Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə1/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
  1   2   3   4   5   6   7   8   9   ...   101



 2 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
GENETİK EHTİYATLAR İNSTİTUTU 
 
 
 
R.T. ƏLİYEV, M.Ə. ABBASOV,  
V.R. RƏHİMLİ 
 
 
STRES VƏ BİTKİLƏRİN 
ADAPTASİYASI 
 
      
 
 
             
Azərbaycan Milli Elmlər Akademiyasının 
Aqrar Elmlər Bölməsinin 19. 11. 2013-cü il  
tarixli 6 saylı qərarı ilə nəşr olunur. 
         
        
 
 
 
 
 
BAKI  –  “ELM”  –  2014 


 

Elmi redaktorAMEA-nın həqiqi üzvü,  
        
biologiya elmləri doktoru,  
        
professor İradə Məmməd qızı Hüseynova  
 
 
     
Rəyçilər:    
biologiya elmləri doktoru,  
        
professor Ellada Mirəli qızı Axundova 
 
  
 
biologiya elmləri doktoru,  
        
professor Ziya Qəhrəman oğlu Əbilov 
    
      
          
R.T. Əliyev, M.Ə. Abbasov, V.R. Rəhimli.  
Stres və bitkilərin adaptasiyası. Bakı: “Elm”, 2014,  
348 səh.       
 
İSBN 978-9952-453-90-9 
Stres amillər canlı orqanizmlərin, xüsusilə, bitkilərin həyat fəaliyyə-
tinə mənfi təsir etməklə onların inkişafını məhdudlaşdırır və məhsuldarlı-
ğını aşağı salır. Bu baxımdan stres amillərin bitkilərə təsirinin öyrənilməsi 
və  adaptasiya  mexanizmlərinin  aşkar  edilməsi  hüceyrədə  stresin  tənzim-
lənməsində mühüm rol oynayır. Kitabda quraqlıq və şoranlıq stres amillə-
rinin  bitkilərə,  xüsusilə  kənd  təsərrüfatı  bitkilərinə  təsiri,  stresə  davam-
lılığın fizioloji-genetik  əsasları və  qiymətləndirilməsi haqqında  geniş  mə-
lumat verilmişdir. Eyni zamanda buğda, arpa və qarğıdalı bitkiləri üzərin-
də müəlliflər tərəfindən aparılmış elmi-tədqiqat işlərinin nəticələri də geniş 
şərh olunmuşdur. Əldə edilmiş təcrübi nəticələr bitkilərin stresə davamlılıq 
mexanizminin aydınlaşdırılmasında faydalı ola bilər.  
Kitabdan universitetlərin biologiya və  kənd təsərrüfatı  ixtisasları üz-
rə təhsil alan tələbə, magistr  və doktorantları, həmçinin elmi-tədqiqat  ins-
titutlarının bitki fiziologiyası, molekulyar biologiya, genetika və seleksiya 
sahəsində çalışan tədqiqatçı- mütəxəssisləri istifadə edə bilərlər. 
        
                                                                       
                                                                             © “Elm” nəşriyyatı, 2014


 4 
G İ R İ Ş 
 
Müasir  dünyada  baş  verən  qlobal  iqlim  dəyişiklikləri 
yer  kürəsində  ekoloji  vəziyyətin  ağırlaşmasına,  quraqlıq  və 
duzluluq kimi  stres amillərin inkişafına, bir sıra qiymətli bit-
ki  növlərinin məhv olmasına  səbəb olmuşdur  ki, bu da  gələ-
cəkdə  insanların  qida  məhsullarına  olan  təlabatının  ödənil-
məsində  ciddi  çətinliklərin  yaranmasına  gətirib  çıxara  bilər. 
Buna  görə  də,  əlverişsiz  torpaq  iqlim  şəraitində  becərilə  bi-
lən, müxtəlif streslərə, o cümlədən, quraqlıq və şoranlığa da-
vamlı bitki genotiplərindən istifadə etməklə, daha məhsuldar 
və  stres  amillərə davamlı  yeni  bitki  sort  və formalarının  ya-
radılması  qarşıda  duran  aktual  problemlərdəndir.  Bu  prob-
lemin həlli üçün  səhralaşma  və  şoranlaşma proseslərinin qa-
rşısının  alınması  ilə  yanaşı,  stres  amillərə davamlı  gen mən-
bələrinin  üzə  çıxarılması,  davamlılığın  molekulyar-genetik 
əsaslarının tədqiqi və davamlılıq mexanizmlərinin müəyyən-
ləşdirilməsi dünya elmində ən vacib istiqamətlərdən sayılır.  
Bioloji baxımdan stres bitkinin normal inkişafını zəiflə-
dən  və  ya  onu  mənfi  istiqamətdə dəyişən  xarici  mühit  şərai-
tindəki hər  hansı bir dəyişiklik  kimi qəbul  edilir [248]. Bio-
tik  (patogen,  digər  orqanizmlərlə  rəqabət  və  s.)  və  abiotik 
(quraqlıq, duzluluq, radiasiya,  yüksək  və  aşağı  hərarət  və s.) 
streslər, bitkilərin fizioloji  fəaliyyətində dəyişikliklərə  səbəb 
olur, hüceyrədə gedən biosintetez prosesini zəiflədir, normal 
həyat  fəaliyyətini  pozur  və  son  nəticədə  bitkilərin  ölümünə 
səbəb ola bilir [249]. 
Hazırda  yer  üzərində  istifadə  olunan  torpaq  sahələrinin 
stres amillərə  görə  təsnifatında,  təbii  stres  amili  olan  quraq-
lıq  26%-dən  çox  sahəni  əhatə  edir.  Bunun  ardınca  20%-lə 
duzluluq  stresi  və  15%-lə  soyuqluq  və  ya  şaxta  stresləri 


 

gəlir.  Digər  streslər  isə  29%  təşkil  edir.  Yalnız  10%-lik  bir 
sahə  hər  hansı  bir  stresin  təsirinə  məruz  qalmır  [134].  Qu-
raqlıq stresi inkişafa və məhsuldarlığa təsir edən ən geniş ya-
yılmış  mühit  amillərindən  biri  olmaqla,  bitkilərdə  bir  çox 
fizioloji,  biokimyəvi  və  molekulyar  cavablar  induksiya  edir 
və  bitkilər  əlverişsiz  mühit  şəraitinə  adaptasiya  olunmaq 
üçün tolerant mexanizmlərı formalaşdırırlar [113]. Bu mexa-
nizmlərin öyrənilməsi, əlverişsiz xarici mühit amillərinə qar-
şı  davamlı  bitki  sort  və  formalarının  yaradılmasında  böyük 
nəzəri və təcrübi əhəmiyyət kəsb edir. 
Bütün  canlı  orqanizmlər,  o  cümlədən  bitkilər  öz  həyat 
fəaliyyəti dövründə daima yaşadıqları ətraf mühit amillərinin 
təsirinə  məruz  qalırlar.  Orqanizmlərin  xarici  mühit  amillə-
rinə  cavab  reaksiyaları  ümumi  xarakter  daşıyır.  Bu  amillər 
təbii şərait dəyişmələri (quraqlıq, duzluluq, radiasiya, yüksək 
və aşağı temperatur və s.), infeksion amillər (viruslar, bakte-
riyalar və s.) və ya digər antropogen amillər ola bilər. Bitki-
lərin yaşaması və öz həyat fəaliyyətini davam etdirməsi üçün 
onlar  dəyişilmiş  xarici  mühit  amillərinə  qarşı  adaptasiya 
olunmalıdırlar. Təkamül prosesində orqanizmlərin xarici mü-
hit  amillərinə qarşı  müxtəlif adaptasiya  yolları  yaranmış,  la-
kin  bu  amilləri  dərk  etmək  və  onlardan  müdafiə  olunmaq 
mexanizmlərı hələ tam aydınlaşdırılmamışdır [42, 69, 70]. 
Aparılan  araşdırmalar  nəticəsində  müəyyən  edilmişdir 
ki,  bitkilər  əlverişsiz  mühit  şəraitinə  –  stresə  adaptasiyada 
müəyyən rol  oynayan müxtəlif  genlərin  induksiyası  da daxil 
olmaqla, bir sıra biokimyəvi və fizioloji dəyişikliklərlə cavab 
verirlər  [42,  48].  Lakin  stres  amillərə  qarşı  həmin  cavab  re-
aksiyaları  genotipdən, stresin  təsir  müddətindən, bitkinin  in-
kişaf  fazasından,  həmçinin  toxuma  və  hüceyrənin  tipindən 
asılı olaraq müxtəlifdir. Stres  şəraitində bitkilərin tolerantlığı, 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə