Azərbaycan miLLİ elmlər akademiyasinin m. FÜzuli adina əlyazmalar institutu



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə10/20
tarix04.07.2018
ölçüsü0,94 Mb.
#53149
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

30 

 

Xəritələr  Amsterdam,  Antverpen,  Ġstanbul  və  sair 



Ģəhərlərdə Avropa (alman, holland, italyan və s.) və osmanlı 

coğrafiyaĢünasları tərəfindən tərtib və nəĢr olunmuĢdur. Orta 

əsr  əlyazmalarının  və  xəritələrinin  axtarıĢı  davam  etdirilir. 

Ġsaak  Tirionun  (1701-1765)  Amsterdamda  nəĢr  olunmuĢ  

(Stampe Geogr. II. 186) və Ġbrahim Mütəfərriqənin 1729 ildə 

Ġstanbulda  iĢıq  üzü  görmüĢ  xəritələrini  qeyd  etmək  olar 

(Stampe Geogr. 5. 224). 

Ġsaak Tirionun xəritəsində Van gölündən Gilana qədər 

olan  ərazi  Azərbaycan  (Adirbeitzan)  kimi  göstərilmiĢdır. 

Ermənistan  çox  balaca  ərazi  kimi  müasir  Türkiyənin 

hüdudlarında,  Van  gölünün  ətrafında  göstərilir  (Stampe 

Geogr. II. 186).  

Ġsaak  Tirion  məĢhur  holland  kartoqrafı  və  naĢiri 

olmuĢdur.  O,  tərkibində  32-dən  112-yə  qədər  xəritə  olan 

səkkiz atlasın nəĢr etmiĢdir. Xəritələr bütün dünya ölkələrini, 

o  cümlədən,  Orta  və  Yaxın  ġərq,  Cənubi  Qafqazı  və  Kiçik 

Asiyanı əhatə edir.  

MəĢhur  osmanlı  kartoqrafı Ġbrahim  Mütəfərriqənin 

xəritəsində  Ermənistan  ümumiyyətlə  yoxdur.  Müasir 

Ermənistan  Respublikasının  ərazisi  Rəvan,  Gəncə  və 

Azərbaycan  əyalətlərin  tərkibindədir.  Araratın  adı  Ağrıdağı 

kimi göstərilir (Stampe Geogr. 5. 224).  

Bu xəritələr ―Azərbaycan‖ adının yalnız Cənubi (Ġran) 

Azərbaycanına  aid  olması  və  Qarabağ  torpaqlarının  guya 

Ermənistana  aid  olmasi  haqqında  uydurmaları  təkzib  edir. 

Məsələn,  məĢhur  alman  coğrafiyaĢünası  Georg  Matthäus 

Seutter  (1647-1756)    öz  xəritəsində  bütün  cənubi  Qafqazı 

Azərbaycan və ġirvanın tərkibində göstərmiĢdir. Bu xəritədə 

Ermənistan ümumiyyətlə yoxdur, onun ərazisi Azərbaycanın 



31 

 

tərkibində göstərilir. 



 

VATĠKANDA SAXLANAN ORTA ƏSR AZƏRBAYCAN 

ƏLYAZMALARI 

 

Vatikan Apostol Kitabxanasının arxivlərində orta əsr 



Azərbaycan  müəlliflərinin  çoxsaylı  əlyazmaları    mühafizə 

olunur.  Müxtəlif    ölkələrdə  iĢləyən  missionerlər  Vatikana 

təkcə  məlumat  göndərmirdilər,  maraqlarını  çəkən  əĢyaları, 

müxtəlif  xalqların  mədəniyyətləri,  fəlsəfi-dini  görüĢləri 

haqqında  məlumat  verən  kitabları,  əlyazmaları  da  özləri  ilə 

gətirirdilər. Vatikan kilsəsi dünyanın hər yerindən əlyazmalar 

toplayırdı.  Onlar  öz  kitabxanalarına  qədim  Misir 

papiruslarını, ġumer, Akkad, Assuriya  gil lövhəciklərini də  

gətirirdilər.  Vatikan  Avropa  dillərində,  həmçinin  ərəb,  fars, 

türk, çin, uyğur və baĢqa dillərdə yazılmıĢ mətnləri, əlyazma 

kitablarını  toplayırdı.  Həmin  kitablar  hal-hazırda  Apostol 

kitabxanasında saxlanır. 

Apostol kitabxanasının vahid, bütün materialları əhatə 

edən  kataloqu  yoxdur.  Bu  səbəbdən  Azərbaycana  aid 

əlyazmaları  aĢkar  etmək  üçün  kitabxananın  fondlarında 

tədqiqat  iĢi  aparılmıĢ,  dörd  yüzdən  artıq  əlyazma  sifariĢ 

edilərək  ilkin  araĢdırmaya  cəlb  olunmuĢdu.  Bunun 

nəticəsində,  həmin  kitabxanada  orta  əsr    Azərbaycan 

müəlliflərinə  məxsus  68  qədim  əlyazma  əsərləri  aĢkar 

edilmiĢdir. Bunlar türk (Azərbaycan və Osmanlı), fars, ərəb 

dillərində olan orta əsr mənbələridir. Qeyd olunduğu kimi, bu 

əlyazmaların 

arasında 

həm 


məĢhur 

Azərbaycan 

müəlliflərinin, 

Nizami, 


Füzuli, 

Nəsimi, 


ġəbüstəri, 


32 

 

Sührəvərdinin və b., əsərləri, həm də indiyə qədər bizə məlum 



olmamıĢ orta əsr Azərbaycan müəlliflərinin əsərləri vardır.  

Məhəmməd 

Füzulinin 

10 


əlyazması 

aĢkar 


olunmuĢdur.  Onların  arasında  həm  tam  əlyazmalar,  həm  də 

fraqmentlər vardır.  O cümlədən, ―Hədiqətüs-süəda‖ əsərinin 

beĢ nüsxəsi aĢkar olunmuĢdur. 

 ―Hədiqətüs-süəda‖ (―XoĢbəxtlər baxçası‖) hicri 61-ci 

(miladi 680-ci)  ildə  Kərbəlada baĢ  vеrmiĢ  faciəyə  həsr 

olunmuĢdur  və  Azərbaycan  bədii  nəsrinin  parlaq 

nümunələrindən  biri  sayılır.  Bundan  baĢqa  Apostol 

Kitabxanasında  Füzulinin  ―Səhhət  və  Mərəz‖  əsəri,  poetik 

Divanı və çoxsaylı rübai və qəzəlləri saxlanır.  

Nizami  Gəncəvinin  bədii  irsi  də  Vatikanda  geniĢ 

təmsil  olunub.  Onların  arasında  kifayət  qədər  qədim  və 

qiymətli  nüsxələrlə  yanaĢı,  müxtəlif  natamam  nüsxələr  və 

pərakəndə fraqmentlər də vardır. Nizami Gəncəvinin ―Xosrov 

və ġirin‖ əsərinin 3 nüsxəsi,  ―Leyli və Məcnun‖ əsərinin isə 

bir  nüsxəsi  aĢkar  olunmuĢdur.  Həmçinin,  Vatikanda 

―Məxzənül-əsrar‖  əsərinin  miniatürlü  fraqmenti  vardır.  

Əsərin  daha  bir  fraqmenti  miniatürsüzdir.  Qiymətli 

nüsxələrdən  biri  Nizami  Gəncəvinin  tam  ―Xəmsə‖sidir.  O, 

hicri  tarixlə  1071-ci  ildə  Ġbn  Əbu  Turab  əl-Katib  Nurəddin 

əl-Ġsfahani  tərəfindən  köçürülüb.  Bu,  rəngli  ornamentlərlə 

bəzədilmiĢ nəfis bir nüsxədir (Vat. pers. 110). 

Ġmadəddin  Nəsimiyə  məxsus  müxtəlif  Ģeirlər  10 

əlyazma  əsərində,  o  cümlədən,  Ģeir  məcmuələrində  aĢkar 

olunmuĢdur.  ġah  Ġsmayıl  Xətainin  əsərləri  də  Apostol 

Kitabxanasında mühafizə olunmaqdadır. Maraqlıdır ki, Xətai 

orada  sadəcə  ―türk‖  ya  da  ―iran‖  müəllifi  kimi  deyil,  məhz 

―Azərbaycan Ģairi‖ kimi tanıdılır. Kitabxanada Xətainin kiçik 



33 

 

Ģeir  toplusu  və  tərkibində  166  qəzəl  olan  Ģeir  məcmuəsi 



saxlanılır (Vat.Turc. 221).    

Həmin kitabxanada ġah Ġsmayılın oğlu Sam Mirzənin 

(1517-1567)  ―Töhfeyi-Sami‖  əsəri  də  mühafizə  olunur. 

Farsca yazılmıĢ bu əsər ―Təzkireyi-Sami‖ kimi də məĢhurdur. 

Bu, I ġah Ġsmayılın oğlu Sam Mirzənin Səfəvi dövrünün ilk 

çağlarında yaĢayıb-yaratmıĢ Ģairlər haqqında bir təzkirə, yəni 

bioqrafik  məlumat  kitabıdır.  Əlyazma  hicrətin  997-ci  ilində 

köçürülmüĢdür (Vat. pers. 106.). 

Vatikanda  Nəsirəddin  Tusinin  ―Əxlaqi-Nasiri‖  adlı 

etika  haqqında  əsəri,  hesab  və  astronomiyaya  həsr  olunmuĢ  

―Müxtəsər‖ risaləsi,  günəĢ təqvimi haqqında ―Təqvim‖ kitabı 

və məĢhur ―Zici-Elxani‖ əsəri saxlanır.  Övhədi Marağayinin 

―Dəhnamə və Məntiqül-ÜĢĢaq‖ adlı məsnəvisi  və hikmət və 

ədəb  haqqında    ―Töhfətül-müluk‖  əsəri  mühafizə 

olunmaqdadır. 

Kitabxanada 

sufi 

filosofu 



və 

Ģair  Mahmud 

ġəbüstərinin  (1287-1320)  məĢhur  ―GülĢəni-raz‖  poemasının 

türk  dilinə  tərcüməsi  saxlanılır.  Əsəri  türk  dilinə  farsçadan 

Nəhifi Məhmət Əfəndi çevirmiĢdir (Vat. turc. 275). 

Apostol kitabxanasında görkəmli Azərbaycan filosofu 

ġihabəddin Sührəvərdinin (1154-1191) kəlamlarından ibarət  

―Kitabül-hat  əlləti  sinifha  əĢ-Ģeyx  əl-imam  ġihabəddin 

əs-Sührəvərdi‖  əsəri  saxlanılır.  Əlyazma  101  vərəqdən 

ibarətdir  və  XVIII  əsrdə  köçürülmüĢdür    (No  89, 

DCCCLXXVI  (attuale  873).  Ondan  baĢqa  orada 

Sührəvərdinin 

―Zikr  həvvasül-iĢarə  ilə  həvvasül-ism 

əl-Əzam‖ və  ―ġərhül-ərbəin ism‖ (Vat. arab. 1551, I) əsərləri 

də qorunur. 

BaĢqa məĢhur filosof Əbu Həfs Ömər Sührəvərdinin 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə