Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə21/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   17   18   19   20   21   22   23   24   ...   101

 66 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.3. Bitkilərdə duzu məhdudlaşdıran proseslər və onların baş 
vermə yeri; a) kök hüceyrələrinin seçici uduculuğu, b) ksilema bo-
rularına daxil olmaq, c) ksilema borularından axıdılmaq d) floema 
borularına daxil olmaq, e) spesifik vəzlər vasivtəsilə xaric edilmək 
uduculuğu 
 
1.7.1. Bütöv bitkidə duzun miqdarına nəzarət 
 
Duzu  bitkinin  orqanlarında  məhdudlaşdıran  mexanizmlər 
haqqında son illərdə Stori və Vaker [372], Cesk və Hartonq [224] 
və  Munz  [288]  tərəfindən  ətraflı  məlumat  verilmişdir.  Bu 
alimlərin  fikirlərini  müqayisə  etdikdə,  belə  nəticəyə  gəlmək 
a
0
 
b
 
c
 
d
0
 
e
0
 


 
67 
olar ki, ümumiyyətlə bitkilərin müxtəlif orqanlarında duzu nə-
zarət altına almaq üçün beş əsas nöqtə mövcuddur (Şəkil 1.3). 
Bu  nöqtələrdə  duz  bitkidə  aşağıdakı  proseslərə  əsasən  pay-
lanır; 
a.
 
Kök hüceyrələrinin seçici uduculuğu 
Torpaq məhlulundakı Na
+
  və Cl
-
  ionları osmos təziqinin 
təsiri  nəticəsində  ilk  növbədə  ekzoderma  qatının  hüceyrələri 
arasındakı  boşluqlara  doğru  hərəkət  edirlər.  Bundan  sonra 
endoderma qatına daxil olmaq üçün hər iki yol (apoplastik və 
simplastik) mümkündür. Lakin, ionların  simplastik  yola daxil 
olmaması daha önəmlidir  və  kök hüceyrələri  seçici udma qa-
biliyyətinə  malik  olduğundan,  duzu  bu  yoldan  uzaqlaşdır-
mağa çalışırlar [286].  Apoplastik  yol, duzun bitkiyə  əsas  gi-
riş  yoludur,  burada  ancaq  bir  təbii  anatomik  xüsusiyyətinə 
görə,  duzun  girişini  məhdudlaşdırmaq  mümkündür.  Bu  da 
endoderma  qatını  əhatə  edən  kaspari  kəməridir  ki,  qliko-
fitlərdə  incə  olduğuna,  yaxud  heç  mövcud  olmadığına  görə 
[18], duzun qarşısında möhkəm bir maneə yarada bilmir.  
bDuzun ksilema borularına daxil olması   
Torpaqdan udulmuş məhlul, hüceyrələrin arasındakı  yol-
lar və boşluqlar vasitəsilə (apoplastik yolu) və ya hüceyrədən-
hüceyrəyə  (simplastik  yolu)  keçib,  ksilema  borularına  daxil 
olur.  Burada  nəzarət,  ancaq  ksilema  borusunun  hüceyrələri 
tərəfindən həyata keçir, çünki bu hüceyrələr K
+
 ionlarını, Na
+
 
ionlarına görə artıq toplamaq gücünə malikdilər [286]. 
c. Duzun ksilema borusundan axıdılması 
Na
+
  ionları  bəzi  bitkilərin  üst  hissələrində,  o  cümlədən, 
budaqların  aşağısında,  yarpaqların  saplağı  və  hətta  ayasında 
toplanır. Bu səviyyə, bir nəzarət mexanizmi sayılır və mərkəzi 
silindir  hüceyrələrinin  funksiyaları  ilə  əlaqədardır.  K
+
  ionları 
həmin  hüceyrələrdə  Na
+
  ionları  ilə  mübadilə  olunur  və  təd-


 68 
ricən qeyd olunduğu  yerlərdə, habelə ağac növlərində  gövdə-
nin  odunlaşmış  toxumalarında  toplanır  [138].  Bu  mexanizm 
Na
+
  ionlarını  transpirasiya  istiqamətindən  çıxardığına  görə 
yüksək əhəmiyyət daşıyır [130]. 
d. Duzun floema borularına daxil olması  
Bir sıra duzadavamlı bitkilərdə natrium və xlor ionlarının 
bir  qismi  floema  borularına  yol  tapır.  Bu  bitkilərdə  həmin 
vəziyyəti  müsbət  dəyərləndirib  və  duzu  inkişaf  halında  olan 
toxumalardan  uzaqlaşdıran  mexanizm  də  hesab  etmək  olar. 
Lakin həssas bitkilərdə, həmin borular  vasitəsilə duz  yenidən 
kökün  ucuna  gaytarılır  və  hüceyrələrin  dehidratlaşma  səviy-
yəsini şiddətləndirir. Bu mexanizmin baş verməsi paxlalılarda 
sübut olunmuşdur. Lakin, onlarda bir dözümlülük mexanizmi 
kimi  deyil,  natrium  ionlarının  hüceyrələrdə  yerləşməsində 
(kompartmentləşməsində) fəaliyyət göstərir və ona görə də ef-
fektli olduğundan şübhə yaranır [244]. 
e.  Duzun  vəzlər  və  qovuqcuqlar  vasitəsilə  azad  edil-
məsi 
Yalnız  halofitlər  spesifik  hüceyrələrə  malik  olaraq,  duz 
vəzlərini təşkil edib, onların vasitəsilə toplanmış duzun azad 
olunmasına  qadirdilər.  Bu  vəzlərin  təşkil  olunması  11  bitki 
növündə aşkar edilmişdir. Duz qovuqculuğu isə anatomik cə-
hətdən  vəzdən fərqli olaraq, duzu öz hüceyrələrinin mərkəzi 
vakuolunda topladıqdan sonra parçalanır və beləliklə yığılmış 
duz  yarpağın  üzərinə  yayılır.  Yayılmış  duz  isə  ışığı  əks  etdi-
rərək, transpirasiyanın azalmasına müsbət təsir edir [127]. 
Beləliklə, bütün halofitlər duzun udulması, nəqli və ixrac 
proseslərinə  nəzarət  üçün  inkişaf  etmiş  mexanizmlərə  malik-
dirlər.  Lakin,  qlikofitlər  ancaq  əvvəldəki  üç  mexanizmlər  ilə 
şoranlığa  cavab  verirlər  [285].  Həmçinin  bəzi  bitkilərdə  şo-
ranlığa  qarşı  müxtəlif  morfoloji  dəyişikliklər,  o  cümlədən, 


 
69 
yarpaqların  kiçilməsi  və  ya  lətlənməsi  (parenxim  qatının  qa-
lınlaşması),  budaq/kök  nisbətinin  yüksəlməsi,  ağızcıqların 
açıq saxlanılması və s. baş verir ki, bütövlükdə suyun itirilmə-
sini  azaltmaq, duzu durultmaq  və qaz mübadiləsini sabit  sax-
lamaq üçün faydalıdırlar [130, 302]. 
 
 
1.7.2. Hüceyrələrdə duzun miqdarına nəzarət 
 
Məlum olmuşdur ki, halofitlər və qlikofitlərdə sitoplazma 
fermentlərinin  şoranlığa  qarşı  reaksiyaları  eynidir  və  indiyə-
dək bitkilərin davamlılıqla əlaqədar spesifik fermentlərə malik 
olduqları haqqında heç bir məlumat verilməmişdir [242]. Hər 
iki qrupa aid olan bitkilərin hüceyrələri normal həyat sürməsi 
üçün,  artıq  duzu  sitoplazmadan  uzaqlaşdırmalıdır.  Bu  proses 
iki istiqamətdə gedir [136, 153]:  
1) Natrium ionlarını hüceyrənin xaricində tutmaq; 
2) Daxil olmuş ionları vakoullarda yerləşdirmək 
Aydındır ki, ikinci variant duza nəzarət üçün daha effekt-
lidir  və  halofitlər  bu  istiqamətdən  faydalanaraq,  sitoplazmanı 
natrium  ionlarının mənfi təsirlərindən qoruyurlar. Onlar həm-
çinin bu  ionlardan bir osmolit maddə  kimi  istifadə edərək, su 
balansını  da  tənzimləyirlər.  Qlikofitlərdə  isə  natriumun  sito-
plazmaya  giriş  sürəti  onun  vakoullara  daxil  olma  sürətindən 
artıqdır  və  ona  görə  də  bu  ion  tədricən  sitoplazmada  toplan-
mağa  başlayır  [286].  Həmçinin  bu  bitkilər  su  balansını  tən-
zimləmək  üçün  üzvi  osmolitləri  sintez  etmək  məcburiyyətin-
dədirlər  ki,  bu özü də quru  maddənin  təşkilini  aşağı  salır [207]. 
Beləliklə, qlikofitlərin arasında nisbi dözümlülük fərqləri, ancaq 
onların  hansı  dərəcədə  natriumu  sitoplazmadan  uzaq  tutmaq 
gücünə malik olduqlarından asılıdır.  


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə