Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə5/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   2   3   4   5   6   7   8   9   ...   101

 16 
tolerantdır. 
Akademik  C.Ə.Əliyevin  tədqiqatlari  ilə  müəyyən  edil-
mişdir  ki,  quraqlıq  stresinin  buğdanın  inkişafına  və  məhsul-
darlığına təsiri, stresin baş verdiyi inkişaf mərhələsindən, stre-
sin  gücündən  və  təsir  müddətindən  aslıdır  [48].  Məhsuldar-
lığın azalmasının  əsas səbəbi, quraqlığın  sünbül  əmələ  gəlmə 
prosesinə  və  çiçəklənmədən  sonrakı  müddətdə  yarpaq  səthi 
üzərinə mənfi təsiri ilə əlaqədardır. Sünbül əmələ gəlmə döv-
ründəki quraqlıq stresi sünbüldəki dən sayının azalmasına sə-
bəb  olursa,  sünbülləmədən  sonrakı  quraqlıq  dənin  çəkisinin 
artmasını məhdudlaşdırır [48, 343]. 
Quraqlıq, duzluluq və s. kimi  streslər torpaqdan qida qə-
buluna da təsir edir [20, 37]. Su qıtlığı kökün daha dərinə en-
məsinə səbəb olur. Məsələn, bir bitki quru torpaqda məhv ol-
mamaq  üçün  köklərini  qurunt  sularına  kimi  çatdıra  bilir.  Çol 
bitkisi  olmaq  etibarilə  kresot  otunun  quraqlığa  davamlılığı  yaxşı 
məlumdur.  Qurumasına  baxmayaraq  bu  bitki  yaşayır,  tole-
rantlıq göstərir və ya protoplazmanın quruluğuna dözür [248]. 
Bitkilərin quraqlığa davamlılığı, onların  susuzluğa qarşı uy-
ğunlaşma  və  su  saxlama qabiliyyətləri  ilə  düz  mütanasibdir [37]. 
Bitkilərdə  yarpaqların  düzülüşü  və  forması  quraqlığa  davamlılıq 
baxımından çox önəmlidir [63, 188]. Yarpaq səthinin azalması su 
qıtlığının qarşısının alınmasında ilk tədbirlərdən biridir. Bitkilərdə 
suyun  miqdarı  azaldıqda  hüceyrələr  daralır  və  hüceyrə  divarları 
qatlanaraq bükülür. Hüceyrələrdə baş verən bu proses hidrostatik 
təzyiqin aşağı düşməsi və ya “turqor” ilə nəticələnir. Su stresi tək-
tək yarpaqların deyil, bitkidə olan bütün yarpaqların  səthini məh-
dudlaşdırır. Çünki o, budaqların böyümə nisbətini və sayını azal-
dır.  Yarpaq səthi  inkişafını başa  çatdırdıqdan  sonra  su qıtlığı baş 
verərsə, yarpaqlar tökülür [385]. 
Bitkilərin  bioloji  məhsulunun  formalaşmasında  fotosintez 


 
17 
prosesi  əsas  rol  oynayır.  Bu  proses  bitkinin  genotipindən,  becə-
rilmə  şəraitindən  və  digər  xarici  mühit  amillərindən  aslıdır.  Ona 
görə  də,  müxtəlif  ekoloji  şəraitlərdə  məhsuldarlığına  görə  fərq-
lənən buğda sortlarının fotosintetik funksiyalarının su rejimi gös-
təriciləri  ilə  müqayisəli  tədqiqi,  quraqlığa  davamlılığın  fizioloji 
əsaslarının  müəyyənləşdirilməsi  və  bu  əlamətlərdən  istifadə  et-
məklə  hər  bir  ekoloji  bölgə  üçün  uyğun  sortların  yaradılması 
işində mühüm əhəmiyyət kəsb edir [49, 50, 90]. 
M.Ə.  Babayev  (2004,  2009)  yerli  arpa  sortnümunələri  ilə 
apardiğı  geniş  tarla  təcrübələrilə,  xarici  mühitin  əlverişsiz  amil-
lərinə qarşı davamlı, dənin keyfiyyət göstəriciləri yüksək olan yeni 
arpa  nümunələri  aşkar  etmiş  və  onların  uyğun  təsərrüfatlarda 
tətbiqini tövsiyyə etmişdir [7, 8]. 
Tədqiqatlar  göstərmişdir  ki,  quraqlıq  stresinin  təsirindən 
arpa  bitkisinin  yarpaqlarında  piqmentlərin  sintez  fəallığı  artır, 
lakin  bitkilərdə  böyümə  prosesinin  zəifləməsi,  yarpaqlarda  piq-
mentlərin  nisbi  miqdarının  azalmasına  gətirib  çıxarır.  Bitkilərin 
su  təminatı  dərəcəsindən  aslı olaraq  piqmentlərdə  keyfiyyət  də-
yişmələrin də baş verdiyi, əsas fotokatalitik piqment olan xlorofil 
“a”-nın miqdarının  artdığı müşahidə  edilmişdir.  Lakin piqment-
lərin  miqdarı  ilə fotokimyəvi fəallıq  arasında birbaşa  əlaqə  mü-
əyyən edilməmişdir [72]. 
Quraqlığın daha güclü təsiri zamanı yaşıl plastidlərin dağıl-
ması  baş  verir  ki, bu da, təbii  olaraq  xlorofilin  miqdarının  azal-
masına səbəb olur. Zəif quruma və ya bitkilərin quraqlığa adap-
tasiyası  zamanı  xlorofilin  miqdarının  azalması  isə  uyğunlaş-
manın nəticəsi ola bilər [87]. 
İ.M. Hüseynova  və  b. (2007, 2009)  stres  amillərin  yumşaq 
buğda  (Triticum  aestivum  L.)  genotiplərinin  fotosintetik  mem-
branlarının  struktur-funksional  komponentlərinə  təsirini  öyrən-
mişdir. Müəyyən edilmişdir ki, quraqlıq stresi fotosintetik mem-


 18 
branın piqment və zülallarının tərkib və miqdarında, spektral xü-
susiyyətlərində  və  xloroplastların  fotokimyəvi  fəallığında  mü-
hüm  dəyişikliklərə  səbəb  olur.  Quraqlığa  davamlı  genotiplər 
yüksək fotosintetik fəallıq  saxlamaqla,  stresin təsirindən qoruna 
bilirlər  [65].  Bitkilərin  stresə  adaptasiyası  membranın  zülal 
sistemi ilə bilavasitə əlaqədar olub, stresə qarşı kəmiyyət və key-
fiyyətcə yenidən qurulma ilə cavab verir [66]. 
Su  stresi  şəraitində  bitkilərdə  gedən  bütün  fizioloji  pro-
seslər bu və ya digər dərəcədə depressiyaya uğrayır. Müəyyən 
olunmuşdur  ki, uzun müddətli  və  kəskin quraqlıq fotosintetik 
aparatda  struktur  dəyişmələrinə,  fotokimyəvi,  fermentativ, 
energetik  və  s.  proseslərin  pozulmasına  səbəb  olur  [249]. 
M.A.Tarçevskiyə görə (1982), fotosintezin intensivliyi yarpa-
ğın  su rejimi  ilə  yanaşı, həm də  xloroplastların su rejimindən 
aslıdır [88]. Quraqlığa davamlı bitkilər xloroplastların yüksək 
su  saxlama  qabiliyyəti,  xlorofilin  lipoproteid  kompleksi  ilə 
daha davamlı rabitəsi, quru maddələrin daha yüksək hidrosko-
pikliyi  ilə  seçilir.  Xloroplastların  dehidratasiyası  zamanı  baş 
verən dəyişikliklər plastidlərin həm strukturuna, həm də funk-
siyasına  təsir  edərək,  onların  fotokimyəvi  aktivliyini  azaldır, 
ultrastrukturun  və  piqment  kompleksinin  pozulmasına  səbəb 
olur. Müəyyən edilmişdir  ki,  xloroplastlarda funksional dəyi-
şikliklər  adaptiv  xarakter  daşıyır.  Zəif  quraqlıq  şəraitində  bu 
reaksiya  ziqzaqvari  olmaqla,  geriyə  dönə  bilir.  Kəskin  stres 
zamanı  isə  xloroplastlar  əksər  göstəricilərə  görə  normaya 
qayıtmırlar [87]. 
Quraqlıq stresinin təsirindən fizioloji proseslərdə olan də-
yişikliklərdən  ən  başlıcası  turqorun  azalması  və  ağızcıqların 
yarımçıq açılmasıdır. Su qıtlığı birbaşa fotosintezlə bağlı olan 
biokimyəvi  proseslərə  təsir  göstərir  və  CO
2
-nin  ağızcıqlara 
daxil  olmasını  azalda  bilir.  Quraqlıq  fotosintez  maddələrinin 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə