Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə8/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   4   5   6   7   8   9   10   11   ...   72


 
layihənin xərcləri büdcədən asılı olaraq 
müəyyənləşdirilir; 

 
ehtiyatlar tələbata uyğun olaraq verilir. 
Sosial  layihələr  digər  layihələrə  nisbətən  qeyri-müəy-  yən, 
qeyri-səlist təbiətə malik olurlar. 
Təsnifatına görə layihələr daha da genişdirlər. 
1.4.
 
LAYfflƏNIN MUHITI 
Layihələr  müəyyən  təsirə  məruz  qalan  dinamik  mühitdə 
yerinə yetirilir. Mühiti xarakterizə edən hər bir element - qanunlar, 
standartlar,  inkişaf  təmayüllü  qüvvələr  və  s.  layihələrin 
yaradılmasında və formalaşmasında müəyyən rol oynayırlar. 
Layihələrin mühiti iki hissəyə bölünür: 

 
daxili mühit 

 
xarici və ya ətraf mühit. 
Layihəyə  bu  mühitlərə  məxsus  olan  parametrlər  təsir 
göstərirlər.  Ətraf  mühit  faktorlarma  coğrafi,  ekoloji,  sosial, 
psixoloji,  madani,  siyasi,  iqtisadi,  maliyyə,  hüquqi,  təşkilati, 
texnoloji  və  estetik  aspektləri  misal  göstərmək  olar.  Daxili  mühit 
parametrlərinə  isə  layihədəki  idarəetmə  vasitələri,  işlər, 
müqavilələr, iştirakçılar və s. digər elementlər aiddir. 
Hər  bir  mühit  faktorlan  təhlil  edilməli  və  əmsallandınl- 
malıdır  ki,  bu  faktorlann  layihəyə  təsir  dərəcələri  müəyyen- 
loşdirilsin.  Bu  faktorlar  layihəni  dayanıqlıq  vəziyyətindən  çıxara 
bilər və müəyyən şəraitlərdə layihənin dağılmasına səbəb ola bilər. 
Bir  neçə  il  əvvəl  yaranmış  müəssisələr  zaman  keçdikcə  öz 
strukturunda  müəyyən  dəyişikliklər  tələb  edir.  Hər  bir  dəyişiklik 
layihə şəklində həyata keçirilir. Beləliklə, hər bir dəyi- 
29 


şikliyi həyata keçirmək üçün yeni layihə yerinə yetirmək lazım gəlir. 
Bu  səbəbdən  həmin  müəssisələr  yeni  layihələrin  yaranmasını  və 
tətbiqini tələb edirlər. Bu tələblər nəticəsində layihələr dünyaya göz 
açırlar. 
Layihənin  başlanma  və  son  müdəttləri  olduğu  üçün  onun 
“yaşayış  dövrü”  də  mövcuddur.  Əgər  layihə  yerinə  yetirilməyə 
başlanmışdırsa,  onda  deyirlər  ki,  layihə  “yaşamağa  başladı”. 
Layihənin  “yaşayış  həyatı”  sərbəstdir.  Layihə  yerinə  yetirilərkən 
onun iştirakçılan bütün qüvvələrini layihənin məqsədinə yönəldirlər. 
Onlar eyni problemlər daxilində ya- şayu* və fəaliyyət  göstərirlər. 
Böyük müəssisə strukturuna daxil olan hər bir kiçik müəssisə adətən 
layihə şəklində fəaliyyət gösterir. 
Layihələrin  yerinə  yetirildiyi  müddətdə  müəssisə  məhsul 
istehsal  edir  və  işini  normal  şəkildə  davam  etdirir.  Layihə  də 
müstəqil  olaraq  öz  işini  davam  etdirir.  Lakin  layihə  təşkilat 
tərəfindən  kənar  qüvvə  kimi  təsirə  məruz  qalır.  Bu  labüd  bir 
prosesdir  və  layihə  məhz  bu  mühitdə  yaşamalıdır.  Ona  görə  də 
layihələri bu təsirlərdən uzaqlaşdumaq və ya azad etmək olmaz. 
Layihəyə  ətraf  mühit  kimi  təsir  edən  təşkilatı  nəzərdən 
keçirək: 
Təşkilatın rəhbərliyi: Layihə qarşısında qoyulan tələbləri və 
onun  əsas  məqəsədinin  müəyyənləşdirilməsində  təşkilatın  rəhbəri 
mühüm rol oynayır. Rəhbər ekspertlərin, mütəxəssislərin rəylərini, 
təkliflərini nəzərə alaraq aşağıdakı tələbləri əsas götürür: 

 
layihənin nəticəsinə tələb; 

 
layihənin yerinə yetirilməsinə tələb; 
30 
 



 
layihənin məqsədinə və tələblərinə düzəlişlər metodikası 
və qaydası. 
Maliyyə: Müəsssisənin istehsal etdiyi məhsulun maya dəyəri 
və satış qiymətini nəzərə alaraq layihənin xərcləri müəyyənləşdirilir 
və düzəlişlər apanlır. 
Satış:  Bazarda  rəqabət  prinsiplərini  nəzərə  alaraq  layihə 
qarşısında qoyulan tələblər formalaşır. 
İstehsal: İstehsal bazar ilə bağlıdır və aşağıdakı tələblər irəli 
sürülür: 

 
yeni texnologiya və avadanlıqlardan istifadə edilməsi; 

 
dayanmış istehsal sahələrinin işə salınması; 

 
müəyyən texnoloji xətlərin dayandıniması; 

 
bazar münasibətlərinə görə yeni layihə tələblərinin 
müəyyənləşdirilməsi. 
Maddi  təminat:  İstehsal  olunmuş  məhsulun  bazarda  rə- 
qabotədözümlük dərəcəsinə uyğun olaraq layihə material, xammal 
və qiymət kimi parametrlərin dəyişdirilməsini tələb edir. 
infrastruktur:  Bazar  xidmətlərinə  görə  layihəyə  yönəlmiş 
tələblər  müəyyənləşdirir.  Bu  tələblərə  reklamlar,  rabitə- 
telekommunikasiya, informasiya və digər mühəndis işləri aiddir. 
31 


Ekningiya: Layihənin və ya onun məhsulunun ətraf mühitə 
olan təsiri və tullantılar ile bağlı olan tələblərdir. 
Göstərilən ətraf mühit parametrlərinin təhlilinə əsasən layihə 
rəhbərinin, menencerin və onun komandasının qarşısında aşağıdakı 
məsələlər durur: 

 
layihə qarşısında qoyulan tələblər çoxluğu; 

 
bütün maraqlı tərəflərin və layihənin iştirakçılannm 
layihə haqqmda məlumatlandırılması; 

 
layihəyə olan tələblər haqqmda yığılan məlumatlarm 
həcmi və formasınm müəyyənləşdirilməsi; 

 
mühitin layihəyə təsiretmə dərəcəsi dinamikasınm 
proqnozlaşdıniması; 

 
tələblərin prioritetlər əsasında müəyyənləşdirilməsi və 
ierarxik strukturunun qurulması. 
Layihələrin  yerinə  yetirildiyi  və  aid  olduğu  müəssisənin 
mühiti layihəyə birbaşa təsir etməsədə, ona dolayısı yolla təsir edir. 
Layihənin miqyası nə qədər böyük olarsa ona təsir qüvvələrin sayı 
bir o qədər də çox olar. 
Beynəlxalq  layihələrin  və  ya  xarici  ölkələrin  iştirakı  ilə 
yerinə  yetirilən  layihələrdə  diqqət  mərkəzində  olan  faktorlan 
nəzərdən keçirək: 
■■ siyasi stabillik 
-
 
layihənin dövlət tərəfindən dəstəklənməsi 
-
 
milli təzahür 
-
 
cinayətkarlıq səviyyəsi 
-
 
ölkələrin (tərəflərin) ticarət balansı 
-
 
hərbi ittifaq iştirakçısı 
32 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə