Azərbaycan miLLİ elmlər akademiyasifolklor institutu



Yüklə 1,82 Mb.
səhifə2/14
tarix30.12.2017
ölçüsü1,82 Mb.
#18444
1   2   3   4   5   6   7   8   9   ...   14

O

Ortada yeyib qıraqda gəzir.

Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı.

Oğru elə bilər ki, hamı oğrudur.

Od yanmasa, tüstü çıxmaz.

Ot kökü üstə bitər.


Ö

Övladda nəvə, dövlətdə dəvə.

Öz gözündə tiri görmür, başqasının gözündə qıl axtarır.

Özü yıxılan ağlamaz.

Özü üçün əriştə kəsə bilmir, başqasına umac ovur.

Özünə hörmət eləməyən, başqasına heç eləməz.

Ölmə eşşəyim, yonca bitincə.

Ölməz Xədicə, görər nəvə-nəticə.

Ölü eşşəyin nalı üçün gəzir.

Ölüm qaş ilə göz arasındadır.

Ölüm haqdan, kəfən Məmmədcəfər bəydən.

Ölüm haqdır.

Ölümdən başqa hər şeyə çarə var.

Ölənə hay verməz, diriyə pay.

Ölənin dalıyca danışmazlar.

Örkən nə qədər uzun olsa da, yenə doğanaqdan gəlib keçəcək.

Örtülü bazar dostluğu pozar.

Örüşdə otlayan dananın ağzına qanqal tikanı batmaz.


P

Palaza bürün, elnən sürün.

Papaq isti-soyuq üçün deyil, namus üçündür.

Pir mənimdir, kəramətini bilirəm (bələdəm).

Pişik balasını istədiyindən yeyər.

Pişiyin ağzı ətə çatmayanda, deyər “iy verir”.


S

Saqqalım yoxdur, sözüm keçmir.

Sağ göz sol gözə möhtac olmasın (Allah sağ gözü sol möhtac etməsin).

Sağlamlıq (cansağlığı) ən böyük nemətdir (sərvətdir).

Salavat gücə bağlıdır.

Saman sənindir, samanlıq da sənin deyil ki?...

Saxla samanı, gələr zamanı.

Səbr elə, halva bişər ey qora səndən,

Bəsləsən atlaz olar tut yarpağından.

Səbr Allahın adıdır.

Sən duza gedəndə mən duzdan gəlirdim.

Sirkə nə qədər tünd olsa, öz qabını sındırar.

Sifariş ilə həcc qəbul olunmaz.

Soğan yeməmisənsə, için niyə göynəyir?

Soğan olsun, nəqd olsun.

Soyub-soyub quyruğunda qoymazlar.

Sonrakı peşmançılıq fayda verməz.

Söz var el içində, söz var ev içində.

Söz var gələr keçər, söz var dələr keçər.

Söz-sovsuz ev olmaz.

Sözü ağzında bişir, sonra danış.

Sözü at, sahibi götürəcək.

Sözü məqamında deyərlər.

Sözün düzünü zarafatla deyərlər.

Söhbət dananı qurda verər.

Su aydınlıqdır.

Su axıb çuxurun tapar.

Su qabı suda sınar.

Su girdi qaba oldu içməli.

Su gərək quyunun dibindən çıxsın.

Su murdarlıq götürməz.

Südlə gələn sümüklə çıxar.


T

Taylı tayını tapmasa, günü ah-vayla keçər.

Tamarzıdan al, dadanmışa ver.

Tamahı böyüklər böyüməsə yaxşıdır.

Tamahkarı yalançı aldadar.

Tanrı (Allah ) bir yandan bağlasa da, bir yandan açar.

Tək əldən səs çıxmaz.

Tələsən təndirə düşər.

Tikan əkən gül dərməz.

Tikə ilə dost olan illərlə küsülü qalar.

Toxun acdan nə xəbəri?

Tula itdən murdardır.


U

Uzaqdan baxana dava asan görünər.

Uzun adamın ağlı dabanında olar.

Ulu ( ağsaqqal ) sözünə baxmayan ulaya-ulaya qalar.

Uman yerdən küsərlər.

Ustadına gəc baxanın gözlərınə qan damar.

Ucuz ətin şorbası olmaz.

Uşaq adamı düşmən qapısına göndərər.

Uşaq vardı-yoxdu bilməz.

Uşaqlı evdə qiybət olmaz.

Uşağa buyur, dalınca yüyür.
Ü

Üz üzdən utanar.


V

Vay ölənin halına.

Varını verən utanmaz.

Varlığa nə darlıq?

Vaxtsız açılan gül tez solar.

Vaxtsız banlayan xoruzun başını kəsərlər.

Vaxtsız qonaq öz kisəsindən yeyər.
Y

Ya vəlvələdən, ya zəlzələdən.

Ya dalına min, ya da daluva mindir.

Ya dəvə ölər, ya da dəvəçi.

Ya əlimi kəs, ya ətəyimi.

Ya ağıl, ya mal, ya camal.

Yavan (ucuz) ətin şorbası olmaz.

Yağışdan çıxıb yağmura düşdük.

Yağmasa da guruldayır.

Yazda çalan qışda oynayar.

Yazıdan qaçmaq olmaz.

Yazılan pozulmaz.

Yalan ayaq tutar, ancaq yeriməz.

Yalan üz qızardar.

Yalanın ömrü az (40 gün) olar.

Yalançının yaddaşı olmaz.

Yaman günün ömrü az olar.

Yatmış ilanın quyruğunu tapdalamazlar.

Yaxşı at qabağı gözlər, yaxşı igid dalı.

Yaxşı oğul dayısına çəkər, xanım qız xalasına.

Yaxşı igidin adını eşit, üzünü görmə.

Yaxşı dost pis gündə bilinər.

Yaxşı mal yerdə qalmaz.

Yaxşı (fərli) oğul neylər ata malını.

Yaxşılığa yaxşılıq hər kişinin işidir.

Yamanlığa yaxşılıq nər kişinin işidir.

Yaxşılıq et at dəryaya, balıq bilməsə də xaliq bilər.

Yaxşılıq et, ancaq başa qaxınc etmə.

Yaşı çox olana böyük demirlər.

Yaşnan deyil, başnandır.

Yeməmisən qaz ətini, görməmisən ləzzətini.

Yeməklə doymayan, yalamaqla doymaz.

Yeməyin (xörəyin) dadı duzdadır, dünyanın dadı gözdədir.

Yetimə gəl-gəl deyən çox olar, çörək verən az.

Yıxılan ağaca balta vuran çox olar.

Yol böyüyündür, su kiçiyin.

Yorğanına görə ayağını uzat (uzadar).

Yuxarı tüpürürəm bığ, aşağı tüpürürəm saqqal.

Yüz eşitməkdən, bir görmək yaxşıdır.
Z

Zər qədrini zərgər bilər.

Zərərin yarısından qayıtmaq da xeyirdir.

Zirəyə getdin çörək götür,

Zirədən çıxdın ayaq götür.

Zirək (çoxbilmiş) quş dimdiyindən qələyə düşər.

Zora əyilməyən baş böyüklər qarşısında əyilər.

Zorən təbib olmaz.



TAPMACALAR


Dağdan gələr duduğ sui,

Heş kes uni dada bilmez,

Cülfə toxar ənni bezi,

Heş kes uni giə bilmez.



(Hörümçək)
Şişədən qalə gördim,

Əfsun olmış unda ab.

Çıxar zərrin top kimi,

Fet eylər uni aftab.



(Navalçadan asılmış

buz yığını)
Bir süri atdar çəməndə otdar,

Baxdi çatanda, çinədani patdar.



(Pambıq)
Ətinnən kabab olmaz,

Qanınnan kasa dolmaz



(Nar)
Dağdan gəlir dağ kimi,

Qollari budağ kimi,

Əgilir su içmegə,

Begirir ulağ kimi



(Mancalağ)

Bir balaca maddaşi,

Yandıru daği-daşi

(İstiot)

Bir balaca boi var,

Qırmızıdan doni var.

(İnnab)
Bir balaca boi var,

Hər gecədə toyi var.



(Lampa)

İgnə gözinnən baxaram,

Cümlə cahani yıxaram.

(Tüfəng)

Sarıdu, zəfəran dögür.

Yazılıdu, kitab dögür.

(Qızıl)
Bırdan vırram qılınci.

Fələkdə oynar uci.



(İldırım)
Atamun bir doni var,

qətdeməg olmaz,

Cibində puli var, sanamağ

olmaz.


(Göy və ulduz)
Uyani qaya, bıyani qaya,

İçində sari maya.



(Yumurta)
Yetmiş des paltar giyib,

Tikilmemiş, dügmesiz.



(Kələm)
Qaradu, qarğa dögü,

Qənəti var, quş dögü,

Özü də iy bilir,

Tula dögü.



(Qaraqurd)
Dövə dobani,

Gəzər obani,

Altı qıçı var,

İki dobani.



(Tərəzi)
Dilim-dilim nar,

Dizimecən qar,

Uşdu bir keklig.

Qondi bir dilbar.



(Buğda)
Gün çıxır laxdələnir,

Qapılar taxdələnir,

Bakiyə bir at gəlir,

Əlli yerdən noxdələnir.



(Paravoz)

O nədi ki, başın kəsməsön, yeriməz.



(Qələm)

Yügri-yügri yımırtdar.



(Cəhrə)
Mən diyannam, o gidər.

(Səs)
Mən gidərəm, o qalu.

(Ləpir, iz)
Bacadan düşdü şap elədi,

Göhər oni happ elədi.



(Siçan, pişik)
Bir beləcik boyi var,

Al xaradan doni var.



(İydə)
Bir belə lil daşi,

Yandıru daği, daşi.



(İstiot)
Tat tati götürü,

Tat oğlın götürü,

Oğli yarpağ götürü.

Yarpağ torpağ götürü.



(Taxta-şalban)

Hap-hapi, kərki sapi,

Beş bıdaği, bir yarpaği.

(Əl)
Tati tatda gördim,

Əcəb suratda gördim,

İgirmi dörd ulduzi,

Dörd ayın altda gördim.



(Nal-mıx)

Bir arvad bir qız doğdi,

Nə başi oldi, nə əyaği.

O qız doğdi bir oğlan,

Həm başi oldi, həm əyaği.

(Yumurta)
Kol üstə düşər şıqqıldamaz.

(Gül)
Çil toyuq çilləmə toyuq,

Başını kəsdim, qanı yox.



(Xalça)

Dağda dəliman gördüm.



(Ceyran)
Suda Süleyman gördüm.

(Balıq)
Yatar gövşər daş gördüm.

(Dəyirman)
Bişmiş duzsuz aş gördüm.

(Halva)
Dağdan gəlir dağ kimi,

Qolları budaq kimi,

Əyilir su içməyə,

Bəyirir oğlaq kimi.



(Araba)
Suya batar millənər,

Sudan çıxar dillənər.



(Zəncir)


ALQIŞLAR. QARĞIŞLAR
Ağbəxt olasan!

Ananın südü sənə halal olsun!

Atanın çörəyi sənə halal olsun!

Atovun oğlusan!(Atovun balasısan!)

Anovun qızısan!

Bərəkəllah!-Səd bərəkəllah!

Kişi oğlusan! (Kişi balasısan!)

Kişi qızısan!

Maşallah!

Halal olsun!

Halal olsun yediyün çörək!
* * *

Azar dəymiş.

Allahsız.

Allah divanını versin.

Allah qənim olsun.

Allah bəlasını versin.

Allah cəzasını versin.

Balasından xeyir görməsin.

Balası qan qussun.

Başına daş (düşsün).

Başını top aparsın.

Qapılar açıb girməyəsən.

Qarageymiş.

Qan qusasan (qan qusmuş).

Qaraduvaq olasan.

Qaragün canım.

Quran belindən vursun.

Quran qənim olsun.

Dünən öləydin, bu gün iki günün olaydı.

Dinsiz.


Dinsiz oğlu.

Dinsiz oğlu, dinsiz.

Düşmənin gözü çıxsın.

Dost söyünsün, düşmən yansın.

Evi dağılsın.

Evi yıxılsın.

Evi yansın.

Evini Allah yıxsın.

Əndamın açılsın.

Əndamın yansın.

Ətağa qənim olsun.

İmam qənim olsun.

İt südü əmmiş.

Kül başuva.

Kül atovun (anovun) başına.

Kül təpövə.

Kor olasan.

Güllə dəymiş. Güllə dəysin.

Yaşın qara gəlsin.

Yediyin haram olsun.

Öləndə dilin kəlməyə gəlməsin.

Sabah səhərə çıxmayasan.

Saqqalı qana bulaşsın.

Salamat (səhər-salamat) yemiyəsən.

Çər dəymiş (heyvan haqqında).

Canı yanmış.

Canından xeyir görməsin.

Xeyir görməsin.

Xeyrata kəsiləsən (heyvan haqqında).

Şoğərib (heyvan haqqında).

Şoğəribə qalasan (heyvan və müəyyən əşya haqqında).

Öl!


Çor!

Zeg!


Ağu!

Ölüm!


Azar!

Dərd!


Boğma!

Əndami açılmış!

Zəhləm getmiş!

Cuvanəzən ölmüş!

Külbaş!

Meydüvi görüm!



Əlün qurusun!

Üzüvə lənət!

Gözün çıxsun!

Cigərün yansun!

Sərnigün olasan!

Tünbətün olasan!

Gorbagor olasan!

Kül olsun başua!

Qadam ağzua ağzuva!

Boyuvi yerə soxum!

Mürdəşir yusun üzüvi!

İti gülleyə gələsən!

Əndamun açılsun!

Boğazuvi qubar tutsun!

Yerə girəsən !

Balalarun ağlar qalsun!

Əldən-əyağdan olasan!

Səni görim çolağ olasan!

Səni görim qapılar açıb girmiyəsən!

Səni görim cuvanezən öləsən!

Səni görim bu günnən saba çıxmiyəsən!

Səni görim qapun bağlansun!

Səni görim qan qusasan!

Səni görim tikə-tikə olasan!

Boyun qarayerdə qalsun!

Qan qusasan!

Qarayer oğurrasun səni!

Boyuva ip ölçüm!

Qara yerə soxum səni!

Ölüm olsun sənçün!

Səni görüm çərriəsən!

Yedigün burnunnan gəlsün, bılığ-bılığ tökülsün!

Qan əndərəsən!

Səni görüm qızıl gülleyə gələsən!

Şoğəribə qalasan!

Nadra qalasan!

Yalançunun gözi çıxcun!

Yalansa, dilünnən olasan!

Çər dəysün!

Boğma tutsun boğazunnan!

Ürəyüə qərə çıxsun!

Üzüə qara yara çıxsun!

Qarayerə girəsən!

Əndamun ildız ayaz olsun!

Səni görüm heç uşaq görməyəsən!

Sonsuz gora gedəsən!

Ətəyüvə uşaq sidiyi dəyməsin!

Övlad həsrətində qalasan!

Kor qıza həsrət qalasan!

Məhrum olasan!

Tüstün gəlməsin!

Ocağın sönsün!

Allah dağına baxıb, qar verər!

Oğlumdan uzaq olasan!

Başuva daş düşsün!

Kül atavun başına!


SALAMLAR, QARŞILAMALAR,

SAĞOLLAŞMALAR, ANDİÇMƏLƏR,

OXŞAMALAR, İDİOMLAR
Salam.

Salaməleykum.

Sabahun (sabahınız) xeyir.

Əleykuməssalam.

Hər vaxtun (hər vaxtınız) xeyir (əsasən gunortaa tərəfi və gunortadan bir-iki saat sonra verilən salam).

Axşamun (axşamuvuz) xeyir.

Xoş gördük. Hafizi-xoşkəlam. Əhvalı-şərif, damağı ləqif.

Xoş gəlmisən (gəlmisüz).

Həmişə sən (süz) gələsən (gələsüz).

Nə əcəb səndən (sizdən)? Cavab: Əcəb camalın.

Ayağının (ayaqlarının) altına dəmir atın.

Qədəmin (qədəmlərin) mübarək (olsun).

Gün hayandan çıxıb?

Səni də (sizi də) görmək olarmış...

Xoş gəldin//xoş getdin (yola salınan qonaq haqqında).

Sağlığnan qal.

Salamat qal.

Göz üstə yerün (yerüvüz) var (yene də yola salınan qonaq haqqında deyilir).

Səfərə geden haqqında: səhər-salamat gedib-gələsən, qayıdasan. (səh.38)

Andiçmələr
Allah haqqı.

And olsun kəsdiyimiz duz-çörəyə.

Anamın goru haqqı.

Atamın goru haqqı.

Bərəkət (çörək) haqqı.

Quran haqqı.

Əbulfəzlabbas haqqı.

Ətağanın ceddi (Ətağa qəbri haqqı).

İmam Hüseyn haqqı.

Yalan deyən kişi deyil.

Yalan deyənin atasına lənət.

Namusuma and olsun.

Oğlumun canı üçün.

Özüm ölüm.

Peyğəmbər haqqı.

Pir haqqı.

Sən öləsən.
Əzizləmələr, oxşamalar
Anan qadovu alsın.

Anamın anası (uşaq haqqında).

Atamın atası (uşaq haqqında).

Başuva dönüm.

Gözümün işığı (evimin yaraşığı).

Nə aş yeyər, nə əppək, yaxşı oynar bu köpək (uşaq haqqında).

Nə qovun yeyər, nə qarpız, yaxşı oynar bu donquz (uşaq haqqında).

Çörək yapar, yanın qapar, mən neylirəm dul arvadı (uşaq haqqında).

Qadov alım!

Qurbanun olum!

Ağruvi alım!

Dönüm gözüvə!

Boyuva qurban!

Dərdün mənə gəlsün!

Qurban olum sənə!

Qadon-balon ürəyimə!

Başuva dönüm!

Sənə mənim canım qurban!

Can!

Qadasi!


Atam-anam sənə qurban!
Arzular, diləklər, istəklər
Allah xeyir versin.

Allah imanuvi kamil eləsin.

Allah mübarək eləsin.

Balandan görəsən.

Qızından görək.

Qızıvun gəlinlik hamamına gedək (çimək).

Mübarəkdir.

Mübarək olsun.

Ölmədik oğul (qız) toyu da gördük.

Ömrün uzun olsun (yaxşılıq edən adama minnətdarlıq əlaməti kimi deyilir).

Oğul (qız) toyuvi görək.

Oğluvun bəylik hamamını görək.

Həmişə təmizlikdə.

Cahullaruvuz üçün olsun.

Çox mübarək (mübarəkdir)
İdiomlar
Dövlətin gəlhagəlidü.

Kələyin kəsdi.

Göz-qulağda ol.

Vərim əli yoxdı.

Məni cin atına mindirmə.

Qoz-qoz oyniyir.

Nəm-nüm eliyir.

Göni vərdün suya.

Aşının suyıni vərdi.

Xəlçəni vərdün su aşağa.

Gözümçıxdıyə salıb.

Burnua şam iyi deymib.

Nə zəlzələdən, nə vəlvələdəndü.

Elə vurdım ki, mil durdı.

Cikini də bilir, bikini də.

Dobana tüpirdi.

Sürüşquliyə dəm vərdi.

Göz vərir, işığ vərmir.

Damağım yoxdı.

Üzümün suyi tökilüb.

Sən des biri, bir des biri.

Üzünə baxanda gereg kəffarə verəsən.

Üz-gözini turşıtdi.

Üzünnən nordbes tökülir.

Bir atım barıtı var.

Çöngə vaxdıdu, qoltığında qızıl balıq pişər.

Qurban olsun, vurma, daş qoy üssünə.

ƏMƏK NƏĞMƏLƏRİ
Holavarlar. Sayaçı sözləri


Qoşa gəlim boz, ala,

Tərlaya saldım yola.

Tay öküzlə iş aşmaz,

Öküz gərək cüt ola.


İşlək malı öyəllər,

Tənbəlini söyəllər.

Öküzüm şuma çıxmasan,

Becid tərpən döyəllər.


Qızıl öküzüm yeri,

Qoyma şum qala geri.

İti tərpən maralım,

Dargözlər baxır bəri.


Gün düşdü qar üstünə,

Bağçada bar üstünə,

Tənbəl yatan öküzün,

Quşlar qonar üstünə.

(səh.63)

Qoyunlu evlər gördüm

Qurulmuş yaya bənzər,

Qoyunsuz evlər gördüm

Qurumuş çaya bənzər.
Qoyunun oldu on,

Gey qırmızı don.

Qoyunun oldu əlli,

Adın oldu bəlli.


Qoyunun oldu yüz,

Gir içində üz,

Qoyunun oldu min,

Köhlənini min.


Nəyin ki var qoyuna,

Özünü sal oyuna.


Göy at, yalına qurban,

Tirmə şalına qurban.

Sən məni yara yetir,

Polad nalına qurban.




BAYATILAR


Mən aşiq düzən yerdə,

Su durar düzən yerdə.

Sən getdin başın apardın

Mən qaldım düzən yerdə.


Köynəyindir mərmərdən,

Ona sallam ağ gərdən.

Can çəkdim, cəfa çəkdim

Axır qaldım sərgərdən.


Gəl məni dindirməginən,

Aləmə bildirməginən.

Mən ki tanrı yanğınıyam

Sən məni yandırmaginən.


Ağlaram el gəlincə,

Dağlara sel gəlincə.

Can vermənəm Əzrailə

Sən üstümə gəlincə.


Bu yola gedən gəlməz,

Bilmirəm nədən gəlməz.

Düzülüb qatarımız

Çıxıb cərgədən gəlməz.


Əzizim, bəxti qara,

Bəxti kəm, bəxti qara.

Tapmadım ana, bacı

Bir gedim ərzi-hala.

Əzrail üz görübdü,

Meydanı düz görübdü.

Gedər-gedər qayıdır

Məni yalqız görübdü.


Mən aşıq işun nədi,

Zərgərdə gümüşün nədi,

Sən degilən cavan dərdi,

Keçmişlə işun nədi.


Gəlmişəm görəm səni,

Dərmişəm hörəm səni,

Əlimdə açarım yox,

Bir açam görəm səni.


Dalımı dağa verrəm,

Dağdan da dağa verrəm.

Bilsəm, haçan gələrsən

Canımı sadağa verrəm.


Mən aşıq adı qardaş,

Ağzımın dadı qardaş.

Çağırram, hay verməzsən,

Tutaram yadı, qardaş.


Bağça-bağda gül ağlar,

Bülbül ağlar, gül ağlar.

Oğlu ölən analar

Başa tökər kül, ağlar.

Gül açmaz qara bağlar,

Göy bağlar, qara bağlar.

Balası ölən ana

Başına qara bağlar.


Durma gəl, talan canım,

Odlara yanan canım.

Bala deyir, yaş tökür

Balasız qalan canım.


Mən ölürəm çiçəkdən,

Ört üzümü milçəkdən.

Yad gələr yalan ağlar

Anam ağlar gerçəkdən.


Mən aşiqəm müşkə bax,

Əmbərə bax, müşkə bax.

Mən oxuram dərdimdən

Görən deyir eşqə bax.


Hin üstə qara toyuq,

İstədim yara yavuq.

Hamının yarı gəldi

Gəlmədi qanı soyuq.


Əzizinəm bu daşa,

Bu yaquta, bu daşa.

Zər qədrini bilən gərək

Qiymət verə bu daşa.

Araxçının ikidi,

Biri firəng çitidi.

Onu ki, sən deyirsən

Qapımızın itidi.


Eşqə düşüb ağlaram,

Ürəyimi dağlaram.

Örpəklərdən birini

Mən başıma bağlaram.


Sənə sözüm var mənim,

Ürəyimi yar mənim.

Toya heç nə gətirmə

Məhəbbətim var mənim.


Badam içi ovaram,

Qabığını yuvaram.

Yaxşı yarın eşqinə

Mən çarşavi qoyaram.


Pistə içi ovaram,

Qabığı yerə qoyaram.

Xatalı çaydan ötrü

Mosko corab qoyaram.


Encil ətin ovaram,

Qabuğ yerə qoyaram.

Xatalı çaydan ötrü

Başmaqları qoyaram.

Narınc içi ovaram,

Qabuğu yerə qoyaram,

Xatalı çaydan ötrü,

Ev-eşigim qoyaram.


Qarpız içi ovaram,

Yarın yerə qoyaram,

Xatalı çaydan ötrü

Bir cüt balam qoyaram.


Mən elərəm ərk-nazı,

Altımda lay palazı,

Od salıb çay samavar

Samavar çalır sazı.


Tütünü tökdüm kisəyə,

Bu kisədən o kisəyə.

Yanasan, ay samavar

Qəndi verməzlər nisyə.


Samavarı alışdırdım,

Maşa salıb qarışdırdım.

İki küsülü gəzənləri

Mən istərəm barışdırım.


Köynəyim abi xara,

Ürəyim olub yara.

El bilir, aləm bilir

Yoxdur istəyə çara.

Daş üstə yatmamışam,

Qan-tərə batmamışam.

Adaxlım yanımdadır

Bixəbər yatmamışam.


Ay cəhrə, cəhrə, cəhrə,

Ayağım təndi cəhrə.

Vuraydım, sındıraydım

Gəzəydim kəndi cəhrə.


Bağımızda narım var,

Mənim gülüzarım var.

Gedin deyin məməyə

Lazım deyil, yarım var.


Bağçamızın bülbülü,

Ürəyimin sünbülü.

Çox istərəm yarımı

Evimizin bir gülü.


Alçalar, ay alçalar,

Bağda bitər alçalar,

Düşmənə əyilmərəm,

Düşmən özü alçalar.


Paxlanı tökdüm qazana,

Qurbanam tale yazana.

Mən quyuya düşmədim,

Qismət oldu qazana.

Ətəyi bəyaz dağlar,

Zirvəsi ayaz dağlar,

Eldən ayrı düşənə

Yer göynər, bulud ağlar.


Haça dağı aşarlar,

Adına söz qoşarlar,

Araz suyu içənlər,

Yüz illərlə yaşarlar.


Qırxayaq dərin olar,

Bol suyu sərin olar,

Bu kəhrizin suyundan,

Kim içsə dərin olar.


Əzizim Qırxayağa,

Gəl enək Qırxayağa,

Məlhəm suyundan içib

Yüyürək qırxayağa.


Bu bizim Qırxayağdır,

Məlhəm suyu dayaqdır.

Gəl enək, su götürək,

Dünya bu gün-sabahdır.


Arazı qəmli gördüm,

Daşların nəmli gördüm,

Yarı axtarıb tapdım,

Könlün sitəmli gördüm.

Bu gün ayın on üçü,

Həc deyərlər on üçü,

Deyiklim dünən axşam,

Haqlayıbdır on üçü.


Arpa çayı lal axar,

Araza arxalanar,

Dost əlindən bərk yapış,

Dar gündə arxan olar.


Gün batar, Ay durular,

Yazda Araz gur olar,

Yarın gəldiyi yollar,

Daş-qaş olar, dürr olar.


Araz dağlardan axar,

Zirvələr lal-lal baxar,

Mənim yaralı könlüm,

Gah ağlar, gah da sızlar.


Araz axar çağlayar,

Yağı bağrın dağlayar,

Yarım bu gün gəlməsə,

Könlüm qan-yaş aglayar.


Yollar burular gedər,

Araz durular gedər,

Lilli arxlar olmasa,

Suyu dürr olar olar gedər.

Araz qırağı daşdı,

Yaz gəldi, sular daşdı,

Ceyran-cüyür bu sabah,

Arandan dağa qaşdı.


Arazdan su gətirin,

Daş qoyub su götürün,

Duvaqqapmadan sonra,

Yarı evə ötürün.


Arazı ayırdılar,

Suyunu sovurdular,

Yarım gəlməyib deyə,

Yolunu yoğurdular.


Bu dağda bulaq çağlar,

Kipriyi, gözü ağlar,

Yara yetmək istəyən,

Araza pənah bağlar.


Araz qırağı lalə,

Daşları halə-halə,

Yara çələng bağlaram,

Kənarları piyalə.


Dəryada fanaram mən,

Alışıb yanaram mən,

Yar mənə goz eyləsə,

Arifəm qanaram mən.

Qızılgülü dərərlər,

Dərib yerə sərərlər.

Rəngimi yar qaçırıb,

Xəstəlikdən görərlər.


Qarabağda üzüm var,

Giləsində gözüm var,

Bir evdə iki bacı,

Kiçiyində gözüm var.


Qarabağda bir quş var,

Qanadında gümüş var,

Yar görüşə gecikir,

Əlbət burda bir iş var.


Dərya kimi bulannam,

Dağı-daşı dolannam,

Sağ gözüm sənə qurban,

Sol gözümlə dolannam.


Su gəlir lülə-lülə,

Yar gəlir gülə-gülə,

Əlində güllü yaylıq,

Qan-tərin silə-silə.


Əzizim düzən yerlər,

Düz yerlər, düzən yerlər,

Mənə yadigar qalsın,

Ayağın gəzən yerlər.

Əslim Qarabağlıdır,

Sinəm çarpaz dağlıdır,

Nə gedən var, nə gələn,

Bəlkə yollar bağlıdır ?


Tiflisin bürcü mənəm,

Dil bilməz gürcü mənəm,

Baş qoyub dizin üstə,

Can versəm incimərəm.


Göyərçinəm uçdum, gəl,

Dost bağına düşdüm, gəl.

Yaxşı günün dostuyduq,

Yaman günə düşdüm, gəl.


Dəyirman üstə çiçək,

Oraq gətir gəl, biçək,

Sən kəkil qoy, mən birçək,

Görək hansımız göyçək.


Sürü biyana gəlsin,

Yesin, buyana gəlsin,

Deyin o vəfasıza,

Dönsün bu yana gəlsin.


Eyvanım qəsir mənim,

Ürəyim əsir mənim,

Toyumu tez eyləyin,

Yarım tələsir mənim.

Palazda narıncı var

Abı var, narıncı var,

Hardasan ay biinsaf,

Dalınca zarıncı var.


Su götürdüm hovuzdan,

Xoşum gəlir tovuzdan,

Yar mənə pencək alıb,

Astarı qanovuzdan.


Bağırrıdı obamız,

Dovğaçıdı babamız,

Yara qurban olaydı

Bizim cədd-əqrabamız.


Küdrünün örüş yeri,

Ot yeri, örüş yeri,

Qışlağın zağaları,

Qızların görüş yeri.


Mələ, qoyunum, mələ,

Səsin daşları dələ,

Mən mələdim gəlmədi,

Sən mələ, bəlkə gələ.


Arxac üstə boyana,

Getmə məndən o yana,

Çəkərəm pünhan-pünhan,

Vermərəm dərd boyana.

Xoruz ban qabağında,

Sübhün dan qabağında,

Yarım bir bizə gəlsə,

Verrəm can qabağında.


Dağları qar alıbdı,

Yağıbdı, qaralıbdı,

Qalın bir meşəlikdə,

Tək budaq saralıbdı.


Arxalığın narıncı,

Demədim ki, yar inci,

Özün yada yar oldun,

Məni qoydun zarıncı.


Samovar pıqqıldayır,

Qəndqıran şaqqıldayır,

Zəhləm gedir o yardan,

İş bilməz, nıqqıldayır.


Su gələr, bizə gələr,

Hündürdən düzə gələr,

Yarım çıxar gəzməyə,

Dolanıb bizə gələr.


Dağlardan bir ün gəldi,

Ay dolandı, gün gəldi,

Alım gözün qadasın,

Adın nə şirin gəldi.

Mən aşiq sarı qaldı,

Gün gedib, sarı qaldı,

Sən görüşə gəlmədin,

Gözüm yol sarı qaldı.


Dağ ayrı, duman ayrı,

Qaş ayrı, kaman ayrı,

Həmişə cüt gəzərdik,

Gəzdik bir zaman ayrı.


Nişanlıyam adına,

Heç düşmürəm yadına,

Əgər məni düşünsən,

Tanrı çatsın dadına.


Mən aşiq oyan dağlar,

Gey qara boyan dağlar,

Bura zülmətxanadı,

Necədi o yan dağlar?


Əlində ləngəri dur,

Sini dur, ləngəri dur,

Sənə gələn qadanı

Mən alım, sən geri dur.


Əldə bıçaqlar yenə,

Tutub bıçaqlar yenə,

Nə gözəl günlər idi,

Bildir bu çağlar yenə.

Aşıq haramı dağlar,

Təbib yaralı bağlar,

Əl çatmaz, ünüm yetməz,

Kəsib aranı dağlar.


Dağlar dağladı məni,

Bağlar bağladı məni,

Qərib ölkədə öldüm,

Yadlar ağladı məni.


Görünən yar diyarı,

Yar yurdu, yar diyarı,

Alçalsın qəlbidağlar

Görünsün yar diyarı.


Əzizim, buda məni,

Xəncər al, buda məni,

Gör necə yad olmuşam,

Tanımır bu da məni.


Bir yaralı qoçam mən,

Qovan yoxdu qaçam mən,

Sinəm qəm dəftəridir,

Oxuyan yox, açam mən.


Mən aşiq dağ başına,

Gün düşüb dağ başına,

Könlü şamama sevən,

Dolanar tağ başına.

Mən aşiq qəlbi yerdə

Su durmaz qəlbi yerdə,

Dedim gəl mənlə gedək,

Getmədin, qal bu yerdə.


Mən aşiq sarı yoldan,

Meh əsir sarı yoldan,

Fələkdə nə qaydadır,

Ayırır yarı yardan.


Mən aşiq nə qayıda,

Keçən gün nə qayıda,

Qəm çəkmə, dəli könlüm,

Nə gedmiş, nə qayıda?


Əzizim dağ ağzında,

Qızıl gül bağ ağzında

Xınalı kəklik gördüm,

Bir qara zağ ağzında.


Əzizinəm dərmanı,

Xəstə dillər dərmanı,

Təbibimsən gözəlim,

Özün gətir dərmanı.


Ördəyim var, gölüm var,

Ceyranım var, çölüm var,

Mənə qərib deməyin,

Mənim ağır elim var.

Çıxaram o yola mən,

Baxaram sağ-sola mən,

Görsəm ki, yarım gəlir,

Çəkərəm bir nala mən.


Mən aşiqəm almaqdı,

Zülfün yana salmaqdı,

Əslim qara tərlandı,

Peşəm kəklik almaqdı.


Əzizinəm mərd ata,

Mərd oğula, mərd ata,

Namərdlər süvar olub,

Minə bilməz mərd ata.


Mən aşiqəm qalasız,

Şəhər olmaz qalasız,

Mən ki gedəri oldum,

Siz salamat qalasız.


Bir dəstə boyağam mən,

Yatmaram oyağam mən.

Nə tökmüsən qaş-qabaq,

Gedəri qonağam mən.


Əzizim, sizə gəlləm,

Sürmə çək gözə, gəlləm.

Yüz il qazamat çəksəm,

Qurtarıb sizə gəlləm.


Mən aşiq tatar məni,

Qul eylər satar məni.

Yar ki, vəfalı oldu,

Axtarıb tapar məni.


Qara pul qutudadır,

Yar yatıb yuxudadır,

Tələsmə, cavan oğlan,

Mətləb verən Xudadır.


Mən aşiq əsmə külək,

Səbrimi kəsmə külək,

Yarım dəryada qalıb,

Qabağım kəsmə külək.


Dəryada çıraq yanar,

Sahildən uzaq yanar,

Doldurub qəm badəsin,

İçdikcə dodaq yanar.




Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə