Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə2/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   2   3   4   5   6   7   8   9   ...   101

 6 
ilk  növbədə  onların  genomunun  aktivlik  səviyyəsindən,  gen-
lərin ekspressiyasının intensivliyindən, ilişkili gen bloklarının 
mövcudluğundan  və  s. amillərdən asılıdır [6]. Ona  görə tole-
rantlıq  mexanizmlərinin  aşkar  olunması  və  bitkilərin  stres 
amillərə  müqavimətinin  artırılması  üçün  ilk  növbədə  onların 
təsirindən bitkilərdə baş  verən fizioloji  və  genetik dəyişiklik-
ləri  müəyyən etmək, bu dəyişikliklərin, o cümlədən, müdafiə 
mexanizmlərinin stresə davamlı və həssas bitki genotiplərində 
reaksiyasını  tədqiq  etmək  lazımdır.  Belə  tədqiqatların  aparıl-
ması  həm  də  ayrı-ayrı  genotiplərdə  stres  amillərə  qarşı  da-
vamlılıqda  rol  oynayan  genlərin  müəyyən  edilməsinə  kömək 
edə  bilər.  Stresə  davamlı  gen  mənbələrinin  müəyyənləşdiril-
məsi  və  onlardan  praktiki  seleksiyada  donor  kimi  istifadə 
olunması hazırda seleksiya işlərində qarşıya qoyulan ən vacib 
problemlərdəndir  [400].  Bu  problemin  həlli,  ilk  növbədə  ge-
netik  ehtiyatların,  xüsusilə,  yabanı  və  itmək  təhlükəsi  qarşı-
sında olan  genotiplərin toplanması  və onların molekulyar  ge-
netik  səviyyədə  tədqiqini  tələb  edir.  FAO-nun  məlumatlarına 
görə, keçən əsrdə genetik müxtəlifliyin 75%-i məhv olmuşdur 
[408].  Kənd  təsərrüfatında  qohum  bitkilər  arasında  aparılan 
hibridləşmələr  və  seleksiya  işləri, bitkilərin  genetik  müxtəlif-
liyinin daralmasına və genlərin eroziyasına səbəb olmuşdır.  
Biomüxtəlifliyin  azalması bitkilərdə bircinsliyın davamlı 
olaraq artmasına gətirib çıxartmışdır ki, bu da öz növbəsində, 
genetik  depressiyanın  baş  verməsinə,  xəstəliklərin  epidemiya 
halında  yayılmasına,  iqlim  şərtlərinə uyğunlaşmanın  və məh-
suldarlığın kəskin azalmasına səbəb olmuşdur. 
Canlı hüceyrələrin əksər hissəsi təbii və sintetik toksin-
lər,  aşağı  və  yüksək  temperatur,  ağır  metallar  və  radiasiya 
da  daxil  olmaqla  müxtəlif  mühit  amillərinə  qarşı  geniş  öl-
çüdə  müqavimət  mexanizmi  inkişaf  etdirmişlər.  Son  za-


 

manlar  müəyyən  edilmişdir  ki,  ekstremal  mühit  stresi  ge-
nom səviyyəsində də xüsusi cavablar formalaşdırır. Hazırda 
mühit siqnallarının genoma ötürülməsi və cavab mexanizm-
ləri haqqında çox az məlumat vardır. Bu informasiyalar yal-
nız  nəzəri  əhəmiyyət  deyil,  eyni  zamanda  ətraf  mühitin 
zərərli  təsirlərinə  qarşı  daha  davamlı  bitki  orqanizmlərinin 
yaradılması baxımından da böyük əhəmiyyət kəsb edir. Son 
zamanlar  molekulyar  biologiya  və  molekulyar  genetikanın 
sürətli  inkişafı  və  əldə  olunan  nəticələr  mühit  streslərinə 
qarşı  müqavimət  mexanizminin  müəyyən  edilməsinə  böyük 
ümidlər verir. 
Oxucuların  istifadəsinə  verilən  bu  monoqrafiya,  stres 
amillərin bitkilərə təsiri və davamlılıq mexanizmlərı haqqın-
da  son  illərdə dərc olunmuş  ədəbiyyat  məlumatlarının  icma-
lına  və  apardığımız  tədqiqat  işlərinin  yekunlarına  həsr 
olunmuşdır.   
  
 
 


 8 
I  F Ə S İ L  
 
ƏDƏBİYYAT İCMALI 
 
1. Bitkilərin əlverişsiz ətraf mühit şəraitinə davamlılığı 
 
Bitkilər  bir  və  ya  daha  çox  stres  amillərə  qarşı  məhdud 
çərçivədə  rəqabət  aparmaq  qabiliyyətinə  malikdirlər.  Bu  və-
ziyyət orqanizmlərdə stres halı yaradır ki, bu stresi aradan qal-
dırmaq  və müdafiə olunmaq üçün müxtəlif biokimyəvi  və fi-
zioloji  mexanizmlər  fəaliyyətə  başlayır.  Bu  mexanizmlərin 
öyrənilməsi,  əlverişsiz  xarici  mühit  amillərinə  qarşı  tolerant 
bitki sort və formalarının yaradılmasında böyük nəzəri və təc-
rübi əhəmiyyət kəsb edir [60].     
Orqanizmlərin  əlverişsiz mühit  şəraitində  yaşaması üçün 
onlarda  stresin  təsirindən  ekspressiyası  sürətlənən  genlərin 
olması  vacibdir.  “Stresə  cavab  genləri”-nin  aşkarlanması  in-
sanların sağlamlığı, bitkilərin məhsuldarlığı  və s. kimi bioloji 
amillər  üçün  çox  vacibdir.  Orqanizmin  gen  ekspressiyasını 
dəyişdirən  siqnalların  tanınma  mexanizminin  müəyyən  edil-
məsi,  fərqli  stres  şəraitində  genlərin  ekspressiyasının  tənzim-
lənməsinə fayda verə bilər. 
Stresə cavab  genlərinin  induksiya mexanizmi öyrənilmiş 
fərqli  orqanizmlərdə  oxşardır.  Eyni  zamanda,  müxtəlif  stres 
amillərin təsiri  ilə  genlərin  ekspressiyasında baş  verən dəyiş-
mələr  bir-birinə  çox  oxşardır.  Xarici  mühitdə  baş  verən  hər 
hansı dəyişmələr hüceyrədə müxtəlif “streslər” və ya “şoklar” 
əmələ  gətirir.  Bu  stres  və  ya  şok  siqnallarına  bitki  genomu 
proqramlaşmış şəkildə cavab verməli və bununla da orqanizm 
öz yaşam tərzini davam etdirməlidir [42].  
“Stres”  termini,  ilk  dəfə  elmi  ədəbiyyata  yarım  əsr  bun-


 

dan  əvvəl  gətirilmişdir.  Bu  terminini  biologiyaya  ilk  tətbiq 
edən Kanada fizioloqu Q.Selye olmuşdur. Selyeyə görə orqa-
nizmdə  istənilən  zərərli  təsirlərə  qarşı  qeyri  spesifik  reaksiya 
mövcuddur. O, orqanizmin müdafiə qüvvələrinin mobilləşmə-
sinə yönəldilən bu hadisəni stres adlandırmışdır. Stres zamanı 
orqanizmin  müdafiə  reaksiyalarının  cəmi  ümumi  adaptasiya 
və  ya  stres  sindromu  adlanır.  Bu  vəziyyəti  meydana  gətirən 
amil stresor, onların  stres əmələ  gətirmə dərəcəsi  isə  “stresor 
effekti” adlanır.  
Təbii  şəraitdə  bitən  və  tarla  şəraitində  becərilən  bitkilər 
hər zaman  stres  amillərin təsiri  altında ola bilərlər. Bəzi  ətraf 
mühit amilləri (havanın kəskin dəyişməsi) bir neçə dəqiqə ər-
zində stres əmələ  gətirdiyi halda, digər amillər üçün bu müd-
dət  daha  uzun  ola  bilər.  Hətta,  mineral  maddələr  kimi  bəzi 
amillər aylardan və illərdən sonra da stres əmələ gətirmək qa-
biliyyətinə malikdirlər. Stres üç əsas mərhələdən ibarətdir: 
1.
 
Həyacan reaksiyası – bu zaman orqanizm  müdafiə re-
surslarını  səfərbər  edir.  Həyacanlanma  (təlaş)  mərhələsində 
bütün  proseslər  aktivləşir,  orqanizmin  enerji  ehtiyatı  səfərbər 
olunur.  Stresin  birinci  mərhələsi  6-48  saat  davam  etdiyi  təq-
dirdə stresorlar orqanizmə çox güclü təsir edərək bitkinin ölü-
münə səbəb ola bilir. 
2.
 
Müqavimətin yaranması: bu mərhələdə əvvəlki mobili-
zasiya hesabına orqanizm, zərərli təsirlərə müqavimət  göstər-
məyə çalışır və həmin mərhələ stresə yüksək davamlılıqla mü-
şayət olunur. 
3.
 
Gərgin  vəziyyətə uyğunlaşma  və  ya adaptasiya. Adap-
tasiya  mərhələsində  stresorun  təsirindən  pozulmuş  maddələr 
mübadiləsi normallaşır, canlı kütlə bərpa olunur. Bu mərhələ, 
adətən bir neçə  saatdan bir neçə  günə qədər davam edə bilir. 
Əgər  stresorun  təsiri  dayanırsa  və  orqanizmdə  fizioloji  pro-


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə