Azərbaycan miLLİ elmlər akademiyasi


Aşıq İrfanı haqqında axtarışlarım



Yüklə 1,02 Mb.
səhifə3/8
tarix26.09.2017
ölçüsü1,02 Mb.
#1677
1   2   3   4   5   6   7   8

5. Aşıq İrfanı haqqında axtarışlarım
Aşıq İslam Erdenerlə söhbətimdən (1972) sonra Azərbaycan mət­­buatını, folklorşünaslığa dair ədəbiyyatı nə qədər araş­dır­dım­sa İrfani, Qul Qarani, Xəstə Hasan və Çıldır-Axısqa aşıqları haqqında dəyərli bir qaynağa rast gəlmədim. Tanınmış aşıq­la­rı­mızla söhbətlərimiz də bir nəticə vermirdi. Aşıq Hüseyin Saraclı mə­ni Ağbabalı Aşıq İsgəndər Gülməmmədova yönləndirdi.

Axısqa, Çıldır, Kars aşıq mühitinin mahir bilicisi olan sənət­kar­dan “Xəstə Hasanla İrfaninin deyişməsi”ni və bölgənin aşıq­la­rının şeirlərini, haqqlarında ağızlarda dolaşan söhbətləri yazıya al­dım. Aşıq İsgəndər vasitəsilə Xəstə Hasanın qohumlarından olan Aşıq Murtaza ilə məktublaşdım. Qazaxıstanın Talqar şə­hə­rin­də yaşayan Aşıq Murtaza da 1985-ci ildə Xəstə Hasanla İr­faninin deyişməsini və başqa şeirləri, rəvayətləri yazıb mənə gön­dərdi. Aşıq İslam Erdenerin, Aşıq İsgəndərin, Aşıq Mur­ta­zanın və Qa­zaxıstan Cümhuriyyətinin Çimkənd şəhərində ya­şa­yan Aşıq İlyas Dadayevdən toplanmış mətnlər arasında fərq ol­duq­ca cüzi idi.

Topladığım folklor nümunələrindən aydın olurdu ki, Xəstə Ha­­sanla çağdaş olan Aşıq İrfani hətta bir məclisdə deyişiblər. Aşıq İrfani ilə Xəstə Hasan arasındakı deyişmə zamanı söy­lən­miş bağlama və onun açması belədir:

İrfanı

Aradım, yoxladım könül şəhrini,

Gördüm bu könlümdə yenə dörd qaldı.

O dördün birini qaldırdım atdım,

Baxdım gerisinə yenə dörd qaldı.
Xəstə Hasan:

Ol yaradan bu dünyanı xəlq etdi,

Nişangahı dörd qıvladı, dörddü dörd.

Yoxdan var eylədi cəmi insanı,

Abı, ataş, xaki, badda dörddü dörd.
İrfanı:

Oxudum, oxudum mətləbə çatdım,

Bir bəzirgan tapdım yarısın satdım.

İndi də o dördün ikisin atdım,

Yenə baxdım gerisində dörd qaldı.
Xəstə Hasan:

Yoxdan var eylədi cümlə aləmi,

Endi fəriştələr, çəkdi qələmi,

Məhəmmədə gəldi haqqın salamı,

“İncil”, “Tövrət”, “Zabur”, “Quran” dörddü, dörd.
İrfanı:

İrfani de[yə]r bu sözləri alana,

Eyvallahım var təcnisi bilənə,

Üçün[ü] atdım, birini aldım qələmə,

Dörddən dörd tulladım yenə dörd qaldı.
Xəstə Hasan:

Dövr edilər [bu] dünya dönər, ha dönər,

Bir gün olar çıra bəndindən sönər,

Xəstə Hasan, sinən[ə] əzrayıl qonar,

Dörd kimsə aparar, yenə dörddü dörd.

(Şamil Ə., 2012:160)

Deyişmə hər iki aşığın ustadlıq məharətindən xəbər verir.

Aşıq İslam Erdener İrfaniyə buta verildiyini, onun sev­gi­lisi­nə qovuşmaq üçün səfərə çıxdığını və bu yolda qarşılaşdığı çə­tin­likləri şirin bir dillə danışırdı. Bu dastan-rəvayətdəki bəzi epi­zodlar “Əsli-Kərəm” dastanını xatırladırdı. Sujet oxşarlığına bax­ma­yaraq dastan rəvayətinin önəmli cəhəti İrfaninin şeirlərini qo­ru­yub saxlaması idi.
6. İrfani haqqındakı xalq hekayəsinin qısa özəti
Aşıq İslama görə İrfaninin adı Süleyman olmuş, atasını er­kən itirdiyindən paşa olan əmisinin himayəsində böyüyüb. Əmisi onun dərin dini təhsil almasını istəyib. Yeniyetmə çağlarında ərən­­lər ona yuxuda buta verdiyindən təhsilini yarımçıq qoyaraq sev­gilisi, Türkmən bəyinin qızı Sənəmi axtarmağa başlayıb. Çox ma­niələri aşdıqdan, çətinliklərə qalib gəldikdən sonra sevgilisini ta­pıb. Lakin qızı ona verməyiblər. Dəliqanlı Süleyman qızı qa­çı­ra­raq Ardahanla Axısqa arasındakı Ulqar dağdakı xaraba kilsədə giz­lənib. Türkmən bəyi hökümətə şikayət edib. Axtarıb İrfani və sev­gilisini tapıblar. İrfanini həbs edərək Çıldır gölündəki Ağ­ca­qa­laya göndəriblər, sevgilisini isə valideyinlərinə veriblər. Ərən­lə­rin köməyi ilə Süleyman gölün ortasındakı Ağcaqaladan qaçıb. Gəlib yenidən sevdiyi qızı - Sənəmi qaçırdıb. Bu hadisə bölgədə ya­şayan insanların heyrətinə və söz-söhbətlərinə səbəb olub.

Başına gələn macəralar və İrfani təxəllüsü ilə söylədiyi şeir­lər xalq arasında dastana dönüb, haqqında hər yerdə mə­həb­bət və ehtiramla danışılıb. Bu söz-söhbətdən xəbər tutan Çıldır pa­şası onu yanına gətirdib. Haqq aşığı olub-olmadığını yoxlamaq üçün məclis qurub və çalıb-oxumasını istəyib. İrfaninin oxu­ma­sı, onun bə­dahətən söylədiyi şeirlər və çaldığı saz havaları məc­lis­dəkilə­rin hamısının xoşuna gəlib. Paşa İrfanini Arpaçay qə­za­sındakı Də­­mirçilik kəndinə göndərib və oradakı məscidə imam təyin edib.


7. Aşıq İrfani haqqında Azərbaycandakı araşdırmalar
Sovetlər Birliyi dağılandan sonra Axısqa türklərinin folk­lo­ru­nun nəşrinə və təbliğinə imkan yarandı. Qaynaqlarda Çıldır, Axıs­qa, Mesxetiya, Cavaxetiya kimi qeyd olunan bölgənin folk­lo­runun toplanmasında və çap etdirilməsində Azərbaycanlı araş­dı­rı­cılardan Asif Hacılının, Valeh Hacıların, Şurəddin Məmmədli Qa­rapapağın, Tacir Səmiminin, Afdandil Ağbabalının və b. əmə­yi böyükdür. Bu sətirlərin müəllifi də Xəstə Hasanla bağlı araş­dır­malarında İrfa­nidən söz açmaqla kifayətlənməyib, 2006-cı ilin no­yabrın 1-3-də Bakıda keçirilən “Ortaq türk keç­mi­şindən ortaq türk gələcəyinə” 4-cü Uluslararası Folklor Konfran­sı­nda “Aşıq Ür­­faninin ömür yolu və şeirləri” mövzusunda məruzə edib. (Şamil Ə., 2006:85-91).

Valeh Hacılar (Hacılar V., 2005), Şurəddin Məmmədli Qa­ra­pa­paq (Qarapapaq Ş., 2000, 2004) əsərlərində Axısqa mühi­tin­dən bəhs edərkən İrfanidən də söz açıblar. Asif Hacılı hazırladığı “Qə­ri­bəm bu vətəndə” (Hacılı A., 1992:195) kitabında İrfanidən (o aşı­ğın adını Ülfani kimi yazıb) söz açmaqla yanaşı “Bu dərd mə­ni öl­dü­rür» qoşmasını və Aydın Poladoğlu ilə birgə hazırladığı “Axıs­qa türk folkloru” (Hacılı A., 1992:195) antologiyasında isə “Bu dərd məni öldürür”, “Qocalır” qoşmalarını çap etdirib. Asif Ha­cılının çap etdirdiyi “Bu dərd məni öldürür” şeiri İslam Erdener və İs­gəndər Ağbabalının söylədiyi “Qədər” rədifli qoşmayla eynidir.


8. Aşıq İrfani haqqında Türkiyədəki araşdırmalar
Sovetlər Birliyinin dağılması Türkiyə ilə əlaqələri ge­niş­lən­dir­di. 1995-ci il, iyunun 9-11-də Qırıqqala valiliyi - KİBATEK və Folklor Araştırmaları Kurumunun birgə keçirdiyi “Dünya-Hoşgörü-Manas-Abay yılı” 7. Uluslararası Türk Xalq Ədəbiyyatı Se­­minarı və 1. Uluslararası Türk Dünyası Kültür Kurultayında Kars bölgəsinin ünlü aşıqlarından Aşıq Şərəf Taşlıovayla gö­rüş­düm. Azərbaycan aşıq ədəbiyyatının gözəl bilicisi olan bu insanı qiyabi tanıyırdım. Ona görə də bir-birimizdən tanışlarımızı xəbər al­maq, hal-əhval tutmaq, onlara salam yollamaqla başlayan söh­bət Xəstə Hasan, Qul Qaranı, İrfanı, Şenlik və bölgənin başqa aşıq­larına doğru yönəldi. Onların həyat və yaradıcılıqlarına dair yeni materiallar toplamağa başladım. İrfani haqqında söy­lə­dik­lə­ri­ni yazıya almaq istədikdə səmimiyyətlə “Əziyyət çəkməyin, mə­nim banta söylədiklərimi Ensar Aslan 1980-ci ildə “Köz” der­gi­sində (Ensar A., 1980,5:23-34.) yayınladıb. Dərgidəki mə­qa­lənin fotokopisini verərəm yararlanarsan” – dedi.

Aşıq Şərəf Taşlıovadan yazıya alınmış variant Aşıq İslam Er­denerin söylədiyindən elə ciddi fərqlənmirdi. Məzmunca oxşar olsa da ayrı-ayrı hadisələrin izahında fərqlər vardı. İslam Er­de­nerə görə İrfani haqq aşığı olduğu üçün Paşa onu Dəmirçilik kən­di­nə molla-came imamı göndərir. Aşıq Şərəf Taşlıova va­riantın­da isə İrfani Sənəmi qaçırdığına görə qızın atası Çıldır paşasına şi­kayət edir. Paşa da Sənəmi aşığın əlindən alıb atasına verir, Sü­ley­manı da həbs etdirir. Aşıq oradan qaçaraq sevgilisinin ya­şa­dığı Alagöz kəndinə gəlir və qızı ikinci dəfə Çıldıra qaçırır. Bu hadisə bölgədə dastana çevrilir.

Paşa da İrfani təxəllüsü ilə şeirlər qoşan Süleymanı yanına gə­tirtdirir. Aşıq çalıb oxuyanda Paşanın gənc və gözəl xanımı Xür­rəmzay içəri girir. İrfani onun gözəlliyinə heyran olub “İndi könlüm Xürrəmzaya bağlandı“ qoşmasını oxuyur. Paşa İrfaninin xanımına eşq elan etdiyini düşünərək onu yenidən həbs etdirir.

Aşıq bir il həbsdə yatdıqdan sonra “Gəlmişəm“ rədifli qoş­ma­nı yazıb üzrxahlıq edərək bağışlanmasını istəyir. Paşa onu həbsdən azad etsə də Dəmirçilik kəndinə sürgün edir.

İslam Erdenerə görə paşa İrfaninin həqiqi haqq aşığı ol­du­ğu­nu yoxlamaq üçün xanımını tərif etməsini tapşırır. O da “Bağ­lan­dı“ qoşmasını deyir. Paşa da bundan razı qalır və onun haqq aşığı olduğuna inanır.

2007-ci ilin noyabr ayının 29-30-da Ankarada, Qazi Uni­ver­site­tində professor Öcal Oğuzun təşkilatçılığı ilə “Somut ol­ma­yan kültürel miras. Yaşayan aşık sanatı” möv­zusunda elmi kon­frans keçirilirdi. Orada mən də “Axısqalı Xəstə Hasan və onun yaratdığı aşıq məktəbi” adlı bir məruzə oxumalı idim. Konfransa araşdırıcılarla yanaşı aşıqlar da dəvət edilmişdilər. Aşıq Şərəf Taş­lıova da orada idi. Mənim məruzə edəcəyim sa­lo­na gəlib çıxışımı dinlədi. Sonra da dedi ki, 1998-ci ilin iyulunda Türk Dil Qurumu onun ifasinda “İrfani hoca ilə Türkmən qızı” das­tanını lentə yazıb. Nədənsə dastanın nəşri yubanır. Səmimi eti­raf etdi ki, Ensar Aslan üçün 1976-cı ildə danışdığından Türk Dil Kuru­mu üçün danışdığı daha yaxşı alınıb. Mənə də məsləhət gör­dü ki, yazılarımda həmin variantdan istifadə edim. Arzu edir­di ki, hə­min variantı əldə edib Azərbaycanda nəşr etdirim. Hər iki va­riantı əldə edib gözdən keçirəndə gördüm ki, Aşıq Şərəf Taş­lıova 22 ildə nə qədər dəyişiklər edib.


9. İrfani haqqında yazılanlara müqayisəli bir nəzər
Türkiyədən F. Saltkan (Fehrettin Kırzıoğlu), M. Halit Bayrı, Vasfi Mahir Kocatürk, İbrahim Aslanoğlu, Ensar Aslan, M. Sabri Koz, Yunus Zeyrek və başqaları Azərbaycanlı araşdırıcılardan ön­cə İrfanidən söz açıb, onun şeirlərini çap etdirib, haqqında bil­gi veriblər. F. Saltkan 1942-ci ildə yazır: “İleride hakkında bili­nen­leri ve deyilenlerden elde edilenleri ayrıca tanıtacağımız İr­fa­ni, Batum’dan Tiflis’e ve Kutayıs’dan Muş’a dek uzayan böl­ge­lerde deyişlerı yayılmış olan Ahıskalı bir aşıkdır. 19. yüzyıldakı bu böl­ge­lerde yetişən aşıklardan daha eski olduğu söylenen İrfani’nin 18. yüzyılda yaşadığı ve Ahıska’da doğup büyüdüğü, Ardahan Türk­­menlerinden bir kızı kaçırarak evlenip, Poskov ile Ardahan ara­sında Ulgar dağı eteğindeki meşede bulunup-kaçırdığı Türk­men qızına göre adlanan Kız kilisəsinde yedi yıl bu qızı Qızılbaş (Bektaşi-Alevi) soyu ve sopundan gizledigi anlaşılmakdadır.

Degerli deyişleri olan İrfaninin aşağıdakı yaş destanı, bütün (Ahıska, Kars, Erzurum, Artvin ve Batum) illerinde bilinip, aşık ve hekayeciler tarafından fasıl veya hikaye başında “döşeme” ya­ni mukaddeme olarak söylenir. Kendisinden sonrakı aşıklara bu yol­dakı destanlarda iyi bir örnek olan ve birkaç da nazire söy­len­miş bulunan bu destanın, Sarıkamış Türkmenleri arasında söy­le­nen biçimini aşağıda alıyoruz ki, bunda her yaş hakkındakı eski Türk inanç ve töresi görülmekdedir:

Ezel benim bu cihana gelişim,

Hüdadan emr oldu düşdüm erkana.

Ana erkanında kaynayıp pişdim,

Perküşüben döndüm bir katre kana. . . ”



(Satılkan F., 1942:229, 5-ci sayı).

Aşıq İsgəndər Ağbabalı, Aşıq Murtaza və Qazaxıstan, Qırğı­zıs­tan, Özbəkistanda yaşayan aşıqlar Ulqar dağının adını Bulqar, Bolqar dağı kimi oxuyurlar. Mustafa Kafalı Bulqar dağı haqqın­da yazır: “6. yüzyılın ortalarından 7. yüzyılın ortalarına kadar Avar Kaganlıgı’na bağlı olan Bulgar Türkleri, daha sonra istik­lallerini ilan ederek 250 yıldan fazla Bizans’ı zorlayacaklardır. Bu duruma son vermek için büyük bir ordu ile hareket eden İm­parator Nikephoros Phokas (963–969) 967- 968 yıllarında Bul­garları perişan edecektir. Bu tarihten sonra Bulgar Türkleri kıs­mən Makedonya’ya kısmən Anadolu’ya iskan edileceklerdir. Ana­dolu’da bunların iskan edildikleri bölgeler Bizans’ın uç böl­geleri olması gerekir. Nitekim Konya Eregli’sinin güneyindeki dağlar, halen Bulgar Dağı adıyla anılmaktadır. Bu bölge Bizans ile devamlı mücadele eden Abbasilere tabi Hamedanilere komşu uç bölgedir. Dolayısıyla Bizans İmparatorlugu Grek olmayan pek çok Anadolu ve Balkan kavimlerini Ortodoks birliği içinde kul­lan­mışlardır. Bulgarları Hamedaniler’e uç halkı olarak yer­leş­tirildikleri anlaşılmaktadır. İkinci bir diğer Bulgar iskan bölgesi ise Erməni ve Gürcü hududu olacaktır. Doğu Karadeniz dağları­nın Trabzon’dan Rize’ye devam eden bölümü Bulgar dağı adıyla bilinmekteydi”. (Kafalı M., 2002:180, 6 cild).

Nəzərə alsaq ki, Volqa Bulqarıstanında yaşayan türklər sö­zün əvvəlinə “v” və ya “b” səsinin artırılması qanunauyğunluğu var, on­da Ulqar dağının keçmişdə adının Bulqar kimi səs­lən­mə­sini normal saymalıyıq. Bu günün özündə belə Azərbaycanda oğuz soyundan gələnlərin ulasa (ağac növü) vələs, Uçağana(ad) Vaçağan, Utiyə (bölgə) Veti (Vedi) və s. işlədilməkdədir. Demək Qa­ra dənizdən Ardahan tərəflərədək uzanan dağların Ulqar, Bul­qar adının günü­müzədək yaşaması onu göstərir ki, tarixin müx­təlif dövrlərində bu­rada bulqar və oğuz türkləri yaşayıb. Bu da bir çox erməni və gürcü tarixçilərinin bölgədə yalnız onların ya­şa­dığını, türklərin bura son yüzillərdə gəldiklərini yaz­ma­la­rı­nın yanlış olduğunu göstərir.

F.Saltkan (Fahrettin Kırzıoğlu) 1937-1938-ci illərdə Kars və Posofda topladığı materiallara dayanaraq, bu gün də bölgədə ağız­dan-ağıza gəzən İrfani haqqında xalq hekayəsinin söy­lən­di­yi­­ni ya­zıb. O, İrfaninin bir qoşmasını 1950-ci ildə Çıldırın “Do­ğuş” dergi­sində və dörd qoşmasını 1969-cu ildə “Türk Folklor Araş­tırmaları” dergisinin 238-ci (may) sayında çap etdirib. F. F. Saltkan, sərhədlə­rin bağlı olmasına görə İrfani nəinki Türkiyənin o bölgələrində, İran İslam Cümhuriyyətinin, Azərbaycan, Ermə­nis­tan (1988-ci ildə Türk­lər oradan qovulduğundan bölgədə aşıq qal­mayıb), Gürcüstan Cümhuriyyətlərinin aşıqları arasında da məş­­hur olduğunu yazıb. Aşıqlar toylarda, şənliklərdə, rəsmi kon­sert­­lərdə “İrfani” havasını böyük şövqlə çalırdı. Hətta 19-20-yüzillərdə Türküstana, Qazaxıs­tana sürgün olunan Qafqazlılar ora­da da havanı yaşadaraq yayıblar.

İrfani haqqında kiçik, lakin olduqca dəyərli bir araşdırma apar­mağa nail olaraq bunları yazıb: “Aşık İrfani’ni aydınlatmak için, bugün her türlü imkandan uzağız. Bu şair haqqında şimdiye ka­dar görebildiğimiz tek yazı, ona ait “Yaş destanı”nın ya­yım­lan­­ması münasibetile F. Saltkan tarafından başlangıç tarzında sı­ra­lanmış beş on satırdan ibaretdir. (Türk Amacı, sayı 5, Kasım 1942). Biz sayısı kırka varan elimizdeki yazma cönklerde İr­fa­ni’nin yirimi üç koşmasına rastladığımız gibi, Murad Uraz da iki koşmasını tespit etmiştir. (Xalq edebiyatı – Şiir ve dil örnekleri, s. 183-184). Ancak bunlar, aşıkın manevi şahsiyetini ve sanatının bünyesini tanıtacak unsurlardır” (Bayrı M. H., 1955:302).

M. Halit Bayrının haqqında söz açdığı “sayı kırka varan əli­miz­dəki yazma cönklər”i görə bilmədiyimizdən “İrfaninin iyirmi üç koşması”nın da hansılar olduğunu müəyyənləşdirə bilmədik. Araş­dırıcı İrfaninin “Yıxıldı” qoşmasından sonra, “bu koşma ilə il­gili menkıbeyi de naklediyoruz” deyə yazıb. O, mənqəbə ha­ra­da olduğu, orada aşıq haqqında başqa ələvə bilgilər də varmıdır sualına cavab tapa bilmədik.

Araşdırıcı məqaləsində İrfaninin aşağıdakı möhürbəndini də verib:

İrfaniyəm qaldım dünayaya həsrət,

Olmadı yar ilə qovuşmaq qismət,

Cümlə aləm etdi bizlərə nisbət,

Qovuşdur cənnətdə yara, ey fələk.

Şeirin öncəki bəndlərinə başqa qaynaqlarda rast gəlmədik. Bu­na görə də o qənaətdəyik ki, M. Halit Bayrının haqqında söh­bət açdığı 23 qoşma arasında bizim kitaba daxil edə bilmə­diklə­ri­miz də var. Düşünürəm ki, Türkiyədə yaşayan araşdırıcılarımız M. Halit Bayrının arxivi ilə tanış olduqdan sonra bizim üçün ay­dın olmayan məsələləri öyrənəcək, Aşıq İrfani haqqında qaran­lıq­ları bir az da aydınladacaqlar.

M. Halit Bayrı İrfaninin ömür yolundan söz açarkən əsasən F. F.Saltkanın topladığı materiallara dayanır. Araşdırıcı İrfaninin “Türkmən Kars elinə aşdı gəlmədi” misrası haqqında belə yazır: “Bi­lindiği gibi Ahıska yerlileri tamamen Sünnidirler. Halbuki bu ta­raflarda yaşayan Alevi Türkler de vardır ki, Sünni Türkler bun­la­ra “Türkmen” derler, onlara kız vermeği geleneğe aykırı say­dıktan başka, kendileri de onlardan kız almazlar. Sünni Türklere göre, Türk­men denilen Alevi Türklerin buldukları yerler “Kem ülke”dir. Koşma da Aşık İrfan’nin sevgisi için: “Kem ülkenin suyun içti gel­­medi” misrasında Kars-Çıldır bölgesi nezerde tutulur. “Dahi bit­mez oldu gülü Çıldırın” misrasından da bu şeiri söyləyən aşığın böl­gəni yaxşı tanıdığından xəbər verir. (Bayrı M. H., 1955:304)

M.Halit Bayrı F.F.Saltkanın İrfani haqqında fikirləri ilə ra­zı­­laşdığını belə bildirir: “F. Saltkan, halk rivayetlerine dayanarak Aşık İrfani’nin 18 yüzyıl saz şairlerinden olduğunu tereddütsüz kabul etmektedir. Aşık İrfani’nin bir koşması ve onunla ilgili bir menkıbe, şairin 18 yüzyılda yetişmiş olduğuna dair F. Saltkan’ın düşüncesini haklı göstermek mahiyetindedir” (Bayrı M. H., 1955:304). Bunun ardınca aşığın beş bəndlik “Yıxıldı” qoş­ma­sı­nı verir. Araşdırıcı qoşmanın son misraları:

Şikəstə Vaqifin-Molla Pənahın,

“Hayıf olsun Medinəsi” şeirinə dayanaraq yazır: “Bu koşma ile ilgili menkibeyi de naklediyoruz: Aşık İrfani gürbette do­la­şır­ken bir gün bir köy odasında misafir olur. Odaya girince ocağın ba­şında iki ihtiyarın demisini dertli dertli tüttürdüklerini, ah çekip lülelerinin dumanıyla beraber ocağın küllerini de sa­vur­duk­larını görür. . . Sonra da, ihtiyarladan birinin Azerbaycan şair­leri arasında “Va­kıf” adıyla tanınmış olan “Molla Penah”, ölen gelin de Va­kıf’ın kızı Medine olduğunu anlar”. (Bayrı M. H., 1955:303).

M. Halit Bayrı görünür M. P. Vaqif haqqında bilgisi az ol­du­ğun­dan onun xanımı Mədinəni qızı bilib. O, Molla Vəli Vi­da­di­nin (1709-1809) oğlunun və gəlini, Qarabağ xanının vəziri olan Vaqifin (1717-1797) qızının yasını təsvir etdikdən sonra Vaqif haqqında qısa bilgi verir. Bu qənaətə gəlir ki, Vaqif və Vidadinin öv­ladlarının yasına gələn İrfani onlardan yaşda kiçik imiş. Be­lə­cə İrfaninin 18 yüzilin sonu 19 yüzilin əvvəllərində yaşadığını ya­zır və məqaləsinə aşığın iki qoşmasından tam, bir qoşmasının da son bəndindən istifadə edir.

İrfaninin yasa gəlməsi rəvayəti həqiqətə uyğundur. Azər­bay­ca­nın məşhur araşdırıcısı Salman Mümtaz yazır: “Mərhum Abbas Ağa Nazir vəqti ilə mənə demişdi ki, Vaqifin iki qızı var imiş, bö­yü­yünün adı Pəri Soltan, kiçiyinin adı isə Mələk Cahan. Vidadinin böyük oğlu Məhəmməd ağa Pəri Soltanla, Kiçik oğlu Osman isə Məlik Cahanla evlənmişdi. Pəri Sultandan Yəhya bəy dün­yaya gəl­mişdir ki, şairdir” (Dünyamalıyeva T., 1987:50). Hüseyin Qa­yıbovun məcmuəsinin 2-ci cildində “Nə müş­küldür” rədifli qə­zəlinin müqəddiməsində şairin iki oğlu haqqında mə­lumat vardır.

Vidadinin böyük oğlu Məhəmməd ağa qardaşı Əyyüb ağanı tüfəng gətirmək üçün evə göndərir. Əyyub ağa da ehtiyatsızlıq edə­rək tüfəngin lüləsindən tutub çəkəndə qəflətən tüfəng açılır. Güllə Əyyub ağanın cigərindən keçir. Bu da Əyyub ağanın ölü­münə səbəb olur (Qayıbov H., 1987:321-322, 2cild).

Firudin bəy Köçərli də şairin üçüncü oğlu haqqında məlumat ve­rir. Qocalığında Vidadinin gözü yaxşı görmədiyindən oğlu Os­man Əfəndi gəzdirirmiş. Vidadi onu çox sevər, xeyir dua ve­rər­miş (Köcərli F., 1978:196, 1-ci cild).

Rəvayətdə Aşıq İrfaninin “qürbətdə dolaşarkən” Vaqif və Vi­dadinin övladlarının yasına gəlməsi söylənilir. M.P.Vaqif Qa­ra­bağ xanının vəziri, necə deyərlər dövrünün məşhur şəxs­lə­rindən idi. Vidadi də tanınmış şair, ictimai xadim olmaqla yanaşı Gür­cüstan sarayında da tanınan birisi idi. Belə məşhur insanların evinə İrfa­ninin təsadüfən gəlməsi inandırıcı görünmür. Yas Vidadinin evində Qazağın Salahlı kəndində olub. O dövrdə də Qa­zaxdan, Borcalıdan Axısqaya gediş-gəlişdə elə bir problem yox imiş. Gəncəli, Şəkili, İravanlı Tiflisə necə gedib-gəlirsə, axıs­qalılar da Borçalıya, Gən­cəyə, Şəkiyə və b. bölgələrə elə asan­lıqla gedib-gəlirmiş.

İrfaninin şeirlərində Vaqifin təsiri açıq-aydın duyulur. Gö­rü­nür İrfaninin Vaqif və Vidadi ilə öncədən tanışlığı varmış ki, o yasa da gəlməyi özünə mənəvi borc bilib.

Vasfi Mahir Kocatürk 1963-cü ildə nəşr etdirdiyi “Saz şair­ləri” kitabında İrfaninin “Gətirir” “Yetiş” və “Getdi” rədifli qoş­ma­larını verərək yazır: “İrfani, tahminlere göre, 18-ci yüzyılın so­­nu, 19-cu yüzyılın başlarında yaşamıştır. Elimizde bulunan cönk­lerde şiirlerine rastlanmaktadır” (Kocatürk V.M., 1963:271-272).

İbrahim Aslanoğlunun yayınlatdığı “İrfani” məqaləsi (Asla­noğ­lu İ., 51:23) isə mövzunu mübahisə obyektinə çevirdi. O yazır: “Bilhassa Sıvas’takı sünnilerin düzenledıkleri cönk ve mec­mua­lar­da adına sık-sık rasladığım İrfani, kudretli bir şairdir... Kim­­­liğine dair tahmin edici bir bilgi edemedim. Yalnız, İstan­bul’da Nakışlar Yayınevi’nin sahibi olan Gürünlü H. Cengiz Al­pay, bu hususta şunları anlattı: Babam ve dedem bana zaman zaman İrfa­ni’nin kendi soyumuzdan olduğunu söylerdi. Hatta de­demin dedesi imiş. Elimizde 100 sayfaya yakın bir şiir mecmuası vardı. 30 yıl kadar önce həmşehrimiz Kaya bey (Prof. Dr. Kaya Bil­gegil), bu mec­muayı incelemek amacıyla istedi. Ben de ver­dim. Ara­dan epeyce zaman geçti. Bir gün iade etmesini rica ettim. Ba­na “qaliba kay­bet­tim, bulamıyorum” dedi. Bir daha da eli­me geçmedi.

Cengiz beyin verdiği bilgiye dayanarak, İrfani’nin Gürünlü ol­duğunu ve yaklaşık bir hesapla 19 yüzyılın ilk yarısında ya­şa­dı­ğını söyleyebiliriz” (Aslanoğlu İ., 1977:23 sayı 51).

Tanınmış folklorçu alim ve Sivas aşıqları haqqında bir neçə ki­tabın müəllifi olan Dr. Doğan Kaya mənim İrfanilərlə bağlı mək­tubuma cavab olaraq yazır: “İrfanilər konusu bir az çətindir. Çün­kü Gürünlü İrfani ilə Doğulu İrfaninin bazi şiirləri bir-birinə karışmışdır. Gürünlü Muhammed Sezai Alpay (Layiki) (1892-1950) İrfaninin nevesidir. Layikinin oğlu Hakkı Cengiz Alpay (1922-1991) küvvetli bir şairdir. Şair Emin Alpay (1949-) ile şair Şahin Alpay (Hilal) (1943) de İrfani sülalesindendir”.

Ata oğul arasındakı fərqi orta hesabla 25-50 il hesablasaq Hak­kı Cengiz Alpay dedikləri doğru gəlir. Burada ay­dın­laş­dı­rıl­ma­­mış bir məsələ qalır: İrfaninin məzarı Güründədirmi? Yaxud ailədə yaşayan xatirələrə görə İrfani Güründə doğulub, orada ölüb, yoxsa ya özü, ya da övladları Gürünə başqa yerdən gə­lib­lər. Bu məsələyə önəm verməmiz səbəbsiz deyil. Rusiyanın Qaf­qazı işğalından son­ra Çıldır-Axısqadan Sivasa çox ailə köçüb. Çıl­dırlı İrfaninin də öv­ladlarından və nəvə nəticəsindən bəzilə­rinin bu köçlərlə Sıvasa gəlməsi mümkündür. Çıldırdan gəl­miş çox ailə Sivas çevrəsində yerləşib. Ola bilər ki, o ailələr içə­risində Çıldırlı İrfaninin övladları da olub, babaları ilə bağlı xa­tirələri və onun şeirlərini burada yayıb­lar. Buna aydınlıq gə­tir­mək üçün Çıldırlı İrfani ilə Gürünlü İrfa­ni­nin soyundan olanlar ara­sında bir bağ olub olmadığını araş­dır­maq lazımdır. Bir də ona diqqət yetirmək lazımdır ki, Güründə İrfaninin qəbri varmı. Əgər orada qəbri yoxdursa onda Çıldırlı İr­faninin nəs­lindən olanların köçlər zamanı Gürünə gəlmələri ehtimalı artır.

İkincisi İbrahim Aslanoğlunu Gürünlü İrfaninin şeirlərinə da­yanaraq onun da Türkmən qızına aşiq olduğunu yazır. Araş­dı­rıcı İr­faninin 11 qoşmasını məqaləsinin sonunda verir və qeyd edir: “Aşağıdaki örneklerden 2, 7, 9 numaralı şiirleri halen İs­tan­bul’da öy­retmenlik yapan Divriğili Mehmet Aslan’a ait mec­mua­dan, 3 num­ralı şiiri “Ortayayla” dergisinden, 4 numralı şiiri Zi­ya­bey Ki­tap­lığındakı mecmuadan, 6 numralı şiiri Emekli vali mua­vinle­rin­den Abdul Karir Keskine ait mecmuadan, digerlerini de bendeki cönk ve mecmualardan aldım”. (Aslanoğlu İ., 1977:23 sayı 51). Şeir­ləri haradan aldığını dəqiqliklə yazan araşdırıcı nə­dənsə sağ olan insanlardan İrfaninin şeirlərini hara­dan aldıqlarını xəbər almayıb.

İbrahim Aslanoğlu məqaləsində, Eflatun Cem Güneyen “Xalq şiir antolojisi” kitabında 19-cu yüzilin şairləri sırasında İr­fa­ninin də üç şeirini çap etdirdiyini yazır. (Aslanoğlu İ., 1977: 24, sayı 51).

Kitablarında və Aşıq Şenliklə bağlı araşdırmalarında İr­fa­ni­dən də söz açan Ensar Aslan 1980-ci ildə “Köz” dergisində “Aşıq İrfani” adlı bir məqalə də çap etdirib. Məqaləsini “Asıl adı Sü­leyman olan Aşık İrfani, Çıldırın şimdi harabe hâlinde olan Kunduhxev köyündendir. Doğum ve ölüm tarihi bilinmemekle be­raber 18 yüzyılda yaşadığı bellidir. Küçük yaşta babasını kay­beden İrfani, bir müddet zamanın Kars süvari paşalarından am­cası olduğu söylenen Sabri Paşa’nın yanında kalmış, onun ölü­mün­den sonra da köye dönerek baba mesleği olan çifçilikle uğ­raş­mağa başlamıştır. Amcası yanında medrese öğrenimi görmüş ve köyüne dönüğü zaman da imamlık yapmıştır. Bu yüzden bazi şiirlerinde İrfani Hoca mahlasını kullandığı görülür”. (Ensar A. , 1980:23, sayı 5).

Ensar Aslan 1974 yılın Temmuz ayında Çıldırlı Aşık Şeref Taşlıova’dan banta aldığı dastan-rəvayəti də məqaləsində tam ve­rib. O məqaləsində M. F. Kırzıoğlunun müxtəlif adamlardan top­layıb nəşr etdirdiyi dörd şeiri verdikdən sonra önemli bir möv­zuya keçir. Bu da Atatürk Üniversitetinin Fən Ədəbiyat Fa­kül­təsi Türk Dili və Ədəbiyyatı bölümü öyrəncilərindən Orhan Ya­vuzun Konya Ərmənək çevrəsindən tapdığı bir şeir top­lu­su­dur. Ərəb əlifbası ilə yazılmış şeirləri Orhan Yavuz Latın əlif­ba­sına çevirib və Xalq Ədəbiyyatı bölümündə diplom işi yazıb.

Ensar Aslan, İrfani’nin Konya’ya getmədiyini, lakin şiir­le­ri­nin bir başqası tərəfindən yazıya köçürülərək Konya’ya gö­tü­rül­dü­yünü əminliklə söyləyir” (Ensar A., 1980:29, sayı 5). Həm də mə­qaləsinin sonunda İrfaninin 10 şeirini verir. Bunlar da Orhan Ya­vuzun diplom işindən alınmış şeirlərdir.

İrfani təxəllüslü aşıqlara diqqəti çəkən araşdırıcılarımızdan bi­ri də aşıq yaradıcılığını gözəl bilən və qaynaqlarla işləməyi se­vən Sabri. M. Kozdur. O, 1983-cü ilin may ayının 7-9-da Es­ki­şe­her­də keçirilən “Birinci Uluslararası Türk Halk Edebiyatı Se­mi­ner”ində “Aşık edebiyatımızda ortak mahlaslar sorunu” adlı mə­ruzəsində eyni təxəllüsü ilə yazıb yaradan aşıq və şairlərdən söz açarkən on­ları dörd qrupa bölür. Birinci qrupa dörd aşıq, ikin­ci qrupa üç aşıq, üçüncü qrupa iki aşıq, dördüncü qrupa isə bir aşıq tərəfindən isti­fadə edilən təxəllüsləri sıralayır. İrfani təxəllüsünü üçüncü qrupa, yəni iki aşıq tərəfindən işlədilən təxəllüslər sı­rasına daxil edir. M. Sabri Koz eyni təxəllüslü aşıq və şairlərin əsər­­lərinin müəyyənləş­dirilməsindən yaranan çətinliklərdən söz açarkən yazır: “Beş yüz yılı örnekleri ile bilinen, tarihi daha eskilere uzanan geçmişi ile âşık edebiyatımız, araştırıcıların işlə­rini gücleştiren pek çok aşığın ayrı zamanlarda ya da bir-birinden habersiz, ya da haberli olarak aynı dönemlerde aynı mahlası kullanmış olmasıdır. Bu durum, türlü yollarla elde edilen şiirlerin kime aid olduğunu kesin olarak saptamamızı gücleştiriyor, hele aynı mahlası kullanan aşıkların sa­yı üçü, dördü bulunca içinden çık­ması mümkün olamıyor. Gerçi, bu güne kadar, âşık edebiyatı ile uğraşan araştırıcılar üzerinde çalıştıkları aşıklarla ilgili olarak bir takım yöntemler geliştirme­mişlerse de konu, bir bütünlük içinde ve her yönü ele alınacak genişlikte sistemleştirilmemiştir” (Koz M.S., 1987:174)

Çıldırlı Aşıq İrfani kitabını nəşrə hazırlayarkən bilgisayarda yı­ğılmış variantını Doğan Kaya və M. Sabri Koza göndərdim. Kitabla tanış olan M. Sabri Koz aşağıdakı məktubu yolladı: “Hangi yıldı tam hatırlamıyorum. 1990'lı yıllardan biri olmalı... İs­tanbul Kadı­köy'də sahaflık yapmakta olan Sami Önal Bəy, Prof. Dr. Kaya Bilgegil mərhumun Anadolu yakasındaki Maltepe semtinde bulu­nan evinde bazı eski yayınlar (dergi, gazete vs.) bu­lunduğunu, asıl kütüphane Samsun 19 Mayıs Üniversitesi'ne gittiği için bunların pek öyle önemli şeyler olmayacağını söyledi. İstersem kendisine eşlik edebileceğimi, bundan memnunluk duyacağını da ilave etti.

Birlikte biraz uzak olsa da evə gittik. Eşi ve kızı vardı evde. Bah­­si geçən yayınlara baktık, Sami Bey alıcı olmadı. Tam ayrı­la­ca­ğımız sırada İrfanî'nin cönkü aklıma geldi ve rahmetli hocada kal­mış incə uzun bir yazma defter olması gerektiğini, acaba Sam­sun'a gidenlər arasında mıydı yoksa başka bir yerde miydi, dedim. Büyük hanım, çekmecelerden birinde tarifimə uygun bir defter ol­duğunu ve Samsun'a gitmediğini söyledi ve haman gidip cönkü getirdi.

Çok kalın bir yazma değildi, ama biraz varaklayınca haman her yaprakta İrfanî mahlaslı koşmaların kayıtlı olduğunu gördüm. O an, tepeden tırnağa ürperdiğimi hatırlıyorum. Haman aradığım def­terin bu olduğunu, satmak isteyip-istemediklerini sordum. Sami Bey de bilirkişi olarak benim bu hususlarla ilgili bir araş­tır­macı olduğumu söyledi. Gənç hanım sata bileceklerini ifade etti. Ben ne kadar istediklerini sordum. Genç hanım, öyle bir para söy­­lədi ki o yıllarda almakta olduğum öğretmen maaşının birkaç ka­tı idi. Üzüntü ve iç çekmeyle karışık birkaç dafa daha yap­rak­la­­rına baktıktan sonra cönkü iade ettim. O gün bu gündür yanarım ve Mehmet Akif'in şu mısraını tikrar ederim: "Ya ha­miyyetsiz olaydım, ya param ola idi"

Rasim Deniz “Erciyes” dergisinin 1983-cü ildə nəşr edilən 66-cı sayında “İrfaniler” və 69-cu sayında isə “Çıldırlı İrfani ho­ca” adlı məqalələrini çap etdirib. Birinci məqaləsində (Deniz R., 1983:8-9, sayı 66) “Yazılı kaynaklarımızda İrfani mahlaslı üç şaire rastlamaktayız. Bunlardan biri Gürün’lü, diğer ikisi Do­ğu Anadolu bölgesinde birbirine yakın yerlerde yetişen şair­le­ri­miz­dendir. Bunların aynı mahlası kullanması, aynı yö­re­de bu­lun­ma­ları ve sevdikleri gözellerin de Türkmen oymaklı ol­ma­ları do­la­yısiyla şairleri ister istemez birbirlerine karıştırmıştır. İr­fani­ler­den Ahıskalı olanın 17. yy sonu ve 18 yy başlarında yaşa­dığı tah­min edilmektedir” (Deniz R., 1983:8-9, sayı 66).

Sonra da İrfaninin şeirlərindən nümunələr verir və F. Kır­zıoğ­ludan başlayaraq İrfani haqqında yayınlanan məqalələrdə və aşıq­lar arasında söylənən “İrfaninin Türkmən qızı” ilə macə­ra­sın­­dan söz açır.

Rasim Deniz birinci məqaləsində şəxsi kitabxanasındakı cönk və məcmuədən 17-18-ci yüzildə yaşadığını güman etdiyi Axıs­qalı İrfaninin altı qoşma və bir qoşma-müstəzadını nəşr et­di­rib.

Maraqlı burasıdır ki, Rasim Deniz üç İrfaninin olduğunu söy­ləsə də üç ay sonra, yəni 1983-cü ilin sentyabrında işıq üzü gö­rən “Erciyes” dergisinin 69-cu sayında nəşr etdirdiyi “Çıldırlı İr­fani ho­ca” məqaləsində “Türk Folklor Araşdırmaları” der­gi­si­nin 8687 sə­hi­fəsınə dayanaraq yazır: “Aras boyu âşıklarımızdan Çıldırlı İrfani, 18 yy sonları ile 19 yy başlarında yaşamıştır. Asıl adı Süleyman’dır. Çıldır’ın Karayel köyü yakınlarında bulunan, bu gün harap “Kun­duz­hev”de, İsmail Oğulları’na mensup, hali vak­ti yerinde bir ailede dünyaya gelmiştir. Gençliğinde iyi bir tah­sil gören şair, dinî bilgileri öğrenerek hafiz olmuş”dur (Deniz R., 1983:12, sayı 69).

Araşdırıcı bundan sonra da, İrfani, pirlər əlindən badə iç­di­yin­dən, Türkmən Karacaoğlanın bacısı Zəlihaya aşiq olduğundan və başına gələnlərdən danışır. Məqalədə İrfaniyə aid edilen 13 qoş­ma var. Bunlardan 9-u 3 bəndli, 2-si 4 bəndli, 1-i beş bəndli, bi­ri isə 8 bəndlidir. Araşdırıcı “Bağlandı“ qoşmasının “Türk Folk­lor Araş­tır­ma­ları” dergisində Nizamettin Onkun yayınlatdığı “Araz boyu ozan­larımız-İrfani Hoca” məqaləsindən aldığı va­rian­tını da verib.

Axısqa türklərinin tarixini, folklorunu, etnoqrafiyasını araş­dı­ran Yunus Zeyrək də “Axıska aşıqları: İrfani” məqaləsində qay­­naq göstərmədən İrfaninin adının Süleyman olduğunu, “Ahıs­ka­nın bir kazası olan Çıldırın Kunduzhev köyünde” doğul­du­ğu­nu, “günümüzde harabe olan bu köy 1877-78 (Türkiyədə bu sa­vaş 93 hərbi kimi məşhurdur-Ə. Ş.) Osmanlı-Rus Harbine kadar şen” olduğunu və “İrfaninin torunları bu gün Çıldırın Koravel və Ur­ta köylerinde yaşadık”larını yazır. (Zey­rek Y., 2005, 4:36)

Aşıq İrfaninin doğulduğu kəndin adını Türkiyədəki qay­naqlar­da öz orfoqrafiyalarına uyğun, yəni Kun­duz­hev/Gunduz­hev yazırlar. Aşıq Şərəf Taşlıova idə danışanda kən­din adını qun­duzxev kimi söyəyirdi. Məsələni aydınlaşdırmaq üçün bölgəni yaxşı tanıyan, Azərbaycan və Türkiyə yazı qay­da­larına bələd, “Bi­zim Ahıka“ yurnalının başyazarı, Axısaqlılar haqqında bir neçə kitabın və onlarla məqalənin müəllifi, Doç.Dr. Yu­nus Zey­rik bəyə müraciət etdim. O, 2016-cı il aprelin 4-də yaz­dığı mək­tubunda qeyd edirdi ki, hazırda xəritələrdə olmayan, yal­nız xa­rabalığı qalan kənd öz adını qunduz sözündən alıb. Hər hal­da kəndin adı qunduz dərəsi anlamındadır. Ona görə mən də aşı­ğın doğulduğu kəndin adını Qunduzxev kimi yazdım.

Yunus Zeyrək “F.Kırzıoğlunun 1938 yılında Kars’ta anne­si­nin arkadaşı olan Atbaşoğullarından Hurize hanımın defterinden al­dığını kayde dayanaraq yazır: “İrfani, hapisteyken bir deyiş ya­zıp üze­rine de, “Süleyman Paşaya takdim kılınacaktır. ” diye not dü­şer. Bu deyişi, Vali Paşanın medreseye gidip gelirken hapis­ha­ne­nin önün­den geçen oğlu Şerif Muhammed’in önüne atar“ (Zey­rek Y., 2005, 4:35). Bu mektup da İrfaninin həbsdən qur­tul­ma­sı­na səbəb olur.

Yunus Zeyrekin, “Hoca İrfani olarak da bilinen aşık hak­kın­da tek kaynak rahmetli Prof. Kırzıoğludur. Ondan bize intikal eden eski yazılı bir kaç derleme defterinde İrfaniyle ilgili notlara rast­lamaktayız”, “Bu güne kadar İrfaniyle ilgili geniş çaplı bir araş­­tırma yapılmamıştır” (Zey­rek Y., 2005, 4:36) fikri özünü doğ­rult­­mur. Bu onu göstərir ki, Yunus Zeyrək İrfani haqqında nəinki Azər­­baycanda, heç Türkiyədə yazılanlarla da yaxından tanış de­yil.

Kitabı nəşrə hazırlayıb elmi redaktorlara oxumağa verdikdən az sonra Yunus Zeyreyin “Bizim Ahıska” dergisinin 2015-ci il, son­bahar, sayı 40, səh. 49-50-də Nusret Kopuzlu imzası ilə “Eski bir defteri karıştırırken: Çildirli Aşik İrfaninin qoşmaları“ adlı bir məqaləsi nəşr edildi. O yazır: “Ahıska Araştırmaları adlı kita­bı­mız­da (Çıldırın şimdi virane olan Kunduzhev köyünden) 18. yüz­yıl aşıklarından İrfanî’nin hayatı, aşk macerası ve şiirlerinden ör­nekler vermiştik.

Eski defterleri karıştırırken onun başka şiirlerine rastladık. Mer­hum Hocam Prof. Dr. M. Fahrettin Kırzıoğlu, bir cönkten İr­fa­ni, Erbabi, Zülali (Karslı), Harabi, Tüccari, Keşfi, Kerem, Ha­ya­li gibi aşıkların şiirlerini eski yazıyla kopya etmiş. Kendisi bu cön­gü şöyle tanıtıyor: “Ermenek-Başdere cöngü, 121 yaprak, 270x170 mm boyunda. Başı ve sonu kopuk. Kara mürekkeble ya­­zılmış. 1835-1840, Gazi II. Sultan Mahmud çağı. Dulkadirlü Şâir Ca’fer Divanı’nda Alâü’d-Devle kasideleri. ”

Meşe Ardahan’ın Alevî-Türkmen köylerinden bir dilbere âşık olan İrfanî’nin yine bu sevdanın izlerini gördüğümüz birkaç koş­masını veriyoruz. Şimdiye kadar bir yerde yayımlanmadığını tah­min ettiğimiz bu koşmalarla halk edebiyatımız yeni incilere ka­vuşmuş olacaktır”.

Bu qeyddən sonra aşığın “Getdi”, “Qəbahətmidir”, “Derlər”, “Dü­şəsən”, “Gəlmədi” rədifli qoşmalarını nəşr edib. Aşıq İr­fa­nı­nın adını çəkdiyimiz beş şeiri olan dəftərdəki tarix əgər doğru oxu­nubsa onda İrfaninin həmin illərdə və ya ondan əvvəl ya­şa­dı­ğı fikri özünü doğruldur. Amma araşdırıcının şeirlər haqqında söy­lədiyi “Şimdiye kadar bir yerde yayımlanmadığını tahmin etti­ğimiz” fikri həqiqətə uyğun gəlmir. Belə ki, Ensar Aslan “Köz” dergisinin1980-ci il, 5-ci sayındakı məqaləsində nəşr et­di­rib və onları söyləyicidən toplamadığını, yazılı qaynaqlardan al­dı­ğını göstərib. Görünür elə buna görədir ki, şeirlər arasında heç ver­siya fərqi də yoxdur. “Qəbahətmidir” qoşmanın o biri ver­si­yasını isə Rasim Deniz “Çıldırlı İrfanı Hoca” məqaləsində (“Erciyes” der­gisi, 1983-cü il, sayı 69, səh. 14), “Gəlmədi” qoş­ma­sının bir versi­ya­sını isə M. Halit Bayrı “Saz şairləri: Aşık İr­fani” məqaləsində (“Türk dili” dergisi, 1 Şubat 1955-ci il, sayı41, səh. 304) çap et­dirib. Görünür Yunus Zeyrek bu məqalələrə rast gəl­məyib.

Aşıq Şenlik şeirlərinin son və təkmil nəşirlərindən sayılan “Çıldırlı Aşıq Şenlik. Divanı (Hayatı, şiirleri, atışmaları ve he­ka­ye­­lerı) kitabına yazdığı ön sözdə A. Barat Alptekin ilk dəfə Aşıq Nu­­r­­unun doğum və ölüm tarixini müəyyənləşdirir. O, yazır: “1811-1885. yıllar arasında Gürcüstanın Ahıska vilayetinin Ahıl­ke­­lek kazasının Lebis köyünde yaşamış olan Aşık Nuri Hasta Ha­sa­nın çırağıdır. Sazı ve sözü Hasta Hasandan ögrenmiştir. Çıl­dır­lı Aşık Senliyin saz ustadıdır”. (Alptekin A.B., Çoşkun M.N., 2006: 44).

Aşıq Şenlik 1853-1914-cü, Aşıq Nuru 1811-1885-ci illərdə ya­­şamışlarsa, Xəstə Həsən 1760-1840-ci illərdə yaşadığı qə­naətin­dəyiksə onda da İrfanının (adı Süleyman) doğum tarixi 1750-ci illər olmalıdır. Bu da Yunus Zeyrekin “Atabekli Sü­ley­man pa­şa­nın 1771 yılında Ahıska valisi olması“ fikirni də İr­fa­ni­nin doğum tarixinə ipucu verən sənəd saymaq olar. Demək 1770-ci illərdə Süleyman 20-25 yaşlı dəliqanlı bir gənc imiş ki, qız qa­çı­rır­mış.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə