Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə30/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   26   27   28   29   30   31   32   33   ...   101

 98 
Alınan nəticələrin müqaisəli analizi göstərir ki, öyrənilən 
arpa  sortnümunələri,  həm  toxumların  cücərmə  qabiliyyətinə, 
həm  də  yarpaqlarda  xlorofilin  miqdarında  baş  verən  dəyiş-
mələrə  görə,  əksər  hallarda  bir-birini  tamamlayırlar.  Yəni 
cücərmə  qabiliyyəti  yüksək  olan  arpa  nümunələrinin  yarpaq-
larında  xlorofil  sintezində  ciddi  depressiya  müşahidə  edilmə-
mişdir. Misal olaraq,  iki cərgəli arpalardan Hüseyn 1  sortunu 
göstərmək olar. Bu sortun toxumlarının cücərmə qabiliyyətinə 
görə, ümumi quraqlığa davamlılıq  indeksi 227% olmuşdursa, 
yarpaqlarda  xlorofil  (a+b)-nin  miqdarı  nəzarətə  görə  112  % 
təşkil  etmişdir.  Çox  cərgəli  arpalardan  Pallidum  69/91-də  to-
xumların  cücərmə  qabiliyyəti  160%  yarpaqlarda  xlorofilin  miq-
darı isə 112% -ə bərabər olmuşdur. 
Cücərmə  qabiliyyəti  aşağı  olan  nümunələrin  yarpaqla-
rında  isə  stres  təsirindən  xlorofilin  miqdarında  da  kəskin 
azalmalar müşahidə edilmişdir. Məsələn, Nutans 80-34/14 ar-
pa  nümunəsi  toxumlarının  cücərmə  qabiliyyəti  cəmi  8%  ol-
muşsa,  xlorofilin  miqdarının  göstəricisi  də  ən  aşağı,  yəni 
64%-ə  bərabər  olmuşdur.  Çox  cərgəli  arpalardan  Arpa  40  və 
55  №-li  Seçmədə  bu  göstəricilər  müvafiq  olaraq  14  və  24-ə 
qarşı 73, 71-ə bərabər olmuşdur. 
Öyrənilən  həm  iki  cərgəli  və  həm  də  çox  cərgəli  arpa 
nümunələrinin  böyük  əksəriyyətində  bu  göstəricilər,  yəni  to-
xumların  cücərmə  qabiliyyəti  və  yarpaqlarda  xlorofilin  miq-
darında  baş  verən  dəyişmələr  korelyasiya  təşkil  edir.  Lakin, 
bir neçə nümunədə bu iki göstərici arasında az da olsa fərqlər 
müşahidə  edilmişdir.  Məsələn,  Nutans  124/32-də  toxumların 
cücərmə qabiliyyəti cəmi 42% olduğu halda, yarpaqlarda xlo-
rofilin  miqdarı  demək  olar  ki,  dəyişməmiş  və  96%-ə  bərabər 
olmuşdur.  Belə  vəziyyət  çox  cərgəli  arpalardan  Arpa  30  və 
Arpa  44-də  müşahidə  edilmişdir.Bu  nümunələrin  toxum-


 
99 
larının  saxaroza  məhlulunda  cücərmə  qabiliyyəti  cəmi  32  və 
20% təşkil etdiyi halda, stres təsirindən sonra yarpaqlarda xlo-
rofilin  miqdarı  əsaslı  surətdə  dəyişməmiş,  nəzarət  variantına 
nisbətən, müvafiq olaraq 94 və 98%-ə bərabər olmuşdur. Gü-
man etmək olar ki, toxumlarının soruculuq qabiliyyəti o qədər 
də  yüksək  olmayan  bu  kimi  nümunələr,  vegetasiyaları  döv-
ründə  öz  genetik  potensiallarından  daha  səmərəli  istifadə  et-
məklə  güclü  kök  sistemi  yarada  bilmişlər  ki,  bu  da  quraqlıq 
zamanı yarpaqlarda xlorofil sintezində depressiyanın qarşısını 
ala bilmışdır. 
Beləliklə, toxumların cücərmə qabiliyyəti və həm də yar-
paqlarda  xlorofilin  miqdarında  baş  verən  dəyişmələrə  görə 
fərqlənmiş  iki  cərgəli  arpa  nümunələrindən  Hüseyn  1,  Arpa  47 
və Nutans 67/91, çox cərgəli arpa nümunələrindən isə 84 №-li 
Seçmə,  Pallidum  69/91  və  Arpa  75-in  quraqlıq  stresinə  ən 
davanmlı  genotiplər olduğu aşkar edilmişdir  və onların quraq 
və yarı quraq ərazilərdə becərilməsi tövsiyyə edilir. Quraqlığa 
davamlılığı ilə seçilən bu arpa nümunələrindən seleksiya pro-
seslərində  donor  kimi  və  ya  biotexnoloji  tədqiqatlarda  təbii 
gen mənbəyi kimi də istifadə oluna bilərlər. 
 
 
2.5. Duzluluq stresinin arpa bitkisi yarpaqlarında  
          xlorofilin miqdarında əmələ gətirdiyi dəyişmələr 
 
Bitkilərin  duzluluq  stresinə  davamlılığının  diaqnostik 
üsullarından  biri  də  stres  təsirindən  yarapqlarda  xlorofilin 
miqdarında baş verən dəyişmələrinin öyrənilməsidir.   
Duz  stresi  şəraitində  bitki  yarpaqlarında  xlorofilin  miq-
darında baş verən dəyişmələr bir çox müəlliflər tərəfindən öy-
rənilmiş  və  müəyyən  edilmişdir  ki,  stres  təsirindən  yarpaq-
larda  xlorofilin  miqdarı  öncə  bir  qədər  artır,  daha  sonra  isə 


 100 
əsaslı  sürətdə  azalır.  Bu  azalma  həssas  bitki  nümunələrində 
daha kəskin şəkildə özünü göstərir. Xlorofil a/b-nin nisbəti isə 
nümunələrin  davamlılıq  dərəcəsindən  aslı  olaraq  fərqli  ola 
bilir [40, 384].  
Biz,  tədqiq  etdiyimiz  arpa  genotiplərinin  yarpaqlarında, 
duzluluq  stresi  təsirindən  xlorofil  (a+b)-nin  miqdarında  baş 
verən dəyişmələri öyrənmiş  və bu fizioloji  göstərici  ilə bitki-
lərin  davamlılıq  dərəcələri  arasındakı  əlaqəni  aşkar  etməyə 
çalışmışıq.  
Quraqlıq  və  duzluluq  streslərinin  təsirindən  xlorofilin 
miqdarında  baş  verən  dəyişmələrin  öyrənilməsi  Bitkiçilik 
İnstitutunun  təklif  etdiyi  metodika  əsasında  həyata  keçiril-
mişdir  [64,  89].  Bunun  üçün  tarla  şəraitində  becərilmiş  arpa 
bitkisinin  tam  böyümüş  yarpaqlarından  sünbülləmə  fazasının 
başlanğıcında 30-40 dairə kəsilərək distilə suyuna və osmotik 
məhlullara (20 atm saxaroza  və 14 atm NaCl)  yerləşdirilmiş-
dir.  24  saatdan  sonra  həmin  dairələr  yuyulub  qurudulmuş  və 
üzərinə  96%-li  etil  spirti  əlavə  edildikdən  sonra  5-6  gün  ər-
zində qaranlıq  yerdə  saxlanılmışdır (dairələr tam  ağarana qə-
dər).  Bununla  da  xlorofilin  hamısı  spirtə  keçmiş  olur.  Xloro-
filin  miqdarını  təyin  etməzdən  öncə  ekstrakt  kolbaya  keçi-
rilmiş və spirtlə tam ölçüyə çatdırılmışdır. 
Xlorofilin miqdarı (mq) SF-də təyin edilmiş və aşağıdakı 
formula ilə hesablanmışdır.  
 
S
a
 = 13.70 E
665
 – 5.76 E
649
  
S

= 25.80 E
649 
– 7.60 E
665
 
S
a+b
 = 6.10 E
665
+ 20.04 E
649 
E-xlorofil, a və b - ekstraktın optik sıxlığı 
 
100  mq  yaş  çəkiyə  görə  piqmentin  qatılığını  yoxlamaq 
üçün ekstraktın həcmi S-yə vurulur. Başlanğıc yaş çəkiyə görə 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə