Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə3/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   2   3   4   5   6   7   8   9   ...   72

Mən səmimi qəlbdən Layihələrin İdarə Edilməsi Azerbaycan 
Assosiasiyasınm  kollektivinə,  rəyçi  alimlər  akademik  T.A.Əliyevə 
və professor R.T.Hümbətova verdiyi dəyərli məsləhətlər və köməyə 
görə  öz  minnətdarlığımı  bildirirəm.  Eyni  zamanda,  bu  kitab 
AVRASİYA  fondunun  Azərbaycan  nümayəndəliyinin  və  ABŞ 
Beynəlxalq  İnkişaf  Agentliyinin  (USAID)  dəstəyi  ilə  həyata 
keçirilən  «Azərbaycanda  layihələrin  idarə  edilməsi  standartlannm 
tətbiqi  və  layihələrin  idarə  edilməsi  üzrə  peşəkar  mütəxəssislərin 
hazırlanması» layihəsinin tərkib hissəsidir və bu səbəbdən fonda Öz 
minnətdarlığımı bildirirəm. 
Təkliflər  və  məlumatlar  üçün  Layihələrin  İdarə  Edilməsi 
Azerbaycan  Assosiyasiyasına  ve  ya  Azerbaycan  Milli  Elmlər 
Akademiyası  akademik  Ə.Hüseynov  adma  Kibernetika  İnstitutuna 
müraciət  etməyinizi  Sizdən  xahiş  edirəm.  Sizin  təkliflər  hörmətlə 
qarşılanaraq növbəti nəşrlərdə öz əksini tapacaqdır. 
Qäw£@cfzpma, mt 
İqbal Babayev 


 
ölkəmizin ictimai və iqtisadi həyatmda dəyişikliklər baş verir. 
Təbii ki, bu dəyişikliklər ölkəmizin keçid iqtisadi dövrü yaşaması ilə 
bağlıdır.  Dünya  dəyişir,  həyatımız  dəyişir,  təsəvvürlərimiz  və 
dünyaya baxışlarımız ildən ilə fərqlənir. Məsələn, “layihə” sözünü 
eşidərkən  biz,  sovet  dövründə  ali  təhsil  almış  şəxslər,  mühəndis 
qurğulann,  binalann,  maşın  və  avadanlıqların  “çertyojunu” 
gözümüzün  önünə  gətiririk.  Çünki  biz  “çertyojlar”  çəkməklə 
“layihələr”  həyata  keçirmişik.  Bu  gün  “layihə”  sözü  mühəndislər 
arasında deyil, hətta maliyyəçilər, iqtisadçılar, elm və təhsil işçiləri, 
mədəniyyət və kino işçiləri, sahibkarlar arasında tez-tez eşidilir. 
İctimaiyyətin  bu  yaradıcı  təbəqəsi  hər  hansı  bir  məqsədə 
çatmaq üçün vəsait axtanr. Bu günün termini ilə söyləsək “sponsor” 
tapılandan sonra məqsədə çatmaq üçün müəyyən vaxt tələb olunur, 
İcraçı  bəzi  risklərə  getməklə,  məqsədə  çatmaq  istiqamətində 
keyfiyyətli  işlər  həyata  keçirir.  Materiallar  alınır,  işçi  qüvvələri 
səfərbər  edilir,  vəzifələr  və  məsuliyyətlər  bölüşdürülür,  danışıqlar 
apanlır,  müqavilələr  imzalanır  və  işlərin  icrasma  nəzarət  edilir. 
Bütün  bu  işlər  çoxluğu  hər  hansı  bir  layihənin  yerinə  yetirilmiş 
olduğundan xəbər verir. 
10 


Beləliklə,  bu  gun  biz  “layihə”  sözünü  başqa  müstəvidə 
görürük.  Bu  artıq  hər  hansı  bir  obyektin  “çertyoju”  deyildir,  bu 
obyektin  məqsədi,  büdcəsi,  işlər  çoxluğu  və  s.  onun  fəlsəfəsi  və 
missiyasıdir. Belə çıxır ki, biz adi heyatımızda demək olar ki, hər 
gün  hər  hansı  bir  layihəni  yerinə  yetirmiş  oluruq.  Məsələn,  kitab 
yazmaq,  mənzil  təmir  etmək,  ad  günü  keçirtmək,  toy  mərasimi 
təşkil  etmək,  yeni  vergi  sisteminin  tətbiq  etmək,  yeni  informasiya 
texnologiyalanndan istifadə etmək, kosmosa uçmaq və sairə digər 
fəaliyyətlər.  Bu  fəaliyyət  növləri  təbiətcə  müxtəlif  olmalanna 
baxmayaraq onlar bir-birinə oxşardırlar. Bütün bunlan layihə kimi 
aydın təsəvvür etmək üçün hər birimizin başına gələn hadisələrdən 
biri olan “ad gününün keçirilməsi” layihəsini nəzərdən keçirək. 
Hamıya bəllidir ki, ad gününün keçirilməsi müəyyən məqsəd 
daşıyır və əsas məqsədimiz anadan olduğumuz günü yad etmək, bu 
hadisə ilə bağlı dost-tamşlan məlumatlandırmaq və qohum-əqrabanı 
bir daha sevindirməkdir. Deməli, hər bir fəaliyyət konkret məqsədə 
malikdir. 
Biz məqsədimizə nail olmaq üçün müəyyən vəsait ayırırıq, 
yəni  büdcəni  müəyyənləşdiririk.  Bu  vəsait  əsasında  şənlik  məclisi 
qururuq,  yəni  bazarlıq  edirik,  stol  açırıq,  qohum-əqra-  banı  və 
dost-tanışları dəvət edirik və s. bu kimi bir çox işlər həyata keçirik. 
Deməli,  hər  bir  fəaliyyət  bir-birinə  bağlanmış  və  koordinəedilmiş 
işlər kompleksidir. 
Ad  günü  şənliyini  keçirtmək  üçün  müəyyən  vaxt  ayırırıq. 
Hər bir işin nə zaman görülməsini müəyyənləşdiririk. Məclisin nə 
zaman başlanmasını və bitməsini planlaşdırırıq. Məsələn, ad günün 
saat 18-də başlanmasını və 22-də başa çatmasım düşünürük, yəni 4 
saat  davam  etməsini  planlaşdırırıq.  Beləliklə,  hər  bir  fəaliyyətin 
başlanğıcı və sonu olmaqla davam etmə müddəti vardır. 
II 


Təbii ki, bir gündə hamı üçün ad günü şənliyinin keçirilməsi 
mümkün  olmadığı  kimi,  bir  adam  üçün  de  müxtəlif  illərdə  və  ya 
kiminsə  ad  günü  məclisinə  eyni  olan  məclis  keçirmək  qeyri 
mümkündür.  Bu  onunla  izah  edilir  ki,  hər  bir  şənlik  mərasimi 
təkraredilməzdir.  Heç  bir  zaman  keçirilən  ad  günü  əvvəlkilər  kimi 
ola bilməz ve təkrar edilə bilməz. Ən azı fərqləndirən cəhətlər stolun 
üzərində  müxtəlif  yeməklərin  olması,  şənlikdə  müxtəlif  insanlarm 
iştirakı,  məclisin  davametmə  müddətinin  müxtəlif  olması  və  s.  bu 
kimi fərqləndirici parametrlər ilə izah edilir. Deməli, hər bir fəaliyyət 
nadirdir və tə- kraredilməzdir 
Məhz bu dörd: 
-
 
məqsəd 
-
 
əlaqəli işlər kompleksi 
-
 
başlanğıc və son müddətlər 
-
 
nadirlik 
faktorlan  müxtəlif  təbiətli  fəaliyyət  növlərini  bir-birinə 
bağlayır  və  layihələri  həyatın  digər  fəaliyyət  növlərindən 
fərqləndirir. 
Beləliklə,  layihə  -  nadir  məhsul  istehsal  edən  və  xüsusi 
xidmətə malik olan müvəqqəti müəssisədir. Bu möv^ya kita- bm ilk 
fəslində geniş yer aynlmışdır. 
Biz  müasir  dövrdə  “layihə”  sözünün  tamamilə  başqa 
təsəvvürdə dərk etdik, onu “çertyojdan” fərləndirməyi bacardıq. Bu 
fərqləri  öyrəndikcə,  müasir  dünyaya  daxil  olduqca,  yeni  terminlər 
bizi  yenə  də  qanşıq  dünyanın  sərhədində  gözlətməyi  məcbur  edir. 
Hər  gün  qəzet  və  jurnallarda,  radio  və  televiziyada  “menecment”, 
“proyekt-menecment”,  “menecer”  və  s.  sözlərini  eşidirik.  Bu 
terminlərin kökündə öz ana dilimizdə desək bir söz durur: idarəetmə, 
yəni, layihələrin idarə edilməsi. 
İstər istəməz sual ortaya çıxır: Bu nədir? Bu nə üçün və ya 
12
 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə