Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə16/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   12   13   14   15   16   17   18   19   ...   101

 
51 
da  ilk  növbədə  orqanizmin  yaşamasına  yönəlir.  Əlverişsiz 
mühit  şəraitində  hüceyrədaxili  əlaqələrin  aktiv  şəkildə  yeni-
dən  qurulması  baş  verir.  Yenidən  qurulma  prosesində  ən 
önəmli  yeri  protein  sintezində  baş  verən  dəyişiklik  tutur. 
Lakin  qeyri  əlverişli  şəraitin  təsirindən  bitkilərin  fizioloji  və 
biokimyəvi  proseslərində  də  mühüm  dəyişiklik  baş  verir  ki, 
onları  bilmədən  bitkilərin  stresə  davamlılığını  hərtərəfli  qiy-
mətləndirmək və onun elmi izahını vermək çətindir [13]. 
Duzluluq  bitkilərin  morfoloji  və  anatomik  qurluşunda, 
fizioloji  və  biokimyəvi  halında  dəyişmələrə  səbəb  olan  və 
bitki metabolizminə təsir edən önəmli faktordur.  
Bitkilərdə duz stresinə  ilk  morfoloji reaksiya olaraq  yar-
paq,  budaq  və  köklərin  quru  və  yaş  maddələri,  həmçinin, 
yarpaq səthi kəskin azalır və beləliklə, bitkinin ümumi inkişafı 
məhdudlaşmağa başlayır. Əgər şoranlıq davam edərsə, inkişaf 
tamamilə dayanır və bitki get-gedə məhv olur [151, 310, 398].  
Marslis və Fənhuçdank [259] müəyyən etmişdilər ki, turp 
(Raphanus  sativus)  bitkisində  şoranlığın  təsirinə  görə  azalan 
quru  maddənin  80  faizi  yarpaq  səthinin  azalması,  qalan  20 
faiz  isə  ağızcıqların  az  olmasından,  qaz  mübadiləsindən  ası-
lıdır. Romeroaranda və əməkdaşları [333] göstərmişlər ki, po-
midor  bitkisinin  (Lycopersicon  esculentum)  yarpağında  ağız-
cıqların sıxlığı duzun təsiri nəticəsində azalır. Bununla yanaşı, 
yarpaqların  sayı,  hündürlüyü,  kökün  uzunluğu  və  onun  əhatə 
dairəsinin azalması da aşkar edilmişdir [273]. 
Kartof  bitkisində  (Solanum  tuberosum)  şoranlığın  təsiri 
araşdırılmış və belə müəyyən edilmişdir ki, yarpaq hüceyrələ-
rinin  arasında  olan  boşluqlar  getdikcə  daralır  və  xloroplast-
ların sayı aşağı düşür [145]. 
Duzluluq  səviyyəsi  yüksək  olan  torpaqlarda  bitən  bitki-
lər,  ümumiyyətlə,  bozumtul,  yarpaqları  maviyə  çalan  və 


 52 
donmuş  rəngdə  olurlar.  Duzlu  mühitdə  bitən  bitkilərdə  hü-
ceyrə bölünməsi və böyüməsi yavaş gedir, bu səbəbdən bitki-
lərin inkişafı zəifləyir, yarpaq səthinin böyümə sürəti azalır və 
nəticədə  fotosintezin  intensivliyi  aşağı  düşür.  Stres  şəraitinin 
davam etdiyi halda, bitkinin böyüməsi tamamilə dayana bilir. 
Duz  stresi  bitkinin  böyüməsini  azaltmaqla  yanaşı,  xlorozun, 
nekrotik ləkələrin meydana gəlməsinə, məhsuldarlığın və key-
fiyyətin azalmasına səbəb olur [36]. 
Duzluluq,  osmotik  olaraq  məhdud  su  alınması  ilə  əlaqə-
dar,  toxumların  cücərməsinə  mənfi  təsir  edir.  Bununla  bəra-
bər, duzun toksik təsirinin də cücərməni əngəllədiyi qeyd edil-
mişdir. Müxtəlif boy maddələrinin də cücərməyə təsiri bir çox 
tədqiqatçıların  işlərində  öz  əksini  tapmışdır.  Cücərməyə  ok-
sinlərin  təsiri uzun zamandan bəri müzakirə  mövzusu olmuş-
dur.  Bir  çox  tədqiqatçılar  müəyyən  etmişdir  ki,  hibberellin 
toxum cücərməsinə sürətləndirici təsir edir. Bitki toxumalarındakı 
daxili  hormon  səviyyələri  xarici  şəraitin  təsirindən  dəyişə  bilir. 
Absis  turşusu  (ABT)  miqdarının  artmasının  osmotik  və  ya  su 
stresi  ilə  əlaqədar  olması  bəzi  tədqiqatçılar  tərəfindən  sübut 
edilmişdir. Eyni zamanda fərz olunur ki, kinetin və hibberellin tur-
şusu  (GA)  kimi  boy  madələrinin  tək-tək  və  kompleks  halda 
toxumlara xaricdən verilməsi, cücərmə üçün uyğun olan fiziki və 
metabolik şəraitin əlverişli hala gətirilməsini təmin edir [38].  
Bitkinin  kök  bölgəsindəki  həll  olunan  maddələr,  mənfi  os-
motik  potensial  yaradaraq,  torpağın  su  potensialını  aşağı  salır. 
Ümumiyətlə, bitkilərin  su  ilə  tənzimlənməsi bundan çox  asılıdır. 
Çünki yarpaqlarla torpaq arasındakı su qradientini yaxınlaşdirmaq 
üçün, daha çox mənfi su potensialının yaranmasına ehtiyac vardır. 
Duzlu  torpaqlarda  yetişən  bəzi  bitkilər  turqorun  düşməsinin 
qarşısını alır və bununla da hüceyrənin böyüməsini tənzimləyə bi-
lirlər [385].    


 
53 
Torpaqda duzun artıq miqdarı ya suyun köklərə daxil olma-
sının  osmotik  ingibirləşməsi  yolu  ilə,  yaxud  spesifik  ion  təsiri 
nəticəsində  bitkilərin  böyüməsini  ləngidir.  Spesifik  ion  təsiri  isə 
ferment  aktivliyi,  hormonal  disbalans  və  ya  morfoloji  modifika-
siyalarla  əlaqələnir.  Duza  davamlı  bitkilərin  tədqiqi  zamanı  mü-
əyyən  olunmuşdur  ki,  duzluluğun  mənfi  təsiri  təkcə  daxili  məh-
lulun osmotik təzyiqinin yüksəlməsinə səbəb olmur, həm də hid-
rofil  duz  ionlarının  toxumalarda  toplanması  və  bununla  əlaqədar 
sitoplazmada  metastabil  osmotik  tarazlığın  dəyişilməsi  ilə  nəti-
cələnir.  Bu  isə  bitkilərdə  azot  və  fosfor  mübadiləsində  və  foto-
sintetik fəallıqda sintetik proseslərin tormozlanması kimi dəyişik-
liklərə  səbəb olur. Bundan  əlavə, duzluluq  stresinin  təsiri  zamanı 
bitkilərdə  endogen  stimulyatorların  və  böyümə  ingibitorlarının 
miqdar  və  nisbətinin  sonuncunun  xeyrinə  dəyişməsi  tənəffüsün 
energetik  effektliyinin  və  DNT-nin  funksional  aktivliyinin  azal-
masına  səbəb  olur.  Bütün  bunlar  son  nəticədə  məhsuldarlığı 
azaldır [89]. 
Şoranlığın bitkilərə fizioloji təsiri iki fazada baş verir: birinci 
faza duzun qısa müddətli təsirindən ibarətdir. Bu fazanın ilk mər-
hələsində,  torpağın  osmotik  potensialının  mənfiləşməsi  nəticə-
sində yarpaq hüceyrələrinin su potensialı və bitkinin inkişaf sürəti 
azalır.  Həmin  təsirin  konpensasiyası  üçün  bitki  əlavə  enerji  sərfi 
edir.  Duzluluq  stresinin  bu  fazasına  “su  stresi”-də  deyilır  [117]. 
Ikinci faza isə duzun uzun müddətli təsirlərindən ibarət olub, Na
+
 
və  Cl
-
  ionlarının  hüceyrələrdə  və  apoplastik  boşluqlarda  toplan-
ması ilə əlaqədardır. Bu da tədricən bitkidə ion tarazlığının pozul-
ması, fotosintez effektliyinin azalması və bir sıra biokimyəvi dəyi-
şikliklərə  səbəb olur. Ona  görə də bəzi ədəbiyyatlarda həmin fa-
zanı “ion stresi” adlandırırlar [288]. 
 Duzluluq stresi bitkilərdə xeyli miqdarda Na
+
 və K

top-
lanmasına səbəb olur, Cl
-
 və xüsusilə, NO
3
-
-ün daxil olmasına 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə