Azərbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə8/18
tarix04.07.2018
ölçüsü0,7 Mb.
#53304
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

 

 

 



 

 

 



  

18 


 

yetkin  mərhələyə  daha  tez  çatırlar  və  cinsi  yetişkən  mərhələdə  olan 

buğumlar daha çox məhsuldardırlar.  

4. Trichocephalus leporis  Froelich, 1789 

Helmintoloji  ədəbiyyatlarda  T.leporis  növünün  inkişafı  haqda 

yalnız bəzi cüzi məlumatlar mövcuddur (Fyulleborn, 1923, Şults,1931). 

Ona  görə  də  tədqiqat  zamanı  T.leporis  növünün  inkişaf  dövriyyəsi  və 

onun  inkişafına  abiotik  amillərin  (temperatur,  nəmlik,  işıq  və  s.)  təsiri 

öyrənilmişdir.  Bu  məqsədlə  çöl  və  laboratoriya  şəraitində  müxtəlif 

variantlarda  təcrübələr  aparılmış,  T.leporis  növünün  yumurtalarının 

embrional  inkişaf  mərhələləri  öyrənilmişdir.  Müəyyən  edilmişdir  ki, 

açıq  çöllükdə  yüksək  temperatur  və  günəş  şüasının  təsiri  altında  quru 

torpaqda  yumurtalar  7  gün  ərzində  tamamilə  məhv  olurlar.  Ancaq  16-

18

0

C  temperaturda,  kölgədə  və  nəm  torpaqda  yumurtalar  morulla  və 



sürfələrin  formalaşması  mərhələsinə,  116  günə  isə  invaziyon  sürfə 

mərhələsinə  çatırlar.  Yumurtaların  inkişafında  əsas  rolu  torpağın  və 

havanın  temperaturu  oynayır.  Dissertasiyada  T.leporis  növünün 

yumurtalarının  müxtəlif  temperatur,  nəmlik  və  işıqlanma  şəraitində 

müxtəlif  məhlullarda  (fizioloji  məhlul,  adi  su  və  distillə  edilmiş  su) 

embrional inkişaf mərhələləri invazion sürfə mərhələsinə qədər günlərlə 

öyrənilmişdir  və  təcrübələrin  nəticələri  dissertasiyada  verilmişdir. 

Yumurtaların  embrional  inkişaf  mərhələlərinin  abiotik  amillərin 

təsirindən asılılığı şərh edilmişdir.  

5. Trichocephalus myocastoris Enigk, 1933  

İlk  dəfə  olaraq  T.myocastoris  növünün  yumurtalarının  embrional 

inkişafına  abiotik  amillərin  (temperatur,  nəmlik,  işıq  və  s.)  təsiri 

öyrənilmişdir.  Müəyyən  edilmişdir  ki,  trixosefalus  yumurtalarının 

inkişafı  2-ci  sakitlik  dövrünə  qədər  intensiv  gedir.  Bundan  sonra  isə 

inkişafın mərhələləri uzanır və invazion sürfələrin əmələ gəlməsi 100% 

nəmlik  (su  mühiti)  və  500  lüks  işıqlanma  şəraitində  +25

0

C–də  fizioloji 



məhlulda  52-60  günə,  adi  suda  50-63  günə  və  distillə  edilmiş  suda  isə 

49-74  günə  başa  çatır.  Ancaq  eyni  nəmlik  (su  mühiti)  və  işıqlanma 

şəraitində  temperaturu  +37

0

C-yə  qədər  yüksəltdikdə  bu  göstəricilər 



uyğun  olaraq  19-21,  19-21  və  20-23  günə  başa  çatır.  Eyni  zamanda 

T.myocastoris  yumurtalarının  müxtəlif  temperaturlarda  qızdırılmağa, 

qurudulmağa və soyudulmağa davamlılıq dərəcələri öyrənilmişdir və bu 

təcrübələrin nəticələri dissertasiyada ətraflı şərh edilmişdir. 

 6. Trichocephalus ovis (Abildgaard, 1795) 

Bizim tərəfimizdən ilk dəfə olaraq müxtəlif tip: qara, boz-qəhvəyi 




 

 

 



 

 

 



  

19 


 

və  boz-qonur    torpaqlarda  T.ovis  yumurtalarının  embrional  inkişafına 

müxtəlif abiotik amillərin (temperatur, nəmlik) təsiri təcrübələr yolu ilə 

öyrənilmişdir. 

Hər  üç  tip  torpaqda  nüvələrin  bölünməsi,  morulla  mərhələsinin 

formalaşması,  protoplastın  invazion  sürfə  mərhələsinə  qədər  inkişaf 

mərhələləri öyrənilmişdir. 

Müəyyən edilmişdir ki, havanın temperaturu  30-35

0

C  və  torpağın 



nəmliyi  90-95%  olduqda  invazion  sürfələrin  formalaşması  qara 

torpaqlarda  21-23  günə,  boz-qəhvəyi  torpaqlarda  25-27  günə  və  boz-

qonur  torpaqlarda  isə  30-35  günə  başa  çatır.  Ancaq  bu  göstəricilər  20-

25

0



C  temperaturda  və  60-65%  nəmliyi  olan  qara  torpaqlarda  35-42 

günə,  boz-qəhvəyi  torpaqlarda  48-60  günə  və  boz-qonur  torpaqda  isə 

55-73 günə başa çatır. 

Trixosefalyoz  törədicilərinin  əhli  və  vəhşi  heyvanlar  arasında 

yayılma  dərəcəsi,  tədqiqatın  aparılma  metodikası  və  onun  tətbiqinin 

səmərəliliyi dissertasiyada ətraflı şərh edilmişdir. 

Laboratoriya və çöl təcrübələri zamanı alınmış nəticələrin yerlərdə 

tətbiqi 


gələcəkdə 

heyvanların  baş  sayının  artırılmasında  və 

məhsuldarlığın yüksəldilməsində özünü göstərəcəkdir. 

 

 



VI FƏSİL. AZƏRBAYCANDA VƏHŞİ MƏMƏLİLƏRİN  

HELMİNTLƏRİNİN YAYILMASININ LANDŞAFT-EKOLOJİ  

XÜSUSİYYƏTLƏRİ 

 

 

Dissertasiyanın bu fəslində Azərbaycanın yerləşdiyi coğrafi məkan, 

onun  oroqrafik  quruluşu,  hipsometrik  hündürlüklər  üzrə  fiziki-coğrafi 

xüsusiyyətləri,  torpaq  örtüyü,  bitki  qruplaşmaları  heyvanlar  aləmi 

ekoloji zonaların landşaftları ətraflı şərh edilmişdir.  

Toplanmış helmintoloji materialları təhlil etmək üçün onların qrup-

laşmasını  S.M.Əsədov  (1960)  tərəfindən  təklif  edilən  ekoloji-hel-

mintolojı şaquli landşaftlar üzrə veririk (cədvəl  2). 

 

 

 



 

 



 

 

 



 

 

 



  

20 


 

Cədvəl  2 

Azərbaycanda vəhşi məməli heyvanların helmintlərinin  üfüqi və şaquli      

        landşaft-ekoloji zonalar üzrə qruplaşmasının say göstəriciləri  

Vəhşi 

məməlilərin 



helmint 

faunası 


komp-nin 

tərkibi 


Kiçik Qafqaz 

Böyük Qafqaz 

Ovalıqlar 

Düzənli


Zona-


sında 

quru-çöl 

landşaftı 

85 növ 


Alçaq 

Dağlılı-


ğın çöl 

landşaftı 

62 növ 

Dağlıq 


zonada 

enliyar-


paqlı 

meşələr 


və meşə-

dən 


sonrakı 

çəmən-


kolluq 

lanşaftı 

77 növ 

Düzənlik 



zonada 

alçaq-


dağlılığın 

çöl  


landşaftı 

76 növ 


Orta-

dağ-


lılığın 

dağ 


kserofiti 

(dağ 


boz-qırı) 

land- 


şaftı 

58 növ 


Dağlıq 

zona dağ 

enliyar- 

paqlı 


meşələr və 

meşədən 


sonrakı 

çəmən-


kolluq 

landşaftı 

91 növ 

Abşeron     



  yarım 

adasın- 


da 

düzənlik-

lərin və 

alçaqlıq-

ların  

yarım- 


səhra 

landşaftı 

28 növ 

Kür-


Araz 

ovalığın


da 


alçaqlıq- 

ların 


quru-çöl 

və 


düzənlik

- lərin 


yarım-

səhra 


landşaftı 

96 növ 


Lən-

kəran 


ovalı-

ğında 


alçaqlıq- 

ların 


çəmən- 

meşə 


landşaftı 

55 növ 


Xarakterik 

növlərin 

sayı 

73 


(85,9%) 

49 


(79,0%) 

64 


(83,1%) 

67 


(88,1%) 

47 


(81,0%) 

83 


(91,2%) 

13 


(46,4) 

88 


(91,7%) 

48 


(87,3%) 

Fakültativ 

növlərin 

sayı 


10 

(11,8%) 


12 

(19,3%) 


11 

(14,3%) 


(11,8%) 


11 

(18,9%) 


(8,8%) 


15 

(53,6) 


(10,2%) 


(12,7%) 


Potensial 

növlərin 

sayı 



(2,3%) 



(1,6%) 


(2,6%) 






Landşaft 

üçün 


spesifik 

növlər 


(8,4%)  


(1,6%) 


(3,9%) 




(4,4%) 

(3,6%) 



(1,0%) 


Qafqaz 


üçün 

spesifik 

növlər 



(9,4%) 



(14,5%) 


22 

(28,6%) 


(7,9%) 


(15,5%) 


19 

(9,9%) 




 Geniş  

zonallığa  

malik 

növlər 


70 

(82,3%) 


52 

(83,9%) 


52 

(67,5%) 


70 

(92,1%) 


49 

(84,5%) 


68 

(74,7%) 


27 

(96,4%) 


95 

(98,9%) 


55 

(100%) 


Kopleksin 

əsas             

nüvəsi 

83 


(97,6%) 

61 


(98,4%) 

75 


(97,4%) 

76 


(100%) 

58 


(100%) 

91 


(100%) 

28 


(100%) 

96 


(100%) 

55 


(100%) 

 Tam    


kompleks 

85 


(100%) 

62 


(100%) 

77 


(100%) 

76 


(100%) 

58 


(100%) 

91 


(100%) 

28 


(100%) 

96 


(100%) 

55 


(100%) 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə