Azərbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə9/18
tarix04.07.2018
ölçüsü0,7 Mb.
#53304
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

 

 

 



 

 

 



  

21 


 

Cədvəldən  göründüyü  kimi  xarakterik  növlərin  sayına  görə  Böyük 

Qafqazın  dağlıq  zonası  (91,2%)  və  Kür-Araz  ovalığı  (91,7%)  digər 

landşaft-ekoloji zonalar üzərində dominantlıq edir.  

Qafqazda  dağətəyi  zonalar  düzənlik  və  dağlıq  zonalar  arasında  keçid 

təşkil  etdiklərinə  görə  geniş  zonallığa  malik  növlərin  ekstensivliyi 

yüksəkdir.  Ümumiyyətlə  bütün  zonalarda  geniş  zonallığa  malik  növlər bu 

və ya digər zona üçün xarakterik növlər üzərində dominantlıq edir.  

Göründüyü kimi, Azərbaycanda vəhşi məməli heyvanlarda ən çox hel-

mint  növü  Kür-Araz  ovalığında  inkişaf  edən  alçaqlıqların  quru-çöl  və 

düzənliklərin  yarımsəhra  landşaftında  (96  növ),  Böyük  Qafqazın  dağlıq 

zonasında  inkişaf  edən  enliyarpaqlı  meşələr  və  meşədən  sonrakı  çəmən–

kolluq landşaftında (91 növ), ən az isə Abşeron yarımadasında inkişaf edən 

düzənliklərin  və  alçaqdağlıqların  yarımsəhra  landşaftında  (28  növ) 

qruplaşmışdır.  Xarakterik  növlərin  sayına  görə  də  düzənlik  və  dağlıq 

zonalarda  qruplaşan  növlər  dağətəyi  və  Abşeron  yarımadası  zonalarında 

qruplaşan  növlər  üzərində  dominantlıq  təşkil  edirlər.  Bu  rəqəm  Kür-Araz 

ovalığında inkişaf edən alçaqlıqların quru–çöl və düzənliklərin yarımsəhra 

landşaftında  91,7%,  Böyük  Qafqazın    dağlıq  zonasında  inkişaf  edən 

enliyarpaqlı meşələr və meşədən sonrakı çəmən-kolluq landşaftında 91,2%, 

Kiçik  Qafqazın  düzənlik  zonasında  inkişaf  edən  quru-çöl  landşaftında 

85,9%,  dağlıq  zonasında  inkişaf  edən  enliyarpaqlı  meşələr  və  meşədən 

sonrakı  çəmən-kolluq  landşaftında  83,1%  yoluxma  qeydə  alındığı  halda 

Abşeron  yarımadasında  inkişaf  edən  düzənliklərin  və  alçaqlıqların 

yarımsəhra landşaftında 46,4% xarakterik növ qeydə alınmışdır.  

Fakultativ növlərin qruplaşmasında və  yayılmasında kəskin zonallıq 

müşahidə  edilməmişdir.  Kiçik  Qafqazın  düzənlik  zonasında  2(2,3%), 

daöətyi zonasında 1(1,7%)  və dağlıq zonasında isə 2(2,6%) potensial növ 

qeydə alınmışdır.   

Zona  üçün  spesifik  növlərin  sayına  görə  də  düzənlik  zonalar  dağlıq 

zonalardan  irəlidədir.  Bu  göstərici  Qafqazın  düzənlik  zonalarında  və 

ovalıqlarda spesifik növlərin sayı 12, dağlıq zonalarda isə 6 növ təşkil edir. 

Bütünlükdə götürdükdə isə düzənlik zonalar üçün spesifik növlərin sayı 23, 

dağlıq zonalar üçün isə 48 növ olmuşdur. Dağətəyi zona düzənlik və dağlıq 

zonalar  arasında  keçid  zolağı  olduğuna  görə  bu  zona  üçün  spesifik  növ 

qeyd edilməmişdir. 

Bütün  landşaft-ekoloji  zonalarda  geniş  zonallığa  malik  olan  növlər 

məhdud zonallığa malik növlər üzərində dominantlıq təşkil edir. 

Geniş  zonallığa  malik  olan  növlərdən  yüksək  ekstensivlik  Lənkəran 



 

 

 



 

 

 



  

22 


 

ovalığında  100%,  Kür-Araz  ovalığında  98,9%,  Böyük  Qafqazın  düzənlik 

zonasında  92,1%,  dağətəyi  zonasında  84,5%  və  nisbətən  az  isə  Kiçik 

Qafqazın dağlıq zonasında 67,5% qeydə alınmışdır. Helmint kompleksinin 

zonalar üzrə qruplaşmasının təhlili göstərir ki, geniş zonallığa malik növlər 

daha  çox  ovalıqlarda  və  Qafqazın  düzənlik  zonalarında  yayılmışdır.  Bu 

yəqin  ki,  helmint  növlərinin  inkişafı  üçün  bu  ərazilərdə  optimal  abiotik 

amillərin olması və onları sahiblərinin  (axırıncı, aralıq, əlavə və rezervuar) 

bu ərazilərdə geniş yayılması və sıxlığının yüksək olmaları ilə əlaqədardır. 

Bununla  yanaşı  qış  fəslində    bir  çox  vəhşi  məməli  heyvan  növləri  yem 

ardınca dağətəyi və düzənlik ərazilərə fəsli miqrasiyalar edir.  Bu cür fəsli 

miqrasiyalar zamanı axırıncı sahiblər bir landşaft-ekoloji zonadan digərinə 

miqrasiya edərkən onlar yeni helmint növləri ilə yoluxurlar. Eyni zamanda 

bu  miqrasiyalar  zamanı  onlar  yoluxduqları  helmintlərin  yumurta  və 

sürfələrini  də  keçdikləri  miqrasiya  yollarında  yayırlar.  Təbii  ki,  bu  və  ya 

digər  zonaya  miqrasiya  zamanı  təbiətə  səpilmiş  yumurta  və  sürfələrin 

hamısı həmin zonada öz sahiblərini (axırıncı, aralıq, əlavə və s) tapa bilmir 

və yeni landşaft-ekoloji zonaya hakim biotik və abiotik amillərin əlverişsiz 

təsirlərinə  davam  gətirməyib  məhv  olurlar.  Ancaq  hər  halda  yoluxmuş  bir 

çox aralıq sahiblər bir zonadan digərinə keçərkən yırtıcılar və digər axırıncı 

sahiblər  tərəfindən  yeyilir.  Bu  zaman  sahib  həmin  helmint  üçün  spesifik 

deyilsə,  mədədə  azad  olan sürfə  tələf  olur,  əgər  həmin    növ  üçün  spesifik 

sahibdirsə inkişaf edərək yetkin mərhələyə çatır. 

Azərbaycanda  vəhşi  məməli  heyvanlarda  ən  çox  helmint  növü  Kür-

Araz  ovalığında,  Böyük  Qafqazın  dağlıq  zonasında  və  Kiçik  Qafqazın 

düzənlik  zonasında,  ən  az  isə  Abşeron  yarımadasında,  Qafqazın  dağətəyi 

zonalarında  və  Lənkəran  ovalığında  mövcud  olan  landşaftlarda 

qruplaşmışdır. 

2-ci  cədvəldən  göründüyü  kimi  zona  üçün  xarakterik  növlərin  sayına 

görə də düzənlik və dağlıq zonalarda qruplaşan növlər dağətəyi və Abşeron 

yarımadası zonalarında qruplaşan növlər üzərində dominatlıq təşkil edirlər. 

Həmçinin  geniş  zonallığa  malik  olan  növlər  məhdud  areallarda  yayılan 

növlər  üzərində  dominantlıq  edir.  Geniş  zonallığa  malik  olan  növlər  daha 

çox Qafqazın dağətəyi zonalarında yayılmışdır. 



 

VII FƏSİL. AZƏRBAYCANDA VƏHŞİ MƏMƏLİLƏRİN HELMİNT 

FAUNASININ FORMALAŞMASI YOLLARI 

 

Helmintlər  təbii  biosenozların  bir  komponenti  kimi  bir  çox  quru, 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə