Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə20/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   16   17   18   19   20   21   22   23   ...   101

 
63 
analizlərlə  birləşdirildiyində,  stres  tolerantlğına  nəzarət  edən 
amillər haqqında yetərincə məlumat əldə edilə bilinir [422].  
Y. Shigehiro və əməkdaşları (1998) tərəfindən, 250 mili-
mol  (mM)  NaCl  stresinə  tolerantlıq  göstərən  Nlicotina  pani-
culata-nın  yarpaqlarından  duzla  əlaqədar  genlərin  izolə 
edilməsi  üçün  aparılan  təçrübədə  xloroplastda  karbonanhid-
raza genlərinin homoloqu izolə edilmişdir [354].  
Dəniz  suyu  səviyyəsinə  yaxın,  yüksək  qatılıqlı  NaCl-lu 
mühitdə  duza  həssas  tütün  hüceyrə  kulturasının  onlarca, 
minlərcə hüceyrə generasiyasının olduğu görünmüşdür [210].  
Halofit bitkilərdəki duza tolerant genlərin, aşağı səviyyəli 
duz  qatılığına  adaptasiya  olunmuş  qlikofil  genlərindən  təka-
mül  yolu  ilə  əmələ  gəldiyi  güman  edilir.  Misal  olaraq, 
Arabidopsis  kimi  qlikofillərin,  halofitlərindən  çox  da  fərqli 
olmayan  duza  tolerantlı  genlərə  malik  olduğunu  göstərmək 
olar [405].  
H.Fromm və J.K.Zhu (1998) bir neçə bitki növündə, kal-
sium  ionlarının  bitkilərin  duzluluğa  davamlılığını  tənzim-
lədiyini  və  artırdığını  müəyyən  etmiş,  eyni  zamanda  bitkinin 
duz stresinə qarşı tolerantlığında rol oynayan SOS3 lokusunun 
xarakteristikasını  vermişlər.  SOS3-ün  mutasiyaları  duz  stresi 
zamanı  böyümənin  ingibirə  olunmasına  səbəb  olan  Na  və  Cl 
ionlarına  böyük  həssaslıq  göstərmiş  və  K
+
/Na
+
  nisbəti  azal-
mışdır.  Bununla  birlikdə,  SOS3  mutantlarında  duzluluğun 
zərərli  təsiri  ekzogen  kalsiumun  yüksək  qatılığı  tormoz-
lanmışdır. Yeni izolə edilən genlərin duza tolerantlıqla əlaqəsi 
genetik baxımdan qiymətləndirilmişdir.  
J.Gohram  (1998)  bərk  buğda  və  yumşaq  buğdanın  növ-
müxtəliflikləri  və  buğda  x  eqilops  hibridlərinin  amfidiploidləri 
üzərində  apardığı  tədqiqatlarla  müəyyən  etmişdir  ki,  4D  xromo-
somunun  uzun  qolu  üzərindəki  gen  və  ya  genlər  bitkilərdə  Na 


 64 
miqdarını  azaldır,  onların  duza  qarşı  müqavimətini  zəiflədir,  Na 
və K-un bitkiyə daxil olmasına və köklərdən nəql edilməsinə təsir 
göstərir, K/Na nisbətini dəyişir [197].  
İsrail  alimləri  arpa (H. spontaneum)  və  yabanı buğda (T.di-
coccoides)-ın duza tolerantlığına görə seleksiyasını aparmış və iki 
növə  aid  yabanı  gen  mənbələrinin,  buğdada  EK  (elektriki  ke-
çirmə)  qabiliyyətinin  26  mmhos/cm,  arpa  bitkisində  isə  35 
mmhos/cm-ə  qədər  tolerantlıq  göstərdiyini  və  bu  gen  mənbə-
lərinin duza tolerant çalışmalarda yetərin qədər fərqliliklər göstərə 
biləçəyini açıqlamışlar [298].  
V.A.Alina  və  b.(1991)  on  günlük  duzluluq  şəraitində 
yetişdirilən  arpa  bitkisi  xloroplastlarının  membran  fraksiya-
larında  xlorofilin  toplanmasının  yüksəldiyini,  zülal  və  RNT 
miqdarının  artdığını,  duzluluq  şəraitinin  davam  etdiyi  15 
günlük bitkilərdə isə, xloroplastlarda xlorofilin ümumi miqda-
rının kəskin azaldığını müşahidə etmişlər. Ancaq zülal sintezi 
tormozlanmamış  və  RNT-nin  ümumi  miqdarı  artmışdır.  10 
günlük bitkilərdən fərqli olaraq, 15 günlük bitkilərin membran 
fraksiyalarında  RNT,  zülal  və  xlorofilin  miqdarı  azalmış, 
lakin köklərdən ayrılmış qlikopeptidlər ümumi xloroplastlarda 
RNT-nin miqdarının artığını  göstərmişdir. Bu tədqiqatın nəti
-
cələrinə  əsaslanan  müəllif  xloroplast  membranlarının  halını 
bitkilərin duzluluğa davamlılıq meyarı kimi qəbul etməyi tək-
lif etmişdir [29].                                                                                                         
N.Strizhov və əməkdaşları (1997) prolinin ali bitkilərdə geniş 
yayılmış bir osmotik olduğunu,  su  gıtlığı  və duzluluğa qarşı qlu-
tamit  təbiətli  prolin  birləşmələrinin,  onun  sərhədlərini  nəzarət 
edən delta1-prolin-5 (P5CS)-in mRNT  səviyyəsinin  sürətlə artır-
dığını  görmüş,  P5CS-ın  Arobidopsis-də  iki  fərqli  şəkildə  nizam-
lanan  genlə  şifrələndiyini müəyyən  etmişlər. Bu  gen (AtP5CS2), 
sürətlə  bölünən  hüceyrə  kulturalarında  olan  P5CS  mRNT-nin 


 
65 
sintezini  həyata  keçirir.  AtP5CS2  geni  quraqlıq,  duzluluq  və  az 
qatılıqlı  auksinin  təsirilə  aktivləşir  və  əmələ  gələn  transkriplər 
toxumaya xas olan şəkildə nizamlanırlar [373]. 
Genetik mənbələr arasında duza davamlılıq baxımından fərq-
liliyin  olmasına  baxmayaraq,  duza  davamlı  bitki  növ  və  forma-
larının  miqdarı  olduqca  azdır.  Bu  baxımdan  da  duza  davamlı 
növlərin  araşdırılması  və  mövcud  genetik  potensialın  dəyər-
ləndirilməsi  vacibdir.  Lakin  duza  davamlı  genotiplərin  seçilmə-
sində istifadə edilən fizioloji və molekulyar səviyyəli tədqiqatların 
tam anlaşılmaması və bu stres amilinin çoxsaylı genlər tərəfindən 
idarə  edilən  əlamət  olması  uyğun  genetik  modelin  tapılmasını 
çətinləşdirir [421].  
 
 
 
1.7. Duzluluq stresinə davamlılıq mexanizmləri 
 
Bitkilərdə duza dözümlülük qabiliyyəti bir çox elmi ədə-
biyyatlarda  aşağıdakı  mexanizmlərə  əsasən  verilmişdir  [17, 
116,287]:  Bu  mexanizmlərin  birincisi  qlikofitlərdə,  ikinci  və 
üçüncüsü isə halofitlərdə duza davamlılığın əsas səbəbləri he-
sab  olunur  və  onların  sayəsində  duza  olan  nəzarət  üç  səviy-
yədə həyata keçirilir:  
1. Duzun daxil olmasına mane olmaq  
2. Duzu özündə toplamaq 
3. Duzu özündən xaric etmək 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə