Azərbaycan miLLİ elmlər akademiyasinin m. FÜzuli adina əlyazmalar institutu



Yüklə 499,55 Kb.

səhifə1/20
tarix04.07.2018
ölçüsü499,55 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   20


 

 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ 

M.FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU 

____________________________________ 

 

 

FƏRİD ƏLƏKBƏRLİ 

 

 



 

VATİKAN ARXİVLƏRİNDƏ 

SAXLANAN  

AZƏRBAYCANA AID ƏLYAZMALAR  

  

 

 

 

 

 

 

 

 

 

 

“Elm və təhsil” 

Bakı – 2014 


 

 



 

 

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına 

Əlyazmalar İnstitutu elmi şurasının 24 yanvar 2014-cü il tarixli 1 №-li 

iclasının qərarı ilə nəşr edilir. 

 

 



 

Elmi redaktoru:   

 

Paşa Kərimov, 

filologiya üzrə elmlər doktoru 

 

 

 

Fərid Ələkbərli. Vatikan arxivlərində saxlanan Azərbaycana 

aid əlyazmalar. Bakı: “Elm və təhsil”, 2014, 75 s.  

 

 Kitabda  Vatikanın  Məxfi  Arxivində  və  Apostol  Kitabxanasında 



mühafizə  olunan  Azərbaycan  əlyazmaları  haqqında  ilkin  məlumat  verilir.  Bu 

məlumatları müəllif Fərid Ələkbərli 2010-2014 illər ərzində  baĢ tutmuĢ Vatikana 

ezamiyyətləri 

zamanı  əldə  etmiĢdir.

 

Ezamiyyətin 



məqsədi 

Vatikan 


kitabxanalarındakı  Azərbaycana  aid  tarixi  sənədlərin  aĢkar  edilməsi  və  ilkin 

araĢdırmaya  cəlb  edilməsi  idi.  AparılmıĢ  araĢdırmalar  zamanı  Vatikan  Məxfi 

Arxivlərində 700-dən çox sənəd araĢdırılmıĢ və Azərbaycan tarixinə aid 85 sənəd 

aĢkar  edilmiĢdir.  Vatikan  Apostol  Kitabxanasında  da  araĢdırmalar  aparılmıĢdır. 

Orada  400-dən  çox  qədim  əlyazma  əsəri  tədqiqata  cəlb  edilmiĢ  və    həmin 

kitabxanada  orta  əsr    Azərbaycan  müəlliflərinə  məxsus  80  qədim  əlyazma  əsəri 

aĢkar edilmisdir. 

 

 



 

  

© Fərid Ələkbərli, 2014 



 

 



 

 



MÜNDƏRĠCAT 

 

Müqəddimə...................................................................... 



Tarixi icmal: Romada kitabxana mədəniyyəti…………. 

Vatikan  kitabxanaları  haqqında..................................... 



12 

Vatikanda saxlanan Qafqaz Albaniyasına dair əsərlər..... 

15 

Azərbaycan  nestorianlarının  Vatikanla  əlaqələrinə  dair 



sənədlər............................................................................ 

 

17 



Orta əsr Azərbaycan  hökmdarlarının Roma papaları ilə 

yazıĢmaları....................................................................... 

 

20 


Vatikanin  müstəqil  Azərbaycan  Respublikası  ilə  

1918-1920 illərdə əlaqələrinə dair sənədlər..................... 

 

24 


Vatikanın  XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəllərində 

Azərbaycanda apardığı dini siyasətlə bağlı  məxfi arxiv 

sənədləri.......................................................................... 

 

 



26 

Azərbaycan qədim xəritələrdə........................................ 

29 

Vatikandakı orta əsr Azərbaycan əlyazmaları................. 



31 

Vatikan Apostol Kitabxanasında ilk dəfə təsvir etdiyi-

miz türkdilli əlyazmalar………………………….. 

 

37 



Əlavə I. Vatıkanın Məxfi Arxivlərində aĢkar edilmiĢ 

Azərbaycana aid sənədlərin siyahısı...............................

 

 

50 



Əlavə II. Vatikan Apostol Kitabxanasında aĢkar edilmiĢ 

Azərbaycana aid əlyazmaların sıyahısı........................... 

 

 

67 



 

 

 



 

 

 



 

 

 




 

 



MÜQƏDDĠMƏ 

 

Vatikan  arxivlərində  Azərbaycan  tarixi  ilə  bağlı 



qiymətli  mənbələr  mühafizə  olunur.  Son  zamanlar 

Azərbaycan  hökuməti  və  Heydər  Əliyev  Fondu  tərəfindən 

Azərbaycanla Vatikan arasında hərtərəfli mədəni əməkdaĢlıq 

inkiĢaf  etməkdədir.  4  noyabr  2013  ilin  tarixində  Heydər 

Əliyev  Fondunun  prezidenti  Mehriban  Əliyeva  Vatikan 

Dövlətinin  mədəniyyət  üzrə  pontifik  Ģurasının  prezidenti 

kardinal Canfranko Ravazi ilə görüĢmüĢdür.   Azərbaycan ilə 

Vatikan  arasındakı  əməkdaĢlığın  uzunmüddətli  olduğunu 

vurğulayan  birinci  xanım  həyata  keçirilən  birgə  layihələrin 

davam  etdirilməsində  Heydər  Əliyev  Fondunun  maraqlı 

olduğunu demiĢdir.

 



Bu  əməkdaĢlığın  çərçivəsində  2010-2014  illər 

müddətində  Heydər  Əliyev  Fondunun  və  Azərbaycan 

Mədəniyyət 

Nazirliyinin 

tapĢırığı 

ilə 


Vatikanda 

ezamiyyətlərdə  olmuĢuq.  Səfərlərin  əsas  məqsədi  Vatikan 

Məxfi  Arxivlərində  Azərbaycana  aid  tarixi  sənədlərin  aĢkar 

edilməsi və ilkin araĢdırmaya cəlb olunması idi. 

AparılmıĢ  araĢdırmalar  zamanı  Vatikan  Məxfi 

Arxivlərində  700-dən  çox  sənəd  araĢdırılmıĢ  və,  nəticədə, 

Azərbaycan tarixinə aid 85 sənəd aĢkar olunmuĢdur. Onların 

arasında  Qafqaz  Albaniyasına  aid  4  sənəd  də  vardır.  Bu 

sənədlər    italyan,  latın,  yunan,  fransız,  ərəb,  fars,  türk, 

monqol,  erməni  və  sair  dillərdədir.  Tədqiqatlar  nəticəsində 

aĢkar  olunmuĢ  əsərlər  X-XX  əsrləri,  yəni  Azərbaycan 

tarixinin  minillik  dövrünü  əhatə  edir.  AĢkar  olunmuĢ 

sənədlərin    arasında  orta  əsr  Azərbaycan  hökmdarlarının 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə