində əvvəlcə rus, sonra sosializm təbliğatına uyğun gəl­mə­diyi və so­vet senzura sisteminin ciddi nəza­rətində oldu­ğun­dan bu nü­mu­nə­lə­rin mühüm bir qismi unu­dul­muşdur. Şeyx Şamillə bağlı dastan və əhvalatlar uzun zaman insanların hafizəsində yaşamış, ürək­lər­dən-ürəklərə ötürül­sə də vaxt keçdikcə insanlar yaşlaşmış, çoxusu dünyasını dəyişmişdir. Beləliklə də, xalq qəhrəmanın, xalq yaddaşındakı şücaətinin çox az hissəsi günü­müzə gəlib çıxmışdır. Lakin bö­yük rus şairi Tolstoy Şamilin möcüzəvi şəxsiyyəti və qəhrə­manlığı haqqında əsər yazmışdır. Əsər Şamil haqqında zəngin məlumat verir. «Bu ədəbiyyatı müs­təm­lə­­kə­çiyə nəql edənlər rus istilasına dair xalqın tərənnüm etdiyi dastan və tür­kü­lə­rin milli bir sir-sifətlə saxlamış, yaxud rus məmuru zənn etdikləri müs­təm­lə­kə­çi­nin xətrini qırmayacaq bir surətdə təhrifə məcbur olmuş­durlar» (124, 122). Şeyx Şa­­mil bütün qafqazlılar arasında «İmam» kimi ta­nınır­dı. Bu, təbii ki, xalqın öz qəh­rə­ma­nı­na­ qoyduğu hörmət, sevgi və rəğbət hissi ilə əlaqəli idi. Folklorşünas alim Əh­məd­ Cəfəroğlu «Azər­baycan ədəbiy­ya­tında istiqlal mücadiləsi» əsərində qeyd etmişdir ki, Şeyx Şamil hərəkatı dar bir mühit içərisində cərəyan etmiş, Şimali Qaf­­­qazın istiqlal aşiqlərini birləşdirən vətəni bir vəzifə-azəri türklərinin istiqlal mü­cadiləsini qüvvətləndirən müştərək və Milli bir qayədir» (127, 26-28). Şeyx Şa­mil şəxsiy­yə­ti azadlıq uğrunda mübarizə simvoluna çevrilmiş, xalqın tarixi keç­mi­­şə düzgün münasibət, vətənə sədaqət hislərinin formalaşma­sında xüsusi əhə­miy­yət kəsb etmişdir.

Hər dövr öz qaynar və maraqlı hadisələri ilə yadda qalır. Ey­ni zamanda hər dövr bu hadisələri ilə ustad sənətkarların, aşıqların yaradıcılığına tu­tu­­lan bir saf ay­naya bənzəyir. Bu baxımdan da Aşıq Hüseynin həyatı və yara­dıcı­lı­ğının araş­dı­rılması yaşadığı dövrün, qaçaqçılıq hərəkatı ilə bağlılığının tədqiq olun­ma­sı,­ zən­nimizcə, folklor və aşıq sənəti üçün böyük fayda verə bilər.

Beləliklə, Zaqatala aşıq mühitində tarixən yaşayıb-yaradan aşıqların həyat və yaradıcılıqları onu göstərir ki, bu mühitdə kon­kret bir ənənə ol­muş­dur və hə­min­ ənənin da­vam­çıları aşıq sənəti ta­ri­ximizin səhifələrində əbədilə­şəcək­lər



II FƏSİL
ÇAĞDAŞ ZAQATALA AŞIQ MÜHİTİ
Çağdaş Zaqatala aşıqları
XIX əsrin əvvəllərindən təşəkkül tapmağa baş­la­yan Zaqatala aşıq mühitini bu gün də yara­dıcılığının çoxşaxə­liliyi, ideya-məz­mun xüsu­siy­­yət­lə­ri­nin­ müx­tə­lif­liyi ilə tanı­nan sənətkarlar davam etdirməkdədir. Zaqatala aşıq mü­hi­tində öz dəsti-xətti ilə sayılıb-seçilən sənət­karlar yaşayıb-yaradır, el şənliklərində, dövlət tədbir­lərində, bay­ram və mərasimlərdə çalıb-çağırırlar. Mü­hitin çağ­daş polit­rasında ustad və ifaçı aşıqların yaradıcılıqları rəngarən­gliyi ilə Azərbaycan aşıq sənətinin inkişa­fına xidmət etmək­dədir. Müa­sir Zaqatala aşıq mühitində saz­­la­ tən­bu­run paralel inkişaf pro­sesi müşahidə olunur. Bəzi saz havaları tən­bur­da­ da­ ifa olu­nur. Bu da, təbii ki, mühitin spe­si­fi­kasıdan irəli gəlir.

Çağdaş dövrün ustad aşıqları içərisində yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilən aşıqlardan biri də Cahangir Dalğındır. Sənətkarın əsl adı haq­qın­­da arxi­vin­dən və oğlu Aydından əldə etdiyimiz mə­lu­mata görə, o, Mü­təl­li­bov Qeyfəddin Əmrullah oğ­lu­dur. 1932-ci ildə Qax rayonunun İlisu kən­din­də (əv­vəllər həmin ərazi Beşbulaq xanlığı adlanmışdır) anadan olmuşdur. O, uşaq ikən İlisu ça­yı daşmış, kəndin bir çox evləri kimi, Əmrullah kişi­nin də evini sel apa­rmışdır.­ Kiçik yaş­larında ana-atasını itirən Qey­fəddin 15-16 yaşına qədər Bakı şəhə­rin­dəki 1№-li uşaq evin­də tərbiyə almışdır. 1946-cı ildə öz xahişi ilə uşaq evindən çı­xmış və Zaqatala rayonuna gəlmişdir. Zaqatalanın Varxiyan kəndindən olan Təmir adlı bir dindar kişi onu himayəsinə götürmüş, soyadını dəyişib Əhmədov, adını isə Ca­han­gir qoymuşdur. Həmin vaxtdan el arasında Əhmədov Cahangir Əmrullah oğlu kimi tanınmışdr. Ustad bu ba­rədə özü də şeirlərinin birində yazmışdır:

Yurdum İlisudur, kəndim Varxiyan,

Olduğum obaya deyirlər patyan.

Ordadır büsbütün məni tanıyan,

Soruşun onlardan halımı bir-bir.

Adım Cahangirdir, sorsanız hərgah,

Anam Cavahirdir, atam Əmrullah.

Mənzilimdən sizi eyləyim agah,

Sel gəlib yurdumu axıtdı bir-bir (78).

Təmir kişi dindar olduğundan ona ruhani təhsili vermişdir. Təmir kişi dün­ya­sı­nı­ də­yi­­şəndən sonra oğlu Süleyman Cahangiri öz himayəsinə götürmüşdür. 1954-cü ilə qə­dər Süley­manın himayəsin­də qalan Aşıq Dalğın elə həmin ili Günəş adlı bir qız­la ailə qur­muşdur. Yeri gəlmişkən, onu da qeyd edək ki, Varxiyan qədimdən saz-söz­ ocağı, şair­lər məskəni olduğu üçün Cahangir Dalğın həmin diyara düşəndən qəl­bində saza ma­­­raq oyanır. Sənətkar sazı əlinə alıb ifa etməyə başla­dığından onu dərdlərinin ye­­­ganə dər­ma­nı, ürəyinin tək sirdaşı hesab etmişdir. Bədahətən şeir demək bacarığı onu el arasında daha da məşhurlaş­dır­mış­dır. El aşı­ğını musiqidən, das­tan­dan, havacat­larından kənarda təsəv­vür etmək mümkün deyil. Klassik xalq das­tan­la­rı­mızı dərin­dən bilən, özünəməxsus ifası ilə məşhur olan Cahangir Dalğın saz çal­ma­ğı, bəda­hətən şeir deməyi Allahdan gələn müqəddəs bir vergi hesab etmişdir. Aşıq Ələsgəri bildiyi üçün onun təsiri ilə bədahətən şeirlər söyləmişdir:

Ulu göylər sinəsini gəribdir,

Ab-atəşi xaki badə veribdir,

Ağam mənə tifilikən veribdir,

Yüz on dörd kitabın ayəsi məndə (78).

Aşıq yaradıcılığının ilkin çağlarında qələmə aldığı şeirlərin­dən birin­də­ özü­nü söz-şeir mülkü­nün gənc bağbanı olduğunu qeyd etmişdir:

Şeir, söz mülkünün gənc bağbanıyam,

Yaradıb cahana təbiət məni.

Sözümdə bir zərrə ləkə olarsa,

Qoy çəksin divana ədalət məni (78).

Getdikcə aşığın təcrübəsi artır, öz poten­sia­lın­dan daha səmə­rəli istifadə edir. Cahangir Dal­ğın şe­ir yazıb saz çalmaqda, məc­lis aparmaqda öz məha­rə­tini belə mənalan­dırır:

Meydanda mənimlə bərabər olmaq,

Yeni yüz-yüz şair yarana gərək,

Yeddi qat yer-göydən xəbərdar ola,

Qandıra mətləbi insana gərək (78).

Sonralar ailəsində baş verən uğursuzluqla əlaqədar, özünə Dalğın təxəl­lü­sü­nü qəbul edir və el arasında Cahangir Dalğın kimi tanınır. Cahangir Dalğın 1981-ci­ ildə 52 yaşında vəfat edib. Ha­zırda beş qızı, iki oğlu var ki, onlardan Əh­mə­­dova Son­ba­har, Əh­mədova Şövkət Aşıq Dalğın ocağının layiqli davam­çı­la­rı he­­sab oluna bilər. Aşıq şerinin müxtəlif şəkillərində qələmini sınayan ustadın şeir­­­ləri «Zaqatala», «Şəlalə» qəzetlərində çap olunub və o, şerlərində bir çox təxəl­­­­­­lüslərlə («Şəms», «Dalğın» «Coşğun», «Qəmgin», «Tənhalı», «Ca­han­gir» və s.)­ ta­nı­nıb. Daha çox sim­volik adlardan özünə təxəllüs seçməyə üstünlük verən us­­­tadı digər sənətkarlardan fərqləndirən xüsusiyyətlərdən biri də məhz budur. Aşıq bu təxəllüslər içərsində «Dal­ğın»ı özünə daha doğma, daha yaxın hesab et­miş­­­dir. Bunun səbəbi onun ailəsində baş verən uğur­suzluqla, ağrı-acı ilə əlaqədar ol­­muşdur. Əgər Zaqatala aşıq mühiti Aşıq Məhəmməd, Aşıq Dibro, Aşıq Kön­lü­nün, Aşıq Şəm­səd­din və başqalarının yaradıcılığıyla tanın­mış­sa, Aşıq Dalğın yara­dıcı­lı­ğında yüksək bir zirvəyə çat­mışdır.

Dalğın aşıq sənəti və üçün önəmli olan mu­si­qini, rəqsi və şeri öz fəa­liyyətində birləşdirən aparıcı bir sənətkar kimi yadda qalıb. Prof. S. Paşayev ya­zmışdır: «Tarixin müxtəlif dövrlərindən keçib gələn ayrı-ayrı adlarla tanınan aşıq sə­nəti, aşıq yaradıcılığı ilə məşğul olan əsil sənətkar öz yaradıcı fəaliy­yə­tin­də 3 əsas xü­su­siyyəti (musiqi, rəqsi, şeri) vəhdətdə götür­mə­lidir» (91, 52). Aşıq Dalğın da məhz belə sənət­karlarımız sırasında olmuşdur. O, aşıq şerinin bütün növ­lə­rin­də-ba­ya­tı, gəraylı, qoşma, təcnis, gö­zəl­ləmə, deyişmə və s. qələmini sınamış və el ara­sında həmişə uğur qazanmışdır. Prof.S.Məmmədliyə görə, «Hər ustad sənət­ka­rın ilk ba­xım­dan­ klassik saz gə­lə­nəklərinə bağlılığı və sədaqəti aşıqlığın ilkin şərt­­lə­rin­dən biridir» (76, 19).

Dalğın öz yaradıcılığında əsasən məhəbbət, din, ürfan, təbiət təsvirlərinin tə­rənnümü, vətən­pər­vərlik və nəsihətnamə xarakterli mövzulara üstünlük vermişdir. Onun arxivindən 800-ə yaxın şeir əldə etmişik. Cahangir Dalğının məclislərdə mə­qamı düşüncə bədahətən şeir demək qabiliyyəti, mü­kəm­məl ifa tərzi, onu həm el şairi, həm də ustad sənətkar kimi dəyərləndirməyimizə əsas verir. Prof. Qara Na­mazov el şənliklərinin sənətkarın yetişməsində bö­yük təsiri olduğunu qeyd etmişdir (83, 19-30). Aşıq Dalğın həqi­qətdə mərdlik, mərdanəlik məktəbi keçib. Bu mərdlik Dalğına Za­qatalanın suyu, təmiz ab-havası, Böyük Qafqaz dağlarının yenil­­məz­liyi ilə, ağsaqqallarının öyüd-nəsihətləri, mərd oğullarının dəyanəti, us­tad aşıqların sazıyla, sözüylə keç­mişdir.

Sənətkar öz poeziyasında xalq şeirinin bütün janr­larına mü­ra­ciət etmişdir. Belə ki, onun yara­dıcılığında bayatı janrı da özü­nə­­məxsus yer tutur. İs­tər­ ictimai-siyasi, istərsə də təbiət və mə­həb­bət mövzuları onun yaratdığı bayatı­la­­rın leytmotivini təşkil edir:

Car qalada qan dolur,

Ora gedən bənd olur.

Car qalaya baxanda,

Gözlərim qandan dolur.
Bu qala Car qaladı,

Üstü Zaqataladı,

Yara söz dimiyəsən,

Yarım özgə balladı (78).

Birinci bayatının məzmunundan göründüyü kimi dövrün ic­timai-siyasi haq­sızlığı boy verir. Folklorşünas alim T.Məmmə­do­va «Borçalı aşıq mühiti» kita­bında qeyd etmişdir ki, «aşı­q bədii-estetik mənəviyyatın ifadəsi, dövrün tarixi-siyasi ha­di­sələrini əks etdirən güzgüyə bənzəyir» (77, 23-24). Yuxarıda qeyd etdiyimiz kimi, 30-40-cı illərdə davam etməkdə olan qaçaqçılıq hərəkatı Zaqatala bölgə­sində də özünü göstərmişdir. Qa­çaq­­ların toyunu aparan hər hansı aşığı ya sürgün, ya da ki, Car kəndində olan qaranlıq zirzəmi gözləyirdi. Məhz həmin dövrün hadisələrini bir bəndlik bayatıda əks etdirməyə çalışan Aşıq Dalğın yeri gəldikcə şeir­lə­rin­də də bu vəziyyəti yaradanları tənqid atə­şinə tutur.

Ustad sənətkarın yaradıcılığında məhəbbət lirikası önəmli yer tutur. Burada təsvir və tərənnüm olunan məhəbbət real, insani, həyati məhəbbətdir:

Vəfalıya qurban olsan səfadır,

Bəy ilqara həmdəm olmaq cəfadır.

İlk məhəbbət cəh-cəlaldan bahadır,

Bil qədrin məzarda yatana kimi (78).

«Deməsəydim» qoşmasında Dalğın sevdiyi gözəlin əhdinə dönük çıx­ma­sın­dan şikayətlənir:

Bu eşqin oduna qovrulmaz idim,

Əzəldən sən mənə yar deməsəydin.

Səndə ki, düz ilqar yoxmuş, ey dilbər,

Dilin düşərdimi, var deməsəydin.
Dalğınam, ilhamı alıram eldən,

Dolanıram kənar fitnəli-dildən.

Mən ölüncə səni silməzdim dildən,

Bu tərlan könlümə sar deməsəydin (78).

«Varlıların məhəbbəti olmur» - deyə düşünən sənətkar «He­yif­sən» adlı qoş­ma­­­­sında gözələ öz tövsiyyələrini verir. Onun na­nəcibə, qədirbil­məz­lərə deyil, yal­nız onu sevə­nə,­ onun qeydinə qala bilənə yar olmağı məsləhət görür:

Nanəcibə, bəy ilqara, naqisə,

Həmdəm olma, ey sərvinaz, heyifsən.

Ləbinin balını qədirbilməzə,

Özün qıyma, ey sərvinaz, heyifsən (78).

Azərbaycan xalq şerində, ümumiyyətlə, aşıq poeziya­sında mə­həbbət möv­zu­su­­­na həsr olunan qoşma, gəraylı və başqa nü­mu­nələrdə real insan­la­rın tərən­nü­mü xüsusi yer tutur. «Biz yazılı ədə­biy­yatımızda realizm ünsürlərinin mey­dana gəl­­­­mə­sində birinci növbədə xalq ədəbiyyatına, şifahi poeziyaya borc­lu­yuq» (121, 49).

Aşıq Dalğın yaradıcılığında da real məhəbbət Qur­bani, Ab­bas­ Tufar­qan­lı­, Aşıq Ələsgər yara­dı­cı­lığında olduğu kimi xüsusi boyalarla tərənnüm edil­miş­dir. Sənətkar məhəb­bət şerilərində gö­zəlin xarici görkəmini mənəvi aləmi­nin saf­­­lı­ğı­ ilə vəhdətdə verir. «Söz ola bilməz» qoşmasında deyir:

Duruşun, qamətin, o mina boyun,

Çox əcəb biçilib, söz ola bilməz.

Zülflərin gizləmiş o ay camalın,

O ala gözlərə söz ola bilməz (78).

Və yaxud «Yanımda gəl gəz» qoşaqafiyəli qoşma­sında belə tərənnüm olu­­nur:

Mil tutan əlləri, şirin dilləri,

Əkdiyin gülləri, keçən günləri,

O gizli sirləri, xoş sətirləri,

Danış mətləbləri, yanımda gəl gəz (78).

Beş bənddən ibarət olan bu şeirdə əvvəldən axıra kimi zəngin poetik ifa­də­lər­lə gözəli təsvir edir. Bu mənzərəyə Vaqifin «Pəri» qoşmasında da rast gəlirik.

«Gəl-gəl» adlı gəraylısında həsrətindən di­vanə oldu­ğu gözəli harayına səs­lə­yir. Bu gəraylıda sevən aşiqin çəkdiyi iztirablar bütünlüklə əks olunur:

Qələm qaşlı, ala gözlüm,

Sənə vardı sözüm, gəl-gəl.

Həsrətindən divanəyəm,

Sənsiz necə dözüm, gəl-gəl­.


Belə dövran düşməz ələ,

Bülbül aşiq oldu gülə,

Sənin kimi şux gözələ,

Vurulmuşam özüm, gəl-gəl (78).

Bildiyimiz kimi, aşıq ədəbiyyatında bülbülə müra­ciətlə yazılan şeirlər çox­dur. Şirvan aşıqları içərisində Aşıq Rəcəb, Mirzə Bilal Qərb aşıq mühitindən Aşıq Hüseyn Bozalqanlı, Zaqatala aşıq mühitindən Aşıq Mədət, Aşıq Könlü kimi Aşıq Dalğın da bülbülə müraciət etmişdir. «Bülbül» qoş­ma­sın­da ustad sənətkar bu obrazdan bir simvol kimi istifadə etməyə çalışmışdır. Sev­gi­li­si­ni axtaran aşıq ayrılığa dözə bilməmişdir. Əsl həqiqətdə isə sev­gi­sini itirən aşiqin ah-fəğanı, göz yaşları mətnaltı tərzdə bülbülün göz yaşları ilə mü­qayisə edilmişdir:

Tikanlı, yovşanlı bu biyabana,

Nə olub düşübsən avara, bülbül.

Solar həsrətindən güllü baxçalar,

Söyləmə dərdini Şahmara, bülbül (78).

Bu şeirdə klassik aşıq ənənələri davam etdirilir. Aşıq Borçalı aşıq mühitinin yetirməsi Aşıq Məhəmməd Bozalqanlı da eyni mövqedən çıxış edə­­rək belə yazmışdır:

Mənim kimi dad əlindən,

Dəm vurursan dəm, ay bülbül.

Bu fələyə neynəmişəm,

Bu mən bəxti kəm, ay bülbül (17, 79).

Aşıq Dalğın digər bir qoşmasında vüsala yetiş­mə­yən, nikbin sonluğu ol­ma­yan sevdaya düş­məsin­dən şika­yət­lənərək «Sən yox, qoy mən ağlayım»  deyir:

Mən sənin tək bura qonaq düşmüşəm,

Ana beşiyimdən iraq düşmüşəm.

Sevdaya əzəldən nahaq düşmüşəm,

Bülbül, sən ağlama, qoy mən ağlayım (78).

Yeddi bənddən ibarət olan «Bülbül, sən ağ­la­ma, qoy mən ağlayım» şeirin­də­ li­rik qəhrə­manın kə­dərlə dolu naləsi eşidilir:

Sənin məskənindir bu gülli aran,

Gündə yüz qönçəni edirsən seyran.

Dalğının könlünü yar etdi viran,

Bülbül, sən ağlama, qoy mən ağlayım (78).

Ustadın məhəbbət mövzusunda yazılmış şeir­lə­rini əsasən üç qismə bölmək ola­r:

1. Allaha müraciət və ilahi məhəbbətə həsr edilmiş;

2. Vəfasız gözəllərdən şikayət;

3. Sözünə sadiq qalan gözəllərin tərənnümü.

Birinci qismə aid olan şeirlərindən məlum olur ki, ustad sənətkar Allaha qəl­bən bağlı olmuş, dini dərindən bilmiş və onun sirlərinə lazımi qədər yiyələn­miş­­dir:

Ey xudam, həbibimsən, ilahim, səndən mədəd.

Gözə gəlməz pərvərdigar, ilahim, səndən mədəd.

Verdin insaf, verdin iman, göndərdin ərşdən kitab,

Tez aldılar Yusif-Nəsib, İbrahim, səndən mədəd (78).

Ustad bu divanisində Allah dərgahına ye­tiş­mək, onun sev­gi­sini, rəhmini qa­­zan­­maq, haq­qın, həqiqətin yolunu tapmaq və ta­nıtmaq uğrunda keçirdiyi hiss-həyəcanını bölüşməyə çalışmışdır. Eyni zamanda ustad aşıq peyğəm­bər­lə­rin ilahidən güc aldıqlarını, ondan mədəd gördüklərini xatır­latmışdır. Digər bənd­lər­də Dalğın müqəddəslərə verilən vəzifələrinə və ilahi gücün dəyi­şil­məz­li­yi­nə­ do­la­yı­sı ilə işarə etmişdir. Fani dünyada malın-mülkün, sevincin kədə­rin hər şeyin Allah tərəfindən gön­də­rildiyini dərk edən aşıq Al­lah­­dan mə­dəd istəyir:

Musa ilə Həzrət Əli Cəbrayıldan söz açdı,

Əzrayıl da tapdı yolu can almağa üz aldı,

Cahangirə nə göstərdin, nə göstərmək istəsən,

Əzablara dözən mənəm, Allahım, səndən mə­dəd (78).

«Könül» rədifli ustadnaməsində aşıq bir çox mənəvi prob­lem­lərə toxunmuşdur. İnsanları hər­ işə vax­tın­da əməl etməyə, yaxşı və pisi ayırd etməyə, dünya malına bel­ bağ­la­yan­ları Allaha yaxın olmağa səsləmişdir. Dini dərindən bildiyi üçün dün­yanın fani­liyinə işarə, dinə və doğru yola çağırış onun poezi­ya­sın­dan­ yan keçməmişdir. Aşıq Dalğın mənəviy­ya­tını şəriətin yolunda tə­mizləyən, təri­qət­də arif­ləşən, məri­fətdə kamilləşib, haqqa, həqi­qətə yön alan ustad aşıqlarımızdan olmuşdur.

«Könül» rədifli qoşmasının son bəndində öz qəlbinə müraciət edərək, Ley­li ca­mından eşq piya­lə­sini içib, yalnız Allah eşqi uğ­runda alışıb yanmağı, ona qo­vuş­­mağı təsvir etməmişdir:

Coşğun deyər, olmaz eşqin qayğısı

Hər zaman arxadır mühib ağası,

Al Leyli camından eşq piyaləsi,

Qurban ol o qadir mövlanə, könül (78).

Ustad sənətkar bu şeirdə də insanın İlahiyə olan mü­qəddəs sevgidən söhbət açır. «Hər zaman arxadır mühib ağası» deməklə sə­nətkar insanlara arxa, dayaq olan, sevilən, məlhəm verən, onlara yol açan, yardımçı olan, gözəgörün­məz, lakin hər yerdə var olan Allahı nəzərdə tu­tur. III-IV misralarda sənətkar Novruzu Qənda­ba, Tahiri Zöhrəyə yetirən mü­qəddəslərin camından eşq piyaləsin­dən da­nış­mır (əslində burada da lazımi mərhə­lələri keçərək Allaha qovuşmağa işarə edilir). O, Allaha qovuş­mağı öz müqəddəs amalı hesab edir. «Eşqin köməyi ilə Allahını tapan, onun səsini öz için­də eşidən aşiq haqqa qovuşmuş hesab olunur. Belə aşiq haqq sir­rindən agah olur, gözündən qəflət pərdəsi qalxır. Ruhunun əbədi­liyini görür» (44, 27-30). Di­gər bir «Bağışla» rədifli qoşmasında Aşıq Dalğın Allahdan günah­kar­ bəndələrin günahın öz qüdrəti, ucalığı vahidliyi və ilahiliyi naminə bağışlamağı dilə­yir:

Qadir allah, insafından ayırma,

Yaratdığın günə, aya bağışla.

Taxsırsız qul olmaz, rəhimsiz ağa,

Ol həbibim Beytullaya bağışla (78).

Aşıq Cahangir Dalğının arxivində saxlanılan mate­rial­lar ara­sında Aşıq Ələsgərin «Endirir» rədifli müxəm­məsinə nəzirələrə də təsadüf edirik. Prof. H. İs­ma­yılov haqlı olaraq Aşıq Ələsgərin övliya məqa­mından çıxış et­di­yi­ni bildirmişdir (52, 289). Dalğının Aşıq Ələsgərin yuxarıda adı çəkilən müxəm­mə­sinə yaz­dığı nəzirəyə diqqət edək:


Aşıq Ələsgər

Ələstidən «bəli» deyən, sübhanə baş endirir.

Məhəmmədə nazil olan, qurana baş endirir.

Özü birdi, adı minbir, vəhdəhuəl – laşərik,

Əhli-mömün görə bilməz, pünhana baş en­di­rir (38, 149).
Aşıq Dalğın

Nəfsinə hakim olan, haqqın yolundan gedir.

Sidqi ilə səcdə edən, qıvlaya baş endirir.

Yaranmışa şəfa olsun, diyə gecə-gündüzlər

Yüz iyirmi dörd min Nəbi, Mövlaya baş endirir (78).

Bu qəbil şeirlərə Dalğının arxivində çox təsadüf olunur.

Onun poeziyasında gözəl daha çox tərbiyə­sinə, əxlaqi key­fiy­yətlərinə görə dəyər­lən­dirilir. Onun məhəbbət və gözəllərin tərən­nümü ilə bağlı «Şükr et», «Bül­bül», «Ay qız», «Necə oldu» «Göv­hərim», «Dürlü san» və s. şeirlərinin adlarını çək­mək olar. Aşıq Dalğın yaradıcılığında mənəvi gözəllik məhəbbətin birinci şər­ti­ ki­mi götürülür. Burada təkcə vəfa və etibar deyil, kamal, mərifət və nəciblik ki­mi­ key­fiyyətlər əks olunur. Klassik poeziya­mızda oldu­ğu kimi ustad sənətkarın yaz­dı­ğı gözəlləmə və tərifna­mələrdə gözəl­liyin başlıca xüsusiyyəti ədəb-mərifət, saf və tə­miz addır. Çünki bu günün təriflənən gözəli sabahın anasıdır. Elə məhz bu­na gö­rə də, gözələ yalnız bir məşuqə kimi deyil, ona hə­yat yoldaşı, bəşəriyyətin ana­sı, insanlığın ilk tərbiyəçisi kimi baxılmalıdır.

Prof. Q.Namazov aşıq poeziyasında qadının mə­nəvi gözəlliyi barəsində belə ya­­zmışdır:­ «Aşıq ədəbiyyatında qadına yalnız qadın kimi deyil, həm də həyat yoldaşı, ana, tərbiyəçi və nəhayət, əmək, mübarizə yoldaşı kimi baxıl­dığından onun daxili gözəl­liyi, daxili nəcibliyi də xüsusi əhəmiyyət kəsb edir» (82, 106). Cahan­gir Dal­ğı­­nın gözəl­ləmə­lərinin əksəri gözəl­ləmə ilə ustadnamə sərhəddin­dədir. Yəni gözəl­ləmərində nəsihətamiz ibarələr olduğu kimi, ustadnamələrində də bir şuxluq, şən əhval-ruhiyyə duyulur. Bu da, tə­bii ki, zamanın tələ­bindən irəli gəlir. «Gövhərim» adlı gözəlləmə­sin­də gözəlin əx­laqi keyfiyyət­ləri, dərin mə­nəvi aləmi­ni açıqlamaqla bərabər, həm də müəyyən nə­si­hət xarakteri daşıyır. Bu qəbil şeir­lər ustad­namə ilə gözəl­ləmənin sərhə­dində du­rur:

Yaxşı nəzər qılın Laçın tək quşa,

O cövlan vuranda gəlməzmi xoşa?

Hər sözdən bir məna cəm etmək başa,

Lazım gələr nəsihətdir, gövhərim (78).

Digər «Zay olarsan tez» rədifli ustad­na­məsində sənətkar gö­zəllərə belə mü­ra­ciət edir:

Cahangir Dalğınam, sən al öyüdü,

Bəsləmə bağında barsız söyüdü,

Ümid, arxa bilsən hər yetən hürü,

Qanlı günbəzlərə tay olarsan tez (78).

Cahangir Dalğın burada gözələ namərd sözü­nə uymamağı, müxənnət oxun­dan yan qaçmağı məs­lə­hət görür.

Aşıq Dalğın yaradıcılığını təbiət təsvirləri daha da zəngin­ləşdirir. Onun liri­kasında təbiət mənzə­rə­ləri, təbiət gözəllikləri ayrıca, təcrid olun­muş hal­da deyil, insanın əhvali-ruhiyyəsi ilə bağ­lı tərənnüm olunmuşdur. Aşıq Dalğın poe­zi­yasın­da yurdunun yamyaşıl təbiətinin füsünkar gözəl­lik­lərini ən xırda incəliklərinə qə­dər vəsf etməyə ça­lış­mışdır.

Ənənəvi inanclara görə insan dərdini suya, da­ğa danışır. Dağ­lar həmçinin aşıqların həya­tın­dan, zəma­nədən, vəfasız sev­gili­dən şika­yət­ et­diyi dərdli-qəmli vaxtlarında yön tutduqları bir müraciət obyekti olmuşdur. Eyni zamanda dağlar aşıq ədə­biy­­yatın­da­ mərd­lik, vətənpərvərlik, ucalıq, möhkəmlik rəmzi ki­mi verilmişdir. Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Əlixan və baş­qa­­ları­nın­ yaratdığı «Dağlar» qoşma­larından fərqli ola­raq, Aşıq Dalğın Böyük Qafqazın rəngarəng yamac­la­rı­nı, yüksək zirvələ­rini tam dolğunluğu, əlvan reallığı ilə əks et­dirməyə çalış­mış­dır:

Cüyürlü, ceyranlı yaylaqlarına,

İlk dəfə düşübdür güzarım, dağlar.

Sizdəki təbiət başqa nemətdir,

Sizlə qüdrətlənir Azərim, dağlar (78).

Aşıq Dalğının təbiət mövzusunda yazdığı şeirləri iki qrupa böl­mək olar: birinci qrupa aid olan nümunələrdə el sənətkarı, xüsusilə, bahar fəs­lində təbiətin gözəlliyindən cuşa gələrək, onun yaşıl don geyinən yamaclarını, min bir rəngə ça­lan çiçəklərini vəsf etmişdir. «L» hərfi üstündə ya­rat­­­­dığı «Dal­ba­dal» qoşması yük­sək sənətkarlıq nümunəsi olmaqla yanaşı, həm də əsrarəngiz tə­bi­ət gözəllik­lərinin tərənnüm­çüsü kimi çıxış etməklə məşhur ol­muş­­dur. Yeri gəl­miş­kən, onu da qeyd edim ki, aşığın «Dağ­lar», «Dalbadal» qoşmaları bu­ gün də sənətçi­lərin repertuarlarından düşmür:

Leysan yağar, pərvazlanar çəmən-çöl,

Lalə bitər, güllər açar dalbadal.

Laçın cövlan vurar, oxuyar bülbül,

Leylilərin seyri gələr dalbadal (78).

Qoşmanın sonrakı bəndində Aşıq Dal­ğın insan­la­ra­ layiqli işlə ad qazan­mağı, qalan ömrü boş yerə hədər verməməyi, ləng hərəkət et­məməyi məsləhət görür. Xüs­usən, bu yaradıcılıq for­masına biz Molla Cuma, Aşıq Dalğın, Aşıq Va­leh­ poezi­ya­sında da rast gəlirik. «Durnalar» mövzusunun klas­sik poeziyada Vaqif, Vidadi xoş zövq və ustalıqla ifadə edərək əsl poetik şedevr yaratmışlar. Lakin hər iki şeirdən fərqli ola­raq, Aşıq Dalğın yaşa­dı­ğı dövrə uyğun olaraq durnaları azad bir zəmanədə heç bir ma­neəyə rast gəlmədən sərbəst qanad ça­laraq istədikləri səmtə uçmalarını təsvir edir. Sələflərinin durnalara müra­ciə­tin­­də qürbət, ayrılıq və pessimizm notları duyu­lur­dusa, onun müraciəti nikbin sonluqla bitir. Durnaları arzuladığı məkanda sərbəst görüb sevinir. Bu xüsusiyyətə biz digər «Durnalar» şeirlərində təsadüf et­mi­rik:

Yoxdur insanlarda qəribi-zarlıq,

Qalmayıb cəlladlar, dərin zindanlar.

İndi var məhəbbət, bir də ki varlıq,

Gəlin, bu çəməndə gəzin, durnalar (78).

Təbiət gözəlliyinə həsr olunmuş şeirlərin ikinci qrupu daha dolğundur. Bu şeir­lərdə insan psixolo­gi­ya­­sını, daxili hiss-həyə­can­larını duymaq olur. Us­tad sənətkar təbiətin gözəlliyini bədii vasitə kimi qələmə alır, əsas məqsəd isə insanla, onun saf sevgisi ilə bağlı olan məsələlərdir. Cığalı təcnisinin birində belə deyir:

Kamil ovçu, gəl yarama əl atma,

Bir cüt sona geniş göldə üzəndə.

Aşıq deyər üzəndə,

Bir cüt sona üzəndə.

Onların baxışları,

O vaxt olur yüzyandə.

Sən özündən gəl elə bir imtahan,

Necə olur əlin yardan üzəndə (78).

Göründüyü kimi, Aşıq Dalğın xalq şeiri formasına büsbütün riayət etmiş, onun element­lə­rini yerli-yerində düzmüşdür. Şeirdə bu daha əsasdır. Çünki forma cı­ğalı təcnisdə çox mühüm­dür və sənətkardan bunu yaratmaq üçün xüsusi istedad tə­ləb edir. Aşıq təcnisdə dərin poetik nü­mu­nələr yarat­maqla bərabər, həm də se­vən aşiqin daxili psixo­logiyasını, keçirdiyi hiss-həyəcanını bədii bo­yalarla ver­mə­yi bacarmalıdır. Aşıq Dal­ğının yara­dıcılığında təcnis janrının xüsusi yeri var. Bəzi folk­lor­şü­nas alimlərimiz təcnisə janr kimi deyil, poetik füqur kimi baxırlar (73, 10-30; 89, 125-126; 25, 168-169; 71, 6; 51, 16-17; 31, 7; 7, 19). De­mək olar ki, sənətkar yara­dı­cı­lı­ğın­­da təcnisin bütün forma­la­rın­dan istifadə etmiş­dir. Prof. M.H.Təh­masib haqlı ola­­raq məqalə­lə­rinin birində qeyd etmişdir ki, təcnis yaratmaq üçün sənətkar hər şey­dən öncə, dilə hakim olmalı, onun incəliklərinə vaqif olmalıdır (117, 5-6). Dalğın cı­ğalı təcnislərinin birində tale­yindən giley­lənir. Aşıq hiss-həyəcanını məzmunlu ifadə tərzi və dolğun boyalarla təsvir edir:

Yenə mən neylədim qanlı fələyə,

Taleyin sərinə nə qara bağlar,

Mən aşiqəm nə qara,

Xumar zülfün nə qara,

Fələk bir gün vermədi,

Nə ağ olsun, nə qara.

Bahar min büsatla çalsa nağara,

Bəxtini çovğuna, nə qara bağlar (78).

Aşıq Cahangir təcnisin sirlərinə yiyələnmək üçün ustad aşıq­ları dinləmiş da­ha sonra əliabadlı Aşıq Əlidən dərs almışdır. Onun təbiət möv­zu­sunda yazıl­mış təcnislərdən biri də «Gedər-gəlməz» təc­nisi­dir:­

Yay fəslində dağda olar qar tala,

Bağrın yansa, get əzizim, qar tala.

Əmlik quzu şikar olsa qartala,

İçəndə qanını eyləməzmi, if-if,

Çoban qoyun sürüsüylə keçəndə,

Görüb bu haləti hay eylər of-of (78).

Yeri gəlmişkən, onu da qeyd edək ki, bu janrın ondan çox növündə qələ­mi­ni sına­yan aşı­ğın yaradıcılığında təcnisin özünə­məx­sus yeri duyul­maq­da­dır. Xü­susən də, təcnisin gedər-gəlməz və ya nəfəsçəkmə növündə yazmaq aşıq­dan­ bö­yük məharət tələb edir. Bu təcnisin ilk dəfə görkəmli saz və söz ustası Aşıq Nə­cəf tərəfindən yarandığı qeyd edil­mişdir (121, 122). Bəzən təcnisi bir mənalı şəkildə ay­rıca janr kimi deyil, şeir forması kimi qəbul edənlər də var ki, burada müəyyən ba­xımdan həqiqətə uyğunluq var (73, 78-79). Zaqatala aşıq­larının yara­dı­cı­lı­ğı­nı araşdırarkən əksər şeir şəkilləri ilə bərabər bu formaya təsa­düf edirik.

Bu təcnisin digər təcnislərdən fərqi və çətinliyi onun da əsas əlaməti olan nə­fəs­çəkmənin düzəl­mə­si­dir. Belə ki, nəfəsin veril­məsi ilə çıxarıl­ması səsin yarat­dı­ğı hiss-həyə­candan rədif kimi istifadə olunur. Eyni zamanda nəfəsin alınması pro­se­si­nin geri qayıtması təkrar olunmur. Şair əhvalını bu təcnisə uyğun ifadə etmişdir (121, 182).

Dalğın deyər, qismət olsun sinəsin,

Sirr verməkçin dost-dostunu sınasın.

Dost yolunda dost görəndə sinəsin,

Ağrı çəkən onda eyləməzmi if?

Xilas olan gəlsə əgər üz qoyub,

Vəfalı dost görər hay eylər of-of (78).

Aşıq Nəcəfin «Gedər-gəlməz» təcnisinə diqqət edək:

Çalış hər bir işə yara yetəndə,

Dərdə əlac olar yara yetəndə,

Həsrət çəkən könül yara yetəndə,

Görüş zamanında eyləməzmi iss...

Bir bədəsil çıxsa yaxşı nəsildən,

Görənlər ah çəkib, ay eylər of-of (17, 87).

Göründüyü kimi, təcnis quruluş etibarı ilə bir-birinə yaxın olsa da, məzmun-ide­ya baxımın­dan tamamilə baş­qadır. Əgər Aşıq Dalğın öz təcnisində və­falı dost­luq­dan söhbət açılmışsa, Aşıq Nəcəfin yaratdığı ilk nümunədən yara yet­mə­yin çətin­li­yi önə çəkilmişdir. Cahangir Dalğının yaradı­cılığında yer tutan möv­zu­lardan biri də vətənpər­vərlikdir. O, Vətənin hər qarışına böyük mə­həbbət bəs­lə­miş, onun su­yu­na, çörəyinə böyük qayğı ilə ya­naşmışdır. Belə ki, «Dürlü san» qoş­ma­sında fikir­lə­ri­ni, Vətənə olan məhəbbətini belə ifadə edir:

Yerdə, göydə həyat verən insana,

Biri oddur, biri sudur, biri nan.

Hər şeydən əzizdir, hər şeydən baha,

Biri ana, biri vətən, bir can (78).

Beş bənddən ibarət olan bu şeirin son bən­din­də daha çox bəşəri arzular hiss olu­nur.

İnsanla insanın hər məhəbbəti,

Bir etibar, bir səxavət, dürlü san.

Aşıq Dalğının yazdığı vətənpərvərlik şeir­ləri­­­ni əsasən iki qru­pa bölmək olar:

1. qürbət eldə sıxıntı çəkən aşiqin vətən­pərvərlik duyğuları;

2. bəşəri hisslər, «Vətən», «Düşən kim» gəray­lılarını bu ba­xımdan yüksək qiy­mətləndirmək olar:

«Düşən kimi» gəraylısını aşıq daha çox öz acı həyatı ilə bağlamışdır:

Coşğun deyər, ümidim var,

Ölsəm də mən, adım qalar.

Hal bilənim şəksiz yanar,

Canım oda düşən kimi (78).

Aşığın yaradıcılığında ən çox müraciət olunan janr qoşmadır. Bu janrda demək olar ki, Aşıq Dalğın bir çox problemlərə toxun­muş və yeri gəldikcə şeir ya­zıb saz çalmaqda, məclis aparmaqda özünü ustad hesab etmişdir. Onbirlik şeir şək­lindən ibarət olan qoş­manın bir çox növlərində (ayaqlı qoşma, qoşa­yarpaq qoş­ma) nümu­nələr yaradan Aşıq Dalğın daha çox təkrirlərdən istifadə etmişdir. Buna misal olaraq «Necə oldu», «Sənsən», «Yarı böl», «Gö­rəndə» və s. adı­­nı çək­mək olar. Aşıq Dalğının yarat­mış ol­du­ğu qoş­ma­ların əsas ideyasını di­ni və ürfani dünya­görüşün təbliği, zəmanədən, sevgili­sindən şi­ka­yət, hakim qüv­və­lə­rin tənqidi təşkil edir.

Hakimə əyilməz, başım nə dinə,

Köksüm ki, hərarət borc verin günə.

Üç şeydən məsafə bildim əfsanə,

Haqqa aşıq olanlar söyləyəcəkdir (78).

«Sözüm budur» qoşmasında isə elinə də­yər­li məsləhətlər verir:

Dalğın deyər, sözüm büdür qanana,

Heç kim əl atmasın indi yalana.

Həyat gərdişindən dalda qalana,

Sözüm düzdür, danma, yola sal məni (78).

Aşıq Dalğın xalq şeirinin bütün incəliklərini dərindən mənimsəmişdir.

Aşıq Dalğın yaradıcılığında ictimai-siyasi məz­muna və fikrin fəlsəfi mə­qa­mı­na çox fikir verir. Bu dünyada nə varlının, nə də yoxsulun olmasına razı olma­yan Aşıq Dalğın insanlar arasında bərabər­liyi ən ümdə və vacib şərtlərdən biri hesab edir. Onun nəzərində dünyanı yalnız doğru söz, doğru düşüncə və doğru əməl sa­hib­ləri qoruya bilər. Bəzən şeirlərində Allaha müraciət edən sənət­kar bu dünyada tut­duğu mövqedən asılı olmayaraq, hər kəsə əməlinə görə dəyər verilməyini is­tə­yir. «Yarı böl» qoşması bunun gözəl nümunəsi hesab oluna bilər:

Şahlar şahı, qulum edir iltimas,

Məndə olan müşkül halı yarı böl,

Haqq-hesabı məhşər günə saxlama,

Hamısını qoy, mülki-malı yarı böl (78).

Doğru yoldan yayınanların cəzasını məhşər gününə qalmasını istəməyən us­tad hakim qüv­və­lərin, müftəxorların mal-mülkünün məzlum bənd­ə­lərlə yarı bölünməsi arzusun­dadır:

Kimi deyim qəlbi çıxıb qaradan,

İsgəndər, Süleyman kam aldı hardan.

Məzlum bəndələrə, taclı şahlardan

Al əlindən cah-calalı yarı böl (78).

Sənətkar ustadnamələrində də bir-birindən rən­ga­­rəng, məzmunlu məcazlar sis­temini yaradır:

Həyata nəzər sal, vacib söz topla,

Gir dərin dəryada doğru, düz topla.

Həqiqətdən, mərifətdən yaz topla,

Ləhcənin, məzmunun gövhəri olsun (78).

Öyüd-nəsihət xarakteri daşıyan ustadnamələr Cahangir Dal­ğı­nın yara­dı­cı­lı­ğın­da özünəməxsus yer tutur. Bildiyiniz kimi, aşıq sənəti yarandığı ilk dövr­lər­dən hə­mişə xalqın həyatını tərənnüm etmiş, onun dərdinə şərik olmuş, uğuruna sevin­miş, xalqı əmin-amanlığa səsləmiş, xeyirxah işlərini alqışlamaqla bərabər, na­dan­lı­ğı, namərdliyi pis­ləmiş, müdrik kəlamları ilə gənclərə öyüd-nə­si­hət ver­miş,­ həm də nəsillərin tərbiyəçisi olmuşdur. «Ustadnamə» ustad nəsihəti, ustad sö­zü, ustad vəsiy­yəti deməkdir» (48, 41). Aşıq Dalğın ustad­namələrində xalq kəlam­la­rın­dan, ata­lar söz­lə­rin­dən bəhrələnmişdir. Onun ustad­na­mələrinin mövzuları çox­şa­xəlidir. Aşığın «Danış» adlı ustad­na­mə­si öz şagirdlərinə verdiyi dəyərli nə­si­hətlərlə zəngindir:

Dünyada xalq olub, arifəm deyən,

Məclislərdə ağır otur, az danış.

Yüz suala bir kəlməylə cavab ver,

Yaxşı dinlə, aşkar dillən, düz danış (78).

Altı bənddən ibarət olan bu ustadnamədə əvvəldən axıra kimi ustad-şagird ənə­nəsinin şərt­ləri, məclislərdə özünü aparmaq qay­daların­dan danışılır. «Düşən­də»­ adlı ustadnaməsində isə ustad həm yüksək bədiilik nümayiş etdirmiş, həm də sö­­zə fəlsəfi çalar vermişdir:

Nər suda yaşamaz, quruda balıq,

Qartalam deyənlər etməz qarğalıq.

Neynəsin, o zaman gənclik, qocalıq,

İgidin qılıncı daşa düşəndə.


Parla, ulduz aləmində birləşəndə ay,

Günün zərrəsinə ola bilməz tay.

Sakitləşir birdən-birə coşan çay,

Zirvələrdən o enişə düşəndə (78).

Aşıq sənətinin incəliklərini bilən, zəngin həyat və yaradıcılıq yolu keçən Aşıq Dalğının ustad­namələri sənət­karlıq xüsusiyyətlə­rinə və kamilliyinə görə əvəzolun­mazdır. İstər mövzu, istər ideya baxımından mənbəyini xalq həya­tın­dan alan Dal­ğı­nın nəsihətna­mələri yüksək bədii dəyərə, böyük tərbiyəvi əhə­miy­yətə malikdir. Prof. M.Həkimov ustadnamələrdə qüvvətli məntiq, oxu­cu­nu-din­lə­yi­ci­ni hər an düşündürən fəlsəfi və didaktik məsə­lələrin ön plana çəkil­di­yi­ni qeyd etmişdir (49, 450).

Belə ki, sənətkar «Səni» adlı ustadnaməsində övlad­larını pis yoldaşdan uzaq durmağı məs­ləhət görür:

Nabələd məkanda qəribsən özün,

Mərdə danışmasan ötməz bir sözün.

Peymanın çağlayıb danışsan düzün,

Cibindən pul verib atdırar səni (78).

Daim xalq içərisində olan aşıq bu nümu­nə­lərində yaşadığı mühitlə bağlı ciddi narazılıq və şikayətlərinə, həm də gələcəyə ümidlə baxan bir sənətkar kimi nəsi­hətamiz fikirlərini, humanist duy­ğularını, həmçinin öz şəxsi kədəri ilə bağlı düşün­cələrini bəşəri kədər və narahatçılıqlarla birlikdə ifadə etmişdir. Prof. Vaqif Vəliyevə görə, el sənət­karları həmişə xalqın güzaranını, arzu və istəklərini hə­qi­qət­ə­uyğun şəkildə təsvir və tərənnüm etmişlər (122, 23). Çox təəssüf ki, Aşıq Dal­ğı­nın icti­mai-siyasi mövzuda yazılmış 20-dən çox nəsihətamiz ustadnaməsi əl­yaz­ma­larının içəri­sindən oğurlan­mış­dır.

Aşıq Dalğının yaradıcılı­ğında ustadnamə, qoş­ma ilə yanaşı, digər aparıcı janrlar da üstünlük təşkil edir. Belə ki, 15-dən çox müxəmməsi, müx­təlif növlərdə 30-a yaxın təcnisi, 13 gəraylısı, 7 deyişməsi və nəhayət 4 qıfılbəndi məlumdur. Təc­­­nisləri ideya, bədii təsvir vasitələrinin, məcazlar sisteminin çox­luğu ba­xı­mın­dan daha diqqətə­layiq­dir. Sənətkar «Bilmək olsa» təcnisində qalamaq, dolan­maq fel­­lə­rin­dən yerli-yerində, çoxmənalılıq çalarlarında isti­fadə etmişdir:

Coşqun deyər, ana oldun, qal ana,

Rəhmət gedən kəsə, sağlıq qalana,

Bir könül ki eşq oduna qalana,

O könül də məhəbbətə hayandır (78).

«Başa baş» rədifli digər təcnisində isə «baş», «üz», «yaş» kimi çoxmənalı söz­­­­­lərinin məna çalar­la­rını çox məharətlə və yerli-yerində işlədə bilmişdir. Onun arxi­vin­dən əldə etdiyimiz bu nümunə qubalı şair Rə­him Alxasa yazılmışdır:

Gənc yaşımda mən gördüyüm işlərə

Səbr ilə nəzər saldım başa-baş.

Aşıq olan başa-baş

Dərsi alsın başa-baş.

Mərd ilə çörək kəsən

Mərdlik etsin başa-baş.

Mərd olanlar öz başını ucaldar,

Namərdlərə dərd tapdırar başa-baş (78).

Şair Rəhim Alxas Aşıq Dalğın yaradıcılığına böyük rəğbətlə yanaşmiş, onu ka­mil söz sərrafı adlandırmışdır. Bu sənətkarlar yeri gəldikcə bir-birinin yaradıcı­lı­ğın­­dakı nöq­sanları da tənqid hədəfinə tutmaqdan çəkinməmişdir. On­ların yazış­ma­­larından mə­lum olur ki, islam dinini mükəm­məl səviyyədə bilmiş­lər. Aşıq Dal­­­ğı­nın şair Alxasa yazıb göndərdiyi bağlaması müəyyən səbəb­lərdən onun arxi­vin­dən­ itsə də, Rəhim Alxasın ona göndərdiyi cavab məktubu qoru­nub sax­la­­­nılır:

Rəhimin köksündə neçə dağı var,

Bil ki, hər cənnətin yeddi bağı var.

Tutub cəhənnəmdə min günah qərar,

Saysan əzab çəkən həyacanımdı (78).

Aşığın zəngin irsindən «Sərin dolansın», «Ata-at» kimi təc­nis­lərini məz­mun və forma ba­xımın­dan dərin düşüncə, böyük mə­harətlə yazılmış ən kamil şeir nü­mu­nələri kimi qiymətləndirmək olar:

Günlərin bir günü çıxdım bazara,

O gündə də aldı mənə ata at,

Dünyanın malına bərabər idi,

Versələr, vermərəm yüz min ata-at (78).

Göstərilən nümunədə maraqlı cəhətlərdən biri də budur ki, təcnisdə konkret bir süjet xət­ti var. Bu xüsusiyyətə biz Aşıq Əzimin yaradıcı­lığında da təsadüf edirik. Şeir­də konkret bir süjet xəttinin olması mühiti səciyyələndirən xüsu­si­y­yət­lər­­dən­dir. Gö­rün­­düyü kimi, sözün çoxmənalı­lığından məharətlə istifadə etmiş sə­nət­­ka­rın bu təcnisində həm də çox dolğun fikir aşılanır. Prof. Qara Namazov qeyd etmişdir ki, «Aşıq gördüyündən, eşit­diyin­dən yazar» (82, 129).

«Ata-at» təcnisi doğrudan da, aşığın həyatında unudulmaz iz qoyan bir ha­di­sə ilə bağlı yaranmışdır.

Aşıq Dalğının altı dodaqdəyməzi arasında «Tərsinə döndü», «Sən də al» şeir­­ləri xüsusi yer tutur:

Tərs keçdi adnalar, tərs dolandı ay,

Tərs ilin girişi tərsinə döndü.

Tərs xəyalında tərs olar arzusu,

Tərs edən hər işi tərsinə döndü (78).

Aşıq Dalğın yaradıcılığında deyişmə qıfıl­bənd və müxəmməs janrlarından da ustalıqla istifadə etmişdir. Aşıq ənənəsində möv­cud olan məktub­laşma, müəşşarə (şeirləşmə) kimi çətin janrı us­tad statusuna yiyələnmiş Dalğın dərin­dən bilirdi. O, şair Alxasla tez-tez məktublaşmış və bir çox maraqlı deyişmə­lə­rini yarat­mış­dır­lar.

Aşıq Cahangir Dalğının bir çox şeirlərində sevgisinə qovuş­mayan aşiqin çəkdiyi iztirablar əks olunur. Aşıq çox zaman sev­dasını pozan kəsləri qarğış edir. «Bitməsin» rədifli şeirində şeytan əmə­linə uyan insanların pis əməlləri tən­qid­ edi­lir,­ pis düşüncə, pis əməl sahibləri qarğışlanır:

Bu fani dünyada düşdüm sevdaya,

Sevdanı pozanın gülü bitməsin.

Çəkdiyi zəhməti qoy getsin zaya,

Nə əksə, yanında gülü bitməsin (78).

Bu nü­munədən göründüyü kimi, sənətkar sələflərinin qoydu­ğu ənənəyə la­zı­mın­ca sa­diq qa­lmış­­dır.

Aşıq ədəbiy­yatında, ayrı-ayrı dastan­la­rı­mızda şikayət, qarğış xarakteri da­şı­yan nümu­nələrə də təsadüf edirik. «Qurbani» das­tanında Qurbani başına mü­si­bətlər gətirmiş vəziri qarğıyır:

Vəzir, səni qarğıyıram,

Haqq muradın yetirməsin,

Göydən min bir bəla ensə,

Birin səndən ötürməsin (24,76).

Haqq aşığının qarğışı qarğış, alqışı alqış olur-deyirlər. Əgər bu nümunədə qar­ğış konkret şəxsə ünvanlanıbsa, Aşıq Dalğının poeziyasında bu ümumiləşmiş şək­ildə nəzərə çarpır. El arasında Dalğının baş verəcək hadisələri əvvəlcə­dən du­ya­ bildiyi barəsində fikirlər də səslənməkdədir.

Burada diqqəti iki məsələyə yönəltmək istə­yi­rik. Birinci, aşıq kimi tanınan Dal­­ğın, nədənsə, şeir­lərinin əksəriyyətində özünü şair kimi qələmə verir. Doğ­ru­dan da, bu xüsusiyyət ondan irəli gəlir ki, Zaqatala aşıq mühitində yaşayıb-ya­ra­dan sənət­ka­r­ların əksəriyyəti ilkin olaraq sözə üstünlük vermiş, sonradan sözlə-sazı vəh­­dət­də götür­müş­lər. Daha dəqiq desək, bunlar sənətə aşiqlikdən gəlmiş­lər. İkinci məsələ, Aşıq Dal­ğı­nın əksər şeirlərində tarixən mövcud olan aşıq­larımızın adı­nı tez-tez yada salmasıdır. Bu da, təbii ki, Zaqatala aşıq mühi­tində müəyyən ta­rixi ənənənin mövcud olma­sı­na və bu ənənənin layiqincə davam etmə­sinə işa­rə­dir.

Hər zaman həqiqət carçısı olan, aşıq şeirinin müxtəlif şəkil­lərində səkkiz yüzdən çox şeiri bizə məlum olan Aşıq Dalğın yaradıcılığı özündən sonra gələn yaradıcı və ifaçı aşıqlar üçün böyük bir örnək olacaqdır.

Çağdaş dövrün ustad aşıqları içərisində yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilənlərdən biri də Aşıq Mədətdir. Aşıq Mədət Rama­zan oğlu Ömərov 1934-cü ildə Varxiyan (indiki Bəhmədli) kəndinin yoxsul ailələrindən birində anadan olmuşdur. Yaşadığı yer haqqında şeirlərindən birində belə deyir:

Yurdum Varxiyandır, Mədətdir ismim,

Vaxt olar torpağa qarışar cismim.

Sinəmdə telli saz görünər rəsmim,

Məni sevənlərə bir yadigardır (78).

Zurna alətinin mahir ifaçı­la­rından olan Aşıq Mədətin babası o dövrün bacarıqlı el sənətkarı olmuşdur. Dayısı Araz isə ustadlar sırasında yeri olan aşıqlarımızdan olmuş­dur. Aşıq Mədətin de­di­yinə görə, ba­ba­sını və dayısını görən­də onun beş yaşı varmış. 1939-cu ildə II dünya mü­ha­ri­bə­si başlanan kimi, dayısı Araz könüllü müha­ribəyə yola düşür. Mədətin anası Əminə xanım Arazın böyük və istəkli bacısı olduğundan az yaşlı oğlu Bayramı ona həvalə edir. Araz gedər­kən sazını Əminə xanıma verərək 6 yaş­lı Mədəti gös­tə­­rmiş və demişdir: «Bacım, bu uşax atamın və mə­nim­ sənətimin layixli davamçısı ola­cax». Aşıq bu barədə şeirlərinin birində aşağıdakı kimi yazmışdır:

Arazam, söylərəm ərzü-halımı,

Neylirəm vətənsiz dünya malını,

Gözləməyin, siz gedənin yolunu,

Mən gedirəm, ya gəlləm, ya gəlmənəm? (78).

Doğrudan da, zaman gəldi ki, yeddi yaşı olan balaca Mədət dayısından ya­di­gar qalan sazı çalıb oxumağa başlamışdır. 8-9 yaşlı uşağın saz çalıb oxuması ilk ba­xış­­dan qəribə görünsə də, bu, həqiqətdir. Müharibədən geri qayıtmayan da­yı­sı­nın əl­yaz­maları bizə məlum olmayan səbəblərə görə yandırılmışdır. Aşıq Mə­də­tin de­di­yi­nə əsasən, Layısqılı Molla Cuma tez-tez Zaqatalaya gəlmiş, onun babasının evin­də qonaq olmuş, dayısı Aşıq Arazla birgə məclislər aparmışdır. Aşıq Mədət da­yı­sı­ Aşıq Arazın toyunu Mol­la Cumanın apardığını da bildirir. Görünür, Aşıq Araz ata­sının vasitəsilə Molla Cuma ilə hələ gənc yaşlarında yaxınlıq etmiş, sə­nət əla­qə­ləri yaratmışlar. Aşıq Araz Molla Cumaya şagirdlik et­məsə də, amma us­tad­dan aşıq sənətinin sirlərini lazımınca mənim­siyə bilmişdir. Yeri gəldik­cə şeir­lə­rin­də bu barədə deyir:

Molla Cuma verib mənə dərsini,

Sənətə bağladım ömrün yarsını.

Seçə bilməm bu yolların tərsini,

Mən gedirəm, ya gəlləm, ya gəlmənəm (78).

Aşıq Arazın bir dastanı da olmuşdur, amma təəssüf ki, tam şəkildə döv­rü­mü­zə qədər gəlib çatmamışdır. El arasında dastanın kiçik hissələri dolaş­maq­da­dır. Aşıq Mədətin yaradıcılığı 7-ci si­nif­­də oxuyarkən aş­kar­la­nmışdır. Müəllimlərin hə­min vaxtdan is­tedadlı şagird kimi tanıdıqları Mədəti Var­xi­yan kənd orta mək­təbinin ədəbiyyat dərnəyinə yazırlar. Ondan sonra Aşıq Mə­də­tə el şənlik­lə­rini, toy məclislərini aparmaq təklifi edilir. O vaxtdan aşıq adını alan sənətkar el şənliklərində, toy məclis­lə­rində alqışlanmış və ayrı-ayrı us­tad aşıq­larla deyişib uğur qazanmışdır. Sənət­karın ömür yolu rəngarəng, maraqlı ol­du­ğu qədər də acınacaqlı keç­miş­­dir. «Ömrümün» rədifli qoşmasında bu barə­də deyir:

Mədətəm, vermişəm ömrümü bada,

İnləyə-inləyə cövrü-cəfada,

Var-dövlətim olmasa da dünyada,

El-aləmə sözü qalıb ömrümün (78).

Saz-söz ocağında böyüyüb boya-başa çatması və Aşıq Mə­həmmədin, Mola Cumanın və da­yı­sı­ Aşıq Arazın sənətkarlıq ir­si­ni dərindən mənimsə­məsi onun qüdrətli bir ustad aşıq kimi yetişməsinə şərait yaratmışdır. O, günahsız yerə öm­rünün bir neçə ilini həbsdə keçirməli olmuşdur. Aşıq Mədət özü haqqında belə de­mişdir: «Mən günahsız olsam da, haqsız yerə nə türmədə keçir­diyim günlərə, nə də ta­leyin mənə bəxş etdiyi acılardan şikayət etmək istəmirəm. Çünki o pis günlər mə­­nə yaxşı günlərin qədrini bilməyi öyrətdi. Belə ki, ustad sənətkar həyatın yal­nız­ sərt üzünü, acısını qismət eləyən taleyi ilə barışır, onu özünə dost hesab etmişdir. Məhz bu cəhətdən onun «Aşıq Mədət və Tale» adlı av­tobioq­rafik səciy­yə da­şı­yan dastanı daha böyük dəyərə malikdir:



Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə