Azərbaycan miLLİ elmlər akademiyasi


Rasim Denizin həmin məqaləsində Nimetin Onkun mə­qa­ləsindən götürdüyü aşağıdakı variantı da verir



Yüklə 1,02 Mb.
səhifə5/8
tarix26.09.2017
ölçüsü1,02 Mb.
#1677
1   2   3   4   5   6   7   8

Rasim Denizin həmin məqaləsində Nimetin Onkun mə­qa­ləsindən götürdüyü aşağıdakı variantı da verir:
Yeni başdan dərdə düşdüm, oxlandım,

Dəli könül bir sevdaya bağlandı.

Özü şirin, sözü şirin şux gözəl,

Qəmzəsi ox, qaşı yaya bağlandı.

Şirin gülər, şirin söylər, naz eylər,

Hər kəmiyi yüz min dürlü söz eylər,

Çarqat çevirib, tel pərvaz eylər,

Sanarsan bulutdu, aya bağlandı.


İrfani yenidən buldu bir dövlət,

Daha hərcayıya eyləməm minnət,

Əski bivəfadan kahdı məhəbbət,

İndi könlüm Xürrəmzaya bağlandı.


Rasim Denizin həmin məqaləsində Saminin şeir məc­muə­sin­dən götürdüyü üçüncü variant belədir:
Necə ağlamayım şah-i ləvəhril,

Dəli könül bir sevdaya bağlandı.

Sözü şirin, kəndi nazik əfəndim,

Qəmzəsi ox, qaşı yaya bağlandı.

Pəri-peykər cila vermiş özünə,

Qüdrətullah sürmə çəkmiş gözünə,

Siyah kəkilləri tökmüş üzünə,

Mən sandım ki, bulud aya bağlandı.

İrfaniyəm qönməz başa bir dövlət,

Qeyri yadlar ilə eyləməm ülfət,

Əski sevdiyindən kahdı məhəbbət,

Şimdi yeni bir sevdaya bağlandı.



BƏLASIDIR
Nədir bu həngamə vakt-ı səhərdə,

Dərdimənd bülbülün vaveylasıdır.

Məhəbbət yelləri əsdikcə sərdə,

Çək cəvrini, yarın baş bəlasıdır.


Mən halımı yara etsəm ifadə,

Mərhəmətsiz zalım gəlməz imdadə,

Sirr-i yar ilə mülk-i fənada,

Necə tərk eyləsin o sılasıdır.


Çox gördük, keçirdik fələk devrini,

Xeyli çəkdim bu dilbərin cəvrini,

Kimsə bilməz dərunumun, dərdini,

İrfani bir Türkmən mübtəlasıdır.



(Deniz Rasim , 2, səh. 15)

BİLMƏZSƏN
Əl çək təbib, əl çək dərdli sinəmdən,

Sən mənim dərdimə çara bilməzsən.

Sən necə təbibsən yoxdur ilacın,

Yaram içərdəndir sara bilməzsən.


Yıxılsın fələyin tacıyla-taxdı,

Ox vurdu sinəmə, al qanım axdı,

Əzəl verməsəydin ikrarı, əhdi,

O ki ikrarında dura bilməzsən.


Dinlə Sənəm Qul İrfanı sözlərin,

Yaxdı ciyərimi atəş-közlərin,

Ağlasana, nə durursan gözlərim,

Daha yar yüzünü görə bilməzsən.



(Ensar Aslan, səh. 24)

Rasim Denizin və Nizaməttin Onkun məqalələrində şei­rin birinci bəndləri yuxarıdakı ilə eyni olduğundan ixtisar et­dik. İkinci və üçüncü bəndlərdə fərq olduğuna görə aşağıda ve­ri­rik.
Yıxılsın fələyin tacınan-taxdı,

Elə bir ox vurdu hicranım axdı,

O yar da vermişti ikrarı əhdi

O ki ikrarında dura bilməzsən.


İrfaniyəm başa gəlməz sözlərim,

Qələm alar, kağız üstə izlərim,

Nə durursan, ağlasana gözlərim,

Bir daha o yarı görə bilməzsən.


Yunuz Zeyrəkin nəşr etdirdiyi şeir dörd bənddir. Birinci və ikinci bəndi Ensar Aslanın nəşr etdirdiyi ilə eynidir. Üçün­­cü bənddəki fərq isə aşağıdakı kimidir:
Qaradır qaşların, gözlərin xayın,

Çəkməyən nə bilir bu eşqin yayın,

Yıxdın, viran etdin könlüm sarayın,

Sən ki bir daşını hörə bilməzsən.


İrfaniyəm bu sirləri gizlərim,

Xənçər alıb bağrım başın közlərim,

Nə durursan, ağlasana gözlərim,

Dahi yar yüzünü görə bilməzsən.



BU SEVDA
Ta əzəldən bu sevdayı bilməzdim,

Bir gözəldən yadigardır, bu sevda,

Çəkən bilir eşq ataşı nədəndir,

Çəkməyən nə bilsin, nədir bu sevda?!


Sağımda, solumda duran mələkdir,

Haq yolunda qəbul olan diləkdir,

Sevda dedikləri oddan köynəkdir,

Geyən bilir, nasıl nardır bu sevda.


İrfani der: sana eylədim nəzər,

Çox zamandır ahı-zarından gəzər,

Sevdana düsənlər yolundan azar,

Mənə sərmayəsiz kardı bu sevda.



(Ensar Aslan, səh. 27-28)

ÇILDIRIN1
Bu qışın da qışlasında qışladıq,

Görüm mamur olsun eli Çıldırın.

Hoçuvandan bəri gəlir dərəsi,

Əsər, əksik olmaz yeli Çıldırın.


Yaz olanda gəlir qələm qaşlılar,

Güz olanda gedər siyah saçlılar,

Zərdən zərgüşlular, yaşıl başlılar,

Dolmuş sona ilə gölü Çıldırın.


İrfani yalvarır Qanı Xudaya,

Qaracaoğlanı gəlsin qadaya2,

Türkmən qızın alıp keçəm adaya,

Daha uğramasın yolu Çıldırın.



(Ensar Aslan, səh. 28-29)

CİLVƏLƏNİRSƏN
Nədir cürmün, söylə ey şux-i bəyaz,

Niçin məndən böylə şüphələnirsən.

Bizlərə gələndə, naz üstünə naz,

Gedər, yad əliylə cilvələnirsən.


Bu dil-i məhzunum, bir dəm şad olmaz,

Hər şahin olduğu yerdə sar olmaz,

Əgər ki naz isə, böylə naz olmaz,

Hər gün də dirilir, öfkələnirsən.


İrfani, nafilə gəl savaş etmə,

Fələyə qəhr edib belini bükmə,

Vəfasız dilbərin cevrini çəkmə,

Yazıq könül sana örsələnirsən.



(Ensar Aslan, səh. 30)

GƏLMƏDİ
Be ağalar hankı dərdim söyləyim,

Yarım yad ellərə getdi, gəlmədi.

Tərk eylədi vətənini, yurdunu,

Qəm ölkəsin suyun içdi gəlmədi.


Hey sevdiyim, xar olurmu güllərdə,

Söyləməz olmuşdur ismi dillərdə,

Bu həsrət gözlərim qaldı yollarda,

Yarım qürbət elə düşdü gəlmədi.


Be qazilər İrfaniyi öldürün,

Yoxsa bu dərdinə dərman bildirin,

Daha bitməz oldu gülü Çıldırın,

Türkmən Kars elinə aşdı gəlmədi.



(Bayrı M. Halit, səh. 304)

Be ağalar necə məcnun olmayım,

Yarım yad ellərə köşdü, gəlmədi.

Tərk eyləmiş vətənini, elini,

Qəm ölkənin suyun içdi gəlmədi.
Xalı-xərac gör Çin-i Maçindən,

Gözəl bir busə ver əhmər içindən,

Bir kəz xəlvət oldu getdi laçindən

Tərsinədir göldən uçdu gəlmədi.



(Ensar Aslan, səh. 31-32)
(Şirin son bəndində M.Halit Bayrıda “qazilər”, Ensar As­lan­da “ağalar” kimidir.

Rasim Denizin məqaləsində şeir beş bənddir və aşağıdakı şəkildədir.

Hey ağalar necə məhzun olmayım.

Yarım yad ellərə köçdü, gəlmədi.

Tərk eylədi vətənini, elini,

Gömülganın suyun içdi gəlmədi.

Qanıya ol mənim şirin makalım,

Dahi guşumdadır sadayı alım,

Nazu- qəmzə ilə şu qanlı zalım,

Kəsdi qara bağrım, biçdi, gəlmədi.
Gəlməmişdi səncileyin cahana,

Bir mələksimadır yoxdur bahana,

Dedim ki, toxuram tülin şahana,

Duyuq düşdü, eldən uçdu gəlmədi.


Xalı-xərac olur Çin-Maçindən,

Didəm bir muy vurur siyah saçından,

Bir kəz hıfzın bulmuşdur Laçindən

Pür-sonadır, göldən uçdu gəlmədi.


Hey ağalar İrfaniyi güldürün,

Var isə dərdinə dərman, bildirin,

Dahi bitməz oldu gülü Çıldırın,

Türkmən Kars elinə köçdü, gəlmədi.



DENİR
Aşikar cismim yaşı misal-ı Ceyhun,

Haldan bilən yara arifan denir.

Bir saçı leylaya olmuşam məftun,

Sevda çəkməyənə fakılan denir.


Ağladır yarını, kəndisi gülməz,

Gəlməmiş başına sevdayı bilməz,

Rəhmi yox, aşığa ihmaya gəlməz,

Böylə bivəfaya mihriban denir,


Ağlın olsa İrfaniyə gülməzsən,

Aşınalıq nədir onu bilməzsən,

Mərhəmətsiz, sən imana gəlməzsin,

Buna Türkman denməz, “tərk-imran” denir.



(Deniz Rasim , 1, səh. 9)

DERLƏR
Aşiq ta məşuqa verirsə bada,

Bu eşqin tasını al iç, qan derlər.

Bu eşq, bu sevda indi qanımda,

Onun üçün məhşərədək yan derlər.


Yar sənin yolunda olmuşam dindar,

Eşq ataşı sərdi cana bir mindər,

Yusuf-i Züleyxa, Dara-İskəndər,

Çəkdi bu sevdayı Süleyman derler.


Çox ağlarsın İrfaniyi gülməzsən,

Sevda nə hal olduğunu bilməzsən,

Yüz möcüzat görsən islam olmazsan,

Sizə Türkmən deyil, türk iman derler.



(Ensar Aslan, səh. 30)

Nüsret Kopuzlunun “Bizim Ahıska” dergisi, 2015-ci il, son­ba­har, sayı 40-da nəşr edilən şeiri Ensar Arslanın nəşr etdirdiyi ilə eynidir.




DOLANAYIM
Şahin əldən uçdu, yenə qəm gəldi,

Çıxdı asimana, nə dolanayım.

Səndən oxlanmışam, kimə qılam dad,

Nə sultana-xana, nə dolanayım.


Xoyrat girdi dost bağından bar aldı,

Qırmızı gül, çevrə-yanın xar aldı,

Əvvəlcə ağlımı başdan yar aldı,

Olmuşam divanə, nə dolanayım.


İrfani der: Haqdan olsun imdadım,

Asimana çıxdı dadi-fəryadım,

Yandım, tütdüm məleyiklər şahadım,

Ya şama pərvanə, nə dolanayım.



(Ensar Aslan səh. 28)
DURNAM
Sabah namazında Zarşat düzündən,

En Qaraçayırı bulasan durnam.

Aş Lavaş gədiyin, bağla qatarın,

Məkan-ı Daşbaşı görəsən durnam.


İrişdi, Külverən qalır sağ yana,

Çıx Qızılverana, en Kamervana,

Albız ıssızlıqdır, Cala virana,

Orda da bir zaman qalasan, durnam.

Səfil Ağçaqala döndümü yaza,

Uğrama Kakaça, bəlkə yol aza,

Oralar susuzdur, keç get Cambaza,

Qarasuda qərar qılasan durnam.


Zinzallar çəkildi ucadan-uca,

Xəbər al Çamdırı, gör halı necə?

Suxara mamurdur barın bir gecə,

Dosd köyündə mehman olasan durnam.


Köyhas süvaridir, Purut piyada,

Urtayla, Meredis qalmasın yada,

Qırx Çataxbaşıdır, keç Zurzunada,

Künduzhev öz köyüm, biləsən durnam.

Yolun düşər Otağvanın sağına,

Uğra Ardahana öylə çağına,

İkindi namazı çıx Cin dağına,

Qarış Qamərəyə, bina sal durnam.

Yeri durnam, yeri dönmə izindən,

Aləmi mat etdin xoş avazından,

Əsli türkmən qızı, Xırmandalıdan,

Yarımdan bir xəbər alasan durnam.


Tez pərvaz eyləyin, tez qanad çalın,

O nazlı yarımdan bir xəbər alın,

İrfani xocada bekliyor yolun,

Bəlkə bu günlərdə gələsən durnam.



(Ensar Aslan, səh. 26-27)

Şeirdə Çıldırın kəndlərini, dağ, dərə, təpə və s. adları sa­dalanılır.

Nizamettin Onkun nəşr etdirdiyi şeir də yuxarıdakı ilə de­mək olar ki, eynidir. Bir iki yer adında və sözdə fərq var. Ra­sim Denizin məqaləsindəki şeirin Enser Aslanln çap etdirdiyindən fərqi bunlardır: Birinci bəndin son misrası “Qarış Daşbaşında Gölə, sən durnam”, ininci bənddəki ikinci misra “Aş Qızılkil­sə­dən keç, Kamervana”, üçüncü bəndin üç və dördüncü misraları “Gəl Suqatışandan, var en Canbaza, Canbaz-Çuxurunda güləsən dur­nam”, dördüncü bəndin dördüncü misrası “Əylənib rahatı bu­lasan durnam” kimidir.



DÜŞƏRMİ
Bir fəqir bus etsə şah damanını,

Təqdir etmək alişana düşərmi?

Bir igidin yaman dərdi olmasa,

Dərman üçün heç Loğmana düşərmi?


Şux didələrin dəmdə olmasa,

Tiğ qəmzələrin qəmdə olmasa,

Pərvanənin meyli şamda olmasa,

Dolanır, fırlanır nara düşərmi?


İrfanim der: zikrin kəsmə Mövladan,

Məcnun nələr çəkdi bilsən Leyladan,

Səfil bayquş ləzzət bulsa leyladan,

Firar edib heç virana düşərmi?



(Zeyrək Yunus, 36)


DÜŞƏSƏN
Başıma gətirdin olmaz qovğayı,

Barı könül sən de, qana düşəsən,

Maya səndən oldu, kimdən biləyim,

Bir vəfasız mehribana düşəsən.

Ağlamaqdan getdi gözüm qarası,

Sağalırmı böylə oxun yarası,

Min təbib cəm olsa yoxdur çarası,

Yara göyü yaradana düşəsən,

El içində məcnun oldu İrfani,

Bir şux Türkmənə qul etdin məni,

Bağrı yanıq, giryan olasan səni,

Olmaz dərdə, qəm- hicrana düşəsən.



(Ensar Aslan, səh. 32)
Nüsret Kopuzlunun “Bizim Ahıska” dergisi, 2015-ci il, son­ba­har, sayı 40-da nəşr edilən şeirin Ensar Arslanın nəşr et­dir­di­yin­dən fərqi bunlardır: 2-ci misra “Yürü könül seni kana dü­şe­sin”, 3-cü misra “Mayasından oldu, kimden bileyim”, 5-ci misra “Göz süzende güzel edalaşanda”, 10-cu misra “Bir şuh-i Türk­man’a kul etti beni” kimidir

EDƏRLƏR
Aşiqi məşuqdan cüda qılanlar,

Bilməm onlar nə cəsarət edərlər.

Könül də Xüdanın nəzərgahıdır,

Onu yaxmasına qeyrət edərlər.


Varam, düşəm sultanlara, xanlara,

Bu xüsusda çıxdım çox divanlara,

Mənim bu işimə ket vuranlara,

Ruz-i məhşərədək ta׳at edərlər.


Hər təbib saramaz bu yaramızı,

Qəm-hicran kəsdi muradımızı,

İrfani der: bizim macəramızı,

Bizdən sonra bir hekayət edərlər.



(Ensar Aslan, səh. 32-33)

GETDİ
Bir növrəstə, növcivanın ucundan,

Olanca axlımız havaya getdi.

Leyl-ü-nahar ədasından-nazından,

Ömrüm sərmayəsi yağmaya getdi.


Atəşimdən bahrə daldı səməklər,

Hanı bunca mədhin qəzəl deməklər?

Ta əzəldən çəkdicəyim əməklər,

Bulmadım vəfasın, hər zaya getdi.


Canım müştaq məhəbbətin meyinə,

Hər dəm qonar, yavru, zülfün muyunə,

İrfani, əzm etsəm dostun köyünə,

Derlər ki Məcnundur Leylaya getdi.



(Kocatürk Vasif Mahir, 272)
Ensar Aslan (səh. 29-30) və Nüsret Kopuzlunun “Bizim Ahıs­ka” dergisi, 2015-ci il, sonbahar, sayı 40, səhifə 49 nəşr et­dir­diyi “Getdi” rədifli qoşmaların yuxarıdakı ilə fərqi çox azdır.

GƏLDİN
Nəzakətli yarım, sər bərabərim,

Ey mənim cananım, sən səfa gəldin.

Gözləri xumarım, lala rüxsarım,

Dərdlərə dərmanım, sən səfa gəldin.


Ey mina gərdanlım, qədd-i ararım

Buxağı billurum, sədr-i mərmərim,

İqbalım, dövlətim, şahım, sərdarım,

Əfəndim, sultanım, sən səfa gəldin.


Tuti, qumru dillim, tovuz-u nəzim,

Ufacıq cilvəlim, ördəyi- qazım,

Şahım və şahbazım, bağ-i Şirazım,

Üsküfi tərlanım, sən səfa gəldin.


Qolları salıncaq, qədd-i surahım,

Qəmzəsi cəlladım, çeşm-i siyahım,

Mehrab-i minbərim, həm qıbləgahım,

Həm əbr-kamanım, sən səfa gəldin.


Der ki bu İrfani: Səm mənim canım,

Gülməzsən, gələli dildə dəhanım,

Guşunda küpəli, təzə gülşanım,

Sərv-i xuramanım sən səfa gəldin.



(Deniz Rasim, 1, səh. 9)

GƏLMƏDİ
Hey ağalar necə mahzun olmayım,

Yarım yad ellərə köçdü, gəlmədi.

Tərk eylədi vətənini, elini,

Gömülqanın suyun işdi gəlmədi.


Kanıya ol mənim şirin makalım,

Daha guşumdadır sadayı alim,

Nazu-qəmzə ilə şu qanlı zalım,

Kəsdi qara bağrım biçdi gəlmədi.


Gəlməmişdi səncileyin cihana,

Bir mələk simadır yoxdur bahana,

Didim ki, toxuram tülün şahana,

Duyuq düşdü, eldən uşdu gəlmədi


Xalı-xaraç olur Çin-Maçindən,

Didəm bir muy virür, siyah saçından,

Bir kəz hıfzın bulmuşdur laçındən,

Pir-sonadır, göldən uşdu gəlmədi.

Hey ağalar İrfaniyi güldürün,

Var isə dərdinə dərman, bildirin,

Dahi bitməz oldu gülü Çıldırın,

Türkmən Kars elinə köşdü gəlmədi.



(Deniz Rasim, 1, səh. 8)
Ensar Aslan və Nüsret Kopuzlunun “Bizim Ahıska” dergisi, 2015-ci il, sonbahar, sayı 40-da nəşr edilən “Gəlmədi” rədifli qoş­­manın 4-cü misrası “Qəm ölkənin suyun içti gəlmədi“, Ensar As­­landa 9-cu misra “Be qazilər bu İrfaniyi öldürün“, Nüsret Ko­puz­­luda “Hey ağalar bu İrfanı öldürün“, 10-cu misra Ensar Aslan və Nüsret Kopuzluda “Yoksa bu derdime derman bildirin“ ki­mi­dir. Ensar Aslan və Nüsret Kopuzluda şeir 3 bənddir. Nüsret Ko­puz­lu­nun nəşrindəki ikinci bənd isə belədir:
Hey ağalar haraç gör Çin Maçin’dən

Güzel, bir bûse ver ahmer vechinden

Bir kez halvet aldı gitti laçinden

Ter sunadır gölden uçtu gelmedi.



GƏLMİŞƏM
Daha pünhan tutma mənim dərdimi,

Bir dərdim var, min loğmana gəlmişəm.

And verirəm Məhəmmədin başına,

Duacıyam, qədd-imana gəlmişəm.


Dedim yüz min qafiyədən, qəzəldən,

Bu dərdimi pünhan tutma tez eldən,

Bir sevdanın cünunyum əzəldən,

Duaçıyam qədd-imana gəlmişəm.


İrfani məhrumdur, binəva quldur,

Eşqin qədimidir, arizdə güldür,

Ya çırağ et, ya bağışla, ya öldür,

Möhür dəsti Süleymana gəlmişəm.



(Onk Nizamettin, 8690)

Rasim Denizin məqaləsində şeir yuxarıdakı ilə eynidir. En­sar Aslanın nəşr etdiyi (səh. 25-26) şeirdəki fərqli misralar aşa­ğıda­kılardır:

Min dərdim var, bir dərmana gəlmişəm.

Çevir Şərif, Məhəmmədin başına.

Mənim dərdim pünhan tutma tez eldən,

Alışıban yana-yana gəlmişəm.

Ensar Aslan şeirdəki “Çevir Şərif, Məhəmmədin başına” mis­­rasınındakı Şərif və Məhəmmədin paşanın oğlanlarının adı ol­­duğunu yazır.

Yunus Zeyrəkin məqaləsində şeir aşağıdakı kimidir:
Dahi pünhan doğmuş bilməm dərdimi,

Dərman üçün bir loğmana gəlmişəm.

Çevir Şərif, Muhammədin başına,

Duacıyam qədd-imana gəlmişəm.

İrfani məhrumdur binəva quldur,

Eşqin qadimidir, ariz deyildir,

Ya lutuf qıl, ya çıraq et, ya öldür,

Mihr sahibi Süleymana gəlmişəm.



GƏTİRDİM
Şükür yaradana, çox şükür,

Min dərdimə bir dərmanı gətirdim.

İllər ilə intizarın çəkdiyim,

Pəri-peykər növcavanı gətirdim.


Tifilkən sevmişdim pəri-peykəri,

Ol səbəbdən olmuşam mən sərsəri,

Bir mina gərdanlı qədd-i ararı,

Təzə zülfü pərişanı gətirdim.


Bizi ihrak edən hicran gözüdür,

Mərifətdə Züleyxanın özüdür,

Sakın demə bir Türkmənin qızıdır,

Bir əhl-i dil, gövhər kanı gətirdim.


Keçmək olmaz ol dilbərin nazından,

Bülbül sada eylər xub-avazından,

Xeyli gündür uçurmuşum bazımdan,

Toru saldım o tərlanı gətirdim.


Kimsə bilməz İrfaninin dərdini,

Bülbül kimi bəslər idi gülünü.

Viran etdim Harmandarın elini,

Alagözlü bir Türkməni gətirdim.



(Deniz Rasim, 2, səh. 13)
Yunus Zeyrəkin məqaləsində şeir aşağıdakı kimidir:
Şükür olsun yaradana çox şükür,

Bir dərdimə min dərmanı gətirdim.

İllər var ki, arzumanın çəkərdim,

Pəri-peykər növcavanı gətirdim.


Eşk-i firak edən hicran gözüdür,

Mərifət də Zəlihanın özüdür,

Sakın demə bir Türkmənın qızıdır,

Budur gözəllərin xanı, gətirdim.


Qaranlıq gecədə Qəmər doğuşlum,

Qəsdi can alıcı, peykər vuruşlum,

Məleykə sifətli, maral baxışlım,

Zülfü süsən, o reyhanı gətirdim.


Kim bilir İrfanın dərd-i dilini,

Bülbül kimi gözədirdim yolunu,

Hacil etdim Harmandarın ilini,

Ala gözlü bir Türkmənı gətirdim.



GƏTİRİR
Gəl, mənim sevdiyim, hərcayı dilbər,

Yanağın dağlardan lala gətirir.

Dolaşdım dünyayı, bulunmaz dəngin,

Qorxuram başıma bəla gətirir.


Xınalı kəkliyə bənzər səkişin,

Zay etdi ağlımı məlul baxışın,

Hər kim görsə sənin bu salınşın,

Əgər kafir olsa yola gətirir.


Qəhbə fələk, nə düşmüşsən qəsdimə!

Ya Rəbb, sən qovuşdur məni dostuma,

Sallana-sallana gəlsə üstümə,

Ölmüş İrfaniyi dilə gətirir.



(Kocatürk Vasif Mahir, 271)

GƏZƏR
Eşqin əlaməti sərdə dolanı,

Cuş edər bir zaman bi-macal gəzər.

Bulmazsa cananı ruh-i rəvanı,

Əl çəkər dünyadan, ol işgal gəzər.


Görünməz gözümə tacu-taxt, kaba,

Mal-dövlət yanımda bir pula cıya.

Bir təbər, bir külah, bir köhnə əba,

Aşiqi sadiqlər bu misal gəzər.


İrfani der: şu mənaya varamam,

Taqətim yox, bunca səbir duramam,

Çoxdan bəri ovçusuyam vuramam,

Könül səhrasında bir maral gəzər.



(Ensar Aslan, səh. 31)

QALMASIN
Qurban olam yarın ala gözünə,

Kabab olcaq tənim eşq közünə.

Məni görür vala çəkər üzünə

Der ki: “Naməhrəmdir” bizə gəlməsin


Aləm bilir gözəllərdən gözəlsən,

Bâran tükənmiş bağçadakı xəzəlsən,

Nə çöhrə-tərəs bu dərddən düzəlsən,

Hər dəm pərişandır sunam gülməsin.


İrfani der: Mənim bu xallı yarım,

Bu xallıya qurban, bu şirin canım,

Bir de üzün-üzə hey qanlı zalım,

Barı həsrət qiyamətə qalmasın.



(Deniz Rasim, 1, səh. 8)

QƏBAHƏTMİDİR
Kitabım, Kərbəlam, Məkkəm, Mədinəm,

Bugün dost köyündə ziyarətimdir.

Qibləgah daşına boyun əyməyim,

Gündüz zikrim, gecə ibadətimdir.


Gün savanda, gözəl ədalaşanda,

Bülbül gülşənində sədalaşanda,

Bir heca üzündən cüdalaşanda,

Rəqib-i möhnətdə məlamətmidir?!


Qərib İrfaniyi saldın naraya,

Məlhəm olmaz ürəkdəki yaraya,

Sənin kimi cahil, qəlbi qaraya,

Cana könül verdim qəbahətmidir.



(Ensar Aslan, səh. 31)

Nusret Kopuzlunun “Bizim Ahıska” dergisi, 2015-ci il, son­bahar, sayı 40-da nəşr edilən şeirin Ensar Arslanın nəşr etdir­di­yindən fərqi bunlardıır: 3-cü misra Kıble-i kaşına boyun eğime, 5-ci misra Göz süzəndə güzəl ədalaşanda, 7-ci misra Bir ləhçə yü­zündən cüdalaşanda kimidir.



Rasim Denizin məqaləsində şeir aşağıdakı kimidir:
Kitabım Kərbəlam, Məkkəm, Mədinəm,

Hələ dostun köyü ziyarətimdir.

Qiblə-vəs qaşlarına baş əydiyim,

Gece zikrim, gündüz ibadətimdir.


Bülbül gül dalında sədalaşanda,

Aşiq məşuqula vidalaşanda,

Bir ləhzə didəmdən cüdalaşanda,

Fəraq-i möhnətdə məlamətimdir?!


Qərib İrfaniyi yaxdın naraya,

Mərhəmətin yox sinəmdəki yaraya,

Sən kimi vəfasız, qəlbi qaraya,

Meyil vermək mənim qəbahətimdir.




QƏDƏR
Ay ağalar, bu dərd məni öldürür,

Arayıb dərmanın bulana qədər.

Könül vaz keçəmir əski yarından,

Çəkərəm həsrətin ölənə qədər.


Çeşm-i yaşdan namə yazdım, gəlündi,

Əgər loğmanısan, dərdim bil indi,

Dəmür çarux geydim, o da dəlindi,

Könül sevduyunu bulana qədər.


İrfani der: bu bağımız talansun,

Xəstə konlum yar boynuna tolansun,

Sən aşıxsın, yar qədrüni bilənsün,

Yarı canım getdi gülənə qədər.



(Hacılı Asif, səh. 195)
Şeir Axıska türk folkloru. (2008). Tərtibçilər: Atəş Əh­məd­­­li, Qədim Qubadlı, “Nurlan” nəşriyytı, Bakı, səh. 216-217-də də eynilə verilmişdir.





QOCALUR
Ab-u, ataş həqiqətdən xəlq oldu,

Neçə-neçə şirin canlar qocaldi.

Qəm yeyib, qəm içmə divana könül,

Hökümət sahibi xanlar qocalur.


Yaxşı adam bu dünyada ölməsin,

Yaman adam uzun ömür sürməsin,

Oğulsuz adamın varı olmasın,

Hər səhər malını sanar qocalur.


İrfani der: müxənnət yetişməz dada,

Aşınanın sir sözün tez vermə yada,

Bir adam ki, yoxsul düşsə dünyada,

Hər yetən üzünü danlar qocalur.



(Atəş Əhmədli və Qədim Qubadlı, səh. 216)

QIZLARIN
Əzəl bahar, yaz ayları gələndə,

Açılır bağçada gülü qızların.

Tərləmiş tərləmiş tökülmüş üzdən,

Axar ləblərindən balı qızların.


Hurilərin pərilərin eşisin,

Bu divanə könlümün yoldaşısın,

Əlli qızın, yüz gəlinin başısın,

Sarmağa gəlişür beli qızların.


İrfani der, öldüyümü bilsələr,

Yığılıp da cənazəmi qılsalar,

Məzarımı yol üsdündə qursalar,

Üstündən uğraşa yolu qızların.



(Zeyrək Yunus, 37)
Bu şeirin bir variantını Qazaxıstanın Talqar şəhərində ya­şayan Aşıq Mürtaza Xəstə Hasanın şeri kimi oxuyurdu. Ona gö­rə də biz “Axısqalı Xəstə Hasan” kitabına da daxil et­mişdik. (Bax: “Axısqalı Xəstə Hasan” (Şeirləri və şeirlərinin ya­ran­ma­sı haqqında söhbətlər), “Elm və təhsil” nəşriyyatı, 2012, səh. 95)

KÖNLÜMÜN
Dilbər sənin ilə badə içəlim,

Bu gün zövq-ü səfasıdır könlümün.

Dedim, hərcayıdən əl çəkmədin,

Dəymə, çəksin cəzasıdır könlümün.

Genə sevdaların aldı yanımı,

Yara peşkəş dedim şirin canımı,

Öldürsən də alan olmaz qanımı,

Kəndi hüsn-i rızasıdır könlümün.


Mənə vazgəl derlər ləb-i mərcandan,

Mən onu sevmişəm can ilə candan,

Ölərəm, ayrılmam zülf-i reyhandan,

Böylə əhd-i vefasıdır könlümün.



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə