Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 1,02 Mb.
səhifə4/8
tarix26.09.2017
ölçüsü1,02 Mb.
#1677
1   2   3   4   5   6   7   8

10. Çıldırlı İrfani aşıqdır, yoxsa el şairi?
Eyni təxəllüslə yazıb-yaradan şairlərin və aşıqların şəx­siyyət­lərini müəyyənləşdirmək, şeirlərini bir-birindən ayırmaq hə­mişə problemə çevrilib. Aşıq İrfani də belələrindəndir. “Kara mavi” nəşriyyatının 2016-cı ilin martında Ankarada çap etdirdiyi “Alevi-Bektaşi şairleri” kitabında İrfani Süleyman oğlundan başqa İrfani ləqəbli sənətkarlar haqqında yazır: “Ayrıca 1800’lü yıllarda yaşayan Dodurğalı İrfani, 1800’lü yıllarda yaşayan, asıl adı Abdullah olan Gürünlü İrfani, 1800’lü yıllarda yaşayan, er­meni kökenli bir İrfani (ya da Urfani), Anamurlu İrfani, asıl adı Ali Osman Şimşek olan Ardanuclu İrfani(1921), asıl adı Gazi Sarş­sakal olan sungurlulu İrfani(1926-1968), asıl adı Orhan Şa­ba­d­oğlu olan Kul İrfani (1946-2010) aşıqlar bulun­maq­da­dır”. (Alevi-Bektaşi şairleri, 2016:138)

Çağdaşımız olan türkiyəli Aşıq Mustafa Ruhani haqqında Di­­lavər Düzgünün (Düzgün D, 1997), Azərbaycan türkcəsində ya­zıb-yaradan, milliyətcə gürcü Aşıq Ruhani (İseb Beridze) haq­qında Valeh Hacıların (Hacılı V., 2005, HacıyevA., 1991) araş­dır­ma­ları yayımlandığından biz onların ömür yollarından və ya­ra­dıcı­lığından söz açmağa ehtiyac duymuruq. Əsas diqqəti “İrfa­ni” saz havasının yaradıcısı sayılan sənətkarın ömür yoluna ay­dın­lıq gə­tirməyə çalışacağıq. Aşıqlar adətən saz havalarının rit­mi­nə uy­ğun şeirlər söyləyirlər. Onların içərisində qoşma, təcnis, çığalı təc­nis, gəraylı, divani, duvaqqapma və s. olur. Aşıq İrfani Sü­ley­man oğlunun əlimizdə olan şeirlərinin hamısı qoşmadır. Hal­buki, həmin dövrdə bölgədə yaşamış aşıqların təcnislərinə, cı­ğalı təc­nislərinə, divanilərinə, duvaqqapmalarına tez-tez rast gəlinir.



Buradan ilk baxışda belə qənaət doğur ki, İrfani aşıqlıq et­mə­­yib. El şairləri adlandırdığımız, aşıq havaları ilə oxuna bilən, he­ca vəznli şeirlər yazan sənətkarlarımızdan olub. Şurəddin Məm­mədli Qarapapaq da “Borçalı-Axısqa-Kars ədəbi arealının ta­­rixi təmsilçilərinin tarixi-coğrafi-ədəbi şəcərəsini” hazır­la­yar­kən “Urfanini 19-cu yüzildə yaşamış şair” kimi təqdim edib. (Qarapapaq-Məmmədli Şurəddin, 2004:5).

“Axısqa türk folkloru” kitabının tərtibçıləri də İrfanini aşıq ki­mi deyil, 19-cu yüzildə yaşamış “El şairi” kimi tanıdıblar. (Axıs­qa türk folkloru, 2008:216).

Ensar Aslan da “İrfani xoca həyatının sonuna qədər De­mir­ci­lik köyündə yaşamışdır, məzarı da buradadır” yazır. (Aslan E., 1980:27). Rəvayətlərdə İrfaninin Dəmircilik kəndinə sür­gün edildiyi də söylənilir. Sürgün olunan adama əlində saz kənd-kənd dolanıb məclis aparmasına icazə verilməsi inandırıcı görün­mür.

Sürgün əsasən daimilik deyil, müəyyən bir müddətlik olur. Gö­rünür Aşıq İrfani sürgün müddətini başa vurduqdan sonra oranı tərk etməyib. Buna görə də qəbri doğulduğu kənddə deyil, yaşadığı və ömrünü başa vurduğu kənddədir.

İrfani Süleyman oğlunun əsasən qoşmalar yazdığı və kənddə imamlıq etdiyi fikri ilə razılaşsaq onu bir aşıq deyil, el şairi kimi qə­bul etməliyik. Amma gözəl saz havası yaratması, bəylərin məc­­lisində Xəstə Hasanla deyişməsi, Qazağa yasa gəlməsi fakt­la­rı onun əlində saz bölgəni gəzdiyindən xəbər verir. Bir yerdə ya­­şayıb, imamlıq edən birisinin sazda gözəl hava yaratması inan­dı­­rıcı gö­rün­mür. Görünən odur ki, İrfani sürgün edildiyi müd­dət­də kənddə imamlıq etsə də sürgün müddəti başa çatdıq­dan sonra əlində saz el-el, oba-oba gəzib, aşıqlıq edib. Bu sə­nət­də o qədər məş­hurlaşıb ki, onu hətta Borçalıya, Qazağa da məclis apar­­­mağa dəvət ediblər. Buralarda da M.V.Vidadi və M.P.Va­qif­lə tanış olub, dostlaşıb.

İrfani haqqında söylənən dastan-rəvayətləri diqqətlə nəzər­dən keçirdikdə bu qənaətə gəlirik ki, onları aşıq özü yaratmayıb. Bir çox aşıqlarımızın həyatı haqqında olan dastan rəvayətlər kimi bun­la­rı da ölümündən sonra şeirlərinin yaranması haqqında söh­bət­­­lər əsa­sında formalaşdırıblar. Paşanın xanımı Hürüzad haq­qın­da şeirin yaranma­sından söz açanda aşıqların bəziləri şeirin pa­­şanın xa­hişi ilə yaran­dığını söyləyir. Bəziləri isə İr­fa­ni­nin Hü­rü­zad xa­nı­mı görəndə onun gözəlliyindən ilhamlanıb bə­da­hətən şeir qoş­du­ğu­nu və onun bu hərəkətin paşa sayğısızıq sa­ya­raq aşı­ğı cəza­lan­dır­dığını danışırlar.

Bu cür faktların sayını artırmaq da olar.

Heca vəznində şeir yazan şairlərimizin şeirlərindən fərqli ola­raq İrfaninin qoşmalarının hamısı müxtəlif saz havaları üs­tün­də asan­lıqla oxunur. Bu da onu göstərir ki, şeirlərin müəllifi mu­si­qidən gö­zəl baş çıxarırmış. Ola bilsin ki, Aşıq İrfani bir çox saz ha­valarını yeni çalarda ifa edib. Onlardan biri daha populyar ol­duğu üçün aşı­ğın adı ilə adlandırılıb, o birilər isə ümumi saz ha­vaları içərisində əriyib.
11. Köhnə mövzuya yeni baxış
Durnalara müraciətlə dərdini, düşüncəsini oxucu və din­lə­yi­cisi ilə bölüşən şair və aşıqlarımız az olmayıb. Onlardan biri də İr­fanidir. Yaşadığı bölgənin kəndlərini, dağ və dərələrini xəyalən gə­zən, o yerlərin məziyyətlərini mədh edən aşıq durnaları da o yer­ləri gəzməyə çağırır. Əslində bu mövzu yeni deyil. Orhan Uru­velli topladığı materiallara dayanaraq yazır ki, Osmanlı sul­ta­nı Üçüncü Muradın (04.07.1546, Manisa – 16.01.1595, İstanbul) za­manında, yəni 1578-ci ildə Çıldır bölgəsi fəth edil­dik­dən sonra Kon­ya, Tokat və Yozqat ətrafında yaşayan türk tay­fa­larının bə­zi­lə­ri buraya köçürüldü. Osmanlı ordusu o günlərdə Axıs­qa yo­lun­da­kı Vale qalasını fəth edir. Ertəsi gün Axısqa, Tu­muk, Axıl­kə­lək və Çıldır qalalarını alır. Çıldır savaşının sonunda or­du şairi Xə­yali bu şeiri söyləyir:

Durnam gedər bizim ellərə,

Vəzir Ardahandan köçdü deyəsən.

Qarşı gəldi qızılbaşın xanları,

Çıldırda bir döyüş oldu deyəsən.

(Urveli O., 2007:27).

İrfaninin şeiri mövzuca Xəyalinin şeiri ilə yaxın olsa da qa­fi­yə­lən­məsi fərqli olduğu kimi təsfir forması da fərqlidir. O, sanki böl­gə­nin xəritəsini cızır. 8 bəndlik qoşmada yarı, sevgilisi, türk­mən qızının gəzdiyi 25 kəndin, çayın, dağın, gədiyin, çəmənin adını çəkir. Aşıq deyir:

İrişdi, Külverən qalır sağ yana,

Çıx Qızılverana, en Kamervana,

Albız ıssızlıqdır, Cala virana,

Orda da bir zaman qalasan durnam.
Səfil Ağcaqala döndümü yaza,

Uğrama Kakaça, bəlkə yol aza,

Oralar susuzdur, keç get Cambaza,

Qarasuda qərar qılasan durnam.

İrişdi, Külverən yolun sağ yanında qaldığını söyləyən aşıq Ka­kaça da getməməyi məsləhət görür. Çünki o yerlər susuzdur. Tə­biət təsviri, gözəllərə həsr edilmiş romantik-lirik məhəbbət hiss­lərinin tərənnümü ilə yanaşı dünyanın gedişi haqqındakı fəlsəfi-didaktik şeirləri də dinləyicinin qəlbinə yol tapa bilir. Aşıq özündən əvvəl yaşamış sənətkarlardan təsirləndiyi kimi, özün­dən sonra gələn nəslin yaradıcılığına da təsir göstərə bilib.
SONUC

Araşdırdığımız qaynaqlara və topladığımız folklor nümu­nə­lə­rinə dayanaraq aşağıdakı qənaətə gəlirik:

1. Övladlarına adı valideyinlər verir. Buna görə də ey­ni­ad­lı­lı­ğa çox rast gəlinir. Təxəllüsü isə aşıqlar, şairlər özlərini baş­qa­sın­dan fərqləndirmək üçün seçirlər. Ona da belə bir şübhə ya­ra­nır: Necə ola bilər ki, eyni dövrdə, yaxud 100 il fərqlə yaşayan, bir-biri ilə sıx bağlı olan bölgələrdə yaşayan, Türkmən qızına vu­ru­lan, ona şeirlər qoşan aşıqlar eyni təxəllüsü daşısın? Bu bir az inan­dırıcı görünmür və Rasim Denizin 17-ci yüzildə yaşamış İr­fa­ni haqqında yazdıqlarına şübhə ilə yanaşmamıza səbəb olur. Onun nəşr etdirdiyi şeirlərin dili də 18-19-cu yüzillərədə yaşamış aşıq­ların söylədikləri şeirlərin dili ilə oxşardır.

2. 18-ci yüzilliyin ortalarında Çıldır əyalətində doğulan Sü­ley­man yeniyetmə çağlarında mədrəsə təhsili görsə də sonralar aşıq yaradıcılığına böyük maraq göstərərək onu dərindən öy­rən­miş və şeirlərini də saz havalarının ritminə uyğun olaraq heca vəz­nində yazıb. Təsəvvüf əhli olduğundan İrfani təxəllüsünü götürüb, fitri istedadı sayəsində saz havaları da yaradıb. Axısqa-Çıldır böl­gəsində yaşayan aşıqların Xəstə Hasan, Qul Qarani, Sefili kimi təxəllüslər götürməsi onu göstərir ki, orda təsəvvüfün təsiri güclü imiş. Buna əsaslanaraq aşığın təxəllüsünün də Ruhani deyil İrfani olduğu qənaətinə gəlmək olur.

3. İrfaninin ustadının adı unudulduğundan və özünün fitri istedadına görə aşıqlar dastan ənənəsindən bəhrələnərək ona ərən­lər tərəfindən buta verildiyi qənaətində olublar. Xalq arasında aşı­ğa marağın çox olduğuna görə məclislərdə ömür yo­lun­dan epizod­lar və şeirlərini söyləyə-söyləyə bir “İrfani və Türk­mən qızı” das­tanını yaratmağa çalışıblar. Bu dastan da aşı­ğın şeirlərinin qoru­nub saxlanmasında, onun tez-tez xatırlan­ma­sın­da mühüm rol oy­na­yıb. Pertev Naili Boratav Doğuş 1945-ci il­de AÜ-ATCF dergi­sinin 4-cü sayında “Anadoluda folklor der­le­meleri“ adlı məqa­lə­sində “İrfani ve Türkmen qızı“nı “Hikaye olmaya doğru giden ma­caralara ait epizotlar“ adlandırmıştır. (Zey­rek Y., 2006:74)

3. İrfani Dəmirçilik kəndində mollalıq və aşıqlıq etməklə ya­na­şı çağdaşı olan aşıqlarla da qarşılaşmışdır. Onlardan yalnız bi­ri­ni, Xəstə Hasanla Xosbiya kəndində qarşılaşmasını toplaya bil­mi­şik.

4. 17-ci və 18-ci yüzillikdə yazıya alınmış cünklərdə İr­fa­ni­nin şeirlərinə rast gəlinmir. 19-20-ci yüzildə yazıya alınmış cünk­­lərdə İrfaninin 30-a yaxın şeiri var. Bu da bir daha onu gös­tə­rir ki, aşıq 18-19-cü yüzillikdə yaşayıb.

5. Hazırda əlimizdə aşığın həyatından bəhs edən iki dastan-rə­vayət və 40-a yaxın şeir və bu şeirlərin variant və versiyaları var. Şeirlər onun geniş dünyagörüşlü, islam fəlsəfəsini və tə­səvvüfü dərindən bilən, musiqi duyumlu bir sənətkar olduğunu gös­tərir. Əldə edilən materiallardan İrfani təxəllüsü ilə şeirlər qo­şan Süleymanın 18-19-cu yüzillikdə yaşadığı, yaratdığı musiqi və şeirlərlə çağdaşı olan, özündən sonra yaşayan aşıqlara güclü tə­sir göstərdiyi aydın olur. Hətta onun yaratdığı saz havası zur­na­çı­lar tərəfindən aranje edilərək rəqs havasına çevrilib. Geniş yayılan “Urfani” yallısı da buna gözəl nümunədir.



Qaynaqlar


  1. Alevi-Bektaşi şairleri.(2016). Yayın yönetmeni Bekir Ka­ra­deniz, “Kara Mavi“ yayınevi, Ankara.

  2. ASLANOĞLU İbrahim. (1977). İrfani, “Sivas folkloru” top­lusu, Nisan, sayı 51.

  3. ASE. (1986). Azərbaycan Sovet Ensiklopediyası, 9-cu cild, Bakı.

  4. ASE. (1987). Azərbaycan Sovet Ensiklopediyası, 10-cu cild, Bakı.

  5. AŞIRLI M., Qıllözdü M., Dərviş O. (2003). Kürüstü Də­mir­çihasannı. (Birinci kitab), “Nurlan” nəşriyyatı, Bakı.

  6. AXISKA türk folkloru. (1998). (Toplayanlar və tərtib edən­­lər: Asif Hacılı Aydın Poladoğlu), “Mütərcim” nəşriyyatı, Ba­kı.

  7. AXISKA türk folkloru. (2008). Tərtibçilər: Atəş Əh­məd­li, Qədim Qubadlı, “Nurlan” nəşriyyatı, Bakı. (216-217 səhifələr. Ül­fəni 19-cu əsr el şairi)

  8. Bağırov Nazim.(2011) Azərbaycan klassik aşıq havaları, Bakı-Trabzon.

  9. BAYRI M. Halit. (1955). Aşıq İrfani, “Türk dili” dergisi, sayı 41.

  10. BERDZENEŞVİLİ N., Canaşia S. (2000). Gürcüstan ta­rixi (Çevirən H. Hayrıoğlu), İstanbul.

  11. ALPTEKİN A. Berat, COŞKUN M. Ni­zamettin, Çildirli Aşık Şenlik. (2006). Divanı. (Hayatı, şiirlerı, atış­maları ve hikayeleri), Ankara.

  12. ENSAR Aslan. (1980). Aşıq İrfani, “Köz” dergisi, av­qust, sayı 5.

  13. ƏRƏB və fars sözlərinin lüğəti, (1985). “Yazıçı» nəş­riyyatı, Bakı.

  14. GÖYÜŞOV Nəsib. (2001). Təsəvvüf anlamları və dər­viş­lik rəmzləri, “Tural-Ə nəşriyyat poliqrafiya mərkəzi”, Bakı.

  15. DENIZ Rasim. (1983). İrfaniler, “Erciyes” dergisi, Kay­se­ri, Haziran, sayı 66.

  16. DENIZ Rasim. (1983). Çıldırlı İrfani hoca, “Erciyes” der­­­gisi, Kayseri, Eylül, sayı 69.

  17. DÜNYAMALIYEVA Töhfə. (1987). Molla Vəli Vi­da­di, “Ya­zıçı” nəşriyyatı, Bakı, səh. 35.

  18. DÜZGÜN Dilaver. (1997). Aşık Mustafa Ruhani (Ha­ya­tı-sanatı-şiirlerinden seçmeler), Atatürk Universitesi ya­yın­ları, Erzurum.

  19. ƏZİZƏLİYEV Nizami.(2014) Yaranması Naxçıvan əra­zi­si ilə bağlı olan yallılar xalq ruhunu oxşayan müxtəlif çalarlarla zən­gindir, “Şərq qapısı” qəzeti, Naxçıvan, 24 aprel

  20. HACILAR Valeh. (2005). Gürcüstanda Türk xalq ədə­biy­yatı ənənələri, “Səda” nəşriyyatı, Bakı.

  21. HACIYEV Valeh. (1991). Folklorumuzun üfüqləri. (Azər­­baycan-Gürcüstan folklor əlaqələri tarixindən), “Yazıçı” nəşriyyatı,

  22. HACILI Asif. (1992) “Qəribəm bu vətəndə”. “Gənclik” nəş­riyyatı, Bakı.

  23. HACILI Asif. (2014). Ahıska türkləri: inanc dünyası, “Mü­tərcim” nəşriyyatı, Bakı.

  24. İMAMVERDİYEV İlqar. (2004) Azərbaycan aşıq ifa­çı­lı­­ğı sənətinin səciyyəvi xüsusiyyətləri (Qərb bölgəsi üzrə). Ba­kı, “Şir­vannəşr”, 138 s.

  25. İMAMVERDİYEV İlqar. (2006) Azərbaycanın 20 saz havası (III kitab). Bakı, “Şirvannəşr”, 94 s.

  26. İSLAM Ansiklopedisi. (1993). 8-ci cild, İstanbul.

  27. KAFALI, Mustafa. (2002). “Anadolu’nun Fethi ve Türkləşməsi” Türkler Ansiklopedisi, 6-cı cild.

  28. KAMALOĞLU M., Dərviş O., Qarapapaq Ş.(2005). Borçalı aşıqları. “Nurlan” nəşriyyatı, Bakı.

  29. KATIB İlham. (2007). Aşuxlux sənəti, Ahıska türk­lə­rinin tarixi, edebiyatı ve aşıklarının kısa antolojisi (Hazırlayan: İbrahim Türki), Şımkent “Kitap” basması.

  30. KAYA Doğan. (1994). Sivasta Âşıklık Geleneği ve Âşık Ruhsati, Sivas.

  31. KAYA Doğan. (2004). Yaşnameler, Akçağ yayınları, An­kara.

  32. KAYA Doğan. (2009). Âşıq Şenlik’in Sevdakar ilə Gül­naz Hanım Hikayəsi, Sivas.

  33. KAYA Doğan. (2012). Âşık Şenlik’in Latif Şah İle Meh­riban Sultan Hikayesi, Vilayet Yayınları, Ankara.

  34. KƏRİMOV Afiz (Hafiz). (2016). “Tasavvufta Musiqi: Ur­fanî Havaları Haqqında Bazı Araştırmalar”, T.C. Başbakanlık Türk İşbirliği ve Koordinasyon Ajansı (TİKA) Başkanlığının des­teğinde; Hacı Bektaş Velî Kültür Derneği Başkanlığı ile Ukrayna-Gürcistan Beynelhalk Üniversitesinin birlikte 30-31 Mayıs 2016 tarihlerinde düzenlediği “Türkiye Gürcistan Bektaşî Kültürü ve Ozanlar Sempozyumu”nda oxunmuş məruzənin mət­ni.

  35. KIRZIOĞLU M. Fahrettin. (1966). “Türk Kültürü” der­gi­si, (bax : Kazımov İsmayıl . (2012). Axıska türkləri: dil, tarix və folklor, “Elm və təhsil” nəşriyyatı, səh. 361-375, Bakı.

  36. KIRZIOĞLU M. Fahrettin.(1992) Yukarı-Kür ve Çoruk Boylarında KIPÇAKLAR. İlk Kıpçaklar (M.Ö.VIII-M.S.VI yy) ve Son Kıpçaklar (1118, 1195) ile Ortodoks Kıpçak Atabekler Hükûmeti (1267-1578) (Ahıska/Çıldır Eyâleti Tarihi'nden), Atatürk Tarih Kurumu yayınları,7, dizi sayı 121.

  37. KOCATÜRK Vasfi Mahir. (1963). Saz Şairləri An­to­lo­ji­si, “Ayyıldız” matbası, Ankara.

  38. KOPUZLU Nusret. (2015). Eski Bir Defteri Ka­rış­tı­rır­ken: Çıldırlı Âşık İrfani‘nin Koşmaları, “Bizim Ahıska” dergisi, 2015-ci il, sonbahar, sayı 40, səh. 49-50.

  39. KOZ M. Sabri. (1987). 1. Uluslararası Türk Halk Ede­bi­ya­tı Semineri, Yunus Emre Kültür Sanat ve Turizm Vakfı Ya­yın­la­rı 1.

  40. KÖÇƏRLI Firudin. (1978). Azərbaycan ədəbiyyatı (iki cilddə), birinci cild, “Elm” nəşriyyatı, Bakı.

  41. KUKULOV Tahircan. (1999). Axıska türklərinin ta­ri­xi­nə bir nəzər, Bakı.

  42. MƏMMƏDLİ Əkrəm, MƏMMƏDLİ Kənan. (2015). Naxçıvan-Şərur el yallıları, Naxçıvan: “Əcəmi” nəşriyyat po­liq­ra­fiya birliyi, 276 səh.

  43. MƏMMƏDOV Tariyel. Azərbaycan xalq – professional mu­­­siqisi: aşıq sənəti http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=39&page=4

  44. QARAPAPAQ (Məmmədli) Şurəddin. (2000). Borçalı ədə­bi mühiti. “Elm” nəşriyyatı, Bakı.

  45. QARAPAPAQ (Məmmədli) Şurəddin. (2004) Borçalı-Ahıska-Kars ortaq ədəbi arealı. Tbilisi.

  46. QASIMLI Məhərrəm.(2011) Ozan-aşıq sənəti, “Uğur” nəş­riyyatı, Bakı, 304 s.

  47. QAYIBOV Hüseyin Əfəndi. (1987). Azərbaycanda məş­hur olan şüəranın əşarına məcmudur, 2 cild, “Elm” nəş­riyyatı, Bakı.

  48. “ORTAYAYLA” dergisi. (1938). sayı 3, Sivas.

  49. RƏHİMBƏYLİ Nailə. (2009) Ruhani Aşıq havasının elmi-nəzəri məsələləri, Dədə Qorqud jurnalı, sayı 1(30).

  50. SATILKAN F. (1942). Ahıskalı İrfaninin Yaş Des­ta­nı, “Türk Amacı”, 5-ci sayı, səh. 229-232.

  51. ŞAMİL Əli. (2012). Ahıskalı Xəstə Həsən, “Elm və təh­sil“ nəşriyyatı, Bakı.

  52. ŞAMİL Əli. (2013). Axısqаlı Xәstә Hаsаn (şеirlәri vә şеirlәrinin yаrаnmаsı hаqqındа söhbәtlәr), Almatı.

  53. ŞAMİL Əli (2006). Aşıq Ürfaninin ömür yolu və şeirləri. “Or­taq türk keç­mi­şindən ortaq türk gələcəyinə” 4. Uluslararası Folk­lor Konfran­sı­nın materialları. (1-3 noyabr 2006-cı il), AMEA Folklor İnstitutu, 2006, Bakı.

  54. ŞAMİL Əzizə, ŞAMİL Əli. (2005). Aşıq İsgəndər Ağ­ba­ba­lı. “Səda” nəşriyyatı, Bakı.

  55. ŞAMİLOV Əli. (1984). El sənətkarlarımız. Xəstə Hə­sən. “Sovet Naxçıvanı” qəzeti, 29 mart, sayı 67 (13805).

  56. ŞAMİLOV Əli. (1986). Xəstə Hasan və müasirləri. “So­vet Gürcüstanı” qəzeti, 1 iyul, sayı 79(9182).

  57. TAŞTEMİR Tekin. (2005). Türkiyenin Kafkasya Po­li­ti­ka­sında Ahıska və Sürgün Halkı Ahıskalılar, İstanbul.

  58. URVELİ Orhan. (2007). Ahıska Türkleri ve Bölgenin Tarihi, Ahıska Türklərinin Tarixi, Edebiyatı ve Âşıklarının Kısa An­tolojisi (Hazırlayan: İbrahim Türki), Şımkent “Kitap” bas­ma­sı.

  59. ZEYREK Yunus. (2005). Ahıska Âşıkları: İrfani. “Bi­zim Ahıska” dergisi, Aralık, sayı 6.

  60. ZEYREK Yunus. (2006). Ahıska Araştırmaları, Ankara.

  61. YENİ Türk Ansiklopedisi. (1985). 2-ci cild, “Ötüken” nəşriyyatı, İstanbul.

KİTABIN TƏRTİBİ HAQQINDA
Çıldırlı Aşıq İrfani (Süleyman) haqqında kitab nəşrə ha­zır­layarkən təkrarçılığa yol verməmək, qarışıqlıqdan qaçmaq və is­tə­ni­lən şeiri asan tapmaq üçün oxucunu bilgiləndirməyi də nə­zərdə tutduq. Günümüzdə işlənməyən, arxaikləşən və məhəlli söz­lərin əlifba sırası ilə lüğətini hazırladıq.

Aşığın şeirlərinin ilk dəfə nə vaxt yazıya alındığını müəy­yən­ləşdirə bilmədik. Dövrü mətbuatda yazılanlar haqqında fikir­lə­rimizi ön sözdə verdik.

Kitab geniş oxucu kütləsi üçün deyil, araşdırıcılar üçün ha­zır­landıqdan əsas aldığımız bir şeiri tam verdik. Həmin şeirin fərqli variant və versiyaları haqqında bilgini səhifənin altına əla­və etdik. Eyni olan bəndlərin birini saxlayıb o birilərini atdıq. Nəşrə hazırladığımız mətnlərin alındığı qaynağı göstərmək üçün M.Halit Bayrının “Türk Dili” dergisinin 1 Şubat 1955-ci ildə çap olunan 41-ci sayındakı “Aşık İrfani” məqaləsindən alınmış şeir­lər (M. Halit Bayrı), Vasfi Mahir Kocatürkün 1963-cü ildə nəşr etdirdiyi “Saz şairləri antolojisi” kitabından alınmış şeirlər (Vasfi Mahir Kocatürk), Ensar Aslanın 1980-ci ildə “Köz” dergisinin avqust ayında, çap olunmuş 5-ci sayındakı “Aşıq İrfani” məqalə­sin­dən alınmış şeirlərin altından (Ensar Aslan), Rasim Denizin 1983-cü ildə, iyun ayında çap olunan 66-cı sayındakı “İrfaniler” məqaləsindən alımış şeirlərin altından (Deniz Rasim, 1), həmin müəllifin 1983-cü ildə, sentyabr ayında çap olunan 69-cu sayın­dakı “Çıldırlı İrfani hoca“ məqaləsindən alınmış şeirlərin altın­dan (Deniz Rasim, 2), Yunus Zeyrəkin 2005-ci ildə, “Bizim Ahıs­ka” dergisinin 6-cı sayındakı “Ahıska aşıkları. İrfani“ mə­qa­lə­sindən alınmış şeirlərin altından (Yunus Zeyrək), Asif Hacı­lının 1992-ci ildə nəşr etdirdiyi “Qəribəm bu vətəndə” kitabından aldığımız şeirlərin (Asif Hacılı), Asif Hacılı və Aydın Pola­doğ­lu­nun toplayıb tərtib edərək 1998-ci ildə nəşr etdirdikləri “Axısqa türk folklor” kitabından aldığımız şeirlərin altından (Asif Hacılı və Aydın Poladoğlu), Atəş Əhmədli və Qədim Qubadlının 2008-ci ildə nəşr etdirdikləri “Axısqa türk folklor” kitabından aldığı­mız şeirlərin altından (Atəş Əhmədli və Qədim Qubadlının), Do­ğan Kayanın 2004-cü ildə nəşr etdirdiyi “Yaşnameler” kitabın­dan alınan şeirlərin altından (Doğan Kaya), Əli Şamilin 2012-ci ildə nəşr etdirdiyiAxısqalı Xəstə Hasan” kitabından alınan şeir­lərin altından (Əli Şamil) yazdıq. Şeiri ki­min məqaləsindən almı­şıqsa yer-yurd, insan adları ilə bağlı olan izahları həmin araş­dırı­cıdan aldıq və izahlara lazım gəldikdə mü­nasibətimizi bildirdik.

Kitaba Çıldırlı Aşıq İrfani haqqında məclislərdə aşıqların söy­lədikləri dastan-rəvayətlərin mətnlərini variantları ilə birgə daxil etdik. Türkiyədə günümüzdə işlədilən əlifbada ə, x və q işa­rə­­ləri yoxdur. Lakin bu işarələr Azərbaycanda əlifbasında var. Tür­­kiyənin Anadolu bölgəsində, xüsusən də Ərzurum, Kars, Van və b. bölgələrdə həmin işarələrin ifa etdiyi səslərdən da­nı­şıqda geniş istifadə edilir. Aşıq İrfani ilə bağlı şeirlər də əsa­sən ə, x, q səsləri geniş yayılmış bölgələrdən toplandığından biz kitabı ha­zır­­layarkən mətinləri Azərbaycan türkcəsinin yazı qaydalarına uyğunlaşdırdıq.

Kitabı hazırlayarkən Doğan Kaya, Sabri Koz, İlqar İmam­ver­diyev, Kamilə Dadaşzadə, Afiz (Hafiz) Kərimov, Aynur Qə­zən­fər qızı, Məhsəti Vaqifqızı mənə olduqca böyük köməklik gös­tərdilər. Onlara və kitabın nəşrində əməyi keçənlərə tə­şəkkü­rü­mü bildirirəm.

Arzu edərdik ki, gənc araşdırıcılar mövzuya yenidən giriş­sin­lər, nəinki kitabdakı nöqsanları aradan qaldırsınlar, Çıldırlı Aşıq İrfaninin daha təkmil nəşrlərini ortaya qoysunlar.



QOŞMALAR



AÇILMIŞ
Yenə ziynətləndi hüsnün bağları,

Lala, sümbül, mor mənəvşə açılmış,

Səhər-səhər gahdan gəlir sədalar,

Bülbül kimi xoş lisanın açılmış.


Duyulurmu şu simanın özündən,

Söylədikcə şəkər damlar sözündən,

Ləvənd-i kəkildir, bədir üzündən,

Tel-tel olmuş, top zülflərin açılmış.


Əcəb kimlər ola İrfanin dosdu,

Günbəgün artmaqda canımda qəsdi,

Qorxarım dəymişdir adnın dəsti,

Ol səbəbdən giribanın açılmış.



(Ensar Aslan, səh. 28)


BAĞIMIZ

Bizdən salam olsun eşə, yarana,

Qəmə təbdil oldu ülfət çağımız.

Pərakəndə düşdü gönül bülbülü,

Orda qaldı bostan ilə bağımız.


Hasut çoxdur, fitnə qalxmaz aradan,

Alnımıza böylə yazmış yaradan,

İş təqdirin, qismət qalxdı buradan,

Ya suyumuz çəkər, ya torpağımız.


Başına döndüyüm yaradan Qani,

İgid ölsə qalır ad ilə şanı,

Çox da təlaş etmə Xoca İrfani,

Tərlana muqabil olur zağımız.



(Zeyrək Yunus, səh. 37)

BAĞLANDI
Yeni başdan dərdə düşdüm oxlandım,

Dəli könlüm bir sevdaya bağlandı.

Özü şirin, sözü şirin, şux gözəl,

Qəmzəsi ox, qaşı yaya bağlandı.

Şirin gülər, şirin söylər, naz eylər,

Hər kəmiyi yüz min türlü saz eylər,

Çarqatı çevirip tel pərvaz eylər,

Sanarsan bulutdu, aya bağlandı.


İrfani yenidən buldu bir dövlət,

Daha hərcayıya eyləməm minnət,

Əski beynəvadan qalxdı məhəbbət,

İndi könlüm Xürrəmzaya bağlandı.



(Onk Nizamettin, 8690)
Ensar Aslanın nəşr etdirdiyi şeirin yuxarıdakında elə bir fərqi yoxdur.

Rasim Denizin “Çıldırlı Aşıq İrfani” məqaləsində şeir aşa­ğı­dakı variantda verilib.
Necə odlanmayan, necə yanmayan,

Könül, bir saçı-leylaya bağlandı.

Özü şirin, sözü şirin şux güzəl,

Qəmzəsi ox, qaşı yaya bağlandı.

Yar oturmuş, cila verir özünə,

Qudrət sürməsini çəkmiş gözünə,

Daranmış zülfünü, dökmüş üzünə,

Sanasan ki, bulud aya bağlandı.


Kəbeyi kevséyndir, qaşın əymələr,

Bu təriflə vəsf edəməz dəymələr,

Gülabət gömləyi, altun düymələr,

Takılandan qaşı yaya bağlandı.

İrfani yenicə buldu bir dövlət,

Dəymə, kimsələrlə eyləməz ülfət.

Əski sevdiyindən kahdı məhəbbət,

Şimdi könül bir yosmaya bağlandı.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə