Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə23/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   19   20   21   22   23   24   25   26   ...   101

 74 
sələn,  morfoloji  baxımdan,  yarpaq  sahəsinin  kiçilməsi  və  ya 
parenximin qalınlaşması su itkisini azaldır, fizioloji baxımdan 
natrium ionunun kökə daxil olmasına mane olmaq yaxud onu 
müdafiə etmək, həmin ionu vakoullarda yerləşdirmək və ya ən 
azı  transpirasiya  istiqamətindən  uzaq  tutmaq  və  nəhayət  bio-
kimyəvi  baxımdan  müxtəlif  növlərdə  osmolitlərin  biosintez 
gücünə  malik  olmaq,  həmçinin  də  fermentativ  (peroksidaza-
lar)  aktivliyini  artırmaq,  bitkinin  genotipindən  asılı  olan 
xarakterlərdir.  Baxmayaraq  ki,  son  tədqiqatlarda  bəzi  osmo-
litlər  süni  şakildə  laboratoriyalarda  sintez  edilir  və  ekzogen 
istifadə üçün perspektivli  hesab olunur,  lakin burada  əsas rol 
bitkinin  genetik  xüsusiyyətlərinə  aiddir.  Odur  ki,  hazırda  ge-
netik cəhətdən şoranlığa dözümlü  genotipləri əldə etmək əsas 
strategiya  kimi  tədqiqatçılar  tərəfindən  diqqətlə  izlənilir.  Bu-
nunla əlaqədar, klassik metodlarla bitkilərdə bir çox seleksiya 
işləri  aparılır.  Eyni  zamanda  biotexnologiya  kimi  yeni  elm-
lərdən  istifadə olunur və  gen-köçürmə (transfer) metodları  ilə 
yuxarıda  qeyd  olunmuş  hər  hansı  xarakteri  təmsil  edən  geni, 
kommersiya  sortlarına  köçürmək  üçün  davamlı  çalışmalar 
aparılır.        


 
75 
ll  F Ə S İ L  
 
BİTKİLƏRİN STRES AMİLLƏRƏ  
DAVAMLILIĞININ FİZİOLOJİ PARAMETRLƏR 
ƏSASINDA DİAQNOSTİKASI 
 
Bitkilərin stres amillərə davamlılığını təyin etmək üçün 
müxtəlif  fizioloji  metodlar  işlənib  hazırlanmışdır.  Belə 
metodlardan biri toxumların osmotik məhlullarda və yüksək 
temperaturun  təsirindən  sonra  cücərmə  qabiliyyətinin  təyi-
ninə  əsaslanır  [61,82].  Suyu  saxlama  qabiliyyəti  bitkilərin 
mühüm  bioloji  xüsusiyyəti  olub,  onların  tarla  şəraitində 
cücərməsini,  kök  sisteminin  güclü  inkişafını  və  bitkilərin 
bütövlükdə normal böyümə və inkişafını təmin edir.        
Məlumdur  ki,  toxumlar  cücərmə  zamanı  mühitin  yük-
sək osmotik təzyiqinə məruz qaldıqlarından onların bir sıra 
fizioloji  xüsusiyyətləri,  o  cümlədən,  fermentativ  sistemin 
aktivliyi, sitoplazmatik quruluşların yeni üzvi maddə əmələ 
gətirməsi, hüceyrədaxili osmotik təzyiqin artma qabiliyyəti 
və  s.  proseslər  toxumların  sorucu qüvvəsi  ilə  təyin  olunur. 
Şübhəsiz  ki,  cücərən  toxumların  sorucu  qüvvəsi  cavan  or-
qanizmlərin  mürəkkəb  fizioloji-biokimyəvi  xüsusiyyətləri-
nin nəticəsidir.  
Sübut  edilmişdir  ki,  toxumların  osmotik  məhlullarda 
cücərmə  qabiliyyəti  ilə  onların  quraqlıq  və  duzluluq  stres-
lərinə  davamlılıq  dərəcələri  arasında  müsbət  korelyasiya 
mövcuddur [314]. 
Toxumların  stres  şəraitində  cücərmə  qabiliyyəti,  bir 
tərəfdən onların su qıtlığı şəraitində cücərməsi kimi irsi xü-
susiyyətlərini,  digər  tərəfdən,  qısa  müddət  ərzində  lazımı 
miqdarda  su  toplamasını  təmin  edən  yüksək  sorucu  qüv-


 76 
vəyə malik olmasını göstərir. Toxumların yüksək soruculuq 
qabiliyyəti, su qıtlığı zamanı bitkinin  inkişafını təmin edən 
güclü kök sisteminin formalaşmasını da təmin edir. 
 
 
2.1. Toxumların cücərmə qabiliyyətinə görə arpa 
sortnümunələrinin quraqlıq və yüksək hərarət  
streslərinə davamlılığının təyini 
 
Tədqiqat  işi  16  iki  cərgəli  və  18  çox  cərgəli  olmaqla, 
cəmi  34  arpa  sort  nümunələri  üzərində  aparılmışdır.  Təd-
qiqatda  istifadə  olunan  arpa  nümunələrinin  toxumları 
AMEA  Genetik  Ehtiyatlar  İnstitutunun Dənli  taxıl  və  pax-
lalı  bitkilər  laboratoriyasının  aparıcı  elmi  işçisi,  arpa  üzrə 
Avropa  işçi  qrupunun  üzvü,  b.e.n.  N.Gəraybəyova  tərəfin-
dən verilmişdir. Laboratoriya təcrübələri eyni sahədə səpil-
miş  və  eyni  ilin  məhsulu  olan  toxum  materialı  üzərində 
aparılmışdır. 
Öyrənilən arpa genotiplərinin quraqlıq stresinə davam-
lılıq  dərəcələri  laboratoriya  şəraitində  toxumların  14  atm 
təzyiqli  saxaroza  məhlulunda  cücərmə  qabiliyyətinə  görə 
[82,  83],  istiyə  davamlılıq  isə  55
0
C  t-da  su  hamamında 
saxlanıldıqdan (25 dəqiqə) sonra cücərmə qabiliyyətinə gö-
rə  təyin  edilmişdir  [61].  Quraqlıq  stresi  yaratmaq  üçün  14 
atm.  təziqli  15,8%-li  saxaroza  məhlulundan  istifadə  olun-
muşdur. Təcrübənin nəticələri cədvəl 2.1-də verilmişdir. 
Cədvəldən göründüyü kimi iki cərgəli arpa sort və for-
maları quraqlıq stresinə davamlılıq dərəcələrinə görə bir-bi-
rindən kəskin fərqlənirlər. Bu nümunələr içərisində Hüseyn 
1  və  Arpa  47  sortları  quraqlıq  streslərinə  davamlılığa  görə 
digərlərindən  nəzərə  çarpacaq  dərəcədə  üstündür.  Onların 


 
77 
saxaroza məhlulunda cücərmə qabiliyyəti nəzarətə nisbətən 
müvafiq olaraq 97 və 81%, ümumi quraqlığa davamlılıq in-
deksləri  isə  227  və  194-ə  bərabər  olmuşdur.  Bu  nəticələrə 
əsaslanaraq  göstərilən  arpa  sortlarının  quraqlıq  stresinə 
yüksək davamlı genotiplər olduğunu söyləmək olar. Nutans 
67/91,  Nutans  303,  Arpa-77  və  Arpa-43  sortlarının  quraq-
lığa  davamlılıq  indeksləri  173-134  arasında  dəyişmiş  və 
onlar,  quraqlıq  stresinə  davamlı  sortlar  kimi  qiymətləndi-
rilmişdir. Cəlilabad 19 və Nutans 86-35/18 arpa sort nümu-
nələrinə aid toxumların saxaroza məhlulunda cücərmə qabi-
liyyəti nisbətən yüksək (45-50%), istilik faktorundan sonra 
cücərmə  qabiliyyətləri  isə  aşağı  (4-13%)  olmuşdur.  Bu 
nümunələrin  ümumi  quraqlığa  davamlılıq  indeksləri  100-
dən yüksək olduqlarına görə onları orta davamlı genotiplər 
kimi  qəbul  etmək  olar. Nutans  118/21  və  Nutans 80/32-21 
nümunələrində  isə  əksinə,  quraqlığa  davamlılıq  aşağı,  isti-
liyə  davamlılıq  isə  orta  səviyyədə  olmuşdur.  Bu  nümunə-
lərdə  ümumi  quraqlığa  davamlılıq  in deksi  müvafiq  olaraq 
81 və 64-ə bərabər olmuşdur. Bunlardan fərqli olaraq Arpa 
59, 6№-li Seçmə və Nutans 80-34/14 arpa nümunələrinə aid 
toxumların  saxaroza  məhlulunda  cücərmə  qabiliyyəti  2-
11%,  istilik  faktorundan  sonra  cücərmə  qabiliyyəti  4-8%, 
ümumi  quraqlığa  davamlılıq  indeksləri  isə  8-30  arasında 
dəyişmişdir.  Alınan  nəticələr,  bu  arpa  sortlarının  quraqlıq 
stresinə ən həssas nümunələr olduğunu göstərir. 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə