Azərbaycan miLLİ elmlər akademiyasinin m. FÜzuli adina əlyazmalar institutu



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə13/20
tarix04.07.2018
ölçüsü0,94 Mb.
#53149
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

40 

 

دقع و لد يلوصف)  müsəlman  hökmdarlarının,  o  cümlədən, 

Əməvi  və  Abbasi  xəlifələrin,  Səmani,  Səlcuq  və  sair 

sülalələrin tarixinə  həsr  olunmuĢdur. Kitabda  əsərin 1007-ci 

hicri ilində yazıldığı qeyd olunur. Əsər məcmuənin içindədir, 

115 vərəqdən ibarətdir və 1047-ci hicri ilində nəstəliq xətti ilə 

köçürülmüĢdür (Vat. tur. 399, (I).  Vər. 1a-115a). 

Apostol  kitabxanasında  saxlanılan  daha  bir  təsvir 

olunmamıĢ  türkdilli  əlyazma  ―Fəzaili-ġam‖  ( ماش لي اضف

əsərinin  nüsxəsidir.  Əsər  Suriya  (ġam)  torpağını,  onun 

tarixini  tərənnüm  edir,  müxtəlif  peyğəmbərlərin  Suriya 

haqqında kəlamlarını təqdim edir (Vat. turc. 400).  

Kitabın müəllifi Ģair, hekayə yazarı və tarixçi Əhməd 

bin  Həmdəm  Süheyli  təxminən    1562-ci  ildə  (H.  970) 

Suriyada  (ġamda)  anadan  olumuĢdur

6

.  Kədxudazadə 



ləqəbiylə da bilinən Süheyli bu ləqəbi Egri döyüĢündə (1596) 

Ģəhid düĢən atası Həmdəm Kədxudadan almıĢdır. Süheyli bir 

müddət Təbrizdə iĢləmiĢdir. 1585-ci ildə Ģəhər Böyük Vəzir 

Özdəmiroğlu Osman PaĢa tərəfindən zəbt olunanda, Süheyli 

onun katibi vəzifəsində çalıĢmıĢdır.    

Əlyazma  20x11,5  cm  ölçüsündədir  və  24  vərəqdən 

ibarətdir.  Hər  babın  əvvəlində  müəllif  onun  məzmunu 

haqqında qısa məlumat verir. Əsər ġamı tərənnüm edən Ģeirlə 

baĢlayır:  

... Böylə qılmıĢ bəyan fəzaili-ġam, 

Ayineyi-tarix, höccətül-Ġslam. 

Altı bab üzrə eyləmiĢ tərtib, 

                                                 

6

 

Harmancı, M. Esat, ―Süheylî, Ahmed bin Hemdem Kethudâ, Dîvân‖, 



Y.No: 861, Akçağ Yayınları, Ankara, 2007, s. 3-6 

 

 




41 

 

Nəql edüb onda neçə sirri-qərib. 



Kimi  ġamın fəzailin söylər, 

Kimi ətrafını bəyan edər... 

(Vat. turc. 400, vər. 1b).  

 

Həmin  dövrə  aid  qədim  təbabətə  həsr  olunmuĢ 



―Risaleyi-təshil  fit-tibb‖  ( ةطلا ىف ليهست ًلاسر)  adlı  türkdlli 

anonim  əsərin  surəti  də  əldə  edilmiĢdir.  Əlyazma  4  rəcəb 

1007  h.  tarixində  nəstəliq  xətti  ilə  köçürülmüĢdür.  Bu 

əlyazma  da  Vatikanın  Apostol  Kitabxanasının  kataloqlarına  

düĢməmiĢdir və ilk dəfə burada təsvir olunur. Kitabın yazılma 

məqsədindən  və  strukturundan  bəhs  edərkən,  müəllif  yazır: 

―...Və bu kitaba “Təshil” ad verdim, zira ki təĢxisi-əmraz və 

təriqi-əlacı  əldən  gəldikcə  asan  eylədim,  türki-ibarətə 

gətirdim,  ta  ki  əksər  xəlayiq  müstəfid  olub  bu  zəifi  duadan 

unutmayalar, və bu kitabı üç təĢxis eylədim.  Əvvəl təĢxis iki 

babdır.  Əvvəl  bab  tibbin  elmini  bildürür.  Ġkinci  bab 

əməliyyəsini  bildürür.  Ġkinci  təĢxis  ğəzalar  və  əĢrabatlar  və 

ədviyyələrdür.  Üçüncü  təĢxis  mərəzlərin  səbəbin  və 

əlamətlərin və müalicələrin bildürür.‖  (Vat. Turc. 389, vər. 

2b). 


Kitabda  müxtəlif  təbii  dərman  vasitələrinin  müalicə 

keyfiyyətləri  təsvir  olunur:  ―f.  24a:  ―Qərənfil:  har  yabis  və 



ikinci  dərəcədə  mədəyə,  cigərə,  dəmağa  fayda  eylər,  cimaə 

qüvvət  edər,  könül  dönməgin  gidərür”.    Razyanə:  “Har 

yabisdir... südü çoq eylər, yeli  təhlil edər, bövli idrar edər . 

Qaynadub   suyın süzüb içmək susanağ kəsər. Sovuq məzaca 

ziyan eylər‖ (Vat. Turc. 389, vər.24a).  

Sumaq.  Ġkinci    dərəcədə  bariddir,  ikinci  dərəcədə 



yabisdir.  Qeyz  eylər.  Könül  dönürkən  gidərər.    Susamaq 


42 

 

kəsər. 



Səddə 

eylər”. 

“Sənaməki. 

Har 

yabisdir. 

Dərəceyi-əvvəldə  səfrayi,  bəlğəmi,  sövdayı  ishal  eylər. 

Müstə’məl olan yaprağıdır‖(Vat. Turc. 389, vər.23b).   

Kitabın  üçüncü  hissəsində  müxtəlif  xəstəliklərin 

əlamətləri göstərilir: ―Xəfəqan. Yəni yürək oynamaq yürək zəif 

olmaqdandır  ki,  zəif  olduğu    hərarət  ğalıb  olmaqdandır.  

Əlamət – susamaq, nəbz və nəfəs səri’ olmaq….” (Vat. Turc. 

389, vər.36b).   

ƏtəĢ.  Yəni  çoq  susamaq.  Səbəb  yürək  hərarəti  ya 

mədə  hərarəti  ya  köküs,  ya  iki  hərarət...”(Vat.  Turc.  389, 

vər.39a). 

Vatikan  kataloqlarına  Vat.  turc.  402  Ģifrəli  tibb üzrə 

əlyazma da düĢməmiĢdir. Bu, Saleh bin Nəsrullah Əfəndinin 

(

ىدىفا اللهرصو هت خلاص)  məĢhur  ―Ğayətül-bəyan  fi 

tədbiri-bədənül-insan‖ ( ناسولاا ندت ريتدج يف نايثلا ثياغ) əsərinin 

əlyazmasıdır.    Əlyazma  23x12,5  cm  ölçüsündədir,  225 

vərəqdən ibarətdir və 1274 hicri ilində katib Seyyid Hüseyn 

tərəfindən köçürülmüĢdür.  

Ġlk  səhifəsi  zədələnmiĢ  ―Fərəsnamə‖  adlı  əlyazma 

atlar haqqındadır. Kitabda atlardan, onların növlərindən, yeni 

növlərin  alınma  üsullarından,  atların  xəstəliklərindən  və 

onların  müalicəsindən  bəhs  olunur.    Bu  əsərdə  atlara  həsr 

olunmuĢ  ərəb  qəsidəlrinin  türkçə  izahatı  da  verilir.  Ölçüsü 

20,2x14 sm olan bu əlyazma nəsx xətti ilə yazılmıĢdır və 150 

vərıqdən ibarətdir (Vat. turc. 384).  

Əlyazma mətnindən bir parça: ―... Pəs imdi ol əsirdə 

padĢahı-aləm  Səlahəddin  Yusif  ibn  Əyyub  həzrətləri  atlara 

ğayətlə  mail  idi.  Ğəzayı  və  Ģəhərləri  fəth  etməklə  və  kafir 

əlindən  qurtarmaqla  və  Ģəhərləri  muslimin-əbrarə  təslim 

etməklə  mail  olduğı  üçün  iqtida  eylədi.  ..  Cihad  üçün  həp 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə